Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   6   7   8   9   10   11   12   13   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

xiii[13]
18. Mülki müdafiə qoşunlarında qulluq etmiş hərbi qulluqçuların və onların ailə üzvlərinin pensiya 
təminatı qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
19. Mülki müdafiə qoşunları komandanlığının mülki işçilərinin əmək ödənişi Azərbaycan Respublikası 
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
20. Mülki müdafiə qoşunlarının fəaliyyətinə Mülki müdafiə qoşunlarının komandanı (bundan sonra - 
Komandan) rəhbərlik edir.
21. Komandan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin təqdimatı ilə Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
22. Mülki müdafiə qoşunlarına həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata 
keçirilməsinə görə Komandan şəxsən məsuliyyət daşıyır.
23. Komandanın Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və 
vəzifədən azad edilən bir birinci müavini və bir müavini vardır.
24. Komandan:
24.1. Mülki müdafiə qoşunlarının fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
24.2. öz müavinləri arasında vəzifə bölgüsü aparır, onların məsuliyyət dairəsini və səlahiyyətlərini 
müəyyən edir;
24.3. Mülki müdafiə qoşunlarının maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;
24.4. Mülki müdafiə qoşunlarının fəaliyyət sahəsinə aid olan məsələlərlə bağlı normativ hüquqi 
aktların layihələrinin hazırlanmasını təşkil edir və baxılması üçün Nazirliyə təqdim edir;
24.5. Mülki müdafiə qoşunlarının tabeliyində struktur bölmələrinin yaradılması, yenidən təşkili və 
ləğv edilməsi barədə Nazirliyə təkliflər verir;
24.6. Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində əmrlər və göstərişlər 
verir, onların icrasına nəzarəti təşkil edir;
24.7. Mülki müdafiə qoşunlarının qurulması və inkişafı konsepsiyasının və planının hazırlanması ilə 
əlaqədar Nazirliyə təkliflər verir;


24.8. qanunvericiliklə müəyyən edilmiş qaydada Mülki müdafiə qoşunları üzrə sıravi, kiçik və böyük 
rəis heyəti vəzifələrinin siyahısı, bu vəzifələrə uyğun hərbi rütbə hədlərinin müəyyən edilməsi barədə 
Nazirliyə təkliflər verir;
24.9. qanunvericiliyə əsasən Mülki müdafiə qoşunlarının hərbi qulluqçularına ilk zabit rütbəsi və 
polkovnik rütbəsi daxil olmaqla, hərbi rütbələrin, o cümlədən vaxtından əvvəl və növbədənkənar 
hərbi rütbələrin verilməsi barədə Azərbaycan Respublikasının fövqəladə hallar naziri qarşısında 
vəsatət qaldırır;
24.10. qanunvericiliyə müvafiq qaydada Mülki müdafiə qoşunlarının şəxsi heyətinin attestasiyasının 
keçirilməsini təşkil edir;
24.11. Mülki müdafiə qoşunlarının hərbi qulluqçularının və mülki işçilərinin Azərbaycan 
Respublikasının dövlət mükafatlarına təqdim olunması ilə bağlı Nazirliyə təkliflər verir;
24.12. Mülki müdafiə qoşunlarının geyim forması, fərqlənmə nişanları, bayrağı və digər rəmzləri 
barədə Nazirliyə təkliflər verir;
24.13. Mülki müdafiə qoşunlarının səlahiyyətlərinə aid edilən məsələlər üzrə növbəti il üçün dövlət 
büdcəsinin layihəsində Nazirliyin saxlanılması xərclərinin formalaşdırılması ilə bağlı təkliflər verir, 
fəaliyyəti ilə əlaqədar olaraq qanunvericiliklə müəyyən edilmiş digər mənbələr hesabına Nazirliyin 
büdcədənkənar vəsaitlərin yaradılmasında iştirak edir və Nazirliyin təsdiq etdiyi gəlirlər və xərclər 
smetasına uyğun olaraq həmin vəsaitlərdən təyinatı üzrə istifadə olunmasını təmin edir;
24.14. Mülki müdafiə qoşunlarının hərbi qulluqçuları və mülki işçiləri barədə qanunvericiliklə nəzərdə 
tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi barədə Nazirliyə 
təqdimat verir;
24.15. Mülki müdafiə qoşunlarının hərbi qulluqçuları haqqında Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinin nizamnamələrinin müəyyən etdiyi digər hüquqları həyata keçirir;
24.16. Mülki müdafiə qoşunlarının hərbi şəhərciklərinin, axtarış-xilasetmə, qəza-xilasetmə hissələri 
şəhərciklərinin tikintisi və inkişafı üzrə baş planların, mülki müdafiə qoşunlarının tikinti obyektlərinin 
layihələrinin hazırlanmasında iştirak edir;
24.17. qanunvericiliklə müəyyən edilmiş digər hüquqlardan istifadə edir.
25. Mülki müdafiə qoşunlarının səlahiyyətlərinə aid olan mühüm problemlərin həlli üçün ictimai 
əsaslarla fəaliyyət göstərən hərbi-metodiki Şura yaradıla bilər. Şuranın Əsasnaməsi və onun tərkibi 
Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən təsdiq edilir.


Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə