FəRDİ QƏza (BƏDBƏxt hadiSƏLƏRDƏN) siğortasinin



Yüklə 221,51 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix21.10.2017
ölçüsü221,51 Kb.
#6234
növüQaydalar
1   2   3   4   5   6   7

Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 11 of 16 

 

 



 

Maddə 11 – Sığorta müqaviləsinin qüvvəyə minməsi,

 

sığortanın müddəti

 

 

Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam 

ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqının  ödənildiyi gün onun Sığortaçının bank hesabına 

daxil olduğu və ya nağd ödəmə zamanı Sığortaçının kassasına daxil olduğu gün hesab olunur. 

Əgər  sığorta  müqaviləsində  (şəhadətnaməsində)  başqa  cür  nəzərdə  tutulmayıbsa,  sığorta  təminatı  onun  

başlanma tarixində saat 00:00-da başlayır və sona çatma tarixində saat 24:00-da sona çatır.  



 

Maddə 12 - Sığorta müqaviləsinə əlavə və dəyişikliklər edilməsi qaydaları:  

Sığorta  Müqaviləsinə  əlavə  və  dəyişikliklərin  edilməsi  tərəflərin  qarşılıqlı  razılığı  ilə  yazılı  formada  edilə 

bilər. 

Maddə 13 - Sığorta müqaviləsinə xitam verilməsi 

13.1.  Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi aşağıdakı hallarda mümkündür: 

13.1.1

 

Sığortalının (Sığorta olunanın) ölümü; 



13.1.2

 

müqavilənin etibarsız olması haqqında məhkəmənin qərar qəbul etməsi; 



13.1.3

 

qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada Sığortaçının ləğv edilməsi; 



13.1.4

 

Sığortalı - hüquqi şəxs ləğv edildikdə; 



13.1.5

 

Sığortalının sığorta haqqını ödəmədiyi halda;  



13.1.6

 

Sığortaçının  və  ya  Sığortalının  tələbi  ilə.  Bu  halda  tərəflər  müqaviləni  ləğv  etmək  haqqında 



niyyətini bir-birinə  ən azı 30 gün ərzində yazılı şəkildə bildirməlidirlər;   

13.1.7


 

Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tam yerinə yetirdikdə; 

13.1.8

 

Sığorta marağı artıq mövcud olmadıqda; 



13.1.9

 

qanunvericilikdə nəzərdə tutulan digər hallarda. 



 

13.2. Sığorta müqaviləsinin (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir Sığorta olunana 

münasibətdə) Sığortalının təşəbbüsü ilə xitam olunması halında, sığortaçı həmin müqavilə üzrə işlərin 

aparılması xərcləri və Sığortalı ilə baş vermiş sığorta hadisəsi nəticəsində verilən və yaxud veriləcək 

ödənişlərin məbləğini çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında 

sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) 

qaytarır. Müqavilənin qurtarmamış müddəti üzrə sığorta haqları gündəlik prorata əsasında aşağıdakı 

şəkildə müəyyən olunur: ümumi sığorta haqqının məbləği sığorta müddətinin günlərinin sayına bölünür 

və sığorta müddətinin istifadə olunmamış günlərin sayına vurulur. 

13.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir Sığorta olunana 

münasibətdə) Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında 

sığorta zamanı həm də müqavilənin hər hansı bir Sığorta olunana üzrə ödənilmiş sığorta haqlarını) 

bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə 

yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri və Sığortalı ilə baş 

vermiş sığorta hadisəsi nəticəsində verilən və yaxud veriləcək ödənişlərin məbləğini çıxılmaqla, 

müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də 

müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Müqavilənin 

qurtarmamış müddəti üzrə sığorta haqları bu qaydaların 13.2 bəndində göstərilmiş qaydada hesablanır. 

 

Maddə 14. Tərəflərin hüquq və vəzifələri 

 

14.1.



 

Sığortalının hüquqları: 




Creation Date

28/01/2009 



PERSONAL ACCIDENTS INSURANCE POLICY WORDING 

 

Print Date



31/03/14 



AJ0041-EA01CW 

Page 12 of 16 

 

 



14.1.1

 

Sığortaçının  Sığorta  müqaviləsinin  şərtlərinə  əməl  etməsini  yoxlamaq,  o  cümlədən 



Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək; 

14.1.2


 

Bu Qaydalarda və ya müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Sığorta müqaviləsinə 

xitam vermək və ya onu ləğv etmək; 

14.1.3


 

Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə tutula bilər. 

14.2. Sığortalının vəzifələri: 

14.2.1.


 

Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək; 

14.2.2.

 

Sığorta müqaviləsinin bağlanması üçün zəruri olan məlumatları Sığortaçıya təqdim etmək; 



14.2.3.

 

Sığorta müqaviləsinə aid olan sənədlərin qorunub saxlanılmasını təmin etmək; 



14.2.4.

 

Sığorta  olunanları  sığorta  təminatının  həyata  keçirilməsi  daxil  olmaqla  sığorta  müqaviləsinin 



şərtləri və ona edilmiş bütün dəyişikliklər ilə tanış etmək; 

14.2.5.


 

Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddətdə  sığorta  olunanların  siyahısında  və  siyahıda 

göstərilən məlumatlara edilən dəyişikliklər barədə Sığortaçıya dərhal məlumat vermək; 

14.2.6.


 

Sığorta müqaviləsinin müddəti   bitdikdə və ya Sığorta olunan sığorta olunanların siyahısından 

çıxarıldıqda, müvafiq sığorta şəhadətnaməsini (və ya şəhadətnamələri) 7 (yeddi) təqvim günü 

ərzində Sığortaçıya qaytarmaq; 

14.2.7.

 

Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə  tutula bilər. 



14.3.  Sığorta olunanın hüquqları: 

14.3.1.


 

Sığorta  hadisəsi  baş  verdiyi  zaman  onun  xeyrinə  bağlanmış  sığorta  müqaviləsi  üzrə 

öhdəliklərin yerinə yetirilməsini Sığortaçıdan tələb etmək; 

14.3.2.


 

Sığorta şəhadətnaməsi itirildikdə onun dublikatını almaq; 

14.3.3.

 

Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər hüquqlar nəzərdə tutula bilər. 



 

14.4. Sığorta olunanın vəzifələri: 

14.4.1.

 

Sığorta sənədlərinə qayğı ilə yanaşmaq; 



14.4.2.

 

Sığorta  müqaviləsi  bağlandığı  zaman  Sığortaçı  tələb  etdiyi  hallarda  Sığortaçının  təyin  etdiyi 



tibb müəssisində  ilkin tibbi müayinədən keçmək; 

14.4.3.


 

Sığorta  müqaviləsinə  tibbi    xərclər  təminatı  daxil  edildiyi  hallarda  bədbəxt  hadisənin  baş 

verməsi  zamanı  müalicəni  almaq  üçün  tibb  müəssisəsinin  seçimində  Sığortaçının  təklifini 

nəzərə almaq;   

14.4.4.

 

Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə tutula bilər. 



14.5.

 

Sığortaçının vəzifələri: 



14.5.1.

 

Müəyyən edilmiş müddətdə sığorta şəhadətnamələrini Sığortalıya vermək; 



14.5.2.

 

Sığorta müqaviləsi ilə müəyyən olunduqda, sığorta şəhadətnamələri sığorta olunanlara vermək; 



14.5.3.

 

Qanunvericiliyə zidd olmayan hallarda Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək; 



14.5.4.

 

Sığorta  müqaviləsinin  vaxtından  əvvəl  xitam  edilməsi  halında,  bu  Qaydalarla  və  müqavilədə 



müəyyən  edilmiş  qaydada  hesablanmış  məbləği  30  (otuz)  bank  günü  ərzində  Sığortalıya 

qaytarmaq; 

14.5.5.

 

Sığorta müqaviləsində qanunvericiliyə zidd olmayan digər vəzifələr nəzərdə tutula bilər. 



14.6.

 

Sığortaçının hüquqları: 



14.6.1.

 

Sığortalı  tərəfindən  verilən  məlumatları  və  həmçinin  Sığortalı  və  Sığorta  olunan  tərəfindən 



Sığorta  müqaviləsinin  qaydalarına  riayət  edilməsini  özünün  zəruri  hesab  etdiyi  vasitələrlə 

yoxlamaq; 




Yüklə 221,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə