Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


II. MÜLKİ MÜDAFİƏ QOŞUNLARININ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   2   3   4   5   6   7   8   9   10   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 
II. MÜLKİ MÜDAFİƏ QOŞUNLARININ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
 
7. Mülki müdafiə qoşunlarının fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində dövlət siyasətinin 
və tənzimlənməsinin işlənib hazırlanmasında təkliflər verir və həyata keçirilməsində iştirak edir;
7.2. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində, eləcə də 
fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə Vahid Dövlət Sistemi 
daxilində icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi 
istiqamətində Nazirliyə təkliflər verir;
7.3. mülki müdafiə tədbirlərini yerinə yetirir, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, 
fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında və müasir qırğın 
silahlarının təsirindən müdafiə edilməsində iştirak edir;
7.4. sülh və müharibə dövrünün fövqəladə hallarında zədələnmə ocaqlarında qəza-xilasetmə və digər 
təxirəsalınmaz işlərin aparılmasını, çevik reaksiya verilməsini təşkil edir və humanitar yardımların 
idarə olunmasında iştirak edir;
7.5. Mülki müdafiə qoşunlarının səlahiyyətlərinə aid edilən məsələlər üzrə nəzarət funksiyalarını 
həyata keçirir;
7.6. Mülki müdafiə qoşunlarının fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;
7.7. əhalinin, mülki müdafiə qoşunları və qüvvələrinin sülh və müharibə dövrünün fövqəladə 
hallarında fəaliyyətə hazırlanmasını təşkil edir;
7.8. Mülki müdafiə qoşunları qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə də fəaliyyət 
göstərir.
 
III. MÜLKİ MÜDAFİƏ QOŞUNLARININ VƏZİFƏLƏRİ
 
8. Mülki müdafiə qoşunları bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq 
aşağıdakı vəzifələri yerinə yetirir:
8.1. aşağıda göstərilən məsələlərlə bağlı təkliflərini Nazirliyə təqdim edir:
8.1.1. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan 
Respublikasının Milli Konsepsiyası layihəsinin hazırlanması ilə bağlı;


8.1.2. mülki müdafiə planının hazırlanması və Azərbaycan Respublikasının bütün ərazisində və ya 
ayrı-ayrı bölgələrində mülki müdafiə planının həyata keçirilməsi barədə;
8.1.3. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin cəlb 
edilməsi ilə bağlı;
8.1.4. irimiqyaslı fövqəladə hallarda ölkənin bütün ərazisində və ya ayrıayrı bölgələrində fövqəladə 
vəziyyət elan etmək barədə;
8.1.5. əhalinin və ərazilərin fövqəladə hallar barədə xəbərdar edilməsi üzrə monitorinq, 
proqnozlaşdırma və digər qabaqlayıcı tədbirlər, fövqəladə halların nəticələrinin aradan qaldırılması və 
mülki müdafiənin vəziyyəti haqqında illik dövlət hesabatının hazırlanması ilə bağlı;
8.1.6. mülki müdafiə üzrə Azərbaycan Respublikası ərazisinin zonalara, şəhərlərinin qruplara və 
təsərrüfat obyektlərinin dərəcələrə bölünməsi qaydaları barədə;
8.1.7. mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydaları ilə bağlı;
8.1.8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tətbiq olunması və səfərbərlik planının, ölkə 
ərazisinin operativ istehkamlaşdırılması üzrə dövlət proqramının hazırlanması ilə bağlı;
8.1.9. mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, xilasetmə və digər 
təxirəsalınmaz işlərin görülməsi ilə bağlı təlimlərin və məşqlərin hazırlanması ilə bağlı;
8.1.10. mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması 
sahəsində əsas tədbirlərin illik planlarının hazırlanması üçün fəaliyyət istiqamətləri ilə bağlı;
8.1.11. Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar barəsində 
təkliflərini;
8.2. sülh dövründə:
8.2.1. Mülki müdafiə qoşunlarının tabeliyində olan birləşmələrin, hərbi hissələrin və bölmələrin 
Azərbaycan Respublikasının mülki müdafiə planında və Mülki müdafiə qoşunlarının səfərbərlik və 
döyüş hazırlığına gətirilməsi planında müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə bağlı 
tədbirlər görmək;
8.2.2. qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi və qoşunların təminatı üçün 
nəzərdə tutulmuş silah, texnika və digər maddi-texniki vasitələri toplamaq, yerləşdirmək, saxlamaq və 
vaxtaşırı təzələmək
8.2.3. fövqəladə halların qarşısının alınmasına yönəldilmiş tədbirlərdə iştirak etmək;
8.2.4 fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına cəlb edilən qüvvə və 
vasitələri hazırlamaq;
8.2.5. fövqəladə halların baş verdiyi zonalarda, eləcə də həmin zonalara hərəkət marşrutlarında 
radiasiya, kimyəvi və bakterioloji (bioloji) kəşfiyyat aparmaq;


8.2.6. ölkə ərazisində, fövqəladə halların dərhal məhdudlaşdırılması və nəticələrinin aradan 
qaldırılması üzrə qəza-xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirmək və Azərbaycan 
Respublikası ilə müvafiq müqavilələri olan digər xarici dövlətlərin ərazisində bu kimi işlərin 
görülməsində iştirak etmək;
8.2.7. əhalinin sanitar təmizlənməsi, texnika və əmlakın xüsusi təmizlənməsi, bina, qurğu və ərazilərin 
zərərsizləşdirilməsi işlərini yerinə yetirmək;
8.2.8. aviasiya bombaları və fuqaslarının zərərsizləşdirilməsi ilə bağlı pirotexniki işləri yerinə yetirmək;
8.2.9. iri meşə yanğınlarının məhdudlaşdırılmasında və aradan qaldırılmasında iştirak etmək;
8.2.10. fövqəladə halların baş verdiyi zonalarda humanitar yardımların mühafizəsinin təşkilində iştirak 
etmək;
8.2.11. fövqəladə hallardan ziyan çəkmiş əhalinin ərzaq, su, ilkin tələbat malları, müvəqqəti yaşayış və 
digər maddi vəsaitlər və xidmətlərlə təmin edilməsində, eləcə də ilk tibbi yardımın göstərilməsində 
iştirak etmək;
8.2.12. fövqəladə halların baş verdiyi zonalardan əhalinin, maddi və mədəni sərvətlərin evakuasiya 
(təxliyyə) edilməsi tədbirlərində iştirak etmək;
8.2.13. həyat təminatı obyektlərinin fəaliyyətinin bərpası işlərində iştirak etmək.
8.3. müharibə dövründə:
8.3.1 xəsarət ocaqlarında, çirklənmə (zəhərlənmə) və fəlakətli subasma zonalarında, eləcə də xəsarət 
ocaqlarına və həmin zonalara hərəkət marşrutlarında radiasiya, kimyəvi və bakterioloji (bioloji) 
kəşfiyyat aparmaq;
8.3.2. xəsarət ocaqlarında, çirklənmə (zəhərlənmə) və fəlakətli subasma zonalarında qəza-xilasetmə və 
digər təxirəsalınmaz işləri aparmaq;
8.3.3. əhalinin sanitar təmizlənməsi, texnika və əmlakın xüsusi təmizlənməsi, bina, qurğu və ərazilərin 
zərərsizləşdirilməsi işlərini yerinə yetirmək;
8.3.4. mülki müdafiə qüvvələrinin xəsarət ocaqlarına, çirklənmə (zəhərlənmə) və fəlakətli subasma 
zonalarına yeridilməsini təmin etmək;
8.3.5. xəsarət ocaqlarından, çirklənmə (zəhərlənmə) və fəlakətli subasma zonalarından əhalinin, maddi 
və mədəni sərvətlərin evakuasiya (təxliyyə) edilməsi tədbirlərində iştirak etmək;
8.3.6. aviasiya bombaları və fuqaslarının zərərsizləşdirilməsi ilə bağlı pirotexniki işlərin yerinə 
yetirilməsində iştirak etmək;
8.3.7. həyat təminatı obyektlərinin, aerodromların, yolların, körpülərin və arxa cəbhənin digər vacib 
infrastrukturlarının bərpa edilməsi işlərində və ərazinin müdafiəsi ilə bağlı digər vəzifələrin yerinə 
yetirilməsində iştirak etmək;


8.4. Mülki müdafiə qoşunlarının struktur bölmələrinin əsasnamələrinin və ya təlimatlarının 
layihələrini hazırlamaq və təsdiq edilmək üçün Nazirliyə təqdim etmək;
8.5. Mülki müdafiə qoşunlarının birləşmələri, hərbi hissələri və bölmələrinin əməliyyat, döyüş və 
səfərbərlik hazırlığı üzrə planlarını və tədris proqramlarını və Mülki müdafiə qoşunlarının fəaliyyəti 
ilə bağlı digər normativ hüquqi sənədlərin layihələrini hazırlamaq və təsdiq edilmək üçün Nazirliyə 
təqdim etmək;
8.6. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan 
Respublikasının Milli Konsepsiyasının və digər proqramların həyata keçirilməsində iştirak etmək;
8.7. fövqəladə hallarda humanitar yardımların, o cümlədən xarici ölkələrdən alınan və xarici ölkələrə 
göstərilən humanitar yardımların idarə olunmasında öz səlahiyyətləri daxilində iştirak etmək;
8.8. mülki müdafiə qüvvələrinin təlim və məşqlərini planlaşdırmaq, onların hazırlanması və həyata 
keçirilməsinə nəzarət etmək, təyinatı üzrə tətbiq edilməsini təşkil etmək;
8.9. Mülki müdafiə qoşunlarında xidmətin təhlükəsizliyini təmin etmək;
8.10. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə Vahid Dövlət 
Sistemi daxilində informasiya mübadiləsinin aparılmasında iştirak etmək;
8.11. icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının mülki müdafiə üzrə səfərbərlik 
tədbirlərinin hazırlanmasında iştirak etmək;
8.12. mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi ilə bağlı Azərbaycan Respublikası Silahlı 
Qüvvələrinin, qanunvericiliyə uyğun olaraq yaradılmış digər hərbi birləşmələrin və qurumların 
qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsində iştirak etmək;
8.13. Mülki müdafiə qoşunlarının birləşmələrinin, hərbi hissələrinin və bölmələrinin döyüş və 
səfərbərlik hazırlığı səviyyəsinin saxlanılmasını təmin etmək;
8.14. sülh və müharibə dövrünün fövqəladə hallarında mülki müdafiə qüvvələrinin maddi-texniki və 
insan resurslarının səfərbər edilməsi imkanlarının cari və perspektiv planlaşdırılması barədə Nazirliyə 
təkliflər vermək;
8.15. Mülki müdafiə qoşunlarının fəaliyyət sahəsi üzrə informasiyanın toplanması və 
sistemləşdirilməsi məqsədilə xüsusi təyinatlı elektron informasiya sisteminin yaradılmasında iştirak 
etmək;
8.16. fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasını operativ surətdə 
təşkil etmək məqsədilə Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən "Fövqəladə Halların 
İdarə Olunmasının Coğrafi İnformasiya Sistemi"nin (GİS) yaradılmasında iştirak etmək;
8.17. fövqəladə halların nəticələrinin aradan qaldırılması məqsədilə yaradılmış çevik yardım 
korpusunu idarə etmək;
8.18. Mülki müdafiə qoşunlarında xidməti və döyüş silahının dövriyyəsinə nəzarət etmək və döyüş 
sursatının saxlanması qaydalarına əməl olunmasını təmin etmək;


8.19. fövqəladə halların proqnozlaşdırılması və monitorinq sisteminin yaradılması üzrə zəruri 
tədbirlərin həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
8.20. müvafiq dövlət orqanları ilə birlikdə minalanmış ərazilərin minalardan təmizlənməsində iştirak 
etmək;
8.21. tabeliyində olan hərbi qulluqçuların və fövqəladə halların nəticələrinin aradan qaldırılmasında 
iştirak edən digər şəxslərin həyatının icbari sığortalanması ilə bağlı tədbirlər görmək;
8.22. mülki müdafiənin fəaliyyət sahələri üzrə kadrların peşə və xüsusi hazırlığını, onların əlavə 
təhsilini təmin etmək; 
xi[11]
8.23. mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması 
sahələrində elmi tədqiqat işlərinin aparılmasında iştirak etmək;
8.24. insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində 
əhalinin vaxtında xəbərdar edilməsini aidiyyəti dövlət orqanları ilə birgə həyata keçirmək, belə 
hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə məlumat 
vermək;
8.25. fövqəladə hallar təhlükəsi yarandıqda və baş verdikdə əhalinin operativ məlumatlandırılması 
məqsədilə qanunvericiliyə uyğun olaraq televiziya və radio yayımı kanallarından və digər kütləvi 
informasiya vasitələrindən istifadə etmək;
8.26. beynəlxalq təcrübə nəzərə alınmaqla fövqəladə halların nəticələrinin aradan qaldırılması 
sahəsində müasir texnika və texnologiyaların tətbiq edilməsi ilə bağlı tədbirlər görmək;
8.27. Mülki müdafiə qoşunlarına ayrılan büdcə və digər maliyyə vəsaitlərindən səmərəli istifadə 
olunmasını təmin etmək;
8.28. Mülki müdafiə qoşunlarında maddi və maliyyə vəsaitlərinin müəyyən olunmuş qaydada 
uçotunu təşkil etmək;
8.29. Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə bağlı dövlət sirrinin və məxfilik rejiminin qorunması 
üçün qanunvericiliyə uyğun tədbirlər görmək;
8.30. Mülki müdafiə qoşunlarının ştatının, təminat normalarının və təşkilati strukturlarının 
təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;
8.31. Mülki müdafiə qoşunlarının hazırlıq vəziyyətində saxlanılmasını, gündəlik fəaliyyətinin idarə 
olunmasını və təyinatına görə tətbiq edilməsini təmin etmək, şəxsi heyət, habelə silah, avadanlıq və 
texnika ilə komplektləşdirilməsi barədə Nazirliyə təkliflər vermək;
8.32. Mülki müdafiə qoşunlarına daxil olan strukturların maddi-texniki bazasının möhkəmləndirilməsi 
sahəsində tədbirlər görmək üçün Nazirlik qarşısında məsələ qaldırmaq;
8.33. icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, mülki müdafiə üzrə xüsusi əhəmiyyət 
kəsb edən obyektlərdə kompleks mülki müdafiə təlimlərinin keçirilməsində iştirak etmək;


8.34. ölkə ərazisində hərbi əməliyyatlar nəticəsində baş vermiş irimiqyaslı qəzalar zamanı hadisə 
rayonunda radioloji, kimyəvi, bioloji analizlərin aparılmasında və dəyən maddi ziyanın 
qiymətləndirilməsində iştirak etmək;
8.35. istehsal obyektlərinin, hidrotexniki qurğuların, dəniz və çay nəqliyyatı obyektlərinin, magistral 
kəmərlərin, avtomobil və dəmir yollarının, metropolitenin, rabitə sistemlərinin və digər istehsal və 
sosial infrastrukturların yaradılması və fəaliyyəti zamanı fövqəladə hadisələrin nəticələrinin 
maksimum azaldılmasına yönəldilmiş mühəndis-texniki tədbirlərin yerinə yetirilməsi sahəsində 
Nazirliyə təkliflər vermək;
8.36. respublikanın səfərbərlik ehtiyatı anbarlarında, mülkiyyət formasından asılı olmayaraq təsərrüfat 
obyektlərində olan fərdi və kollektiv müdafiə vasitələrinin, kimyəvi-kəşfiyyat, dozimetrik-nəzarət ölçü 
cihazlarının və digər əmlakların vaxtında toplanmasına, saxlanılmasına, təzələnməsinə, dövri olaraq 
laboratoriya sınaqlarından keçirilməsinə və təyinatı üzrə bölüşdürülməsinə nəzarət etmək, onların 
yararlığına rəy vermək;
8.37. fərdi və kollektiv müdafiə vasitələri fondunun yaradılmasına, saxlanılmasına, onların təsərrüfat 
maraqlarına, həmçinin təyinatı üzrə işçilərin və əhalinin müdafiəsi üçün istifadə olunmasına öz 
səlahiyyətləri daxilində nəzarət etmək;
8.38. əhaliyə fövqəladə hadisələrdən qorunma qaydaları və üsullarını, eyni zamanda mülki müdafiə 
tədbirlərinin öyrədilməsini təşkil etmək;
8.39. mülki müdafiə, fövqəladə hallardan qorunma ilə bağlı əhalinin maarifləndirilməsini təşkil etmək, 
dövlət orqanları və ictimai təşkilatlar tərəfindən bu sahədə aparılan işlərə metodiki rəhbərlik etmək;
8.40. fövqəladə halların proqnozlaşdırılması və monitorinq sisteminin yaradılması üzrə zəruri 
tədbirlərin həyata keçirilməsində iştirak etmək;
8.41. potensial təhlükəli obyektlərin yerləşdiyi ərazilərdə lokal xəbərdarlıq sisteminin yaradılması ilə 
bağlı təkliflər vermək;
8.42. sığınacaqların və mülki müdafiənin digər obyektlərinin, o cümlədən ikili təyinatlı obyektlərin 
hazırlıq vəziyyətində saxlanılmasına nəzarət etmək, əhalinin radiasiya, kimyəvi və bioloji 
müdafiəsinin təmin edilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmək;
8.43. Mülki müdafiə qoşunlarının tabeliyində olan qurumların fəaliyyətinin təkmilləşdirilməsi 
istiqamətində Nazirliyə təkliflər vermək və öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.44. sərgilərin, konfransların, müxtəlif təlim və idman tədbirlərinin keçirilməsində iştirak etmək;
8.45. öz səlahiyyətlərini yerinə yetirərkən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin etmək;
8.46. Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə bağlı ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə 
müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.47. fövqəladə hallar və mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlıqda Nazirlik adından iştirak 
etmək;


8.48. Mülki müdafiə qoşunlarının fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə 
tutulmuş digər vəzifələri yerinə yetirmək.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə