PolitologiYA



Yüklə 139,05 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü139,05 Kb.
#42447


 136

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2                            Sosial-siyasi elmlər seriyası                             2010 

 

 

 

POLİTOLOGİYA

 

 

  

İRAN DÜNYA SİYASƏTİNDƏ  

 

R.İ.BƏDƏLOVA  

Bakı Dövlət Universiteti 

rahile_bedelova@mail.ru 

 

Bu gün qloballaşan dünyada bütün insan həyatı üçün təhlükəli olan silahların qadağan 

olunduğu bir vaxtda İranın belə bir addıma əl atması dünya ictimaiyyətinin narazılığına səbəb 

olmaya bilməz. Bu silahların tətbiq olunmasının tarixdə hansı böyük fəlakətlərə  gətirib 

çıxardığı da məlumdur. Bunun nəticəsində milyonlarla insan həlak olmuş, həmin  ərazilərdə 

müxtəlif xəstəliklər yaranmış, bu torpaqlar yararsız hala düşmüşdür. Belə halın təkrar 

olunmayacağına da heç kim zəmanət verə bilməz. İranın son zamanlar apardığı hərbi siyasət 

isə bunun çox tez bir zamanda da təkrar olunacağına bir işarə kimi göstərilə bilər. İranın hər 

an bu silahlardan istifadəsi nəzərə alınmalıdır. Buna görə də, tez bir zamanda, İranın yeritdiyi 

qeyri-demokratik və  hərbiləşdirmə siyasətinə qarşı müəyyən sanksiyaların tətbiq olunması 

vacibdir.  İranın yeritdiyi siyasətdən danışarkən, onun yerləşdiyi regionu da nəzərə almaq 

vacibdir.  

 

II dünya müharibəsi illəri və sonrakı bir neçə illər  ərzində  İrandakı proseslər 



ölkənin XX əsr tarixinin ən dramatik dövrlərindən biridir. Birincisi, İran cəmiy-

yətində sosial-siyasi fəallıq birdən və qəti şəkildə yüksəlmişdi; ikincisi, ölkənin daxili 

və xarici siyasətinin başlıca problemləri ətrafında mübarizə kəskinləşmişdi; üçüncüsü, 

İranın gələcək ictimai və dövlət quruluşunun xarakteri haqqında qızğın müzakirələr 

siyasi həyata xüsusi bir gərginlik gətirmişdi; dördüncüsü, ölkənin əlverişli, geopolitik 

mövqeyindən yararlanmaq və  İranda öz maraqlarını  təmin etmək uğrunda  ənənəvi 

olaraq burada nüfuzları güclü olan Böyük Britaniya və Sovet İttifaqı ilə yanaşı 

Amerika Birləşmiş  Ştatları da mübarizəyə qatılmışdı.  Əslində, bu proseslər 1941-ci 

ilin avqustunda Sovet İttifaqı  və Böyük Britaniyanın, 1942-ci ilin sonlarından ABŞ 

hərbi qüvvələrinin  İrana girməsi ilə başlamışdı. Həmin dövrdə Rza şah Pəhləvi 

taxtdan salınmış, onun yerinə  oğlu Məhəmməd Rza Pəhləvi gətirilmiş, bununla da 

uzun illər İranda mövcud olmuş hərbi diktatura rejiminə son qoyulmuşdu. Bu da öz 

növbəsində seçkili orqanların, xüsusilə, parlamentin- məclisin rolunun güclənməsinə 

gətirib çıxarmışdı. 

 SSRİ  İran Kommunist Partiyasının varisi Xalq Partiyasını (Tudə) və onun 

ətrafında birləşən qüvvələri dəstəkləyirdi. Bu partiya ölkədə demokratik dəyişikliklər 

aparılması, xalqın həyat və iş şəraitinin yaxşılaşdırılması, İranın milli suverenliyinin 

möhkəmləndirilməsi və xarici müdaxilələrin ləğv edilməsi uğrunda mübarizəni öz 

başlıca proqramı elan etmişdi. Kifayət qədər cəlbedici olan bu şüarlar az bir zamanda 

Tudə partiyasının şöhrətini artırdı və onun üzvlərinin sayını yüz min nəfərə çatdırdı. 




 137

1944-cü ildə keçirilən parlament seçkilərində bu partiyanın bir neçə üzvü parlamentə 

seçildi. Hətta 1946-cı ildə  Əhməd Qəvvamın (Qəvvam  əs-Səltənə) təşkil etdiyi 

hökumətin tərkibində 3 tudəçi də olmuşdur.  

 Əhməd Qəvvam (1877-1955) ABŞ-la münasibətlərin möhkəmləndirilməsinin 

tərəfdarı idi və ölkədə iqtisadi, siyasi dəyişikliklər aparılmasını,  şah hakimiyyətinin 

daha çox məhdudlaşdırılmasını istəyirdi. 1946-cı ilin əvvəllərində  Əhməd Qəvvam 

baş nazir olduqdan sonra həqiqətən yuxarıda sadalanan prinsiplərin həyata 

keçirilməsində maraqlı olduğunu sübut etdi, dövlət aparatında çalışan ingilispərəst 

siyasi kurs tərəfdarlarını  vəzifələrindən uzaqlaşdırdı,  əmək haqqında qanunun qəbul 

edilməsinə nail oldu, Azərbaycan türklərinin və kürdlərin hüquqlarının genişlən-

dirilməsinə söz verdi, İngiltərə-İran Neft Kompaniyasının (İİNK) istismar etdiyi neft 

mədənləri üzərində  İranın hüquqlarının bərpa edilməsi məsələsini hökumətin gün-

dəliyinə gətirdi. Ölkədə bu hökumətin əlehdarları da çox idi. Bunlar, əsasən, saraya 

yaxınlığı ilə tanınan mühafizəkar ovqatlı siyasi xadimlər idilər. Məhz bu ingilispərəst 

qüvvələrin kəskin reaksiyası ilə qarşılaşan Qəvvam İrandakı imtiyazlı sosial qrupların 

təmsilçilərini bütünlükdə öz ətrafında birləşdirmək niyyətinə nail ola bilmədi. 

Liberal-millətçi qüvvələr daha müstəqil xətt və mövqe nümayiş etdirdilər. Onlar 

"İran" partiyasında birləşmişdilər və ölkənin modernləşdirilməsi üçün radikal sosial-

iqtisadi və siyasi islahatlar keçirilməsini istəyirdilər. Liberal-millətçilərin sıralarında 

K.Səcabi, M.Bazarqan və  s.  kimi  liderlər var idi. Klerikal siyasətçilərdən və dini-

siyasi qruplardan ibarət qüvvələr də  İranda möhkəmlənməyə başlayırdılar. Bu 

qüvvələr  İranda xarici dövlətlərin nüfuzunun artmasının  əleyhinə idilər. Klerikal 

müxalifətin liderlərindən olan Kaşani — demək lazımdır ki, o, antiingilis çıxışlarına 

görə ölkədə çox məşhur idi — "Mocahidan-e islam" ("İslam mücahidləri") partiyasını 

yaratmışdı. Partiya əsas diqqətini ona yönəltmişdi ki, İran cəmiyyətində müsəlman 

ruhanilərinin mövqeyi gücləndirilsin və bu sahədə geniş  təbliğat kampaniyası apa-

rılırdı. 1945-ci ilin yazından başlayaraq İranda siyasi vəziyyət kəskin dəyişdi. Belə ki, 

bu Cənubi Azərbaycan türklərinin və Şimali Kürdüstan əhalisinin öz milli hüquqları 

uğrunda güclü bir hərəkata qoşulması ilə bağlı idi. Cənubi Azərbaycanda yerli 

kommunistlərin və digər sol görüşlü millətçi qüvvələrin təşəbbüsü ilə S.C.Pişəvərinin 

başçılığı altında Azərbaycan Demokrat Partiyası (ADP) yaradıldı  və bu partiya 

Cənubi Azərbaycan türkünün milli haqlarının təmin olunması və qorunması işini öz 

fəaliyyət proqramı elan etdi. Elə buna görə  də, Demokrat Partiyası  Cənubi Azər-

baycan xalqının bütün təbəqələri tərəfindən dəstəklənirdi. Az keçmədi ki, ADP öz 

sıralarında 70 min üzvü birləşdirdi, milli-demokratik bir partiya kimi tanındı. Onun 

İran dövləti daxilində  Cənubi Azərbaycana mədəni və yerli özünüidarə sahələrində 

muxtariyyət verilməsi tələblərinə bütün xalq qoşulmuşdu. 1945-ci ilin 12 dekabrında 

Azərbaycan Muxtar Cümhuriyyətinin yaradıldığı elan edildi. İran hökuməti Təbrizdə 

baş verən bu hadisələrin qarşısını almaq üçün ora ordu hissələri göndərmək istədikdə 

sovet hərbi komandanlığı buna mane oldu. 1945-ci ilin axırlarında Azərbaycan Milli 

Məclisinə seçkilər keçirildi, bunun ardınca isə Azərbaycanın milli hökuməti təşkil 

edildi. Hökumətin proqramında Azərbaycan muxtariyyətinin möhkəmləndirilməsi, 

ölkədə bir sıra demokratik dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulurdu. 

Azərbaycan hökuməti eyni zamanda bildirdi ki, o, mərkəzi hökuməti tanıyır və Azər-

baycan muxtariyyətinə zidd olmayan bütün qərar və göstərişləri yerinə yetirəcəkdir. 

Az vaxtda Milli hökumət böyük işlər görə bildi. Aqrar islahat haqqında dekret verildi. 

Dövlət mülkiyyətində olan və ya bəzi torpaq sahiblərindən müsadirə edilmiş 250 min 




 138

ha torpaq sahəsi pulsuz olaraq 210 min kəndli ailəsi arasında bölüşdürüldü. Torpaq və 

su üzərində xüsusi mülkiyyətə toxunulmurdu. 8 saatlıq iş günü, sosial sığorta, tir-

yəkdən istifadənin və fahişəliyin qadağan olunması haqqında dekretlər verildi. Milli 

hökumətin gördüyü ən mühüm tədbirlər içərisində xalq özünümüdafiə  dəstələrinin 

yaradılması, türk dilinə  rəsmi status verilməsi, bu dildə  məktəblər açılması, savad-

sızlığın ləğvi kurslarının təşkili, xüsusilə, Təbrizdə Azərbaycan Dövlət Universi-

tetinin yaradılması çox ciddi tarixi hadisələr idi. Mədəniyyətin, səhiyyənin, sosial 

təminatın və  şəhər infrastukturun inkişafına çalışılırdı. Teatrlar, pulsuz xəstəxanalar 

və ana dilində radio fəaliyyət göstərirdi (1, 98).  

 Qəvvam əs-Səltənin atdığı addımlar millətçi-istiqlalçı və digər siyasi qüvvələri 

zərərləşdirmək məqsədi güdürdü. Bu məqsədlə 1946-cı ilin iyununda İran Demokrat 

Partiyasını yaratdı və bütün tərəfdarlarını ora topladı. Bundan sonra Böyük Britaniya 

ölkənin cənubunda – Xuzistanda öz imkanlarını səfərbər etdi, burada Xuzistan Qəbi-

lələrinin  İttifaqı adlı  təşkilat yaradıldı. Bu təşkilat Xuzistanın  İrandan ayrılması 

tələbini irəli sürürdü və belə bir bəhanə  gətirirdi ki, Azərbaycanda və Kürdüstanda 

yaranmış hakimiyyətlər  İranın parçalanması  məqsədi güdür. İran dövləti bu "sepe-

ratçılıq" hərəkətlərinə son qoymur və biz də etiraz olaraq həmin addımı atmaq 

məcburiyyətində qalmışıq.Bu məqsədlə Böyük Britaniya hərbi gəmilərini Abadan və 

Xürrəmşəhr limanlarına gətirdi. Bəsrə rayonunda İran sərhədlərinə yaxın əraziyə bir 

neçə ingilis diviziyası yerləşdirildi. Bunu bəhanə edərək, neft mədənlərinin işçiləri 

kütləvi nümayişlərə başladı. Bu aksiyanın arxasında isə tudəçilər dayanırdılar. 1949-

cu ilin 16 iyulunda Qəvvam hökuməti neftçilərin bu nümayişlərini qeyri-qanuni saydı. 

Xuzistanda hərbi vəziyyət elan olundu və sakitlik yarandı. Bu Qəvvam əs-Səltənənin 

ilk uğuru idi. 1949-cu ilin sentyabrda Qəvvam əs-Səltənəni dəstəkləyən Cənubi İran 

qəbilələri başçılarının hərbi qüvvələri hərəkətə  gəldi və Kazerun, Buşir və digər 

şəhərləri tutdular. Narazı qüvvələrə qarşı cəza tədbirləri tuğyana başladı. Qəvvam əs-

Səltənənin "milli hərəkat" adlandırdığı bu hadisələrin təşkilatçıları öz hərəkətlərini 

"İranın istiqlaliyyətini və  ərazi bütövlüyünü qorumaq" istəyi ilə bağlayırdılar. Bu 

vaxtdan etibarən, sovet orduları İrandan çıxarıldı, Qəvvam əs-Səltən tudəçiləri höku-

mətdən uzaqlaşdırdı. 1946-cı ilin dekabrın 10-da isə "məclisə azad seçkilər 

keçirilməsini təmin etmək" bəhanəsi ilə  İran orduları Azərbaycana yeridildi, Təbriz 

və digər  şəhərlər tutuldu. İstiqlalçı-demokrat qüvvələrə sarsıdıcı  zərbələr vuruldu. 

Azərbaycan hökuməti yıxıldı, minlərlə insan güllələndi, dar ağacından asıldı  və 

öldürüldü. Çoxları ölkədən çıxmağa məcbur oldu. Sonra İran orduları Kürdüstana 

yeridi və kürd demokratlarına da eyni divan tutuldu. 

 1947-ci ilin əvvəlində İran məclisinə seçkilər keçirildi. Məclis 1947-ci ilin 22 

oktyabrında Qəvvam  əs-Səltəninin təklifi ilə irəlidə haqqında danışılan sovet-iran 

sazişinin qeyri-qanuniliyi haqqında qərar qəbul etdi. Buna da səbəb o gətirilirdi ki, 

1944-cü il 2 dekabr tarixli qanuna əsasən, hökumət neft konsessiyası vermək hüqu-

qundan məhrum edilmişdi. 1947-ci ilin 22 sentyabrında ABŞ hökuməti bildirdi ki, 

neft sazişinin rədd edilməsi səbəbindən  İran gözlənilməyən nəticələrlə qarşılaşarsa 

ABŞ bu ölkənin torpaq bütünlüyünü qoruyacağına təminat verir. ABŞ-ın bu sərt möv-

qeyi Sovet İttifaqını onunla üz-üzə gəlməkdən çəkindirdi və Sovet İttifaqı baş vermiş 

faktla razılaşmağa məcbur oldu. 1947-ci ilin sonlarında Qəvvam əs-Səltən parlament-

dəki tərəfdarlarının çoxunu itirdikdən sonra hakimiyyəti zəifləməyə başladı və haki-

miyyətini itirdi. Bundan sonrakı dövrü İranda ABŞ mövqeyinin güclənməsi və neft 

sənayesinin milliləşdirilməsi uğrunda aparılan mübarizə ilə xarekterizə etmək olar. 




 139

 1947-ci ilin 10 dekabrında Qəvvam  əs-Səltənəni istefaya göndərməyi bacar-

dılar. Baş nazir vəzifəsinə ingilispərəstliyi ilə tanınan  İ.Həkimi gətirildi. Onun ilk 

tədbirlərindən biri İran Demokrat Partiyasının bağlanması oldu. 1951-ci ilin may 

ayına qədər ömür sürmüş bütün hökumətlərin (İ.Həkimidən sonra baş nazir vəzifəsini 

1948-ci ilin sonlarında Məhəmməd Səid Marağai, 1950-ci ilin 27 iyunundan general 

Əli Razmara yerinə yetirmişdir)  əsas fəaliyyəti  İranın ABŞ  və Böyük Britaniya ilə 

əməkdaşlığına önəm vermək və bu zəmində ölkənin inkişafına nail olmağa yönəl-

mişdi.  

İran iş adamlarının da böyük bir qismi daxili bazarın və ümumiyyətlə ölkənin 

hərtərəfli inkişafı baxımından neft sənayesinin milliləşdirilməsini qəti  şəkildə  tələb 

etməyə başladılar. Onların mövqeyini İran ziyalıları, ticarətçilər və  sənətkarlar, 

həmçinin nüfuzlu şiə ruhaniləri müdafiə etdilər. Bütün bunlar onunla nəticələndi ki, 

həmin qüvvələr bir araya gəlib siyasi blok təşkil etdilər. Blok Milli Cəbhə adlanırdı, 

bir siyasi təşkilat olaraq 1949-cu ilin payızında yaranmışdı. Bəlli olduğu kimi, həmin 

dövrdə  məclisə seçkilər kampaniyası gedirdi və blokun yaranmasında bu amilin də 

rolu az deyildi. Milli Cəbhənin başında doktor Müsəddiq (1879-1967) dururdu. O, 

İranın müstəqil xarici siyasət yeritməsi uğrunda çıxış edirdi, şahın və sarayın 

hüquqlarının genişləndirilməsinin əleyhinə idi, şaha edilən sui-qəsd cəhdindən sonra 

kütləvi represiyaların dayandırılmasını tələb edirdi. Ümumiyyətlə, həmin dövrdə istər 

İranın öz daxilində, istərsə də onunla bağlı xaricdə baş verən proseslər Milli Cəbhənin 

fəaliyyət imkanlarını genişləndirdi. 1949-1953-cü illərdə bu təşkilatın özəyini 

"Vətən" partiyası təşkil etsə də, müxtəlif görüşlü bir sıra ictimai və siyasi xadimlər də 

ona daxil olmuşdu. Milli Cəbhənin siyahısı ilə məclisə girənlər arasında "Mücahidan-

e islam" təşkilatının yaradıcısı Kaşani, Demokrat Partiyasının bəzi görkəmli üzvləri, 

hətta  İran Kommunist Partiyasının keçmiş üzvü də var idi. Onların hamısını isə bir 

istək birləşdirirdi:  İran müstəqil daxili və xarici siyasət yeritməlidir,  İİNK-ın 

milliləşdirilməsi ölkənin müstəqil inkişafının əsas şərti ola bilər. Elə sonuncu tezisdən 

çıxış edərək doktor Müsəddiq cənub neft yataqları üzərində İranın hüquqlarının bərpa 

edilməsini Milli Cəbhənin əsas proqram maddələrindən biri etmişdi. 

 Nəhayət, 1951-ci ilin 19 fevralında Müsəddiq neft sənayesinin milliləşdiril-

məsi haqqında qanun layihəsini məclisə təqdim etdi. Neft sənayesini milliləşdirməyin 

mümkünsüzlüyünü söyləyən və  "əlavə sazişin" təsdiq edilməsi lehinə  təkidli çıxış 

edən baş nazir Əli Razmara martın 7-də öldürüldü. Aprelin 26-da Müsəddiqin təqdim 

etdiyi qanun layihəsi təsdiqləndi və üç gündən sonra o, baş nazir təyin olundu. Mü-

səddiq 1953-cü ilin avqustuna qədər baş nazir kimi fəaliyyətini davam etdirdi (3, 

134). 

 1951-ci ilin iyulundan ABŞ vasitəçiliyi öz üzərinə götürdü. ABŞ prezidenti 



Trumenin nümayəndəsi Harriman Tehrana gəldi. Lakin bu heç bir nəticə vermədi, 

belə ki, Böyük Britaniya İran neftini blokadaya almağı bacardı. 1951-ci ilin 

oktyabrında ABŞ və Böyük Britaniya məsələsini BMT Təhlükəsizlik Şurasına çıxar-

maq istəsələr də, Müsəddiq buna razı olmadı.  Şah 1952-ci ilin iyulunda Müsəddiqi 

baş nazir vəzifəsindən götürüb, onun yerinə  Qəvvam  əs-Səltənəni gətirdi. Lakin bu 

tədbir narazılıqla qarşılandı. İranda müxtəlif etiraz aksiyaları keçirildi. Polis və ordu 

işə qarışdı, qan töküldü. Nəticədə, iyulun 21-də  Qəvvam  əs-Səltənə istefa verdi və 

Müsəddiq yenidən baş nazir vəzifəsinə  gətirildi. Müsəddiq 1953-cü ilin fevralında 

şahı taxtdan uzaqlaşmağa məcbur etdi. Müsəddiq bununla da İranda bütün hakimiy-

yəti öz əlində toplamış olurdu. Lakin o, hakimiyyətdə çox qala bilmədi. General 




 140

Zahidinin başçılığı altında 1953-cü ilin 19 avqustunda hərbçilərin təşkil etdiyi dövlət 

çevrilişi uğurla nəticələndi. Müsəddiq hakimiyyətdən salındı və həbs edildi. Üç gün 

sonra isə  şah ölkəyə qayıtdı. General Zahidi baş nazir təyin olundu. Bundan sonra 

qərblə münasibətlər bərpa olunmağa başladı.  İİNK və ABŞ neft şirkətlərinin nüma-

yəndələrindən ibarət bir komissiya yaradıldı. Həmin komissiya ilə İran arasında 1954-

cü ilin 5 avqustunda müqavilə imzalandı. Onun şərtlərinə görə, yeni yaradılmış 

konsorsiumun üzvlərinin payı aşağıdakı qaydada bölüşdürüldü: İİNK 40 %, Hollan-

diyanın Şell şirkəti 16 %, fransız neft şirkəti 6 %, beş ABŞ şirkətinin də hər biri 8 %-ə 

sahib oldu.  

 İran 1955-ci ilin 11 oktyabrında Bağdad paktına (1959-cu ildən SENTO) 

qoşuldu, 1957-ci ildə isə "Eyzenhauer doktrinası"nı tanıdı. 1959-cu ilin 5 martında 

İran və ABŞ arasında ikitərəfli hərbi saziş imzalandı.  

 1955-ci  ildə xarici investisiyaların təşviq edilməsi haqqında, 1958-ci ildə isə 

xarici banklar üçün məhdudiyyətlərin ləğv edilməsi haqqında qanunlar qəbul olundu. 

Bu da imkan verdi ki, yüzlərlə ABŞ, Böyük Britaniya, Fransa, Qərbi Almniya, 

Yaponiya və s. şirkəti və bankı ölkədə  fəaliyyətə başlasın. Lakin bir çox sahələrdə 

problemlər hələ də qalırdı.  

 İqtisadi və sosial çətinliklər  şəraitində 1960-cı ilin sonlarında Mazandaran, 

Gilan, Azərbaycan və mərkəzi əyalətlərdə kəndli hərəkatı artdı. 1960-1962-ci illərdə 

siyasi stabilsizlik nəticəsində bir neçə dəfə hökumət dəyişikliyi baş vermişdi. 1953-cü 

il cevrilişindən sonra şahın hakimiyyət səlahiyyəti artmışdı  və bundan istifadə edən 

şah İranı bölgənin liderinə çevirmək istəyirdi. Lakin ağır iqtisadi və sosial problemlər 

şəraitində bunu etmək çox çətin idi. 50-ci illərin ortalarından başlayaraq, şahın yanın-

da yeni siyasi fikirli insanlar formalaşmağa başlamışdı. "Texnokrat" və "qərbyö-

nümlü" adlandırılan bu şəxslər  İrandakı  ağır iqtisadi vəziyyəti düzəltmək üçün yeni 

layihələr hazırlayıb  şaha təqdim edirdilər. Onlar hesab edirdilər ki, həmin dəyi-

şikliklər ölkənin müasir təməllər əsasında inkişafını təmin edə bilər və İranın müasir 

kapitalist dünyası ilə inteqrasiyası mümkün olar. "Texnokratların" ideyaları  şah 

tərəfindən qəbul olunduqdan sonra xalqın münasibətini bildirməsi üçün 1963-cü ilin 

23 yanvarında altı qanun layihəsi üzrə referendum keçirilməsinə qərar verdi: 1) torpaq 

islahatı; 2) meşələrin milliləşdirilməsi; 3) torpaq islahatının maliyyələşdirilməsi üçün 

dövlət fabrik və zavodlarının satılması; 4) müəssisələrin gəlirlərində  fəhlələrin 

iştirakı; 5) parlamentə seçkilər haqqında qanunun dəyişdirilməsi; 6) savadsızlığa qarşı 

mübarizə üçün "maarif korpusu"nun yaradılması (7). 

 1963-cü il mayında qadınlara da kişilərlə  bərabər seçki hüququ verildi. Bir 

müddət sonra altı islahat qanununa daha altısı da əlavə olundu. Bunlardan ən 

mühümləri "tətbiq etmə korpusu"nun (mütərəqqi metodların kənd təsərrüfatına 

tətbiqi), kənddə yerli dava-dalaşlara baxmaq üçün ictimai məhkəmələrin, "səhiyyə 

korpusu"nun yaradılması, su mənbələrinin milliləşdirilməsi və s. idi. İslahatlar və 

onunla bağlı həyata keçirilən tədbirlər İranda "ağ inqilab" adı ilə məhşur olmuşdur. 

 Şah 1975-ci ilin martında bütün siyasi partiyaların buraxılmasını elan etdi və 

birpartiyalı sistem yarandı. Buna qədər millətçi ovqatlı müxalifətin mövqeyi 

zəifləmişdi. Bunun göstəricisi idi ki, Milli Cəbhənin fəallığı ümumiyyətlə  nəzərə 

çarpmırdı. "Ağ inqilab"ın nəticələrindən biri də  İranda din xadimlərinin hüquq və 

mövqelərinin müəyyən qədər sıxışdırılması oldu. Bu da təbiidir ki, ölkədə dövlət və 

məscid arasında mövcud olan ənənəvi qarşılıqlı əlaqələri pozmaya bilməzdi və İranda 

həmişə möhkəm mövqeləri və  cəmiyyətə  dərin təsir etmək imkanları olan din 




 141

xadimlərinin narazılığını doğurmaya bilməzdi. 

 Lakin  şah və onun ətrafı qüvvətlənməkdə olan rəqiblərinin, ilk növbədə, 

klerikal qüvvələrin və solların təsir imkanlarını lazımınca dəyərləndirə bilmədilər. 

İslahatların ilk illərindən etibarən bu narazılıq açıq şəkildə dilə gətirilir, nüfuzlu din 

xadimləri -onların arasında görkəmli ilahiyyatçı Burucerdi xüsusilə  fərqlənirdi -

torpaq islahatı haqqında qanun layihəsinə qarşı  çıxır, məclis üzvlərini ona qarşı 

çıxmağa və əleyhinə səs verməyə çağırırdılar. 1961-ci ildə Borucerdinin ölümündən 

sonra islahatların keçirilməsinə qarşı din xadimlərinin mübarizəsinə ayətullah 

Xomeyni (1900-1989) başçılıq edirdi. O, çıxışlarında və yazılarında bildirirdi ki, 

hökumətin hazırladığı islahatlar, o cümlədən, torpaq islahatı Quranın müddəalarına və 

İslam  əxlaqının normalarına ziddir. Ayətullah Xomeyninin kəskin tənqid etdiyi 

məsələlərdən biri də qadınların kişilərlə eyni hüquqa malik olması haqqında verilən 

qanun idi. Ayətullah Xomeyninin bu fikirlərini digər tanınmış din xadimlərindən 

ayətullah Bəhbəhani, ayətullah Şəriət-Mədari, ayətullah Taleqani və b. müdafiə edir 

və xalq arasında yayırdılar. Bu qüvvələr az sonra sözdən işə keçdilər. 1962-ci ilin 

yanvarında dini mərkəz Qumda, həmin ilin dekabrında Tehranda şiə ruhanilərinin 

təşkil etdiyi kütləvi çıxışlar baş verdi. 1963-cü ilin iyununda isə bu çıxışların miqyası 

daha da genişləndi və digər əyalət mərkəzlərində hökumətə qarşı çıxışlar oldu. Bunun 

qarşısını almaq üçün 1964-cü ilin noyabrında Xomeyni ölkədən çıxarıldı. O, əvvəlcə 

Türkiyəyə, oradan da İraqa keçməli oldu. Sonra isə birdəfəlik Fransada qərar tutdu. 

Xomeyni mühacirətdə olarkən fəaliyyətini dayandırmadı, əksinə daha da canlandırdı.  

 70-ci  illərin sonlarında  İranda sosial-siyasi böhran şahın bütün səylərinə 

baxmayaraq daha da genişləndi. Həmin dövrdə ölkədə nüfuzlu ayətullahlar hərəkata 

qoşulmuşdular və onların da başında ayətullah Xomeyni dururdu. Məhz o, şaha qarşı 

açıq çıxışların  əsasını qoydu, məhz o da şah hakimiyyətini devirməyə  gətirən İslam 

inqilabını qələbə ilə başa çatdırdı. Hadisələr isə 1978-ci ilin yanvarında başladı. Şah 

Qumda etiraz edən insanlara qarşı silah işlətdi və bundan qəzəblənən insanlar 

Təbrizdə və başqa şəhərlərdə etirazlara başladılar. Neft mədənlərində fəhlələrin etiraz 

etməsilə neft hasilatı  aşağı düşdü və  şah  əsas gəlir mənbəyini itirdi. 1978-ci ilin 

avqustunda İsfahanda baş verən hadisələr İrandakı qarşıdurmaları bir dönüş nöqtəsinə 

gətirdi. 1978-ci ilin sonlarında  şah etirazların qarşısını almaq üçün yeni cəhdlər 

etməyə başladı. Hərbiçilərdən ibarət hökumət 1979-cu ilin 6 yanvarında mülki hö-

kumətlə  əvəzləndi, onun başçılığına isə Milli Cəbhənin nüfuzlu liderlərindən 

Ş.Bəxtiyar gətirildi. Bununla şah həm də istəyirdi ki, müxalifəti parçalasın, ən azı laik 

siyasətçiləri klerikallardan ayırsın və öz tərəfinə  çəksin. Ancaq onun bu niyyəti baş 

tutmadı. Milli Cəbhə Ş.Bəxtiyarı öz sıralarından çıxardı. 1979-cu ilin 16 yanvarında 

şah Məhəmməd Rza Ş.Bəxtiyarın tövsiyəsi ilə İranı, çox ehtimal ki, müvəqqəti olaraq 

düşüncəsi ilə  tərk etdi. Bu xəbər xalqda çox böyük ruh və  həvəs yaratdı. Xalq 

küçələrə töküldü, şahın portretləri cırılır, onun şərəfinə qoyulmuş abidələr 

darmadağın edilirdi. Fevralın 1-də Xomeyni mühacirətdən qayıtdı. Xomeyni ilk 

çıxışında bildirdi ki, mübarizəni  şahlıq rejiminin yıxılmasına kimi davam etdirmək 

lazımdır və ümumxalq seçkisi yolu ilə «həqiqi Müəssisələr Məclisi» yaradılmasının 

tərəfdarıdır. Bir tərəfdə  Ş.Bəxtiyarın başçılıq etdiyi hökumət vardı  və onun da 

arxasında ordu və digər güc qüvvələri dayanırdı. Buna görə  də o istefa verməkdən 

imtina edir və bildirirdi ki, şah diktaturasının ruhanilərin diktaturası ilə  əvəz olun-

masına yol verməyəcəkdir. O biri tərəfdə isə Xomeyninin qeyri-rəsmi hakimiyyəti 

vardı  və onun da arxasında bütün ölkə boyu yaradılmış «islam inqilab komitələri» 




 142

dayanırdı. Ayətullah Xomeyni fevralın 4-də Milli Cəbhənin başqa bir tanınmış lideri 

M.Bazarqanı Müvəqqəti İnqilabi hökumətin başçısı təyin etdiyini də bildirdi. 

 Həmin vaxtda bir sıra solçu qüvvələr xaıqı silahlı mübarizəyə çağırırdılar. 

Xomeyni isə düşünürdü ki, hadisələrə silah qarışsa, hər  şey nəzarətdən çıxa bilər. 

1979-cu ilin fevralın 9-10-da Tehranın yaxınlığındakı aviasiya bazasında baş verən 

hadisələr belə bir təhlükənin olduğunu ortaya çıxardı.  Şah qvardiyasının dəstələri 

aviasiya bazasının işçilərinə hücum etdiyindən, işçilər silaha əl atdılar. Hücuma 

məruz qalanların köməyinə ilk olaraq fədailər, mücahidlər və Tudə partiyasının 

üzvləri gəldilər. Onlar şah qvardiyası dəstəsinin hücumunun qarşısını aldılar və geri 

oturtdular. Bundan sonra isə Tehranda hakimiyyətin  əsas dayaq məntəqələrinə — 

polis  şöbələrinə, jandarma və polis idarəsinə, SAVAK-ın qərargahına hücuma 

keçdilər. Üsyan başlandı  və az sonra radio verilişləri, televiziya mərkəzi, məclis 

binası tutuldu. Tehrandan sonra bir sıra əyalət mərkəzlərində də silahlı üsyanlar oldu. 

Bunun nəticələrinin məsuliyyətini dərk edən Ali Hərbi Şura öz bitərəfliyini bildirirdi 

və ordu birləşmələrinə kazarmalara çəkilmək əmri verildi. Baş nazir Ş.Bəxtiyar ölkəni 

tərk etdi. Fevralın 12-də  şah qoşunlarının müqaviməti tamamilə dayandırıldı. 

Beləliklə, fevral üsyanı qalib gəldi və tarixdə fevral inqilabı adını aldı. «İnqilab 

keşikçiləri» və «islam komitələri» yerlərdə tam hakimiyyət sahibi oldular. 

 1979-cu ilin martın 30-31-də referendum keçirildi. İnsanlar monarxiyanın ləğv 

edilməsinə və İran İslam Respublikasının yaradılmasına razılıq verdilər. 1979-cu ilin 

aprelin 1-də  İran  İslam Respublikasının yaradıldığı elan edildi. Bundan sonra İran 

SENTO-dan çıxdığını bildirdi, ABŞ və Qərb ölkələri ilə bağlanmış bir sıra hərbi və 

mülki xarakterli kontraktların pozulmasına qərar verdi, ABŞ hərbi bazalarını bağladı. 

Bunlardan  əlavə, Beynəlxalq Neft Konsorsiumu ilə bağlanmış saziş  ləğv olundu, 

çoxsaylı xarici, xüsusilə, ABŞ bankları  və  şirkətlərinin fəaliyyətinə son qoyuldu. 

1979-cu ilin noyabrında ABŞ  səfirliyi tutuldu və onun bütün əməkdaşları «girov» 

elan edildi. 

 İran konstitusiyası 1979-cu ilin dekabrında referendum yolu ilə qəbul olundu. 

Yeni konstitusiyaya görə, Xomeyni «ali rəhbər» («vilayət-e fəqih») funksiyasını 

yerinə yetirirdi və İran İslam Respublikasının bütün hakimiyyət orqanlarından üstün 

mövqedə dayanırdı. Hakimlər və hərbi rəhbərlər, Ali Milli Müdafiə Şurasının üzvləri, 

hətta ümumxalq səsverməsi ilə seçilən prezidentin namizədliyi Xomeyni tərəfindən 

təsdiq olunmalıydı. 12 nəfərdən ibarət Nəzarətçilər  Şurasının («Şura-ye Nigahban») 

üzvləri Xomeyni tərəfindən təyin olunurdu. Xomeyni həm də İran ordusunun Ali baş 

komandanı oldu. 

 1980-ci ilin yanvar ayında prezident seçkiləri keçirildi və doktor Bəni Sədr 

İranın ilk prezidenti oldu. O, Sarbonna universitetində iqtisad elmləri üzrə  təhsil 

almışdı. Martın 14-də  və mayın 9-da isə  məclisə iki dövrədə seçkilər keçirildi. 

Seçkilərdə Cümhuriyyətçi  İslam Partiyası üstünlük qazandı. Məclisin sədri isə 

Məhəmməd  Əli Rəcai oldu. Qısa vaxtdan sonra Bəni Sədri dəstəkləyən mərkəzçi 

qüvvələr ilə M.Ə.Rəcainin başçılıq etdiyi radikal sağçı  və dinçilər arasında bir 

mübarizə başladı. Mübarizə 1980-ci ilin sentyabrında başlayan  İran-İraq müharibəsi 

dövründə xüsusilə gücləndi. Bu mübarizədə kommunist tudəçilər Rəcaini, radikal 

islamçı «Xalq mücahidləri» isə Bəni Sədri dəstəkləyirdilər. Məclis Rəcainin tərəfində 

olduğundan, Xomeyni Bəni Sədrə arxa durmaqdan çəkildi və iyulun 10-da onu baş 

komandanlıqdan, 21-də isə prezidentlikdən azad etdi. Baş nazir M.Bazarqanın və ilk 

prezident Bəni Sədrin vəzifələrindən azad edilməsi faktik olaraq Cümhuriyyətçi İslam 




 143

Partiyası liderlərinin mövqelərinin tam qalib gəlməsinin  əlaməti idi. Mövqelərini 

möhkəmlədən dini siyasi qüvvələr daha sonra marksist-leninçi fədailər və müca-

hidlərə qarşı, sonra isə Tudə partiyasının üzvlərinə qarşı  təqiblər başlatdı. Onlardan 

çoxu Sovet İttifaqına casusluqda suçlandırıldı. Bundan sonra dini siyasi qüvvələr 

ölkədə hakimiyyəti möhkəmlədə bildi (6). 

 1979-cu ilin noyabrın 4-də Xomeyni tərəfdarı olan tələbə gənclərin Tehrandakı 

ABŞ səfirliyinə hücum etdi, səfirliyin 63 əməkdaşını girov götürdü. Tələbləri isə bu 

cür oldu ki, ABŞ  şahı geri qaytarsın. Bu məsələ BMT-nin Təhlükəsizlik  Şurasında 

müzakirə edildi və  İranın bu hərəkətini pisləyən qərar qəbul olundu. 1980-ci ilin 7 

aprelində  İranla diplomatik münasibətlər kəsildi. ABŞ-ın xahişi ilə Avropa İqtisadi 

Birliyi  ərzaq və tibbi ləvazimatlar istisna olunmaqla İrana qarşı iqtisadi sanksiyalar 

tətbiqinə qərar verdi. Lakin bunlar bir nəticə vermədiyindən ABŞ aprelin 24-də Hind 

okeanındakı  hərbi donanmasından 8 helikopterində (vertalyotında) 90 nəfərlik bir 

desant dəstəsini Tehranın 400 km-liyində yerə endirməyə  cəhd göstərdi. Lakin bu 

cəhd tam uğursuzluqla nəticələndi. Mayın 17-22-də  İslamabadda toplanan İslam 

Konfransı Təşkilatı ABŞ-ın İrana desant çıxarmaq cəhdini pisləməklə yanaşı İrandan 

da girovlar məsələsinin həllini tələb etdi. 18 mayda Avropa İqtisadi Birliyi üzvü olan 

ölkələrin  İrana qarşı iqtisadi sanksiyaları gücləndirməsinə  qərar verildi. Haaqa 

Beynəlxalq Məhkəməsi və Sosialist İnternasionalının cəhdləri də  əlavə olunmaqla 

bütün bu tədbirlərin heç biri İranı atdığı addımdan geri çəkindirmədi. Amma həmin 

vaxtda  İraqla aparılan müharibə  İranı geri çəkilmək məcburiyyətində qoydu. ABŞ 

banklarındakı dondurulmuş  İran hesablarının açılması  şərtilə 1981-ci ilin 21 

yanvarında girovlar azad edildi.  

 İran-İraq müharibəsi 1975-ci il martın 6-da OPEK-in Əlcəzairdə keçirilən 

konfransında İran şahı Məhəmməd Rza Pəhləvi və İraqın baş naziri Səddam Hüseyn 

arasında  Şəttül-Ərəb (Ərvəndrud) çayının yatağı boyunca İran-İraq sərhədinin 

müəyyənləşdirilməsi barədə müqavilə imzalandı.(İranda "Müqəddəs müdafiə" (دفاع 

مقدس, Defae-moqaddas), İraqda isə "Səddam Qədisiyəsi" (ماّﺪﺻ ﺔّﻴﺳدﺎﻗ, Qədisiyyat Səd-

dam) adı ilə tanınır). Dəclə  və  Fərat çaylarının qovuşmasından yaranan Şəttül-Ərəb 

çayı böyük neft yataqları ilə zəngindir. İraq bu çayın iri liman şəhərləri Xürrəmşəhr 

və Abadanın yerləşdiyi  şərq sahillərinə iddia edirdi. İran isə  sərhəddin talveq xətti, 

yəni çay yatağının orta xətti boyunca çəkilməsinin tərəfdarı idi. 

 Müharibənin başlanmasına səbəb olan əsas amilləri aşağıdakı kimi qrup-

laşdırmaq olar: 

Ərəb-fars etnik konflikti; Ərazi mübahisəsi - İraqın  İrana qarşı  ərazi iddiaları 

(Xuzistan  əyalətini  ələ keçirmək planları,  Şəttül-Ərəb çayının bölünməsi problemi, 

İraqın Küveyti öz əyalətinə çevirmək istəyinə qarşı  İranın etirazları); Siyasi 

görüşlərdə müxtəliflik; Sünni-şiə qarşıdurması; Dünya bazarında neft ixracı uğrunda 

rəqabət; İki dövlət rəhbərlərinin şəxsi ambisiyaları.  

 Səddam Hüseyn 17 sentyabr 1980-ci ildə 1975-ci il Əlcəzair razılaşmasını 

pozaraq  Şəttül-Ərəb çayının  şərq sahillərini  İraq  ərazisi elan edir və  Əbu Musa, 

Böyük və Kiçik Tonb adalarının  İran ordularından təmizlənməsi tələbini irəli sürür. 

22 sentyabr 1980-ci ildə İraq ordusu İran ərazisinə geniş miqyaslı hərbi müdaxiləyə 

başlayır. Müharibənin başlanmasına bəhanə rolunu həmin ilin aprelində  İraqın 

cənubunda Xarici İşlər naziri Tariq Əzizə qarşı  həyata keçirilmiş sui-qəsd cəhdində 

İran agentlərinin ittiham edilməsi oynadı. 

 1980-ci il sentyabrın 28-də BMT Təhlükəsizlik Şurası 479 saylı "İran və İraq 




 144

arasındakı münasibətlərin mövcud vəziyyəti" adlı  qətnamə  qəbul edir. İlk dövrdə 

müdaxilənin gözlənilməzliyi və İraq ordusunun say üstünlüyü hesabına iraqlılar İran 

ərazisinin 20 000 km²-lik hissəsini  ələ keçirdilər. Hücum əməliyyatlarının həyata 

keçirildiyi Xuzistan ostanında  İraq ordusunun 5 diviziyasına qarşı  İranın yalnız 1 

diviziyası döyüşürdü.  İslam  İnqilabı Mühafizəçiləri Korpusu hələ tam 

formalaşmamışdı. ABŞ-la  əlaqələrin kəsildiyindən ABŞ istehsalı olan silahların 

ehtiyyat hissələrini İran ala bilmirdi (4). 

 İraq zabitlərinin düzgün qərarlar qəbul etməməsi və  rəqibi qiymətləndir-

məməsi, genişmiqyaslı  hərbi  əməliyyatlar keçirmək təcrübəsinin olmaması tezliklə 

İraq ordusunun təşəbbüsü əldən verməsinə səbəb oldu. Oktyabrın sonları və noyabrda 

İraq ordusu Dəsful və Əhvaz istiqamətində irəliləməyə çalışsa da, bu cəhdlər uğursuz 

oldu. Dekabr ayında yağışlar mövsümünün başlanması və hərəkətin çətinləşməsi ilə 

S.Hüseyn İraq qoşunlarının müdafiə mövqeyinə keçdiyini elan etdi. 

 1981-ci  ilin  yanvarında  İran  əks-hücuma keçdi. Bu tam uğursuzluqla 

nəticələndi. 16-cı tank diviziyası özünün 3 briqadasından 2-ni tamamilə itirdi. 

Mart ayında Susəngərd üzərinə  həyata keçirilən və  uğursuz olan hücumdan 

sonra İraq ordusu ilin sonunadək heç bir hücum əməliyyatı həyata keçirmədi. Çünki 

İraq rəhbərliyi  İrandakı rejimin tezliklə devriləcəyinə ümid edirdi. Belə ki, İran 

ordusu və  İslam  İnqilabı Mühafizəçiləri Korpusu arasında rəqabət gedirdi. İslam 

İnqilabı Mühafizəçiləri Korpusu ordunun zabit heyətinin  şah rejiminə  tərəfdar 

olmasından şübhələnirdilər. 

 Yanvar  məğlubiyyəti prezident Ə.Bənisədrin mövqelərini və orduya olan 

etibarı sarsıtdı. İyun ayında Bənisədr hakimiyyətdən uzaqlaşdırıldı və ölkəni tərk etdi. 

 İran ordusu sentyabrda Abadanın mühasirəsini aradan qaldırmaq üçün iri hərbi 

əməliyyatlara başladı. Sentyabrın 26-dan 29-dək davam edən  əməliyyat uğurla 

nəticələndi. Bu İranın müharibə dövründəki ilk böyük uğuru oldu. Bu uğur ordu və 

İİMK-nin birgə fəaliyyəti nəticəsində mümkün olmuşdu. 

 1982-ci ilin martından may ayına kimi Xürrəmşəhr azad edildi. Hərbi əməliy-

yatlar İraq ərazisinə keçdi. 1982-ci ilin iyununda Səddam Hüseyn sülh danışıqlarına 

başlamaq istədiyini bildirsə də, İran hakimiyyəti buna razı olmadı. Səddam isə ABŞ 

və digər müttəfiqlərindən əlavə silah, hərbi texnika və kimyəvi silahlar aldı. 

 1982-ci ilin ortalarından 1987-ci ilə qədər İran İraqın dəniz limanı olan Bəsrəni 

ələ keçirməyə çalışdı. Bu əməliyyatlarda İran "canlı dalğalar"-dan (könüllü silahlılar) 

istifadə edirdi. Lakin İraqın müdafiə xəttini tam yarmaq mümkün olmadı. 

 1984-cü ilin sonunda "tanker müharibəsi" başlayır və Fars körfəzində üçüncü 

dövlətlərin neft tankerlərinə  də  zərbə vurulur. İran Fars körfəzində yerləşən  ərəb 

dövlətlərinin neft tankerlərinə  zərbə vurmaqla dünyada yeni neft böhranı yaratmağa 

çalışır. Eyni zamanda mühasirədə saxladığı Fao yarımadasından Küveytə raket 

zərbələri endirir. "Tanker müharibəsi" vuruşan tərəflərin maddi ehtiyatlarının 

tükənməsi ilə nəticələnir. Londonun "Lloyd" sığorta şirkətinin verdiyi məlumata görə, 

hər iki tərəfdən 500 gəmiyə hücum edilmiş, onlardan 160-ı tam məhv edilmişdi. 

Tehran Bağdad və körfəzdə marağı olan dövlətlər atəşkəs elan olunması  və sülh 

imzalanmasının vacibliyini anlayırlar. 

 İran 1986-cı ilin fevralında Fao yarımadasını müzasirəyə almaqla İraqın Fars 

körfəzi ilə əlaqəsini kəsir. 

 1984-cü ilin aprelində  Səddam bitərəf  ərazidə Ayətullah Xomeyni ilə sülh 

danışıqlarına başlamağı təklif etsə də, onun təklifi qəbul edilmədi. 




 145

 1986-cı ilin payızında İran müharibəni qurtarmaq üçün aşağıdakı şərtləri İraqa 

təklif edir: 

-Səddam Hüseynin hakimiyyətdən getməsi;  

-Bəəs partiyasının siyasi arenadan uzaqlaşması;  

 - İsrailə qarşı müharibədə İraqın iştirak etməsi;  

 -Bağdadda İranı razı salacaq hakimiyyətin qurulması.  

 1986-cı ilin noyabrında Səddam Hüseyn İran hökümətinə açıq müraciətnamə 

göndərərək aşağıdakı təklifləri irəli sürür: 

- Tərəflərin tam şəkildə və şərtsiz olaraq beynəlxalq aləm tərəfindən tanınmış 

sərhədlərə doğru geri çəkilməsi;  

-Bütün hərbi əsirlərin qaytarılması;  

-Hər iki tərəf arasında sülh və hücum etməmək haqqında müqavilə imza-

lanması;  

-Tərəflərin bir-birinin işinə qarışmaması;  

-Fars körfəzi regionunda İran və  İraqın təhlükəsiz və sabit yaşayışının təmin 

olunması (2, 234).  

 Lakin hər iki tərəf bir-birinin təkliflərini qəbul etmir. 

 1988-ci  ilin  iyulunda  İraq təyyarələri  İranda kürdlərin məskunlaşdığı  Zərdan 

kəndinə sianid bombaları atdılar. Bundan 4 ay əvvəl Səddam Hüseynin əmrilə İraqın 

şimalındakı üsyançı kürd qruplaşmalarını  ləğv etmək bəhanəsilə  əsasən kürdlərin 

məskunlaşdığı  Hələbiyə  şəhəri də  bənzər hücuma məruz qalmış  və  nəticədə 5000-ə 

yaxın insan həlak olmuşdu. 

 1986-1987-ci illərdə Bəsrə yaxınlığındakı Fao yarımadasını və İraq ərazisinin 

müəyyən bir hissəsini mühasirəyə alır və  "şəhərlər müharibəsi" və "tanker mühari-

bəsi" yenidən qızışır. 

 1987-ci ildə ABŞ və bəzi NATO ölkələrinin hərbi-dəniz donanması tankerlərin 

ixrac edilməsi əməliyyatına başlayır. Amerika və İran gəmiləri və təyyarələri arasında 

da bir sıra silahlı toqquşmalar baş verir. İranın beynəlxalq təcrid olunması 

faktorundan istifadə edən  İraq iqtisadiyyatını müharibə yolunda səfərbər edərək, 

1988-ci ilin yaz-yayında öz ərazisini İran qoşunlarından təmizləmək istiqamətində bir 

neçə  uğurlu  əməliyyat keçirir. Müharibənin gələcək perspektivlərini görməyən 

Ayətullah Xomeyni sülhə razı olur. 

 İraq 1988-ci ilin aprelindən hücum əməliyyatlarını artıraraq 48 saat ərzində 

qanlı döyüşlər nəticəsində Fao yarımadasını geri qaytardı. Bu hadisə  İraq üçün 

müharibədə dönüş nöqtəsi oldu. May ayında  İraq qoşunları iranlıları  Bəsrənin  şər-

qindəki Salamançexa ərazisindən çıxardılar, iyunda isə 1985-ci ildə  İran tərəfindən 

zəbt olunmuş  Məcnun adalarını azad etdilər.  İraq iyulun əvvəlində Kürdüstan 

əyalətindən  İran ordularını  çıxarır, ayın sonunda isə  İran-İraq sərhəddinə daha da 

irəliləyərək İrana məxsus bir neçə sərhəd rayonlarını tutur. 1988-ci ilin avqustundan 

İraq hərbi hissələri iranlılara aramsız hücumlar sayəsində bir çox işğal edilmiş 

əraziləri azad edirlər. 

 1988-ci ilin iyulunda Cenevredə danışıqlar başlayır. Xomeyni BMT TŞ-nin 

1987-ci il 598 saylı qətnaməsinin tələblərini qəbul edir. BMT-nin və İslam Konfransı 

Təşkilatının vasitəçiliyi ilə 1988-ci ilin avqustun 20-də atəşkəsin tətbiqinə başlanıldı. 

Atəşkəs avqustun 25-də qüvvəyə minir. 

 Müharibədə hər iki tərəfdən 1 milyondan çox adam öldürülmüşdü. Müharibədə 

hər iki tərəfə dəyən ziyanın məbləği 350 milyard dollar olduğu güman edilir. 




 146

 Bu müharibə Xomeyniyə bütün dünyada haqq işi uğrunda cəsarətlər göstərən 

bir mübariz şöhrəti gətirdi. Həqiqətən də, ömrünün sonuna kimi Xomeyninin nüfuzu 

çox yüksək olaraq qaldı. Dünyanın bir sıra ölkələrindəki  şiə müsəlmanlar onu 

özlərinin dini rəhbəri sayırdılar.  

 1989-cu ildə Xomeyni vəfat etdikdən sonra ali dini rəhbər vəzifəsinin əhəmiy-

yəti nisbətən zəiflədi. Prezident vəzifəsinin  əhəmiyyəti artdı. S.Ə.Xamneyi yeni ali 

dini rəhbər oldu. 

Bəni Sədr istefaya getdikdən sonra bu vəzifəyə namizəd olan Behişti 1981-ci 

ilin iyun ayında öldürüldü. Məhəmməd  Əli Rəcai iyulun 24- də prezident seçildi. 

Lakin o da avqustun 30-da öldürüldü. Oktyabrın 20-də Seyid Əli Xamneyi qalib 

gəldi. 1985-ci ildə ikinci dəfə də bu vəzifəyə seçildi. 1989-cu ildə Əli Əkbər Haşimi 

Rəfsəncani prezident seçildi. 1993-cü ildə Əli  Əkbər Haşimi Rəfsəncani ikinci dəfə 

prezident vəzifəsinə seçildi. 1997-ci ildə isə Seyid Məhəmməd Xatəmi prezident 

seçildi. 

1992-ci il aprelin 5-də  İran təyyarələrinin müxalifətçi «Mücahidan-e xəlq» 

təşkilatının hərbi strukturu olan Milli Azadlıq Ordusunun İraqda yerləşən bazasına 

zərbələr endirildi. Bir təyyarə vuruldu və  həm də cavab olaraq tarixdə  bənzəri 

olmayan bir aksiya həyata keçirildi: İranın BMT-dəki nümayəndəliyinə, Bonn, 

Haaqa, Oslo, Kopenhagen, Bern, Paris şəhərlərindəki səfirlik və konsulluqlarına, İran 

hava şirkətinin Londondakı nümayəndəliyinə eyni zamanda basqınlar oldu və həmin 

təşkilatlara kifayət qədər maddi xəsarət yetirildi. 

 Belə  vəziyyət cəmiyyətdə mötədil islamçıların mövqelərini möhkəmləndirdi. 

1992-ci ilin parlament seçkilərində prezident Rəfsəncaninin  ətrafında toplaşan 

mötədillər yerlərin 68%-ni qazandılar. Radikalların 13 il sürən üstünlüyünə son qo-

yuldu. Bundan sonra Qərblə əlaqələr yaradılması üçün fəaliyyət imkanları genişləndi. 

 1990-cı il mayın 1-də parlament işləri üzrə prezident müavini A.Mohacerani 

bildirdi ki, ABŞ-la danışıqlar mümkündür və iki dövlət arasında əlaqələrin olmaması 

birinci növbədə  İrana ziyandır. Çünki ABŞ banklarında  İrana məxsus hesablar 

dondurulub və haqqı ödənilmiş silahların ölkəyə  gətirilməsinə Vaşinqton icazə 

vermir. Doğrudur, bu fikir kəskin tənqidlər və nümayişlərlə qarşılandı. Lakin 1992-ci 

il parlament seçkilərində qalib gələn mötədillər məsələnin parlament səviyyəsində 

müzakirəsinə nail oldular. Bu təşəbbüs nəticəsiz qaldısa da, hakim dairələr ümumi 

ovqatı  nəzərə almaq məcburiyyətində qaldılar və bildirdilər ki, ABŞ-la  əlaqələr 

qurulması üç şərt daxilində mümkün ola bilər: 

1) İranın dondurulmuş hesablarının açılması; 

2) İsraildəki sionist rejiminin müdafiəsindən ABŞ-ın imtina etməsi; 

3) Fələstin və livanlıların azadlığına maneçilik törədilməməsi. 

 1990-cı ilin 1-9 mayında Haaqada ABŞ  və  İran arasında bir sıra mülki 

iddiaların təmin edilməsi barəsində aparılan danışıqlarda razılaşmalar əldə edildi. 

 1990-cı ildə  Rəfsəncani  İraq prezidenti S.Hüseynlə sülh müqaviləsini imza-

lamağa hazır olduğunu bildirdi. BMT-nin baş katibi Peres de Kuelyarın vasitəçiliyi ilə 

iyulun 3-də Cenevrədə birbaşa İran-İraq danışıqları baş tutdu və müqavilə imzalandı. 

Danışıqların növbəti turu dekabrda Tehranda keçirildi və  əldə edilən razılaşmaya 

görə, tərəflər 1991-ci il yanvarın 9-na kimi öz qoşunlarını tutduqları  ərazidən geri 

çəkməli oldular.  

 İran SSRİ dağıldıqdan sonra yeni yaranan müsəlman ölkələri ilə yaxın müna-

sibətlər yaratmaqda maraqlı idi. 1992-ci ilin 15-17 fevralında qonşu müsəlman 




 147

dövlətlərinin cəmləşdiyi  İqtisadi  Əməkdaşlıq Təşkilatının (EKO) Tehranda toplan-

ması  həmin istəyə doğru atılan addımlardan biri oldu. Toplantıda  İran, Türkiyə, 

Pakistan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və 

Tacikistan iştirak edirdi. Toplantının sonunda qəbul olunan sənəddə təşkilata üzv olan 

dövlətlər arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə  təşkili üçün modern və 

səmərəli infrastrukturaların yaradılmasının vacibliyi xüsusi vurğulanmışdır.  İranın 

MDB ölkələri ilə əməkdaşlığı genişləndirmək istəyindən doğan ikinci addımı «Xəzər 

dənizi dövlətlərinin  əməkdaşlığı» təşkilatı yaradılması  təşəbbüsünü irəli sürməsidir. 

Bu təşkilatın Rusiya Federasiyası, Türkmənistan, Qazaxıstan, Azərbaycan və  İranı 

birləşdirməsi nəzərdə tutulur və belə hesab edilir ki, Xəzərin ekologiyasının 

qorunması  və onun ehtiyatlarından düzgün istifadə edilməsi üzv dövlətlərin birgə 

əməkdaşlığı nəticəsində səmərəli ola bilər. 

 Həmin illərdə rəsmi kursa qarşı hər hansı bir etiraz kəskin reaksiya doğururdu. 

Ayətullah Müntəziri 1993-cü ilin fevralında Xomeyni ilə bağlı  tənqidi fikir 

söylədiyinə görə həbs edildi. Mayda «Qeyri-islami təsirlərdən cəmiyyətin qorunması» 

haqqında qanuna əsasən, açıq-saçıq paltar geyən qadınların və əxlaqsız filmlər yayan 

şəxslərin ölümlə  cəzalandırılması  tətbiq olunmağa başladı. 1995-ci ilin aprelində 

«İran xalqının Qərbin mədəni təcavüzündən qorunması» haqqında qanun qüvvəyə 

mindi. Peyk antennalar bu qanuna əsasən ləğv olunurdu. 

 1996-cı ilin martda keçirilən parlament seçkisində radikallar yerlərin çoxunu 

tuta bildilər. 1997-ci ildə keçirilən prezident seçkilərində mötədillərin nümayəndəsi 

S.M.Xatəmi qalib gəldi. Seçkiqabağı  təbliğatında o, dünyanın bir sıra ölkələri ilə, 

xüsusilə də, müsəlman dövlətlərilə əlaqələri yaxşılaşdırmağa çalışacağına, qadınlar və 

gəncləri vəzifələrə çəkəcəyinə, inflyasiyanın qarşısını alacağına və qiymətlərə nəzarət 

qoyacağına söz vermişdi. S.M.Xatəmi «Qərbin  ən yaxşı xüsusiyyətlərinə yiyələn-

mək» fikrini də ortaya atmışdı. Bunlar radikal qüvvələrin etirazına səbəb olurdu və 

1998-ci ilin aprelin 4-də S.M.Xatəminin ən yaxın tərəfdarlarından olan Tehran valisi 

Q.Kərbasçının həbsi oldu. O, rüşvətxorluqda ittiham olunurdu. Bu hadisə böyük əks 

sədaya səbəb oldu. Lakin cəmiyyət buna etiraz etdi. 400 şəhər valisi dini rəhbər 

Xameneyiyə  məktubla müraciət etdi. Bundan sonra Q.Kərbasçı aprelin 14-də azad 

edildi. Aprelin sonlarında ayətullah Müntəzirinin mitinq keçirən tərəfdarlarının 

zindana atılması ilə ölkədə yenidən iğtişaşlar başladı. Qeyd etmək lazımdır ki, 

ayətullah Müntəzirinin özü isə hələ 1997-ci ildən ev dustağı idi. 

 S.M.Xatəmi fəaliyyətinə başlayan zaman seçkiqabağı verdiyi vədə əməl edərək 

müavinlərdən birini qadın təyin etdi. O, 37 yaşlı  Məsumə Ebtekar oldu. Minimum 

islahatlar keçirildi. Qadınlara bədii kitab oxumaq hüququ verilməsi, məhbuslarla 

yaxşı rəftar edilməsi və s. kimi tədbirlər bu qəbildəndir. 

 Xatəmi islahatların və  qərblə yaxınlaşmanın tərəfdarı idi.Belə  vəziyyət isla-

hatçılar və mühafizəkarlar arasındakı münasibəti kəskinləşdirdi. Bu münasibət 

Xameneyi və Xatəmi arasında ziddiyyətə  səbəb oldu. 1999-cu ilin yayında tələbə 

nümayişləri oldu. 2000-ci ilin mayında Xatəminin qardaşı - M.R.Xatəminin rəhbərlik 

etdiyi islahatçılar seçkini qazandılar. Seçkilərdən sonra Qərblə İran arasında istiləşmə 

müşahidə olundu. 2001-ci ildə keçirilən seçkilərdə Xatəmi yenidən qalib gəldi. 

 2003-cü  ildə yerli idarəetmə orqanlarına və 2004-cü ilin fevral-may Məclis 

seçkilərində mühafizəkarlar qalib gəldilər. 2005-ci il Məclisə keçirilən seçkilərdə 

mühafizəkarlar  əksər yerləri tutdular. İranda keçirilən son 17 iyun 2005-ci il tarixli 

seçkilərin ilkin mərhələsində  Rəfsəncani qələbə çalsada, ikinci turda gözlənilmədən 




 148

Tehranın keçmiş meri, qatı-mühafizəkar Mahmud Əhmədinecad 62% səslə qalib 

gəldi. 6 avqust 2005-ci ildə inauruqasiya oldu. Əhmədinecad ölkədə islam prin-

siplərinə uyğun sosializm qurmağı söz verib. Amerika Birləşmiş  Ştatları  və  İsrail 

seçkilərin nəticələrini tanımadıqlarını bəyan etdilər.  

İran konstitusiyasına görə, hakimiyyət qanunverici, icraedici və  məhkəmə 

hakimiyyətlərindən ibarətdir. İcraedici hakimiyyəti prezident həyata keçirir. Prezident 

seçki yolu ilə 4 illik seçilir. Eyni şəxs bu vəzifəni iki dəfə tuta bilər. Prezident həm də 

Nazirlər kabinetinin işinə rəhbərlik edir. Qanunverici hakimiyyəti isə İslam Şurası və 

ya Məclis adlanan birpalatalı parlament həyata keçirir. Parlament üzvlərinin sayı 270 

nəfərdir. 

 Konstitusiyaya  və 1981-ci ildə verilmiş  fərmana  əsasən, ölkədə qeyri-İslam 

təşkilatlarının fəaliyyəti qadağan olunub. Ölkənin  ən nüfuzlu partiyası Xomeyni 

tərəfindən 1979-cu ildə yaradılan  İslam Respublikası partiyasıdır.  İranın Azadlığı 

Uğrunda Hərəkat, Xalq Partiyası və digər partiyalar müxalifətdə duran partiyalardır. 

 Konstitusiyaya  görə, fəqih adlanan ali dini rəhbər ölkənin bütün həyatına rə-

bərlik edir. Ali dini rəhbər ölkənin silahlı qüvvələrinin baş komandanı  və  hərbi 

kəşfiyyatın rəhbəridir. Ali dini rəhbər polis rəhbərliyini, məhkəmə hakimlərini və hər 

növ qoşunun rəhbərliyini təyin edir. O üzvlərini özünün təyin etdiyi Ekspertlər 

Assambleyasına rəhbərlik edir. Müdafiə və kəşfiyyat nazirlərini prezident təyin etsə 

də, namizədlər Ali dini rəhbərin razılığından sonra təyin olunmalıdır. 

 Məhkəmə sistemi əsasən Xalq məhkəməsinə  əsaslanır.  Əsasən, mülki və 

cinayət məsələlərini həll edir. Bundan başqa, İnqilab məhkəməsi də fəaliyyət göstərir. 

Eyni zamanda İranda başında Ali dini rəhbərin dayandığı Xüsusi Mənəvi məhkəmə 

fəaliyyət göstərir. Ali dini rəhbər Xalq və İnqilab məhkəmələrinin hakimlərini təyin 

edir. 


 2005-ci il iyunun 26-da M.Əhmədinecad İranın yeni prezidenti seçildi. Bundan 

sonra ABŞ və Avropa İttifaqı ölkələrinə qarşı siyasət daha da sərtləşdirildi. Avqustun 

2-də Fransa, Almaniya və Böyük Britaniya İrana nota göndərdilər. Notada qeyd 

edilirdi ki, İranın yenidən uranın işlənməsinə başlaması nüvə proqramı sahəsində 

aparılan danışıqlara son qoyacaqdır.Lakin İran avqustun 8-də notaya fikir vermədən 

İsfahanda olan nüvə  mərkəzinin möhürünü açaraq yenidən uranın işlənməsinə 

başladı. Avqustun 9-10-da MAQATE-nin Vyanada keçirilən iclasında qərar çıxarıldı 

ki, İran 2004-cü ildə əldə olunan Paris razılaşmasının şərtlərini pozur. 

 Noyabrın 3-də Rusiya İrana təklif edir ki, uranın zənginləşdirilməsini Rusiya 

ərazisində birlikdə həyata keçirək. İran bununla maraqlandığını bildirsədə, birmənalı 

cavab vermir. 

 Beynəlxalq ictimaiyyət İranın uranı zənginləşdirməsinə qarşı çıxsa da, İran hər 

dəfə bildirirdi ki, hər hansı güzəştə getməyəcək və nüvə proqramını inkişaf etdirmək 

İranın hüququdur.  

2006-cı ilin 23 dekabrında BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaya ra-

zılıq verdi və İrana nüvə texnologiyası və materiallarının göndərilməsini qadağan edən 

qərar çıxardı.  İranın Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik  Şurasının qətnaməsini 

“qanunsuz” olduğunu elan etdi və nüvə proqramını inkişaf etdirəcəyini bildirdi (8). 

 2007-ci il ildə İran hərbi paradda özünün istehsalı olan zenit və gəmiəleyhinə 

raketlərini, idarə olunan torpedalarını, qırıcı təyyarələrini nümayiş etdirdi. İran 1500 

km məsafəni vura bilən “Şahab-3” raketlərini də sahibdir. Bundan başqa İran 1800 və 

2000 km məsafəni vura bilən “Qədr” və “Aşura” raketlərini də nümayiş etdirmişdi. 




 149

Qeyd etmək lazımdır ki, İranın nüvə  məsələsi hələ  də öz həllini tapmayıb. 

Demək olar ki, hər il belə bir fikir yayılır ki, ABŞ  İrana qarşı  hərbi  əməliyyatlara 

başlayacaq. Xüsusən də, ABŞ və müttəfiqləri İraqda hərbi əməliyyatlara başlayandan 

sonra bu fikirlər daha da dərinləşməyə başladı. Lakin bu cür fikirlər bəyənatlardan 

uzağa gedə bilmir. İran isə öz növbəsində prezident başda olmaqla hər dəfə  bəyan 

edir ki, İran dinc məqsədlər üçün nüvə proqramının inkişafından imtina etməyəcəkdir. 

İran dövlətinin dünyadan təcridolunma siyasətini həyata keçirməsi artıq bəllidir. 

Lakin onun BMT qarşısında götürdüyü öhdəçilik də öz qüvvəsində qalır. Bu 

öhdəçiliyə görə, İran nüvə silahının nəinki istifadə edilməsi, hətta istehsal edilməsi ilə 

də  məşğul ola bilməz. Lakin heç bir qadağaya məhəl qoymayan İran rəhbərliyi bu 

sahədə  də öz bildiyi kimi siyasət yeritməkdədir. Bir müddət bundan öncə,  İranda 

keçirilən hərbi təlimlər zamanı da qadağan edilmiş nüvə silahları nümayiş etdirildi ki, 

bunlar da insan həyatı üçün çox böyük təhlükə  mənbəyidir. Hərbi paradın keçiril-

məsindən bir müddət sonra isə, sırf nüvə silahları sayılan “Şahab-1” və  “Şahab-2” 

raketləri, yuxarıda da qeyd etdiyimiz kimi, sınaqdan keçirildi. Bu sınaqların çox bö-

yük müvəffəqiyyətlə həyata keçirildiyi də İran mənbələrində göstərilir. Buna qarşı bir 

müddət öncə, ABŞ prezidenti Barak Obama özünün sərt mövqeyini bildirərək, bunun 

yolverilməz olduğunu nəzərə çatdırmışdı. O, hətta İrana öz məqsədlərindən əl çəkmək 

üçün bəlli bir vaxt müddəti də vermişdi ki, əgər bu müddət ərzində İran dövləti uranın 

zənginləşdirilməsini dayandırmazsa, ona qarşı  sərt sanksiyalar təbiq ediləcəyini də 

bildirmişdi. Lakin buna heç bir məhəl qoymayan İran rəhbərliyi tezliklə raket sınağını 

həyata keçirdi və hətta dünyaya da belə bir mesaj verdi ki, heç bir dövlət İrana qarşı 

çıxa bilməz belə bir hal müşahidə olunarsa, ona qarşı lazımi cavab veriləcəkdir. İranın 

hərbi gücünün yüksək səviyyəsinin isə buna yardımçı olacağını bildirmişdi. Belə bir 

vəziyyətdən narahat olan digər dövlət isə  İsraildir.  İran ilə  İsrail arasında məlum 

narazıçılıq mövcuddur ki, İran da müxtəlif dövrlərdə  İsrailə qarşı öz silahlarından 

istifadə edəcəyini bildirib (9).  

 

ƏDƏBİYYAT 

1.

 



Cabir Məmmədov. Avrasiyanın İslam Dövlətləri. Bakı: Bakı Universiteti, 2000, 345 s. 

2.

 



Manuçehr Parsadust. Nəğş-e Sazman-e Mellel dər cəng-e İrağ və İran. Tehran: 1997, 216 s. 

3.

 



Rafiq İsmayılov, Nərgiz Axundova. Asiya və Afrika ölkələrinin çağdaş tarixi (1945-2000). 

I kitab. Bakı: Adiloğlu, 2005, 406 s. 

4. http://www.kitablar.com  

5. http://www.kitablar.org/  

6. www. az.wikipedia.org 

7. www.ru.wikipedia.org 

8. http://www.un.org 

9. www.ulkeler.net 

 

ИРАН В МИРОВОЙ ПОЛИТИКЕ  

 

Р.И.БАДАЛОВА 

 

РЕЗЮМЕ 

 

В период, когда в глобализирующемся мире, где происходит ограничение воору-

жений  угрожающих  жизьни  людей,  проведение  такой  политики  Ираном,  несомненно, 



 150

вызывает недовольство мирового сообщества. Результаты применения этих вооружений 

уже  известны  мировой  истории.  В  результате  применения  этих  вооружений  погибли 

миллионы  людей,  появились  различные массовые  заболевания,  земли  стали  непригод-

ными для использования. Проведение такой политики Ираном приведет к таким же по-

следствиям.  Возможность  использование  этих  технологий  Ираном  должна  тщательно 

изучаться. В связи с этим, в скорейшем времени необходимо принять решение о прими-

нении новых санкций в отношении Ирана.  

 

 

IRAN IN THE WORLD POLITICS 

 

R.I.BADALOVA 

 

SUMMARY 

 

To day, in the globalizing world where weapons dangerous for life are prohibited Iran’s 



policy, undoubtedly, raises world discontent. The world history is already aware of the results 

of the application of these weapons. The application of these weapons resulted in the death of 

millions of people, the emergence of different mass deseases etc. The possibility of using 

these technologies by Iran must be precisely investigated. In connection with this, urgent 

measures must be taken on the implementation of new sanctions regarding Iran. 

 

 



 

Yüklə 139,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə