Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə5/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   2   3   4   5   6   7   8   9   ...   15

 

 

10 


4.6.15.Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  və  əlavə  quraşdırılmış  avadanlıqların  sığorta 

müqaviləsinin  bağlanmasından  əvvəl  zədələnmiş  hissə  və  detallarının  təmir  və  ya  digəri  ilə 

əvəz olunması; 

4.6.16.Səs və ya səsin sürətindən yüksək sürətlə hərəkət edən təyyarələr və digər hava aparatları ilə 

bilavasitə  və  ya  dolayı  olaraq  yaranan  təzyiq  dalğaları  nəticəsində  əmələ  gəlmiş  itki,  məhv 

olma və ya digər zərərlər. 

 

5.

 

SÜRÜCÜ VƏ SƏRNİŞİNLƏRİN BƏDBƏXT HADİSƏLƏRDƏN SIĞORTASI 

 

 

Sığorta  haqqının  ödənilməsi  şərti  ilə,  sığorta  müddəti  ərzində  və  razılaşdırılmış  sığorta 

məbləği(ləri)  çərçivəsində,  sürücü  və  sərnişinlər  sığortalanmış  avtonəqliyyat  vasitəsində 

oturarkan,  hərəkət  edərkən,  yaxud  həmin  avtonəqliyyat  vasitəsinə  minərkən  və  ya  ondan 

düşərkən hazırkı Qaydaların 4.2. bəndində göstərilən risklərin baş verməsi nəticəsində bədən 

xəsarəti alarsa və bu bədən xəsarəti heç bir digər səbəbdən asılı olmadan hadisənin baş verdiyi 

tarixdən etibarən 12 ay ərzində onların 

A. 

vəfat etməsinə; 



B. 

hər hansı iki ətrafının (qol və ya ayaq) itirilməsinə; 

C. 

çiyin oynağından bir qolunun itirilməsinə; 



D. 

dirsək oynağından bir qolunun itirilməsinə; 

E. 

bir biləyinin oynaqdan itirilməsinə; 



F. 

bir ombasının itirilməsinə; 

G. 

bir baldırının itirilməsinə; 



H. 

bir pəncəsinin itirilməsinə; 

X. 

bir (əl və ya ayaq) barmağının  itirilməsinə; 



İ. 

iki gözünün görmə qabiliyyətinin tam və bərpaedilməz şəkildə itirilməsinə; 

J. 

bir gözünün görmə qabiliyyətinin tam və bərpaedilməz şəkildə itirilməsinə; 



K. 

iki qulağının eşitmə qabiliyyətinin tam və bərpaedilməz şəkildə itirilməsinə; 

Q. 

bir qulağının eşitmə qabiliyyətinin tam və bərpaedilməz şəkildə itirilməsinə; 



L. 

əmək qabiliyyətinin daimi olaraq tam itirilməsinə; 

M.  tibbi  xərclərinin  yaranmasına  səbəb  olarsa,  bir  sığorta  olunan  şəxs  üzrə  razılaşdırılmış 

sığorta məbləğindən «sığorta ödənişləri cədvəli»ndə göstərilən faiz həcmində (bu Qaydaların 

şərtlərinə, müddəalarına, istisnalarına və təminatına müvafiq olaraq) sığorta ödənişi verilir. 

 

5.1. 



SIĞORTA OBYEKTİ 

 

Sürücü  və  sərnişinlərin  bədbəxt  hadisələrdən  sığortası  bölməsinə  müvafiq  olaraq,  sığorta 

obyekti  sığorta  olunan  şəxslərin  həyatı,  sağlamlığı  və  tibbi  xərcləri  ilə  bağlı  olan, 

Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan, əmlak mənafeləridir. 



 

5.2. 

BÖLMƏ 5-ə AİD XÜSUSİ ŞƏRTLƏR 

 

5.2.1.  Təqaüddə olan sığorta olunan şəxslərə əmək qabiliyyətinin daimi olaraq tam  itirilməsi üzrə 



sığorta təminatı verilmir. 

5.2.2  5-ci  bölmənin  «B»-«Q»  bəndləri  ilə  nəzərdə  tutulan  itirilmə  halları  həmin  bəndlərdə 

göstərilən  bədən  hissələrindən  istifadə  etmək  imkanının  tam  və  bərpaolunmaz  şəkildə 

itirilməsini nəzərdə tutur. 




 

 

11 


5.2.3.  Heç  bir  halda  Sığortaçının  məsuliyyəti  yuxarıda  göstərilən  bəndlərdən  (5«A»  -  5«M»)  biri 

üzrə Ödənişlər Cədvəlində göstərilən  faiz dərəcəsindən çox ola bilməz. Bir bədbəxt hadisə 

yuxarıda göstərilən  bəndlərlə (5«A»  - 5«M») nəzərdə tutulan  bir  neçə  hal  ilə  nəticələnərsə 

cəmi  ödənilən  məbləğ  Ödənişlər  Cədvəlində  göstərilən  faiz  dərəcələrinə  müvafiq  toplanır, 

lakin  bu  məbləğ  Sığorta  Şəhadətnaməsində  bir  sığorta  olunan  şəxs  üzrə  göstərilən  sığorta 

məbləğindən artıq ola bilməz. Bir bədbəxt hadisə hazırkı Qaydaların 5-ci  bölməsinin  «B»-

«Q»  bəndlərində  göstərilən  hər  hansı  bir  ətrafın  və  ya  onun  hissəsinin  itirilməsi  ilə 

nəticələnərsə,  itirilən  ətrafın  (hissənin)  tərkib  hissələri  üzrə  (yəni  bilək,  barmaq  və  s.) 

ayrılıqda ödəniş verilmir. 

5.2.4.  Tibbi xərclərin sığortası üzrə Sığortaçı sığorta hadisəsi nəticəsində əmələ gəlmiş təcili tibbi 

yardıma,  həkim  yardımına  və  dərman  alınmasına  zəruri  və  ağlabatan  həcmdə  çəkilmiş 

xərclərin əvəzini ödəyir. Lakin, tibbi xərclərin sığortası üzrə sanatoriya-kurort müalicəsinə, 

əlavə  qidalanmaya,  başqasının  qulluğuna,  protezləşdirməyə,  xüsusi  nəqliyyat  vasitələrinin 

əldə edilməsinə çəkilmiş xərclər üzrə təminat verilmir və heç bir ödəniş həyata keçirilmir. 

5.2.5.  Ölüm hadisəsi üzrə ödəniş vəfat etmiş şəxsin(lərin) vərəsələrinə verilir. 

5.2.6.  Sığorta hadisəsi  baş  verməzdən  əvvəl öz  funksiyasını  yerinə  yetirə  bilməyən  və  ya  istifadə 

olunmayan orqanın və ya onun hər hansı hissəsinin itirilməsi üzrə sığorta ödənişi verilmir. 

 

5.3. 



SIĞORTA MƏBLƏĞİ 

 

Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası bölməsinə müvafiq olaraq, tərəflərin 



qarşılıqlı  razılığı  əsasında,  avtonəqliyyat  vasitəsində  olan  bir  oturacaq  yeri  üzrə  ayrıca 

sığorta  məbləği  müəyyən  edilir  və  sığorta  olunmuş  yerlərin  sayı  ilə  birgə  Sığorta 

Şəhadətnaməsinin müvafiq Əlavəsində göstərilir. 

Qeyd:  Sürücü  və  sərnişinlərin  bədbəxt  hadisələrdən  sığortası  üzrə  sığorta  olunan  yerlərin 

sayı  avtonəqliyyat  vasitəsində  olan  istehsalçı  tərəfindən  müəyyən  edilmiş  oturacaq 

yerlərinin sayından çox ola bilməz. 



 

5.4. 

AZADOLMA 

 

Sürücü  və  sərnişinlərin  bədbəxt  hadisələrdən  sığortası  bölməsinə  müvafiq  olaraq,  sığorta 



hadisəsi baş verdikdə azadolma tətbiq edilmir. 

 

6. 

AVTONƏQLİYYAT 

VASİTƏSİ 

SAHİBİNİN 

MÜLKİ 

MƏSULİYYƏTİNİN 

SIĞORTASI

 

 

Sığorta  haqqının  ödənilməsi  şərti  ilə,  sığorta  müddəti  ərzində  və  razılaşdırılmış  sığorta 



məbləği  çərçivəsində,  sığortalanmış  avtonəqliyyat  vasitəsinin  istifadə  olunması  nəticəsində 

üçüncü şəxslərin və sərnişinlərin həyatına, sağlamlığına və ya əmlakına zərər dəyməsinə görə 

avtonəqliyyat  vasitəsi  sahibinin  mülki  məsuliyyəti  (bu  Qaydalırın  şərtlərinə,  müddəa  və  

istisnalarına müvafiq olaraq) təmin olunur və Sığortaçı dəymiş zərərlərin əvəzini ödəyir. 

Hazırkı  Qaydalara  müvafiq  olaraq  avtonəqliyyat  vasitəsi  sahibi  dedikdə  sığorta  müqaviləsi 

üzrə Sığortalı  və  ya sığortalanmış avtonəqliyyat vasitəsini  idarə etmək  hüququna  malik olan 

digər şəxs nəzərdə tutulur. 

 

 



 


Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə