Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları haqqında



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   2   3   4   5   6   7   8   9   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları haqqında
 
Ə S A S N A M Ə
 
I. ÜMUMİ MÜDDƏALAR
 
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları (bundan sonra - 
mülki müdafiə qoşunları) mülki müdafiə tədbirlərini yerinə yetirən, əhalinin və ərazilərin təbii və 
texnogen xarakterli fövqəladə hallardan qorunması ilə bağlı çevik reaksiya verilməsini, fövqəladə 
halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı qəzaxilasetmə və digər 
təxirəsalınmaz işlərin görülməsini təmin edən qurumdur.
2. Mülki müdafiə qoşunları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, 
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrini, 
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni və 
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (bundan sonra - Nazirlik) əmr və 
göstərişlərini rəhbər tutur.
3. Mülki müdafiə qoşunları öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən icra 
hakimiyyəti və yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə 
fəaliyyət göstərir.
4. Mülki müdafiə qoşunları müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət 
əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, 
Nazirliyin və Mülki müdafiə qoşunlarının adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara, 
bayraq və rəmzlərə malikdir.
5. Mülki müdafiə qoşunlarının saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət 
büdcəsi və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına 
maliyyələşdirilir.


6. Mülki müdafiə qoşunları komandanlığı Bakı şəhərində yerləşir.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə