Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


II. XİDMƏTİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   2   3   4   5   6   7   8   9   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 


II. XİDMƏTİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
 
7. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. yanğın təhlükəsizliyi sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ 
hüquqi tənzimləmənin həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak edir;
7.2. yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə riayət 
olunmasına nəzarəti təmin edir;
ii[2]
7.3. yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsulların və xidmətlərin 
sertifikatlaşdırılmasını həyata keçirir;
7.4. yanğın təhlükəsizliyi sahəsində idarəetməni, əlaqələndirməni və dövlət yanğın nəzarətini həyata 
keçirir;
7.5. Xidmətin fəaliyyət dairəsinə aid edilən sahələrin inkişafını təmin edir;
7.6. qanunvericiliklə qadağan edilməyən digər istiqamətlərdə fəaliyyət göstərir.
 
III. XİDMƏTİN VƏZİFƏLƏRİ
 
8. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı 
vəzifələri yerinə yetirir:
8.1. ölkə ərazisində yanğın təhlükəsizliyi sahəsində dövlət siyasətinin və tənzimlənməsinin işlənib 
hazırlanmasında Nazirliyə təkliflər vermək, bu sahədə idarəetməni, əlaqələndirməni və nəzarəti 
həyata keçirmək;
8.2. dövlət yanğın nəzarəti orqanlarının fəaliyyətini istiqamətləndirmək məqsədilə qabaqlayıcı 
tədbirlərin görülməsi üçün yanğın təhlükəsizliyinin monitorinqini və proqnozlaşdırılmasını həyata 
keçirmək;
8.3. yanğın təhlükəsizliyi sahəsində dövlət və məqsədli proqramların işlənib hazırlanmasını və həyata 
keçirilməsini təmin etmək;
8.4. dövlət yanğın təhlükəsizliyi üzrə standartların, normaların, qaydaların və yanğın təhlükəsizliyinə 
dair normativ hüquqi sənədlərin layihəsini hazırlamaq və icrasını təmin etmək;
8.5. idarədənkənar və könüllü yanğından mühafizə bölmələrinin (dəstələrinin) yaradılması 
qaydalarının və nümunəvi əsasnamələrinin layihələrini hazırlamaq və təsdiq olunmaq üçün təqdim 
etmək;
iii[3]


8.6. yanğın təhlükəsizliyi şərtləri nəzərə alınmaqla əhalinin və təsərrüfat obyektlərinin ölkə ərazisində 
yerləşdirilməsində və şəhərsalma işlərinin Baş planının işlənib hazırlanmasında iştirak etmək;
8.7. icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən yanğın 
təhlükəsizliyi ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərin yerinə yetirilməsinə öz 
səlahiyyətləri daxilində nəzarət etmək;
8.8. yanğın-texniki avadanlıqların və vasitələrin istehsalında yerinə yetirilməsi məcburi olan norma və 
qaydaları hazırlamaq və təsdiq olunmaq üçün müvafiq qaydada təqdim etmək;
8.9. qanunvericiliklə müəyyən edilmiş qaydada ölkə ərazisində yanğından mühafizəni və yanğın 
təhlükəsizliyi sahəsində işlərin görülməsini və xidmətlərin göstərilməsini təşkil etmək;
8.10. qanunvericiliklə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə 
nəzarət etmək;
8.11. yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə uyğun olaraq 
mütləq qaydada yanğından mühafizəsi təşkil edilməli təhlükə potensiallı müəssisələrin siyahısını 
hazırlamaq və Nazirliyə təqdim etmək;
iv[4]
8.12. qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olaraq büdcə vəsaiti hesabına 
maliyyələşdirilən yanğın xidmətinin yaradılması barədə Nazirlik qarşısında məsələ qaldırmaq;
8.13. yanğınların və onların nəticələrinin vahid statistik uçotunu və analitik təhlilini aparmaq;
8.14. yanğın təhlükəsizliyi sahəsində məcburi qaydada sertifikatlaşdırılan məhsul və xidmətlərə 
qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikatlar vermək, habelə onların qüvvəsini müvəqqəti 
dayandırmaq və ləğv etmək;
8.15. müəssisələrin, binaların, qurğuların və digər obyektlərin tikintisinə, əsaslı təmirinə, yenidən 
qurulmasına, genişləndirilməsinə və texniki cəhətdən dəyişdirilməsinə dair şəhərsalma və layihə-
smeta sənədlərini yanğın təhlükəsizliyi tələblərinə əməl olunması baxımından razılaşdırmaq;
8.16. tikinti meydançalarının (trasların) seçilməsi və tikintisi başa çatmış obyektlərin istismara qəbulu 
üzrə yaradılmış komissiyaların tərkibində Nazirlik adından həlledici səs hüququ ilə iştirak etmək, 
torpaq sahələrinin tikinti məqsədləri üçün ayrılması mərhələsində yanğın təhlükəsizliyi baxımından 
həmin sahələrin ayrılmasının mümkünlüyü barədə rəy vermək;
8.17. qüvvədə olan qanunvericiliyə uyğun olaraq yanğın hadisələri və yanğın təhlükəsizliyi 
qaydalarının pozulması üzrə təhqiqat aparmaq, yanğın təhlükəsizliyi sahəsində inzibati xətalar 
haqqında işlərə baxmaq və öz səlahiyyətləri daxilində qərar qəbul etmək;
8.18. yanğın texnikası və yanğınsöndürücü vasitələrin, maddələrin, materialların, məmulatların, 
avadanlıqların və konstruksiyaların yanğın təhlükəsizliyi sınaqlarının aparılmasını təşkil etmək;
8.19. yanğın təhlükəsizliyinə aid məsələlərlə bağlı fəaliyyət növlərinə qanunvericiliklə müəyyən 
edilmiş hallarda və qaydada xüsusi razılıq (lisenziya) verilməsini həyata keçirmək;
8.20. idarədənkənar və könüllü yanğından mühafizəni gücləndirmək, hərtərəfli inkişafına köməklik 
göstərmək və onların şəxsi heyətinin hazırlığını təşkil etmək;


8.21. yanğın təhlükəsizliyinin təbliği sahəsində yanğın-texniki ədəbiyyat, plakat, yaddaş kitabçalarının 
nəşrini və yanğın təhlükəsizliyi mövzusunda kinofilmlərin buraxılmasını təşkil etmək;
8.22. Xidmətin yerli yanğın nəzarəti orqanlarının fəaliyyətini əlaqələndirmək və xidmətin təşkilinə 
nəzarəti təmin etmək;
8.23. yanğın təhlükəsizliyi məsələləri ilə bağlı respublika üzrə yığıncaq, müşavirə və elmi-praktik 
konfranslar keçirmək təşəbbüsü ilə çıxış etmək və səlahiyyətləri daxilində bu işi təşkil etmək;
8.24. binalarda, qurğularda, nəqliyyat vasitələrində və digər obyektlərdə mövcudluğu zəruri olan 
yanğınsöndürmə vasitələrinin və inventarlarının siyahısını hazırlamaq və təsdiq olunmaq üçün 
təqdim etmək;
8.25. layihə və layihə-axtarış işlərini aparan müəssisələrdə hazırlanan layihə-smeta sənədlərinə yanğın 
təhlükəsizliyi baxımından seçmə yolu ilə nəzarət etmək;
8.26. daşınmaz əmlakın (yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortası istisna olmaqla) 
və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin “İcbari sığortalar haqqında” Azərbaycan 
Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək;
v[5]
8.27. ölkə ərazisində yaşayış məntəqələrinin və müəssisələrin yanğından mühafizə və xilasetmə 
vasitələrinin istifadəyə hazırlıq vəziyyətinə nəzarət etmək;
8.28. ölkədə yanğın təhlükəsizliyi texnikası, avadanlığı və ləvazimatlarının istehsalı haqqında təkliflər 
hazırlamaq və Nazirliyə təqdim etmək;
8.29. yanğın təhlükəsizliyinin təmin olunması ilə bağlı təlimlərin və məşqlərin keçirilməsi qaydalarını 
hazırlamaq və təsdiq olunmaq üçün Nazirliyə təqdim etmək;
8.30. yanğından mühafizə xidmətinin idarəetmə orqanlarının və bölmələrinin hərbi və səfərbərlik 
hazırlığı səviyyəsinin saxlanmasını təmin etmək;
8.31. Nazirliyin strukturuna daxil olan Dövlət Yanğından Mühafizə Xidmətindən ölkə ərazisində baş 
vermiş yanğınlar barəsində operativ məlumatlar almaq və qanunvericiliklə nəzərdə tutulmuş 
tədbirləri həyata keçirmək;
8.32. yanğın təhlükəsizliyi sahəsində elmi tədqiqat və təcrübə-konstruktor işlərini aparmaq;
8.33. yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi işini təşkil etmək, başqa dövlət 
orqanları və ictimai təşkilatlar tərəfindən aparılan bu kimi işlərə metodiki rəhbərlik etmək;
8.34. respublikada yanğına qarşı mövcud operativ şəraiti nəzərə alaraq, dövlət yanğın nəzarəti 
orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə tədbirlər işləyib həyata keçirmək;
8.35. yanğın təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyət göstərən təşkilatların akkreditasiya 
qaydalarını işləyib hazırlamaq və həyata keçirmək;
8.36. ayrılan büdcə və digər maliyyə vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək;


8.37. maddi və maliyyə vəsaitlərindən istifadəyə nəzarət etmək, müəyyən olunmuş qaydada uçotunu 
aparmaq;
8.38. Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək və öz səlahiyyətləri 
daxilində tədbirlər görmək;
8.39. Xidmətə daxil olan strukturların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi barədə 
Nazirliyə təkliflər vermək;
8.40. Xidmətin struktur bölmələrinin yaradılması, yenidən təşkili və ya ləğv edilməsi barədə Nazirliyə 
təkliflər vermək;
8.41. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən 
edilmiş qaydada tədbirlər görmək;
8.42. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər 
vəzifələri yerinə yetirmək.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə