Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


II. XİDMƏTİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   8   9   10   11   12   13   14   15   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 
II. XİDMƏTİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
 
7. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində dövlət siyasətinin və 
tənzimlənməsinin işlənib hazırlanmasında təkliflər verir və həyata keçirilməsində iştirak edir;
7.2. əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində, eləcə də fövqəladə halların 
qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə Vahid Dövlət Sistemi daxilində icra 
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində 
Nazirliyə təkliflər verir;
7.3. sülh və müharibə dövrünün fövqəladə hallarında zədələnmə ocaqlarında qəza-xilasetmə və digər 
təxirəsalınmaz işlərin aparılması və humanitar yardımların öz səlahiyyətləri daxilində mühafizə 
tədbirlərini təmin edir;
7.4. Xidmətin səlahiyyətlərinə aid edilən məsələlər üzrə normativ tənzimləməni və nəzarət 
funksiyalarını həyata keçirir;
7.5. fövqəladə hallar və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların 
və digər obyektlərin mühafizəsinin təşkil edilməsində iştirak edir;
7.6. Xidmət tabeliyində olan hərbiləşdirilmiş qüvvələrin sülh və müharibə dövrünün fövqəladə 
hallarında mühafizə tədbirlərinin yerinə yetirilməsi sahəsində hazırlığını təmin edir;
7.7. Xidmətin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;
7.8. Xidmət qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət göstərir.
 
III. XİDMƏTİN VƏZİFƏLƏRİ
 
8. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı 
vəzifələri yerinə yetirir:
8.1. Xidmət aşağıdakı məsələlərlə bağlı təkliflərini Nazirliyə təqdim edir:
8.1.1. əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və 
nəticələrinin aradan qaldırılması sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi 
barədə;
8.1.2. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan 
Respublikasının Milli Konsepsiyasının layihəsi ilə bağlı;


8.1.3. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və 
qurumların birgə fəaliyyət göstərməsi barədə;
8.1.4. əhalinin və ərazilərin fövqəladə hallar barədə xəbərdar edilməsi üzrə monitorinq, 
proqnozlaşdırma və digər qabaqlayıcı tədbirlər, fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə 
bağlı;
8.1.5. xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı mühafizə tədbirlərinin həyata 
keçirilməsi sahəsində təlimlərin və məşqlərin hazırlanması ilə bağlı;
8.1.6 müdafiə məqsədləri üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tətbiq olunması 
Planının, Səfərbərlik Planının və ölkə ərazisinin operativ istehkamlaşdırılması üzrə dövlət 
proqramının hazırlanması ilə bağlı;
8.1.7. Xidmətin fəaliyyəti ilə bağlı normativ hüquqi aktların hazırlanması üzrə təkliflərini;
8.2. fövqəladə hallar və terror təhlükələri zamanı və ya belə hallar baş verdikdə, strateji əhəmiyyətli 
neft və qaz hasilatı və emalı müəssisələrinin, terminalların, magistral boru kəmərlərinin, içməli su 
mənbələrinin, elektrik stansiyalarının, hidrodinamik qurğuların və ölkə iqtisadiyyatı üçün xüsusi 
əhəmiyyət kəsb edən digər müəssisələrin mühafizəsini müvafiq dövlət orqanları ilə birlikdə təmin 
etmək;
8.3. fövqəladə hallar baş verən yerlərdən əhalinin evakuasiyasında (təxliyyəsində) və xilasetmə 
işlərinin həyata keçirilməsində iştirak etmək, həmçinin müvafiq dövlət orqanları ilə birlikdə fövqəladə 
vəziyyət zonasında qalmış əmlakın mühafizəsini və ictimai asayişi təmin etmək;
8.4. müvafiq dövlət orqanları ilə birlikdə minalanmış ərazilərin minalardan təmizlənməsində, eyni 
zamanda mühafizə tədbirlərinin görülməsində iştirak etmək;
8.5. humanitar yardımların daşınması zamanı mühafizə tədbirlərini təmin etmək;
8.6. ölkə ərazisində hərbi əməliyyatlar nəticəsində baş vermiş irimiqyaslı qəzalar zamanı hadisə 
rayonunda müvafiq dövlət orqanları ilə birlikdə mühafizə tədbirlərinin görülməsində iştirak etmək;
8.7. Xidmətin təlim və məşqlərinin planlaşdırılmasına, onların hazırlanması və həyata keçirilməsinə 
nəzarət etmək və qüvvələrinin təyinatı üzrə tətbiq edilməsini təmin etmək;
8.8. tabeliyində olan hərbiləşdirilmiş xüsusi mühafizə qüvvələrində Xidmətin təhlükəsizliyini təmin 
etmək;
8.9. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Xidmət üzrə 
mühafizə tədbirlərinin illik planını hazırlamaq və təsdiq edilməsi üçün Nazirliyə təqdim etmək;
8.10. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan 
Respublikasının Milli Konsepsiyasının və digər proqramların həyata keçirilməsində öz səlahiyyətləri 
daxilində iştirak etmək;


8.11. sülh və müharibə dövrünün fövqəladə hallarında Xidmətin qüvvələrinin maddi-texniki və insan 
resurslarının səfərbər edilməsi imkanlarının cari və perspektiv planlaşdırılması barədə Nazirliyə 
təkliflər vermək;
8.12. fövqəladə halların proqnozlaşdırılması, qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin operativ 
məlumatlandırılması və digər kompleks tədbirlərin həyata keçirilməsi, həmçinin Xidmətin fəaliyyət 
sahəsi üzrə informasiyanın toplanması və sistemləşdirilməsi məqsədilə xüsusi təyinatlı elektron 
informasiya sisteminin yaradılmasında iştirak etmək;
8.13. fövqəladə halların qarşısının alınmasını və nəticələrinin aradan qaldırılmasını operativ surətdə 
təşkil etmək məqsədilə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən "Fövqəladə Halların 
İdarə Olunmasının Coğrafi İnformasiya Sistemi"nin (GİS) yaradılmasında iştirak etmək;
8.14. Xidmətə məxsus xidməti və döyüş silahlarının dövriyyəsinə nəzarət etmək və döyüş sursatının 
saxlanması qaydalarına əməl olunmasını təmin etmək;
8.15. tabeliyində olan hərbi qulluqçuların və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında 
iştirak edən digər şəxslərin həyatının icbari sığortalanması ilə bağlı tədbirlər görmək;
8.16. Xidmətin fəaliyyət sahələri üzrə kadrların peşə və xüsusi hazırlığını və onların əlavə təhsilini
təmin etmək; 
xiv[14]
8.17. beynəlxalq təcrübə nəzərə alınmaqla, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı 
mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində müasir texnika və texnologiyaların tətbiq edilməsi 
ilə bağlı tədbirlər görmək;
8.18. Xidmət üçün ayrılan büdcə və digər maliyyə vəsaitlərinin uçotunu aparmaq və onlardan səmərəli 
istifadə olunmasına nəzarət etmək;
8.19. Xidmətin fəaliyyəti ilə bağlı dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün qanunvericiliyə 
uyğun zəruri mühafizə və təhlükəsizlik tədbirləri həyata keçirmək;
8.20. tabeliyində olan qurumların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində Nazirliyə təkliflər 
vermək və öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.21. Xidmətin qüvvələrinin hazırlığını və hazırlıq vəziyyətində saxlanılmasını, gündəlik fəaliyyətinin 
idarə olunmasını və təyinatına görə tətbiq edilməsini təmin etmək, həmçinin şəxsi heyət və texnika ilə 
komplektləşdirilməsi barədə Nazirliyə təkliflər vermək;
8.22. sərgilərin, konfransların, müxtəlif təlim və idman tədbirlərinin keçirilməsində iştirak etmək;
8.23. öz səlahiyyətlərini yerinə yetirərkən, insan və vətəndaş hüquqları və azadlıqlarını təmin etmək;
8.24. Xidmətin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş 
qaydada tədbirlər görmək;
8.25. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər 
vəzifələri yerinə yetirmək.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə