Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392.95 Kb.

səhifə1/15
tarix29.10.2017
ölçüsü392.95 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   15


 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Təsdiq edilmişdir: 

 

 



 

HÜQUQİ ŞƏXSLƏRƏ və HÜQUQİ ŞƏXS YARATMADAN 

SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN FİZİKİ 

ŞƏXSLƏRƏ MƏXSUS  

AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN SIĞORTASI 

 QAYDALARI 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Razılaşdırılıb: 

Təsdiq edilmişdir: 

 

 



Azərbaycan Respublikası   

Maliyyə Nazirliyinin  

Dövlət Sığorta Nəzarəti Xidmətinin  

rəisi N.C.Xəlilov 

   “Günay Sığorta” ASC-nin  

İdarə Heyətinin sədri vəzifəsini 

       icra edən V.Rəcəbov 

 

 



 

       ___________________________ 

  __________________________ 

      İmza                                      M.Y. 

              İmza                                      M.Y. 

            

 

             Tarix: /___/__________2011-ci il 

                

 

  Tarix: /___/__________2011-ci il 




 

 



 



Hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki 

şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası  

QAYDALARI 

 

Hüquqi  şəxslərə  və  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki 



şəxslərə  məxsus  avtonəqliyyat  vasitələrinin  sığortası  Qaydaları  (bundan  sonra  mətndə 

«Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının  və digər normativ hüquqi 

aktlarının  tələblərinə  müvafiq  işlənib  hazırlanmışdır  və  Hüquqi  şəxs  və  hüquqi  şəxs 

yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslərə  məxsus  avtonəqliyyat 

vasitələrinin  sığorta  müqaviləsinin  (bundan  sonra  mətndə  «sığorta  müqaviləsi» 

adlandırılacaq) ayrılmaz tərkib hissəsidir. 



 

 

A. ÜMUMİ MÜDDƏALAR 

 

Hazırkı Qaydalar əsasında «Günay Sığorta» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə 

«Sığortaçı»  adlandırılacaq)  hüquqi  şəxslər  və  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti 

ilə  məşğul  olan  fiziki  şəxslərə  məxsus  avtonəqliyyat  vasitələrinin,  avtonəqliyyat  vasitəsinə 

əlavə  quraşdırılmış  avadanlıqların,  sürücü  və  sərnişinlərin  bədbəxt  hadisələrdən  və 

avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasını həyata keçirir və 

sığorta müqaviləsi bağlayır. 

 

Hazırkı  Qaydalar  Sığortalının  (Faydalanan  şəxsin,  avtonəqliyyat  vasitəsini  idarə  etmək 



hüququna  malik  olan  şəxsin)  avtonəqliyyat  vasitəsinə  və  əlavə  quraşdırılmış  avadanlığa 

sahibliyi,  ondan  istifadəsi  və  ona  sərəncam  verməsi,  sürücü  və  sərnişinlərin  həyat  və 

sağlamlığı  və  avtonəqliyyat  vasitəsinin  istifadə  olunması  nəticəsində  üçüncü  şəxslərin  və 

sərnişinlərin  həyatına,  sağlamlığına  və  ya  əmlakına  dəyən  zərərin  əvəzinin  ödənilməsi  ilə 

bağlı olan əmlak mənafelərinin könüllü sığortası müqavilələrinin bağlanması, icra edilməsi və 

xitam olunmasının qayda və şərtlərini müəyyən edir. 

Bu  qaydalarda  müəyyən  olunan  sığorta  növü  avtonəqliyyat  vasitələrinin  sığortası, 

avtonəqliyyat  vasitələrinin  saahiblərinin  mülki  məsuliyyətinin  sığortası  və  fədi  qəza  və 

xəstəlik sığortası siniflərinə aiddir. 

 

1.

 

QAYDALARDA İSTİFADƏ OLUNAN ƏSAS ANLAYIŞLAR 

 

 



Aşağıda  göstərilən  anlayışlar  bu  Qaydaların  mətnində  istifadə  olunduğu  yerdən  asılı 

olmayaraq eyni məna daşıyırlar: 



sığorta riski – ehtimal olunan və onun baş verməsinə qarşı sığorta aparılan hadisədir; 

sığorta  hadisəsi  –  sığorta  müqaviləsi  ilə  nəzərdə  tutulan  və  Sığortaçının  sığorta  ödənişini 

həyata keçirmək öhdəliyinin yaranmasına səbəb olan baş vermiş hadisədir; 



sığorta  məbləği  –  sığorta  müqaviləsinə  müvafiq  olaraq  sığorta  obyektinin  sığortalandığı, 

Sığortaçının  öhdəliklərinin  son  (maksimal)  həddi  olan  və  əsasında  sığorta  haqqı  hesablanan 

məbləğdir; 



 

 



sığorta  haqqı  –  sığorta  müqaviləsinə  müvafiq  olaraq  şərtləşdirilmiş  qayda  və  vaxt  ərzində 

Sığortalı tərəfindən sığorta təminatının verilməsi üçün Sığortaçıya ödənilən məbləğdir; 

azadolma – sığorta müqaviləsində müəyyən edilmiş və Sığortaçı tərəfindən təmin olunmayan 

dəymiş zərərin bir qismidir; 



avtonəqliyyat  vasitəsi  –  daxili  işlər  orqanları  tərəfindən  qeydiyyata  alınması  tələb  olunan, 

yolda  hərəkət  üçün  konstruksiya  imkanları  olan  və  insan  tərəfindən  idarə  edilən  asma 

mühərrikli, özügedən qurğudur; 

sığortalanmış  avtonəqliyyat  vasitəsi  –  xüsusiyyətləri  (markası,  modeli,  dövlət  qeydiyyat 

nişanı,  ban  və  ya  şassi  nömrəsi  və  s.)  Sığorta  Şəhadətnaməsində  göstərilmiş  avtonəqliyyat 

vasitəsidir; 

avtonəqliyyat vasitəsinə əlavə quraşdırılmış avadanlıq ( əlavə quraşdırılmış avadanlıq) – 

sığortalanmış  avtonəqliyyat  vasitəsinə  daimi  quraşdırılmış,  istehsalçının  sənədlərinə 

(avtonəqliyyat  vasitəsinin  normativ-texniki  sənədlərinə)  görə  avtonəqliyyat  vasitəsinin 

komplektliyinə daxil olmayan mexanizmlər, qurğular, cihazlar və digər avadanlıqlardır; 



sığortaçının eksperti  – Sığortaçının  əməkdaşı olan  və  ya Sığortaçı tərəfindən ekspertizanın 

keçirilməsi üçün kənardan cəlb edilən müəyyən sahə üzrə mütəxəssisdir. 



 

2. 

SIĞORTA SUBYEKTLƏRİ 

 

 



2.1.  Sığortaçı - Azərbaycan Respublikasında sığorta fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq 

icra  hakimiyyəti  orqanından  xüsusi  razılıq  almış  «Günay  Sığorta»  Açıq  Səhmdar 

Cəmiyyətidir. 

2.2.  Sığortalı  -  Sığortalı  ilə  sığorta  müqaviləsini  bağlamış,  təşkilati-hüquqi  formasından  asılı 

olmayaraq hüquqi şəxslər. 

2.3.  Faydalanan şəxs – Sığorta müqaviləsi xeyrinə bağlanmış şəxsdir. 

2.4.  Sığorta  olunan  şəxs  –  sığorta  müqaviləsinin  şərtlərinə  müvafiq  olaraq,  hazırkı  Qaydaların 

sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası bölməsi üzrə verilən sığorta təminatı ilə 

əhatə olunan və sığorta hadisəsi baş verdiyi an sığortalanmış avtonəqliyyat vasitəsində oturan, 

hərəkət edən,  yaxud  həmin avtonəqliyyat vasitəsinə  minən  və  ya ondan düşən  sürücü və  ya 

sərnişindir.  

2.5.  Sığorta müqaviləsi sığortalanmış avtonəqliyyat vasitəsinin qorunub saxlanılmasında, qanuna, 

digər  normativ-hüquqi  akta,  müqaviləyə  və  ya  notariat  qaydasında  təsdiq  edilmiş 

etibarnaməyə  əsasən  marağı  olan  şəxsin  (Sığortalının  və  ya  Faydalanan  şəxsin)  xeyrinə 

bağlana  bilər.  Sığortalının  və  ya  Faydalanan  şəxsin  sığortalanmış  avtonəqliyyat  vasitəsində 

qanuni marağı olmadığı halda bağlanmış sığorta müqaviləsi bağlandığı andan etibarsızdır. 

2.6.  Sığortalıya  aid  olan  öhdəliklərin  Faydalanan  şəxs  və  ya  avtonəqliyyat  vasitəsini  idarə  etmək 

hüququna  malik  olan  şəxs  tərəfindən  yerinə  yetirilməsi  və  ya,  sığorta  müqaviləsi  ilə  digər 

şərtlər  nəzərdə  tutulmayıbsa,  sığorta  müqaviləsinin  Faydalanan  şəxsin  xeyrinə  bağlanması 

Sığortalını həmin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsindən azad etmir.  

 

3. 

SIĞORTALANMIŞ AVTONƏQLİYYAT VASİTƏSİNİ İDARƏ ETMƏK HÜQUQU 

 

 



3.1.  Hazırkı  Qaydalar  əsasında  bağlanmış  sığorta  müqaviləsi  ilə  verilən  təminat  yalnız 

Sığortalanmış  avtonəqliyyat  vasitəsi  notariat  qaydasında  təsdiq  edilmiş  etibarnaməyə  və  ya 






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə