Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında


V. AGENTLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix11.12.2023
ölçüsü0,5 Mb.
#147843
1   ...   19   20   21   22   23   24   25   26   ...   40
55726204-e856-472b-8091-c684a47dbd02

 
V. AGENTLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ
 
10. Agentliyin aparatı və strukturuna daxil olan bölmələr Agentliyin vahid sistemini təşkil edir.
11. Nazirliyin büdcədən maliyyələşdirilən işçilərinin Azərbaycan Respublikasının Prezidenti 
tərəfindən təsdiq edilən say həddi daxilində Agentliyin aparatının və tabeliyində olan bölmələrin 
büdcədən maliyyələşdirilən işçilərinin sayı, strukturu və ştat cədvəli, büdcə vəsaitləri üzrə xərclər 
smetası və qanunvericiliklə müəyyən edilmiş digər mənbələr üzrə gəlirlər və xərclər smetası Nazirlik 
tərəfindən təsdiq edilir.
12. Agentliyin aparatının, strukturuna daxil olan və tabeliyində olan bölmələrinin işçiləri Azərbaycan 
Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
xix[19]
13. Agentliyin aparatının 
mülki
işçiləri dövlət qulluqçusu statusuna malikdirlər.
 xx[20]
14. 
Agentliyin aparatının hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləği Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları Azərbaycan 
Respublikasının Nazirlər Kabineti tərəfindən,
Agentliyin tabeliyində olan büdcədən maliyyələşdirilən 
struktur bölmələrinin işçilərinin əməyinin ödənişi 
isə
qanunvericiliyə uyğun olaraq müəyyən edilir. 
xxi[21]
15. Agentlikdə qulluq etmiş əməkdaşların və onların ailə üzvlərinin pensiya təminatı qanunvericiliklə 
müəyyən olunmuş qaydada həyata keçirilir.


16. Agentliyin aparatının və büdcədən maliyyələşdirilən struktur bölmələrinin maliyyələşdirilməsi 
dövlət büdcəsində Nazirliyin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilir.
17. Agentliyin hərbi qulluqçularının xidmətkeçmə qaydaları və şərtləri Azərbaycan Respublikasının müvafiq 
qanunvericiliyi ilə müəyyən edilir.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə