Sərbəst iş №2



Yüklə 15,42 Kb.
tarix31.03.2023
ölçüsü15,42 Kb.
#103914
referat 1586


Sərbəst iş № 2
Hərbiləşdirilməmiş Mülki Müdafiə dəstələri
Mülki müdafiənin bilavasitə vəzifələrini, yaranmış fövqəladə hallarda tədbirlərini görmək üçün mülki müdafiə qüvvələri hazırlanır və bu qüvvələr mülki müdafiənin qoşun hissələrində qəza-xilasetmə dəstələrindən, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və idarələrdən ibarətdir.
Mülki müdafiə qüvvələri FH-ın nəticələrini aradan qaldırarkən X və DTİ yerinə yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra etmək üçündür.Mülki müdafiənin qüvvələrinin əsasını hərbiləşdirilməmiş dəstələr təşkil edir.Bunlar sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə qüvvələrinin sayca ən böyük hissələridir.
Ərazi və sahə orqanları tərəfindən yaradılan hərbiləşdirilməmiş, ümumi və xüsusi mülki müdafiə dəstələri bilavasitə orqan rəhbərlərinin sərəncamı ilə fəaliyyət göstərən mülki müdafiə qüvvələri ərazi-istehsalat prinsipi ilə təşkil olunur.
Mülki müdafiə dəstələri ərazi-istehsalat prinsipi üzrə Naxçıvan Muxtar Respublikasında, rayonlarında, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır.
Mülki müdafiə dəstələri əmin-amanlıq dövründə ayrı-ayrı təsərrüfat obyektlərində yaradılır.Dəstələr adamlarla, əşyalarla, texniki və nəqliyyat vasitələrilə, təşkilatın hesabına normalarla uyğun olaraq təchiz olunurlar.
Hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan 18 yaşından 62 yaşadək kişilər, 18 yaşından 55 yaşadək qadınlar cəlb edilirlər.Birinci və ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:
Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə bölünürlər.
Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələnmə ocağında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.
Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanizasiya dəstələri (komandaları) – ümumi məqsədli dəstələr yaradılır.
Mülki müdafiə xidmət dəstələri – xüsusi təyinatlı dəstələr kəşfiyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayılır.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.) ixtisaslaşdırılmış dəstələr yaradılır.Hazırlıq dərəcəsinə görə hərbiləşdirilməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat),qalan dəstələr isə gündəlik hazırlıqda olurlar (24 saat).
Rayonun mülki müdafiə dəstələri. Rayonun müəssisələrində, şəhərlərində və qəsəbələrində bu dəstələr yaradılır: xilasedici dəstələr (komandalar), kəşfiyyat qrupları (manqaları), ətraf mühitin radioaktivliyini müşahidə postları, rabitə qrupları, sanitar drujinası dəstələri vəsanitar drujinaları, yanğınsöndürən komandalar (bölmələr), ictimai asayişi mühafizə dəstələri (komandaları), zərərsizləşdirici komandalar (qruplar), kənd təsərrüfatı heyvanlarını və bitkiləri mühafizə komandaları (qrupları).
Kənd yerlərindəki müalicə-profilaktika idarələrinin və şəhərlərdən köçürülən tibb idarələrinin bazası əsasında ilk tibbi yardım dəstələri, epidemiya əleyhinə səyyar dəstələr, ixtisaslı tibbi yardım dəstələri (briqadalar), həmçinin tibb xidmətinin idarələri (baza xəstəxanaları idarəsi, çeşidləmə- köçürmə qospitalları, mərkəzi və profil xəstəxanaları) təşkil edir.
Dəstələri istehsalat prinsipi əsasında komplektləşdirir və təlimə cəlb edilirlər.
Dəstələrin ştatları və əmlakla təchizat tabelləri, bu sahədə təsərrüfatların imkanları, habelə qüvvə və vasitələrə olan tələbat nəzərə alınmaqla dəstələrin nümunəvi təşkili sxemləri və təchizat norması tabellərinə uyğun olaraq obyektin qərargahı tərəfindən işlənib hazırlanır.
Əhali və ətraf mühit üçün təhlükə törədən güclü istehsalat və nəqliyyat qəzaları və ya təbii fəlakətlər,onların nəticələrini aradan qaldırmaq üçün müəssisələrin öz qüvvələri, o cümlədən yanğınsöndürmə və meşə-yanğın komandaları, mədən xilasetmə komandaları və s. kifayət etmədikdə, fəlakətlərlə mübarizəyə təsərrüfat obyektlərinin fəhlə və qulluqçuları da cəlb edilir;bu məqsədlə onlardan hərbiləşdirilməmiş dəstələr (xilasedici, qəza-bərpa və digər dəstələr, komandalar, qruplar və manqalar) yaradılır.Bəzi təhlükəli hallarda güclü qəzaların aradan qaldırılması və təbii fəlakətlərlə mübarizə işlərinə hərbi hissələr cəlb edilə bilər.
Yüklə 15,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə