Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


V. XİDMƏTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə5/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   2   3   4   5   6   7   8   9   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 
V. XİDMƏTİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
 
10. Xidmətin aparatı və tabeliyində olan strukturlar Xidmətin vahid sistemini təşkil edir.


11. Xidmətin Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş büdcədən 
maliyyələşdirilən əməkdaşlarının say həddi daxilində aparatının və strukturuna daxil olan bölmələrin 
əməkdaşlarının sayı və ştat cədvəli, büdcə vəsaitləri üzrə xərclər və digər mənbələr hesabına gəlirlər 
və xərclər smetası Nazirlik tərəfindən təsdiq edilir.
12. Xidmətin aparatına və strukturuna daxil olan bölmələrə xidmətə qəbul və vəzifəyə təyin etmə, 
xidmətdən və vəzifədən azad etmə Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən 
həyata keçirilir.
Mülki şəxslərin Xidmətdə vəzifəyə təyin və vəzifədən azad edilməsi qanunvericiliyə uyğun olaraq 
Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən həyata keçirilir.
13. Xidmətin əməkdaşlarının xidmətkeçmə qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq 
qanunvericiliyi ilə müəyyən edilir.
14. Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşlarının məbləği 
Azərbaycan Respublikasının Prezidenti tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi 
qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən, mülki işçilərinin əmək ödənişi isə 
qanunvericiliklə müəyyən edilir. 
x[10]
15. Xidmətdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin pensiya təminatı qanunvericiliklə 
müəyyən edilmiş qaydada həyata keçirilir.
16. Xidmətin aparatının və büdcədən maliyyələşdirilən struktur bölmələrinin maliyyələşdirilməsi 
dövlət büdcəsində Nazirliyin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
17. Xidmətin fəaliyyətinə Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin 
və vəzifədən azad edilən, öz vəzifələrinə görə, eyni zamanda Azərbaycan Respublikasının yanğın 
nəzarəti üzrə Baş dövlət inspektoru hesab edilən Xidmətin rəisi rəhbərlik edir.
18. Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsinə görə 
Xidmətin rəisi şəxsən məsuliyyət daşıyır.
19. Xidmətin rəisinin Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və 
vəzifədən azad edilən iki müavini vardır.
20. Rəis müavinləri, Xidmətin rəisi tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun 
üçün şəxsən məsuliyyət daşıyırlar.
21. Xidmətin rəisi aşağıdakı səlahiyyətlərə malikdir:
21.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
21.2. öz müavinlərinin səlahiyyətlərini müəyyən edir;
21.3. Xidmətin aparatının və strukturuna daxil olan qurumların əməkdaşlarının vəzifəyə təyin və 
vəzifədən azad edilməsi barədə Nazirliyə təkliflər verir;
21.4. Xidmətin maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;


21.5. Xidmətin sisteminə daxil olan strukturların əməkdaşlarına qanunvericilikdə nəzərdə tutulmuş 
həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiq edilməsi barədə Nazirliyə təqdimat verir;
21.6. Xidmətin səlahiyyətlərinə aid edilən məsələlər üzrə növbəti il üçün Nazirliyin saxlanılması 
xərclərinin formalaşdırılması ilə bağlı təkliflər verir, fəaliyyəti ilə əlaqədar olaraq qanunvericiliklə 
müəyyən edilmiş mənbələr hesabına Nazirliyin büdcədənkənar vəsaitlərinin yaradılmasında iştirak 
edir və Nazirliyin təsdiq etdiyi gəlirlər və xərclər smetasına uyğun olaraq həmin vəsaitlərdən təyinatı 
üzrə istifadə olunmasını təmin edir;
21.7. Xidmətin aparatının və səlahiyyətləri daxilində tabeliyində olan strukturların fəaliyyətinə dair 
əmrlər və göstərişlər verir, normativ hüquqi aktların icrasını təşkil edir;
21.8. Xidmətin və strukturuna daxil olan bölmələrinin əməkdaşlarının və mülki işçilərinin sosial 
vəziyyətinin yaxşılaşdırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Nazirlik 
qarşısında məsələ qaldırır;
21.9. yanğın nəzarətinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış 
edir;
21.10. Xidmətin və strukturuna daxil olan bölmələrin texniki təchizat normaları barədə Nazirliyə 
təkliflər verir;
21.11. Xidmətin fəaliyyət dairəsinə aid məsələlər üzrə beynəlxalq danışıqlarda səlahiyyətləri daxilində 
iştirak edir;
21.12. Xidmətin struktur bölmələrinin əsasnamələrinin layihələrini hazırlayır və təsdiq olunmaq üçün 
Nazirliyə təqdim edir;
21.13. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsini təmin edir;
21.14. Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq digər hüquqlardan istifadə edir.


Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə
TƏSDİQ EDİLMİŞDİR

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə