Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   11   12   13   14   15   16   17   18   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət 
Müfəttişliyi haqqında
 
Ə S A S N A M Ə
 
I. ÜMUMİ MÜDDƏALAR
 
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət 
Müfəttişliyi (bundan sonra - Müfəttişlik) qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan 
Respublikasının daxili dəniz və ərazi sularında, çaylarda, su anbarlarında, digər sututarlarda (bundan 
sonra - sututarlarda) kiçik həcmli gəmilərin təhlükəsiz hərəkətinə dövlət nəzarətini, habelə gəmilərin 
və onların dayanacağı üçün bazaların, qurğuların, yanalma körpülərinin və keçidlərin (bundan sonra - 
bazalar) təhlükəsiz istismarına texniki nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.
2. Müfəttişlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, 
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında 
Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra - 
Nazirlik) əmr və göstərişlərini rəhbər tutur.
3. Müfəttişlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti 
orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət 
göstərir.
4. Müfəttişlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və 
bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk 
olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Müfəttişlik Nazirliyin müvafiq qaydada 
təsdiq olunmuş bayrağından və rəmzlərindən istifadə edir.
5. Müfəttişliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və mövcud 
qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.


6. Müfəttişlik özünə məxsus xidməti gəmi dayanacağı bazasına, patrul xidmətini təşkil etmək üçün 
dispetçer məntəqələrinə və ölkənin su hövzələrində istismar olunan kiçik həcmli gəmilərin hərəkətinə 
operativ nəzarəti təşkil etmək üçün mərkəzi radio-rabitə stansiyasına malikdir.
7. Müfəttişlik Bakı şəhərində yerləşir.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə