Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   2   3   4   5   6   7   8   9   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2006-cı il
№ 511 


Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti haqqında
 
Ə S A S N A M Ə
 
I. ÜMUMİ MÜDDƏALAR
 
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti (bundan 
sonra - Xidmət) ölkə ərazisində binaların və qurğuların layihələndirilməsi, tikintisi, yenidən 
qurulması, təmiri, istismarı dövründə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət 
olunmasına nəzarəti təmin edən, yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan 
məhsulların və xidmətlərin sertifikatlaşdırılmasını aparan, daşınmaz əmlakın (yaşayış binaları, yaşayış 
evləri və mənzillərin icbari sığortası istisna olmaqla) və daşınmaz əmlakın istismarı ilə bağlı mülki 
məsuliyyətin icbari qaydada sığortalanmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır.
i[1]
2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının 
tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan 
Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
qərar və sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, 
bu Əsasnaməni və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra - Nazirlik) 
əmr və göstərişlərini rəhbər tutur.
3. Xidmət fəaliyyətini bilavasitə tabeliyində olan strukturlar vasitəsilə həyata keçirir.
4. Xidmət müstəqil balansa, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Nazirliyin 
və Xidmətin adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara, xəzinə və bank hesablarına 
malikdir.
5. Xidmətin saxlanması xərcləri və fəaliyyəti Nazirlik tərəfindən təsdiq olunmuş xərc smetasına uyğun 
olaraq ayrılmış büdcə vəsaiti və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına 
maliyyələşdirilir.
6. Xidmət Bakı şəhərində yerləşir.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə