Mühazirə 2 Əmək mühafizəsinin nəzəri əsasları. İnsanın psixoloji vəziyyəti, əməyin təhlükəsizliyinə təsir edən amillər Plan



Yüklə 37,92 Kb.
tarix03.05.2018
ölçüsü37,92 Kb.
#41161
növüMühazirə

MÜHAZIRƏ 2
Əmək mühafizəsinin nəzəri əsasları. İnsanın psixoloji vəziyyəti, əməyin təhlükəsizliyinə təsir edən amillər
Plan
1. Əmək mühafizəsinin nəzəri əsasları

2. Zərərli və təhlükəli istehsalat amilləri və onların normaları

3. Psixofizioloji amillər və onların əməyin təhlükəsizliyinə təsiri

4. İstehsalat işlərinin növləri



Əmək mühafizəsinin nəzəri əsasları

İstehsalat proseslərinin son on illiklərdə yüksək texniki inkişafı işçilərin fiziki yüklənməsini (fiziki işlərini) azaltmaqla yanaşı onların hissiyat orqanlarının (görmə, eşitmə, yüksək diqqətliliyin, tez reaksiya vermənin və s.) psixoloji yüklənməsinin artmasına, gərginləşməsinə səbəb olur.

İnsan fıziki işin mühüm hissəsini texnikaya verməklə, özü böyük həcmli mürəkkəb zehni psixoloji fəaliyyəti qəbul edir.

O, bu gün mürəkkəb texniki sistemləri proqramlaşdırır, onlara nəzarət edir, eyni zamanda müxtəlif texnoloji obyektləri müəyyən məsafədən idarə edir.

Maşınların konstruksiyası mürəkkəbləşdikcə insanların psixoloji yükü artır.

Yuxarıda qeyd olunan səbəblərdən son illər insanlarla maşınların qarşılıqlı əlaqəsinə elmi sürətdə yanaşmaq zəruriyyəti ortaya çıxır. Bununla əlaqədar yeni elmlər: əmək gigiyenası, mühəndis psixologiyası, əməyin elm təşkili (Ə.E.T) və erqonomika (yunan sözü olub: erqon - iş, nomon - işə qanun deməkdir) elmləri meydana çıxmışdır.



Əməyin gigiyenası: - "İnsan-maşın-mühit" sistemində istehsalat mühitini insan orqanizminin imkanlarına uyğunlaşdırmaq üçün tədbirlər işləyib hazırlayır kı, bununla da müxtəlif istehsalat xəstəliklərinin qarşısının alınmasına nail olunur.

Mühəndis psixologiyası - "İMM" sistemini öyrənərək müxtəlif cihaz və idarəetmə orqanlarının optimal parametrlərini işləyib hazırlayır. Hazırlanmış tövsiyələr işçilərin tez yorulmasının qarşısını almaqla, əmək məhsuldarlığının yüksəldilməsinə səbəb olur.

Erqonomika: - Əmək qanunları haqqında elmdir. O, texniki elmlərin, psixologiyanın, fizologiyanın və əməyin gigiyenasının öyrəndiyi məsələləri ümumiləşdirir.

Erqonomika İMM sisteminin qarşılıqlı təsirinin qanuna uyğunluqlarını öyrənir. Erqonomikanın məqsədi İMM sistemində elə bir şərait yaratmaqdır ki, bu zaman əmək məhsuldarlığı ən yüksək, işçinin təhlükəsizliyi minimuma enməklə onun özünü hiss etməsi ən optimal olsun.

Erqonomikanın həll etdiyi əsas məsələlər aşağıdakılardır:


  • əlverşli iş şəraitinin təmin edilməsi.

  • ən rahat işçi mühiti.

  • İşçinin üzərinə düşən psixoloji yükün azaltması (nəzarət sistemlərinin avtomatlaşdırılması, işin təhlükəsiziiyi və s).

  • İşçiyə düşən fiziki yükün azalması (ağır işlərin mexanikləşdirilməsi).

Texniki estetika: - məqsədi gözəl, eyni zamanda səmərəli formalarda və ölçülərdə avadanlıq yaratmaqdır. Avadanlıqların rənglərinin düzgün seçilməsi işçilərə sevinc gətirir, onların əhval ruhiyyəsini, iş qabiliyyətini, nəticədə işə əınək məhsuldarlığını artırır.
Zərərli və təhlükəli istehsalat amilləri, onlarin normaları.
Əməyin təhlükəsizliyinin standartlar sisteminə müvafıq olaraq istehsalat proseslərində yaranan zərərli və təhlükəli amillər insan orqanizminə təsirinə görə 4 qrupa bölünürlər:

  1. Fiziki amillər: Bura maşın və mexanizmlərin mühafızə olunmayan hərəkət hissələri, işçi zonadakı hava, yüksək tozluluq, qazlılıq, yüksək və alçaq temperatur, səs-küy və titrəyiş, ionlaşdıncı elektromaqnit süaları, müxtəlif xarakterli işıqlanmaların yüksək və aşağı səviyyədə olması və s. aiddir.

  2. Kimyəvi amillər: - Belə zərərli istehsalat amülərinə aşağıdakıları göstərmək olar: ümumi toksiklik, dağıdıcı, mutagen (toxumaların çoxalmasına mənfı təsir edir) və s. kimyəvi qrupdan olan zərərli istehsalat amilləri (tənəffüs yollarına, dəri örtüyünə və s.) təsir göstərir.

  3. Bioloji amülər: - Bioloji zərərü istehsalat amillərinə bakteriyalar, viruslar, göbələk törədici bakteriyalar, bitki və heyvanların bəziləri (xəstəliklərinə görə).

  4. Psixofızoloji amillər: - Bu qrupa aid olan zərərli istehsalat amilləri fıziki və əsəbi yüklənmədən ibarət olmaqla insan orqanizminə təsir göstərir. Fiziki yüklənmə statik, dinamik və hidrodinamik halda özünü göstərir. İnsanın əsəbi yüklənməsinə isə zehni əmək gərginliyini, əməyin monotonluğunu, həddindən artıq işləməni və s. göstərmək olar. İstehsalat şəraitində təsiredici kimi kompleks zərərli və təhlükəli istehsalat amilləri də mövcuddur. Bunlardan ən çoxu işləyənlərin peşəsinin xüsusiyyəti ilə əlaqədardır. İstehsalat proseslərində yaranan zərərli amillər peşə zərərlərı, peşə xəstəlikləri, yaxud peşə zəhərlənmələri yaradır. İstehsalat şəraitində növbə ərzində yaranan peşə zəhərlənməsi əmələ gəlirsə bu kəskin zəhərlənmə sayılır.

İstehsalatın bəzi sahələrində işlədikdə (rənglərlə, lakla, skibidarla və s) sanitariya-gigiyena qaydalarına riayət olunmadıqda dəridə xroniki xəstəlikiər əmələ gəlməklə ekzema yaranır.

İnsan orqanizminə ümumi və yerli titrəyişin təsiri nəticəsində müvafıq xəstəliklər, səs tellərinin müntəzəm olaraq gərginləşməsi nəticəsində xroniki laringit- boğaz xəstəliyi yaranır (müəllimlər, xanəndələr və s).

İş yerlərində faktiki zərərli və təhlükəli amillərin səviyyəsini müxtəlif cihazların köməyi ilə müəyyən etmək olar. Belə cihazlardan səs ölçən (şumomer), vibroqraf, termometr, anemometr, qazanalizator, lyüksmetr və s. göstərmək olar. Zərərli və təhlükəli istehsalat amillərinin buraxılabilən qiyməti (səviyyəsi) qüvvədə olan normativ sənədlərdə göstərilir.

Misal üçün: - Bina daxilində işçilər üçün havanın temperaturu yüngül işlərdə 18-210S, ağır işlərdə 14-16°S, nisbi nəmlik 40-60%, təbii havanın hərəkət sürəti 0,1-0,3 m/san, hər bir işçiyə ən azı 4,5 m2 iş sahəsi və 15 m3 işçi həcmi olmalıdır.

İstehsalat binalarının hündüriüyü ən azı 3 m olmaqla, emalatxanalarda dəzgahlar arası ən azı 1 m, dəzgahla divar arası məsafə 0,5m, səs-küyün ton yüksəkliyi ən çox 80-85db, elektrik cihazlarının gövdəsinin müdafiə torpaqlama konturunun müqaviməti 10 Om-dan çox olmamalıdır. İstehsalat binalarında ümumi halda işıqlanma 75-150 lk olmalıdır.

Yuxarıda qeyd olunan sanitariya normalarında buraxılabilən qiymətlərə uyğun təşkil olunmuş iş yerlərində işçilərə zərərli və təhlükəli istehsalat amilləri pis təsir göstərmir, belə iş yerləri insan həyatı üçün normal hesab edilir.



Psixofizioji amillər və onların əməyin təhlükəsizliyinə təsiri

İşçilərin bədbəxt hadisəyə məruz qalma təhlükəsini gücləndirən amilləri iki qrupa bölmək olar:



  1. işçilərin təhlükəyə məruz qalmasını daim artıran ehtimallar.

  2. işçilərin təhlükəyə məruz qalmasını müvəqqəti artıran ehtimallar. Birinci qrupa aiddir:

Xəstəlik və ya ona yaxın vəziyyətdə olan adamların əsəb sistemində və ya başqa orqanlarında daimi baş verən funksional dəyişikliklər. Bunlardan bəzi dəyanətli patoloji dəyişikiikləri göstərmək olar ki, bunlar tam əmək fəaliyyətsizliyi yaratmır, ancaq insanın özünü aparmasına təsir edərək, onun təhlükəyə məruz qalma ehtimalını artırır.

İşçinin bədbəxt hadisəyə məruz qalması, ali əsəb sisteminin yuxarı şöbələrinin hərəkət verici mərkəzləri arasında rabitənin pozulması ilə baş verir.

Belə pozuntular nəticəsində insan onun hissiyat orqanları tərəfindən qəbul edilən təsirlərə lazımi tezlik və dəqiqilklə reaksiya verə bilmir, başqa sözlə əksər bədbəxt hadisələrin baş verməsində funksional pozuntular əsas rol oynayır.

Hər hansı hərəkəti yerinə yetirən əzələlər beyinin müxtəlif hərəkətvericı mərkəzlərindən idarə olunur. Bir çox adamlarda bu mərkəzlərin fəaliyyəti kifayət qədər uyğunlaşdırılmamış gedir, nəticədə mürəkkəb kombinə edilmiş hərəkətlərdən ibarət olan əməliyyatları yerinə yetirərkən işçidə bəzi uyğunsuzluqlar müşahidə olunur; vaxtaşırı İşçi (fəhlə) özünü itirir, bəzi hərəkətləri arada buraxır. Belə hallarda hərəkətin uyğunsuzluğu diqqətdə olan qüsurlarla düz gəlir.

Uzlaşdırılmamış (kordinasiya) hərəkətlərə yol verən işçilərin bədbəxt hadisələrin ehtimalı olan işlərdə işləməsi məqsədə uyğun deyildir, müəyyən hallarda həmin işçiləri başqa işə keçirirlər.

Yüngülxasiyyət, öz hərəkətinə laqeyd, hadisələrə üzdən mühakimə yürüdən, yaddaşı zəif olan işçilər işdə səhvlərə yol verirlər.

Elə insan var ki, öz işinə maraqlı deyil, öz işindən ləzzət almır, müxtəlif hərəkət və işlərin qəbuluna psixoloji cəhətdən qabiliyyətli deyil. Onun özünü aparması göstərir ki, o, işə inamsızdır, diqqətliliyi müəyyən məsafədəndir.

Təhlükəsizlik nöqteyi-nəzərincə insan öz marağına və qabiliyyətinə uyğun iş seçməlidir.

Digər tərəfdən kollektivdə yaradıcı iş əhval ruhiyyəsi olmalıdır ki, digərinin fəaliyyətinə mənfi təsir göstərməsin.

Təcrübəsizlik - iş yerində işçinin bütün hərəkətlərinə təsir edir; işin tempinə, ritminə və intensivliyinə mane olur. Təcrübəsiz işçi işdə müəyyən dayanmalar və maneələr çıxdıqda tez qərar çıxara biimir, tez yorulur və işin təhlükəliliyini artırır, təhlükə hər dəqiqə yarana bilir.

Elmi əsaslarla ixtisasın artırılması əmək məhsuldarlığına eyni zamanda işin təhlükəsizliyi etimadınıda artırır.



Ehtiyatsızlıq: - adi bir səhv bədbəxt hadisə ilə nəticələnir. Bunun qarşısını almaq üçün ixtisaslı baxım və düşüncəli intizam yaradılmalıdır. (Dəmir qayda).

Yorğunluq: - orqanizmdə müxtəlif qüsurlardan baş verir, bədəndə patoloji dəyişiklərdən yaranır. Yorğunluqdan qaçmaq üçün istirahət etmək, müalicəyə getmək və yaxud başqa işə keçmək olar.

İş zamanı yorğunluq təkcə zəif adamlarda olmur, belə hallar normal insanlarda da baş verir. Bu yorğunluq mürəkkəb fizoloji proseslərdə baş verir.



Psixoloji yorğnınluq: - mərkəzi sinir sisteminin yüklənməsindən yaranır.
İstehsalat işlərinin növləri
Əməyin təhlükəsizliyinin standartlar sisteminə (ƏTSS) müvafiq olaraq istehsalatda görülən işlər fiziki əmək sərfi ilə əlaqədar olaraq üç kateqoriyaya bölünür:

  1. Yüngül işlər - bu kateqoriya işlərin yerinə yetirilməsində işçi 172 Coul/san-yə (yaxud 150 kkal/saat) qədər fıziki enerji sərf edir (Belə işlərə misal olaraq oturmuş halda yaxud ayaq üstə heç bir yük qaldırmadan, daşımadan görülən işlər, idarə işləri aiddir).

  2. Orta ağırlıqda olan işlər- belə işlərin yerinə yetirilməsində işçi 172-293 C/s fiziki enerji sərf edir. Məsələn, mexaniki yığma, dəmirçixana, çilingərlik və s.

  3. Ağır işlər - bu cür işlərin yerinə yetirilməsində işçi 293C/s-dən artıq fiziki enerji sərf edərək əsəb sisteminin və orqanizmin hissələrinin daha çox gərginliyinə səbəb olur. (krançiların, sürücülərin, idarəetmə lövhələrində işləyənlərin və s. işi).

Hər üç kateqoriyada olan işlərdə işçi orqanizminə oksigen tələbatı 3-5 l/dəq miqdarında təmin edilməlidir.

İstehsalat işlərini onun görülmə kateqoriyasından başqa işin zərərli, təhlükəli, əsəb gərginliyi, yerinə yetirilmə vəziyyəti, intensivliyi, monotonluğu, əməliyyatlarının müxtəlifliyi və s. -ə görə də müəyyən qruplara bölmək olar.

Əlverişsiz istehsalat mühiti şəraitindəki müntəzəm işlər işçi üçün zərərli sayılır.

Məsələn, güclü küləkdə, aşağı və yüksək temperaturda, havanın çox nəmliliyində, qazla və tozla çirklənmədə, radioaktiv şüalanma yüksək və daha yüksək tezlikli enerji şəraitində və s. görülən işlər. Elektromaqnit maqnit dalğaları çox olan sahədə yaşayan, fəaliyyət göstərən işçilərdə onkoloji xəstəliklər çox olur.

Əmək prosesi fəaliyyətində orqanizm üçün qanuna uyğun fizoloji proses kimi yorulma halları baş verir. P.P.Pavlovun fıkrincə demək olar ki, əsas yorulma mərkəzi əsəb sisteminin həddən artıq gərgin işlənməsindən asılıdır.

İstehsalat proseslərində əməyin təhlükəsizliyi tələblərinə əməl edilməməsi ilə əlaqədar olaraq insanda gözlənilmədən iş qabiliyyətini itirmə halları yaranır (sümük qırılması, müxtəlif dərəcədə bədən xəsarəti, elektrik cərəyanından zərər çəkmə və s.). Orqanizmin belə zərər çəkməsi istehsalat zərər çəkmələri adlanır. (istehsalat travması).

Zərərli istehsalat şəraitinin təsiri altında insanın sağlamlığı tədricən zəifləyir (eşitmə və görmənin azalması, titrəyiş və səs-küylə yaranan xəstəliklər, əsəbi işlərin yaratdığı xəstəliklər və s). Bunun nəticəsində insanda hissə-hissə, yaxud tam iş qabiliyyətinin itirilməsi halları yaranır. Orqanizmin belə zərərçəkmələri peşə xəstəlikləri adlanır.

Müasir elmdə zərərli və təhlükəli istehsalat amilləri yüksək səviyyədə hərtərəili öyrənilir, istehsalata tətbiq edilən texnikada isə sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək üçün müvafiq mühafizə vasitələri nəzərdə tutulur.







Yüklə 37,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə