Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


IV. MÜLKİ MÜDAFİƏ QOŞUNLARININ HÜQUQLARI



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   4   5   6   7   8   9   10   11   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 
IV. MÜLKİ MÜDAFİƏ QOŞUNLARININ HÜQUQLARI
 
9. Mülki müdafiə qoşunları öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı 
normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;
9.2. Mülki müdafiə qoşunlarının bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun 
struktur bölmələrini yaratmaq, yenidən təşkil
və ya ləğv etmək barədə Nazirliyə təkliflər vermək;
9.3. icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən mülki müdafiə tədbirlərinin həyata 
keçirilməsi hazırlığını müəyyən olunmuş qaydada yoxlamaq;
9.4. sərəncamında olan maliyyə vəsaitlərini qanunvericiliklə müəyyən olunmuş qaydada idarə etmək;
9.5. qanunvericiliklə müəyyən edilmiş qaydada öz ehtiyacları üçün silah, sursat, rabitə vasitələri, 
xüsusi texnika və digər texniki vasitələrin alınması barədə Nazirliyə təkliflər vermək, onların 
saxlanılması və mühafizəsini təmin etmək;
9.6. Mülki müdafiə qoşunlarının hərbi qulluqçularına qanunvericiliklə müəyyən edilmiş qaydada 
xidməti silah və xüsusi vasitələr vermək;
9.7. Mülki müdafiə qoşunlarının səlahiyyətlərinə aid olan məsələlər barədə lazım olan məlumatları və 
sənədləri əldə etmək üçün icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi 
şəxslərə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) tələb etmək;
9.8. müəyyən olunmuş qaydada icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının rəhbər, 
komandir-rəis heyətini, vəzifəli şəxsləri, o cümlədən yaranmış şəraitə uyğun mülki müdafiə qüvvə və 
vasitələrini mülki müdafiə məsələlərinin həllinə, həmçinin təlimlərə, məşqlərə, təşkilati-metodik 
toplanışlara və digər mülki müdafiə tədbirlərinə cəlb etmək;
9.9. mülki müdafiə üzrə ədəbiyyatın və mütəmadi dövri nəşrlərin buraxılmasını və təbliğini təşkil 
etmək;
9.10. Mülki müdafiə qoşunlarının hərbi qulluqçularının, digər işçilərinin və onların ailə üzvlərinin
habelə pensiyaçılarının sağlamlığının qorunması istiqamətində qanunvericiliklə müəyyən edilmiş 
qaydada kompleks profilaktika, müalicə, sanatoriya-kurort və digər sosial müdafiə tədbirlərinin 
həyata keçirilməsi barədə Nazirliyə təkliflər vermək; 
xii[12]
9.11. Mülki müdafiə qoşunlarının şəxsi heyətinin ehtiyacları üçün mənzil


tikintisinin aparılması, onların təmiri ilə bağlı Nazirliyə təkliflər vermək;
9.12. öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq orqanları 
(qurumları) ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq;
9.13. fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xarici ölkələrə humanitar yardım 
göstərilməsi və eləcə də xarici ölkələrdən humanitar yardım alınması barədə həmin ölkələrin müvafiq 
qurumları, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə öz səlahiyyətləri daxilində 
əməkdaşlıq etmək;
9.14. xüsusi siqnallar və rabitə vasitələri ilə təchiz edilmiş, habelə müəyyən olunmuş qaydada təsdiq 
edilmiş tanınma nişanı və rəngi olan xüsusi nəqliyyat vasitələrinə malik olmaq;
9.15. Mülki müdafiə qoşunlarının fəaliyyət dairəsinə uyğun sahələr üzrə mütəxəssislərin hazırlanması 
və kadrların əlavə təhsili üçün tədbirlər görmək;
9.16. Mülki müdafiə sahəsində normativ hüquqi aktların tələblərini pozan şəxslərin Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunması barədə 
Nazirliyə təkliflər vermək;
9.17. Mülki müdafiə qoşunlarının fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə 
tutulmuş digər hüquqları həyata keçirmək.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə