FəRDİ QƏza (BƏDBƏxt hadiSƏLƏRDƏN) siğortasinin



Yüklə 221,51 Kb.

səhifə1/7
tarix21.10.2017
ölçüsü221,51 Kb.
növüQaydalar
  1   2   3   4   5   6   7


Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 1 of 16 

 

 



FƏRDİ QƏZA (BƏDBƏXT HADİSƏLƏRDƏN) SIĞORTASI 

QAYDALARI 

 

FƏSİL 1 - ÜMUMİ MÜDDƏALAR 

 

Bundan  sonra  mətn  üzrə  “Qaydalar”  adlanacaq  “A-Qroup”  Sığorta  Şirkətinin  hazırkı  Fərdi  Qəza  (Bədbəxt 



hadisələrdən)  Sığorta  Qaydaları  “Sığorta  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikası  Qanununa,  Mülki 

Məcəlləsinə və digər normativ aktlarına müvafiq olaraq hazırlanmışdır və bundan sonra mətndə “müqavilə” 

yaxud  “sığorta  müqaviləsi”  adlanacaq  “A-Qroup”  Sığorta  Şirkətinin  bağladığı  Fərdi  Qəza  sığorta 

müqavilələrin (şəhadətnamələrin) əsaslandığı ümumi qayda və şərtləri müəyyən edir.  



 

Maddə 1. Sığorta müqaviləsinin predmeti

Bu  Qaydalar  əsasında  bağlanan  sığorta  müqaviləsinə  əsasən,  Sığortalı  tərəfindən  ödənilən  sığorta  haqqı 

müqabilində  Sığortaçı  Sığortalının  (Sığorta  olunanın)  sığorta  müddəti  ərzində  məruz  qalacağı  bədbəxt 

hadisələr nəticəsində ölümü və ya sağlamlığına zərər vurulması halında müqavilədə müəyyən edilmiş şərtlər 

daxilində sığorta ödənişi verir.  

Müqavilədə digər şərtlər nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi Birinci və İkinci dərəcəli əlil olan şəxslərə 

münasibətdə bağlanılmır. 

 

FƏSİL 2. SIĞORTA TƏMINATI



 

Maddə 2 – Sığortanın ərazisi 

Bu Qaydalar əsasında verilən sığorta təminatı sığorta müqaviləsində göstərilmiş ərazi hüdudlarında baş verən 

bədbəxt hadisələri (fərdi qəzaları) əhatə edir. 

Sığorta,  sığorta  müqaviləsində  (şəhadətnaməsində)  başqa  hal  nəzərdə  tutulmayıbsa,  Azərbaycan 

Respublikası ərazisində qüvvədədir.  

     


 

Maddə 3 – Sığorta hadisələri  

Sığorta hadisəsi dedikdə, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən bədbəxt hadisənin 

nəticəsi olan Sığortalının ölümü və ya sağlamlığına zərər vurulması ilə əlaqədar Sığortalıya (Sığorta olunana) 

sığorta ödənişinin verilməsinə əsas olan hadisə başa düşülür.  

 

3.1. Bu sığorta növündə bədbəxt hadisə dedikdə, Sığortalının (Sığorta olunanın)  iradəsindən asılı olmayan 



onun  həyatına  və  sağlamlığına  zərər  vuran  və  ya  onun  ölümü  ilə  nəticələnən  qəfil,  öncədən 

gözlənilməyən, təsadüfi və xarici təsirli hadisə başa düşülür. 

3.2. Aşağıdakı hallar da bədbəxt hadisə hesab edilir: 

3.2.1. Qəflətən və gözlənilmədən otağa dolan qazların tənəffüsündən baş verən ölüm hadisəsi; 

3.2.2. Yanıqlardan  və ani bir hərəkət nəticəsində əzələ  və sinir sisteminin  zədələnməsi, burxulması  və 

qopması; 

3.2.3. İlan və ya  həşəratların çalması nəticəsində zəhərlənmələr;  

3.2.4. Quduzlaşmış heyvanın sığortalını dişləməsi nəticəsində quduzlaşmaya görə baş verən ölüm və ya 

bədən xəsarəti. 

3.3. Bədbəxt hadisə hesab edilməyən hallar:  

3.3.1. Bütün növ xəstəliklər və onların nəticələri;  

3.3.2. Sığorta təminatına daxil olmayan bədbəxt hadisə nəticəsində baş verən günəş vurması; 

3.3.3. Hər hansı düşüncə və ruhi vəziyyətdən asılı olmayaraq intihar və intihara cəhd; 



Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 2 of 16 

 

 



3.3.4. Spirtli içki qəbulu nəticəsində ölüm və ya sağlamlığına zərər vurulması, sığorta təminatına  daxil 

olan bədbəxt hadisənin fəsadlarının və nəticəsinin aradan qaldırılmasının tələb edilmədiyi təqdirdə 

narkotik maddədən istifadə, dərman və zəhərli maddələrin qəbulu; 

3.3.5.  Sığorta  təminatına  daxil  olan  hadisənin  fəsadlarının  və  nəticəsinin  aradan  qaldırılmasının  tələb 

edilmədiyi təqdirdə, aparılan cərrahiyyə əməliyyatları və müxtəlif növ şüaların qəbulu. 

Maddə 4 – Sığorta təminatından istisnalar 

Sığorta müqaviləsində (şəhadətnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, Sığorta təminatı aşağıdakı hallar 

nəticəsində baş verən bədbəxt hadisələri əhatə etmir: 

4.1.  Elan  olunub-olunmamasından  asılı  olmayaraq  müharibə  və  ya  müharibə  əməliyyatları,  manevrlər  və 

digər hərbi əməliyyatlar; 

4.2. Vətəndaş müharibəsi, hər cür xalq iğtişaşları, tətillər;

 

4.3.  Sığortalının  (sığorta  olunanın)  cinayət  törətməsi  və  ya  buna  cəhd  etməsi  zamanı  ölməsi  və  ya  bədən 



xəsarəti alması;  

4.4. Sığortalının (sığorta olunanın) təhlükədə olan insan xilas etmək halları istisna olmaqla, özünü bilərəkdən 

təhlükəyə atması; 

4.5. Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmə; 

4.6. Həbsxanada cəza çəkmə; 

4.7. QİÇS va ya QİÇS-lə bağlı xəstəliklər. 

4.8.  Müqavilə  bağlandıqdan  əvvəl  mövcud  olan  əlillik  və  (və  ya)  xəstəliklər,  həmçinin  onların  nəticəsində 

yaranan fəsadlar. 

 

Maddə 5 – Əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilə biləcək hallar  

Əlavə Sığorta haqqı müqabilində aşağıdakı hallar nəticəsində baş verən bədbəxt hadisələr Sığorta təminatına 

daxil edilə bilər və bu haqda sığorta müqaviləsində (şəhadətnaməsində) xüsusi qeyd edilməlidir:  

5.1.  Motosiklet və motorlu velosiped sürmək və onlara minmək; 

5.2.  Açıq  dənizdə  balıqçılıq,  istənilən  növ  ovçuluq,  o  cümlədən  su  hövzələrində,  quruda,  dağ  və  meşə 

massivlərində ovçuluq; 

5.3.  Alpinizm, speleologiya, sualtı idman növləri, kəşfiyyat işləri və sualtı əyləncələr, qar və ya buz üzərində 

idman  növləri  (xizək  idmanı,  xokkey  və  bobsley  kimi),  maneəli  cıdır  yarışları,  polo,  reqbi,  qılınc 

oynatma,  təkbətək  döyüş,  boks  və  yelkənli  qayıq  yarışları,  ağırlıqqaldırma,  peşəkar  idman  növləri, 

həmçinin həyat və sağlamlıq üçün yüksək təhlükə yaradan hər hansı digər fəaliyyətdə iştirak; 

5.4.  Bütün növ idman yarışları,  suda, quruda, havada hərəkət edən bütün növ nəqliyyat  vasitələrində  sürət  

yarışları; 

5.5.  Sərnişin kimi uçmaq halı istisna olmaqla, havada bütün növ uçuşlar və həmçinin təlim uçuşları; 

5.6.  Azərbaycan Respublikası sərhədlərindən kənarda baş verən bədbəxt hadisələr. 

5.7.  Zəlzələ, sel, vulkan püskürməsi və torpaq sürüşməsi. 

5.8.  Terrorizm.  

 

Maddə 6 - Sığorta təminatının növləri və sığorta ödənişlərin həcmi 

 

6.1. Bədbəxt hadisə nəticəsində Ölüm; 

Əgər  Sığortalı  (sığorta  olunan),  bu  sığortanın  təminatına  daxil  olan  bədbəxt  hadisəsinin  baş  verməsi 

nəticəsində  dərhal  və  ya  hadisə  baş  verən  tarixdən  etibarən  bir  il  ərzində  həmin  hadisədən  aldığı  zədənin 

birbaşa  nəticəsindən  vəfat  edərsə,  müqavilədə  (şəhadətnamədə)  şərtləşdirilmiş  sığorta  məbləğinin  100%-i 

sığorta  şəhadətnaməsində  göstərilən  faydalanan  şəxsə,  faydalanan  şəxs  yoxdursa,  sığortalının  qanuni 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə