Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 



quldurluq - özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və 

ya sağlamlığı üçün təhlükəli zorakılıqla və  ya belə zorakılıq tətbiq ediləcəyi  hədəsi  ilə bağlı 

olan basqın. 



üçüncü  şəxslərin  qərəzli  və  qanuna  zidd  olan  hərəkətləri  –  Sığortalanmış  avtonəqliyyat 

vasitəsini  idarə  etmək  hüququna  malik  olan  şəxsin  işçilərindən  və  ya  onunla  müqavilə 

münasibətlərində olan şəxslərdən  başqa hər  hansı  digər şəxsin etdiyi qərəzli  və qanuna zidd 

olan hərəkətlər. 

 

4.3.  ƏLAVƏ QURAŞDIRILMIŞ AVADANLIQ ÜZRƏ ƏLAVƏ TƏMİNAT 

 

 



4.3.1.  Sığortaçı  və  Sığortalı  arasında  əldə  edilmiş  xüsusi  razılığa  əsasən,  əlavə  sığorta  haqqının 

ödənilməsi  və  Sığorta  Şəhadətnaməsinə  qəbul  edilmiş  Əlavələrdə  göstərilməsi  şərti  ilə, 

sığorta  müddəti  ərzində  və  razılaşdırılmış  sığorta  məbləği(ləri)  çərçivəsində,  hazırkı 

Qaydaların  4.2.  bəndində  göstərilən  risklərin  baş  verməsi  nəticəsində  sığortalanmış 

avtonəqliyyat  vasitəsinə  əlavə  quraşdırılmış  avadanlıqlar  itirilərsə,  məhv  olarsa  və  ya 

zədələnərsə  (bu  Qaydalırın  şərtlərinə,  müddəalarına,  istisnalarına  və  təminatına  müvafiq 

olaraq) Sığortaçı Sığortalıya həmin avadanlıqların zədələnməsi, itirilməsi və ya məhv olması 

anına olan bazar dəyərini və ya dəyən zərərin məbləğini ödəyəcək və ya əlavə quraşdırılmış 

avadanlıqları  və  ya  onların  bir  hissəsini  bərpa  və  ya  eyni  tipli  avadanlıq  ilə  əvəz  edəcək 

(köhnəlməyə  görə  müvafiq  məbləğin  və,  əgər  sığorta  müqaviləsi  ilə  şərtləşdirilibsə, 

azadolma məbləğinin çıxılması şərti ilə). 

4.3.2.  Hazırkı  Qaydalara  müvafiq  olaraq  əlavə  quraşdırılmış  avadanlıq  dedikdə  sığortalanmış 

avtonəqliyyat  vasitəsinə  daimi  quraşdırılmış,  istehsalçının  sənədlərinə  (avtonəqliyyat 

vasitəsinin normativ-texniki sənədlərinə) görə avtonəqliyyat vasitəsinin komplektliyinə daxil 

olmayan mexanizmlər, qurğular, cihazlar və digər avadanlıqlar nəzərdə tutulur, o cümlədən: 

 



xüsusi rənglənmə, aeroqrafiya; 

 



tele-, radio- və audioaparatura; 

 



naviqasiya və rabitə vasitələri; 

 



avtonəqliyyat vasitəsinin salonunda və banında(kuzovunda) quraşdırılmış avadanlıqlar 

 



işıqlandırma qurğuları, ksenon faralar (lampalar) ; 

 



təkərlər (şin və disklər). 

4.3.3.  Yalnız  sığorta  müqaviləsinin  müvafiq  Əlavəsində  adı,  markası,  modeli,  sayı  və  sığorta 

məbləği  göstərilən  əlavə  quraşdırılmış  avadanlıqlar  sığortalanmış  hesab  olunurlar. 

Quraşdırılması  (montaj  olunması)  tələb  olunmayan  avadanlıqlar  hazırkı  Qaydalar  əsasında 

bağlanmış sığorta müqaviləsi ilə sığortalana bilməz. 

4.3.4.  Sığorta  müqaviləsinin  müddəti  ərzində  sığortalanmış  avtonəqliyyat  vasitəsinə  yeni 

quraşdırılmış  avadanlıqların  sığortalanması  bağlanmış  sığorta  müqaviləsinə  müvafiq 

Əlavənin  buraxılması  və  Sığortalı  tərəfindən  əlavə  sığorta  haqqının  ödənilməsi  yolu  ilə 

rəsmiləşdirilir. Yeni quraşdırılmış avadanlıqların sığortalanmasına dair buraxılmış Əlavənin 

müddəti sığorta müqaviləsinin müddətindən çox ola bilməz. 

 

4.4.  SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA DƏYƏRİ 

 

 



4.4.1.  Sığorta  dəyərinin  müəyyənləşdirilməsi  zamanı  tərəflər  qüvvədə  olan  qanunvericiliyə  və 

aşağıdakı müddəalara əsaslanmalıdırlar.  




 

 

4.4.2.  Sığorta  olunacaq  avtonəqliyyat  vasitəsinin  sığorta  dəyəri  aşağıda  göstərilənlərdən  biri 



əsasında müəyyən edilir: 

 



sığorta müqaviləsi bağlanan zaman sığorta olunacaq avtonəqliyyat vasitəsinin mövcud olan 

bazar  qiyməti,  avtonəqliyyat  vasitəsinin  bazar  qiyməti  rəqabət  şəraitində,  satıcı  və  alıcının 

avtonəqliyyat  vasitəsi  barədə  tam  məlumatı  olması  şərti  ilə  və  razılaşmanın  qiymətinə  hər 

hansı fövqəladə hadisələrin təsiri olmadıqda, həmin avtonəqliyyat vasitəsinin satılması üçün 

mümkün olan qiymətdir; 

 



ticarət təşkilatı tərəfindən verilmiş hesab (qəbz) və ya alqı-satqı müqaviləsi; 

 



Sığortaçının eksperti tərəfindən aparılmış qiymətləndirmə. 

4.4.3.  Avtonəqliyyat  vasitəsinə  əlavə  quraşdırılmış  avadanlıqların  sığorta  dəyəri  avadanlıqların 

sığorta  müqaviləsi  bağlanan  zaman  bazar  qiyməti,  çek,  hesab,  qəbz,  alqı-satqı  müqaviləsi, 

Sığortaçının  eksperti  tərəfindən  aparılmış  qiymətləndirmə  və  ya  avadanlığın  dəyərini 

təsdiqləyən digər sənəd əsasında müəyyən edilir. 

4.4.4.  Sığorta  olunacaq  avtonəqliyyat  vasitəsinin  dəyəri  sığorta  olunacaq  əlavə  quraşdırılmış 

avadanlıqların dəyərində artır. 

4.4.5.  Sığorta müqaviləsində və ya sığorta müqaviləsinə qəbul edilmiş müvafiq Əlavədə başqa hal 

nəzərdə  tutulmayıbsa,  sığorta  olunacaq  avtonəqliyyat  vasitəsi  və  ya  əlavə  quraşdırılmış 

avadanlıq üzrə sığorta məbləği onların sığorta dəyəri məbləğində müəyyən edilir və Sığorta 

Şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş müvafiq Əlavədə göstərilir. 

4.4.6.  Sığorta  məbləği  sığortalanmış  avtonəqliyyat  vasitəsinin  və,  əgər  sığortalanıbsa,  əlavə 

quraşdırılmış avadanlığın sığorta dəyərindən artıq ola bilməz və Sığortaçı sığorta məbləğinin 

sığorta  dəyərindən  artıq  olan  hissəsi  üzrə  heç  bir  məsuliyyət  daşımır  və  ödəniş  həyata 

keçirmir. 

4.4.7.  Sığortalı (Faydalanan  şəxs) sığorta müddəti ərzində sığortalanmış avtonəqliyyat vasitəsinin 

və,  əgər  sığortalanıbsa,  əlavə  quraşdırılmış  avadanlığın  dəyərinin  artması  haqqında 

Sığortaçıya dərhal xəbər verməlidir. Bu halda, sığorta haqqı və sığorta məbləği üzrə sığorta 

müqaviləsində dəyişikliklər edilir  və Sığortaçıya müvafiq bildirişin daxil olması tarixindən 

sığorta  haqqı  yenidən  hesablanır.  Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  və,  əgər 

sığortalanıbsa,  əlavə  quraşdırılmış  avadanlığın  dəyərinin  artması  haqqında  bildirişin 

verilməməsi halında bu Qaydalar ilə müəyyən edilmiş natamam sığorta haqqında müddəalar 

tətbiq edilir. 

4.4.8.  Sığortalıya (Faydalanan şəxsə) sığorta ödənişinin verilməsi halında, müvafiq sığorta məbləği 

həyata keçirilmiş sığorta ödənişinin həcmində azalır. Sığorta məbləği sığorta hadisəsinin baş 

verməsi günündən azalmış hesab edilir.  

4.4.9.  Zədələnmiş  avtonəqliyyat  vasitəsi  təmir  olunduqdan  sonra  Sığortalı  əlavə  sığorta  haqqı 

ödəyərək sığorta məbləğini bərpa edə bilər. 



 

4.5. 

ŞƏRTSİZ AZADOLMA 

 

 



4.5.1.  Sığorta  müqaviləsində  şərtsiz  azadolma,  yəni  sığorta  hadisəsi  baş  verdiyi  halda  Sığortaçı 

tərəfindən ödənilməyən Sığortalının xərclərinin bir hissəsi müəyyən edilə bilər.  

4.5.2.  Azadolma  Sığortalının 

və  Sığortaçının  razılığı  əsasında  təyin  edilir,  Sığorta 

Səhadətnaməsində  və  ya  hazırkı  Qaydalarda  və  ya  sığorta  müqaviləsinə  qəbul  edilmiş 

müvafiq  Əlavələrdə  göstərilir,  hər  bir  sığorta  hadisəsi  üzrə  «Natamam  sığorta  haqqında 

şərt»in tətbiq olunmasından sonra tətbiq edilir.  



Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə