Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


II. MÜFƏTTİŞLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə16/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   12   13   14   15   16   17   18   19   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 
II. MÜFƏTTİŞLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ
 
8. Müfəttişliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:
8.1. mülkiyyət formasından asılı olmayaraq onlara məxsus kiçik həcmli gəmilərin təhlükəsiz 
hərəkətinə öz səlahiyyətləri daxilində dövlət nəzarətini və istismarına texniki nəzarəti təşkil edir və 
həyata keçirir;
8.2. kiçik həcmli gəmilərin dayanacağı üçün istifadə olunan bazaların istismarının təhlükəsizliyinə 
nəzarət edir;
8.3. kiçik həcmli gəmilərin və dayanacaq bazalarının istismarının təhlükəsizliyinin təmin olunması 
sahəsində Nazirliyin tabeliyində olan müvafiq qurum kimi dövlət siyasətinin işlənib hazırlanmasında 
və tənzimlənməsində iştirak edir və bu siyasətin həyata keçirilməsinə nəzarət edir;
8.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
 
III. MÜFƏTTİŞLİYİN VƏZİFƏLƏRİ
 
9. Müfəttişlik aşağıdakı vəzifələri yerinə yetirir:
9.1. fəaliyyət sahəsi ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlamaq və Nazirliyə təqdim 
etmək;
9.2. kiçik həcmli gəmilərin və onların dayanacaq bazalarının istifadəsinə qanunvericiliklə müəyyən 
edilmiş qaydada dövlət və texniki nəzarəti həyata keçirmək;
9.3. səlahiyyətləri daxilində kiçik həcmli gəmilərin bazalarında insanların təhlükəsizliyi ilə bağlı 
tələblərə əməl olunmasına nəzarət etmək;
9.4. kiçik həcmli gəmilərin təsnifat qaydalarının işlənib hazırlanmasında iştirak etmək;
9.5. kiçik həcmli gəmilərdən, onların bazalarından istifadə olunması qaydalarını tənzimləyən normativ 
hüquqi aktlara əməl olunmasına nəzarəti təşkil etmək;


9.6. kiçik həcmli gəmilərin müəyyən edilmiş qaydada təsnifatını, dövlət qeydiyyatını və uçotunu, ilkin 
və illik texniki müayinəsini və baxışını, onlara dövlət (bort) nömrəsinin, qeydə alınmış gəmilərə gəmi 
biletinin və digər sənədlərin verilməsini həyata keçirmək;
9.7. kiçik həcmli gəmilərdən istifadə olunması qaydalarının və onların praktiki idarə edilməsi 
vərdişlərinin öyrədilməsi üçün proqramlar işləyib hazırlamaq və 
Azərbaycan Respublikasının
Dövlət Dəniz Administrasiyası ilə razılaşdırmaq, kiçik həcmli gəmilərin idarə edilməsi hüququnun 
verilməsi üçün imtahanlar və gəmi sürücülərinin attestasiyasını keçirmək, kiçik həcmli gəmiləri 
idarəetmə hüququ verən vəsiqələr vermək; 
xv[15]
9.8. kiçik həcmli gəmilərin reyestrini, kiçik həcmli gəmiləri idarə etmək hüququ verən sürücülük 
vəsiqələrinin, kiçik həcmli gəmilərin və gəmi sürücülərinin üzməyə buraxılması üçün zəruri olan 
qeydiyyat və başqa sənədlərin uçotunu aparmaq;
9.9. konstruksiyasından və gücündən asılı olaraq gəminin sərnişin tutumunu, yükgötürümünü, 
mühərriklərin maksimal gücünü və sayını, yelkənlər üçün yol verilən sahəni, üzmə ərazisini, gəminin 
üzməyi bacaracağı dalğa hündürlüyünü, gəminin sualtı hissəsini və minimal suüstü bortunu, 
xilasetmə və yanğından qoruma vasitələri ilə, siqnal işıqları, naviqasiya və digər avadanlıqlarla 
təchizatı ilə bağlı məcburi şərtləri, normaları və texniki tələbləri müəyyən etmək;
9.10. kiçik həcmli gəmilərdən və onların dayanacaq bazalarından istifadə qaydalarına əməl 
olunmasına nəzarət etmək, bu qaydaların, üzmə təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə aid 
digər norma və tələblərin pozulmasını aşkar etmək və qarşısını almaq;
9.11. kiçik həcmli gəmilərlə bağlı qəza və hadisələrin, qəza nəticəsində sularda insanlarla əlaqədar baş 
verən bədbəxt hadisələrin uçotunu aparmaq, onların baş vermə səbəblərini və şəraitini təhlil etmək, 
həmin səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək;
9.12. bazaların uçotunu aparmaq, onları illik texniki baxışdan keçirmək, bazaların istismarına icazə 
vermək və ya təhlükəsizlik norma və qaydaları pozulduğu halda bu şərtlər təmin edilənə kimi 
istismarına qadağa qoymaq;
9.13. bazalarda gəmilərin yerləşdirilmə normalarını, istismar təhlükəsizliyi üçün şərtləri və texniki 
tələbləri müəyyən etmək;
9.14. kiçik həcmli gəmilərin dayanacaq bazalarının layihələrinə rəy vermək;
9.15. kiçik həcmli gəmi sürücülərinin hazırlığı üzrə kursları və mərkəzləri uçota almaq, kiçik həcmli 
gəmilər üzərində qoyulmuş həbs və girovların qeydiyyatını aparmaq;
9.16. kiçik həcmli gəmilərin üzməsinin təhlükəsizlik səviyyəsinin qaldırılması üzrə tövsiyələr 
hazırlamaq, onları müəyyən olunmuş qaydada dövlət orqanlarına və ictimai təşkilatlara təqdim etmək, 
onların həyata keçirilməsinə yardım etmək;
9.17. kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün gəmi sahibləri 
tərəfindən tədbirlər görülməsinə nəzarət etmək;


9.18. kiçik həcmli gəmilərin mühərriklərinin standartları, texniki şərtləri, layihə və konstruksiyaları 
üzrə onların istismar təhlükəsizliyinin təminatı ilə bağlı rəy vermək, yeni gəmi texnikası 
nümunələrinin sınaqlarında və qəbulunda iştirak etmək;
9.19. kiçik həcmli gəmilərin istismar şərtlərini, onların konstruksiyalarının avadanlıq və 
mexanizmlərinin xüsusiyyətlərini və nöqsanlarını öyrənmək və gəmilərin, avadanlıq və 
mexanizmlərin etibarlılığının yüksəldilməsi üzrə təkliflər hazırlamaq;
9.20. kiçik həcmli gəmilərin qeydiyyatı və uçotu qaydalarının və həmin gəmilərdən və onların 
dayanması üçün bazalardan istifadə qaydalarının pozulması faktlarının təhlilini və qeydiyyatını 
aparmaq;
9.21. kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə mövcud 
beynəlxalq və daxili qaydaları əsas tutaraq vahid qaydalar işləyib hazırlamaq və müvafiq təşkilatlarla 
razılaşdırmaq;
9.22. kiçik həcmli gəmilərin istismarı ilə bağlı qanunvericiliklə müəyyən olunmuş haqların gəmi 
sahibləri tərəfindən ödənilməsinə nəzarət etmək;
9.23. müfəttişliyin gördüyü işlər və göstərdiyi xidmətlər üzrə tariflərin layihələrini işləyib hazırlamaq 
və müəyyən edilmiş qaydada Nazirliyə təqdim etmək;
9.24. müəyyən olunmuş qaydalar və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 
müqavilələrin tələbləri üzrə kiçik həcmli gəmilərin ətraf mühitə və atmosferə atdığı zərərli 
(çirkləndirici) maddələrin texniki normativlərə uyğunluğunun vaxtaşırı yoxlanılmasını həyata 
keçirmək;
9.25. kiçik həcmli gəmilərin istismarı zamanı qəzaların qarşısını almaq, insanların su obyektlərində 
təhlükəsizliyini təmin etmək məqsədilə əhali arasında maarifləndirmə işi aparmaq;
9.26. inzibati xətalar haqqında protokol tərtib etmək, inzibati xətalara yol vermiş şəxslərə qarşı öz 
səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq etmək;
9.27. müfəttişliyin işçilərinin peşə fəaliyyəti istiqamətlərinə uyğun olaraq hazırlığını və əlavə təhsilini 
həyata keçirmək; 
xvi[16]
9.28. yoxlamaların və xüsusi baxışdan keçirmənin həcmlərini müəyyən edən texniki tələbləri və 
normativləri, gəmilərin istismarının təhlükəsizliyi təminatına aid digər normativ-texniki sənədlər 
işləyib hazırlamaq və müvafiq təşkilatlarla razılaşdıraraq təsdiq etmək, gəmi sahibləri tərəfindən bu 
tələblərə və normativlərə əməl olunmasına nəzarət etmək;
9.29. sututarlarda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması 
tədbirlərinin həyata keçirilməsində iştirak etmək;
9.30. ölkənin su hövzələrində istismar edilən kiçik həcmli gəmilərin hərəkətinə operativ nəzarəti təşkil 
etmək üçün mərkəzi radio-rabitə stansiyasını yaratmaq;
9.31. istismar müddəti başa çatmış köhnə və yararsız gəmilərdə texniki baxış keçirilməsini 
dayandırmaq və istismarına qadağa qoymaq;


9.32. öz səlahiyyətləri daxilində kiçik həcmli gəmilərin öz təyinatı üzrə istismar olunmasına nəzarət 
etmək;
9.33. üzgüçülük təhlükəsizliyi və nəzarətində olan gəmilərdən düzgün istifadə olunması haqqında 
qanunvericiliyin izahı və təbliği üzrə iş aparmaq;
9.34. digər icra hakimiyyəti orqanlarının Müfəttişliyin fəaliyyət sahəsi ilə bağlı işlərini əlaqələndirmək;
9.35. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin 
yerinə yetirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
9.36. Müfəttişliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər 
vəzifələri yerinə yetirmək.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə