1. Maddi-texniki təminatın iqtisadi mahiyyəti Firmada maddi-texniki təminatın funksiyaları



Yüklə 12,1 Mb.
səhifə1/5
tarix11.12.2023
ölçüsü12,1 Mb.
#148547
  1   2   3   4   5
Maddi – texniki təminatın funksiyaları


Fənn:Firmanın iqtisadiyyatı Məllim: prof.Səfərov Qənimət Tələbə:Veysəlov Kənan Fakultə:İMF İxtisas:iqtisadiyyat Qrup:731.19 Movzu:Maddi – texniki təminatın funksiyaları
1.Maddi-texniki təminatın iqtisadi mahiyyəti
2.Firmada maddi-texniki təminatın funksiyaları
3.Firmanın material və avadanlığa tələbatının hesablanması
4.Firmada maddi-texniki təminatın formaları
PLAN
Firmada istehsalın – onun ehtiyacları müqabilində–material resursları və texniki vasitələrlə (maşın, avadanlıq, nəqliyyat vasitəsi, ehtiyat hissəsi və s.) keyfiyyətli dərəcədə təmin edilməsi “maddi-texniki təminat” adlanan bir prosesin mütəşəkkillik səviyyəsi ilə müəyyən olunur.
1.Maddi-texniki təminatın iqtisadi mahiyyəti
  • Düzgün və elmi əsaslarla təşkil edilən maddi-texniki təminat istehsalın birqərarda işləməsinə şərait yaradır
  • , məhsulun maya dəyərini aşağı salır,
  • əmək məhsuldarlığı,
  • keyfiyyət və rentabellik kimi göstəricilərin səviyyəsini yüksəldir.
  • Maddi-texniki təminatda ahəngdarlıq istehsalın ahəngdarlığı üçün həlledici amil rolunu oynayır; maddi – texniki təminatın təşkilində yol verilmiş hər hansı bir səhv müəssisə və ya firmanın təsərrüfat fəaliyyətinə mənfi planda təsir göstərir.

Firmada maddi-texniki təminatın əsas vəzifələri aşağıdakılardır:
– material resurslarını ən səmərəli yolla əldə etmək, istehsalı xammal və materiallarla birqərarda, tam və vaxtında təmin etmək;
– materialların düzgün qounub saxlanmasını təşkil etmək;
– maddi-texniki təminat xidmətinin strukturunu təkmilləşdirmək;
– məhsulgöndərənlərlə səmərəli təsərrüfat əlaqələrini qurmaq;
– maddi-texniki təminat planlarını tərtib etmək və s..
  • Firma və müəssisələrin çoxunda maddi-texniki təminat xidməti materiallara tələbatın hesablanması və uçotu,
  • materialların alınmasının təşkili,
  • materialların qəbulu,
  • material ehtiyatlarına nəzarət,
  • istehsalın materiallarla təmin edilməsi,
  • alışın dəyərinin təhlili,
  • xammal bazarında müşahidələr,
  • təminatın təşkilinin təkmilləşdirilməsi və s. bu kimi işləri həyata keçirir.
  • Maddi-texniki təminat marketinq, maliyyə, anbar təsərrüfatı, nəqliyyat təsərrüfatı və s. xidmətlərlə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.
  • Firmalar istehsal vasitələrini, onlara göndərəcək firma və ya təminat-satış təşkilatlarını və habelə vasitəçilərini seçmək işinə çox ciddi yanaşırlar. Belə ki, onlar hələ sövdələşmə prosesinin əvvəlində öz “tərəf-müqabillərini” ətraflı şəkildə öyrənirlər.
  • Məhsulgöndərənlərin rəsmi və ya qeyri-rəsmi öhdəlik götürmələri sifarişçi firmanı qane etmir, o, alacağı istehsal vasitələrinin keyfiyyətinə dair həqiqi zəmanət tələb edir.
  • Hətta bəzən məhsul alan firmalar istehsalın texniki, sənaye-istehsal heyətinin ixtisas səviyyələrini, məhsulun keyfiyyətini yerində öyrənmək məqsədilə öz mütəxəssislərini məhsul istehsal edən və ya satan kommersiya firmasına ezamiyyə edirlər

Maddi-texniki təminat prosesi makroiqtisadi səviyyədə təchizat və satış proseslərilə vəhdətdə olur. Onları bir-birindən ayırmaq mümkün deyil. Bu iki prosesi yalnız mikroiqtisadi səviyyədə – ayrıayrı müəssisələr miqyasında bir-birindən ayırmaq mümkündür. Müəssisə miqyasında təchizat və satış müxtəlif fəaliyyət növləridir. Başqa sözlə, iqtisadiyyatın, məsələn, metalla təchizi, həm də o deməkdir ki, iqtisadiyyata metal satılır. Lakin müəssisə metalla təchiz edilirsə, müəssisə yenidən metal sata bilməz, onun satdığı başqa bir istehlak dəyəri olur.
Maddi-texniki təchizat və satış proseslərinin mikroiqtisadi səviyyədə fərqli cəhəti ondan ibarətdir ki, təchizat istehsal vasitələrini istehlak edən sahələrlə, satış isə onları istehsal edən sahələrlə əlaqədardır. Yəni, əgər satış prosesi istehsalçı müəssisələrin istehsal etdikləri məhsulların satışı prosesini həyata keçirirsə, təchizat isə istehlakçı müəssisələri zəruri istehsal vasitələri ilə təmin edir. Bu məqsədlə maddi-texniki təminat istehsalçı müəssisələrdən istehsal vasitələrinin alınmasını, qəbulunu və saxlanmasını, istehsal istehlakına hazırlanmasını və istehsala verilməsini təşkil edir, həyata keçirir.
Firmaların təminat xidmətinin təşkilat quruluşu istehsalın miqyası və xarakteri, buraxılan məhsulların həcmi və çeşidi, istehsalın ixtisaslaşma səviyyəsi və kooperasiyalaşması miqyası, istehlak edilən material resurslarının həcmi və nomenklaturası ilə müəyyən edilir.

Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə