1. Maddi-texniki təminatın iqtisadi mahiyyəti Firmada maddi-texniki təminatın funksiyaları


Firma və müəssisənin maddi-texniki təminat işi başlanğıcından sonuna qədər ardıcıl olaraq bir neçə mərhələni özündə birləşdirir



Yüklə 12,1 Mb.
səhifə3/5
tarix11.12.2023
ölçüsü12,1 Mb.
#148547
1   2   3   4   5
Maddi – texniki təminatın funksiyaları

Firma və müəssisənin maddi-texniki təminat işi başlanğıcından sonuna qədər ardıcıl olaraq bir neçə mərhələni özündə birləşdirir.
I mərhələ – sifarişlər zənbilinə (istehsal proqramına) və məsrəf normalarına görə material resurslarına tələbatın müəyyən edilməsi.
II mərhələ – təfsilləşdirmə (spesifikasiya) sənədinin tərtibi, zəruri materialların texniki xarakteristikasının hərtərəfli müəyyən olunması.
III mərhələ – potensial məhsul göndərənlərin siyahısının işlənib hazırlanması.
IV mərhələ – istehsal-texniki təyinatlı əmək məhsulunun qiyməti, keyfiyyəti, məsafənin yaxınlığı, istehsalçının etibarlılığı parametrlərinə görə məhsulgöndərənlərdən ən əlverişlisinin seçilməsi.
V mərhələ – seçilmiş məhsulgöndərənlə (və ya vasitəçi ilə) danışıqların aparılması və kontraktın bağlanması.
VI mərhələ – material resurslarının tədarükü prosesində məhsulgöndərənlə istehlakçının qarşılıqlı fəaliyyəti.
VII mərhələ – firma və müəssisənin material resurslarına tələbatının təmin edilməsi.
VIII mərhələ – sexlərin, bilavasitə iş yerlərinin materiallarla təchizinin təşkili.
Bazarı öyrənərkən və hər hansı bir məhsulgöndərən üzərində dayanan, daha doğrusu, onu seçən təminat bölməsi müəssisənin konkret məhsulgöndərmənin həcminə olan tələbatını müəyyənləşdirməli və, bu isə, ehtiyatların idarə edilməsi strategiyasına əsaslanmalıdır. Tələbatın müəyyənləşdirilməsi hər şeydən əvvəl məhsulların keyfiyyət və kəmiyyətinə görə, əsasən, iki metodla həyata keçirilir:
sifarişlərməsrəflər əsasında tələbatın planlı şəkildə müəyyənləşdirilməsi.
Müəssisədə potensial məhsulgöndərənlərdən maddi resursların alınması və qiymətləndirilməsi qaydası müxtəlif formalarda təşkil oluna bilər. Onlardan ən çox yayılanı və səmərəlisi sadalananlardır:
– müsabiqə (tender) yolu ilə ticarət;
– məhsulgöndərən və istehlakçı arasında yazışmalar formasındadanışıqlar.
Maddi-texniki təminatda "əmək vasitələri"
  • anbar binaları,
  • nəqliyyat vasitələri,
  • yükləmə -boşaltma vasitələri,
  • ölçü və çəki cihazları,
  • hesablama texnikası və s.
  • bu kimi avadanlıqlar,
  • cihazlar və qurğular hesab edilir. "Əmək cisimləri" rolunda isə elə istehsal-texniki təyinatlı əmək cisimlərinin özləri çıxış edirlər ki, maddi-texniki təminat sferasında çalışan işçilərin fəaliyyəti də məhz onların yerdəyişməsinə istiqamətlənir.



Material resurslarının tədarükü planının tərtib edilməsində əsas məsələlərdən biri müəssisənin aldığı sifarişlərin yerinə yetirilməsi ilə əlaqədar maddi resurslara olan tələbatın hesablanmasıdır. Müəssisənin istər material resurslarına və istərsə də istehsal avadanlıqlarına tələbatı dəqiq müəyyən edilməlidir. Əks halda o, ya aldığı sifarişlərin öhdəsindən gələ bilməz, ya da lazım olduğundan artıq istehsal vasitələri tədarük edə bilər.

Yüklə 12,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə