Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə11/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   7   8   9   10   11   12   13   14   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti 
haqqında
 
Ə S A S N A M Ə
 
I. ÜMUMİ MÜDDƏALAR
 
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Hərbiləşdirilmiş Xüsusi Mühafizə Xidməti 
(bundan sonra - Xidmət) fövqəladə hallar baş verdikdə çevik reaksiya verilməsini, təbii, texnogen, 
yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər 
obyektlərin mühafizəsini təşkil edən və öz səlahiyyətləri daxilində strateji obyektlərin və qurğuların 
mühafizəsini həyata keçirən qurumdur.
2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının 
tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan 
Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
qərar və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini, Azərbaycan 
Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və Azərbaycan 
Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra - Nazirlik) əmr və göstərişlərini rəhbər 
tutur.
3. Xidmət öz fəaliyyətini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, icra hakimiyyəti və yerli 
özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Xidmət müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və 
bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin və 
Xidmətin adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara, bayraq və rəmzlərə malikdir.
5. Xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və Azərbaycan 
Respublikasının qanunvericiliyinə (bundan sonra- qanunvericilik) zidd olmayan digər mənbələr 
hesabına maliyyələşdirilir.
6. Xidmətin struktur bölmələri Bakı şəhərində və ölkənin regionlarında yerləşir.



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə