Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   ...   7   8   9   10   11   12   13   14   15

 

 

30 


L. 

əmək qabiliyyətinin daimi olaraq tam 

itirilməsi üzrə 

100 


M. 

tibbi xərclər üzrə 

 

Bir  sığorta  hadisəsi  üzrə  –  sığorta  məbləğinin 



2%-i,  500  AZN  məbləğindən  çox  olmaması 

şərtilə.  Sığorta  müddəti  ərzində  baş  vermiş 

bütün hadisələr üzrə həyata keçirilən ödənişlərin 

məbləği 1500 AZN məbləğindən çox ola bilməz. 

 

 

20. 



SIĞORTA ÖDƏNİŞİNİ VERMƏKDƏN İMTİNA 

 

20.1.  Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edə bilər: 

20.1.1. Sığortalı  (Faydalanan  şəxs,  avtonəqliyyat  vasitəsinini  idarə  etmək  hüququna  malik  olan 

şəxs)  sığorta  hadisəsinin  baş  verməsi  haqqında  sığorta  müqaviləsində  göstərilmiş  müddət 

ərzində  və  müəyyən  edilmiş  qaydada  Sığortaçıya  bu  barədə  məlumat  vermədikdə  вя  бу 

ющдялийин йериня йетирилмямяси, Сыьортачыны сыьорта щадисясини арашдырмаг 

вя zərəri имканларындан мящрум етдикдя; 

20.1.2. Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  sürücüsü  hadisə  yerindən  qaçdıqda  və  ya  hadisə 

zamanı  onun  sərxoş  olub-olmamasının  müəyyən  edilməsi  üçün  qanunveciliydə  müəyyən 

olunmuş qaydada tibbi müayinədən (ekspertizadan) keçməkdən imtina etdikdə; 

20.1.3. Sığortalı  (Faydalanan  şəxs,  avtonəqliyyat  vasitəsinini  idarə  etmək  hüququna  malik  olan 

şəxs) sığorta müqaviləsinin şərtlərinə, müddəalarına və istisnalarına riayət etmədikdə;  

20.1.4. Sığortalı  (Faydalanan  şəxs)  sığorta  obyekti,  riskin  dəyişməsi  və  ya  sığorta  hadisəsi 

nəticəsində dəymiş zərərin miqdarı, bu sığorta ilə bağlı digər məlumatlar və ya zəruri faktlar 

haqqında  bilərəkdən  təhrif  olunmuş  və  ya  yanlış  məlumatı  Sığortaçıya  təqdim  etdikdə, 

yaxud qəsdən üzləşdiyi zərər haqqında bilərəkdən yalan və əsassız olaraq iddia qaldırdıqda; 

20.1.5. Sığortalanmış  avtonəqliyyat  vasitəsindən  mənfəət  götürmək  məqsədi  ilə  hər  hansı  ictimai 

sərnişin  daşımaları  üçün  nəqliyyat  vasitəsi  (taksi,  marşrut  taksisi,  şəhərlər  arası  və  şəhər 

daxili sərnişin nəqliyyatı və s.) kimi istifadə olunduqda; 

20.1.6. Sığortalı  (Faydalanan  şəxs,  avtonəqliyyat  vasitəsinini  idarə  etmək  hüququna  malik  olan 

şəxs) dəyə biləcək zərərlərin azalması və ya qarşısının alınması üçün mümkün və ağlabatan 

tədbirləri qəsdən görmədikdə; 

20.1.7. Sığortalı  (Faydalanan  şəxs,  avtonəqliyyat  vasitəsinini  idarə  etmək  hüququna  malik  olan 

şəxs)  hadisə  barədə  müvafiq  səlahiyyətli  orqanlara  məlumat  vermədikdə,  lakin  sığorta 

hadisəsi nəticəsində dəymiş zərərin səbəbinin və xarakterinin müəyyən edilməsi bunu tələb 

etdikdə; 

20.1.8. Sığortalı  (Faydalanan  şəxs)  talanmış  və  ya  qaçırılmış  avtonəqliyyat  vasitəsinin  orijinal 

açarlarının tam komplektini Sığortaçıya təqdim edə bilmədikdə; 

20.1.9. Müvafiq  səlahiyyətli  orqanlar  sığorta  hadisяsiни  ганунвериъиликля  мцяййян  олунмуш 

гайдада гейдя алмадыгда;  

20.1.10.Sığortalı  (Faydalanan  şəxs)  hazırkı  Qaydaların  17-ci  bəndində  göstərilən  sənədləri  təqdim 

etmədikdə; 

20.1.11.Sığortalı  (Faydalanan  şəxs)  dəymiş  zərərin  əvəzini  zərərin  yaranmasında  təqsirli  olan 

şəxsdən aldıqda; 

20.1.12.Avtonəqliyyat vasitəsinin itməsi, məhv olması və ya zədələnməsi sığorta hadisəsi olmayan 

hadisə nəticəsində baş verdikdə; 




 

 

31 


20.1.13.Sığortalı  (Faydalanan  şəxs,  avtonəqliyyat  vasitəsinini  idarə  etmək  hüququna  malik  olan 

şəxs) Sığortaçının razılığı olmadan zədələnmiş avtonəqliyyat vasitəsinin təmir olunması və 

ya  əlavə  quraşdırılmış  avadaqlığın  avtonəqliyyat  vasitəsindən  sökülməsi  (demontaj 

olunması) ilə bağlı işlərə başladıqda; 

20.1.14.Sığortalı  (Faydalanan  şəxs,  avtonəqliyyat  vasitəsinini  idarə  etmək  hüququna  malik  olan 

şəxs)  hazırkı  Qaydaların  və  sığorta  müqaviləsinin  şərtlərinə  və  ya  tələblərinə  riayət 

etmədikdə, sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə; 

20.1.15.Azərbaycan Respublikasının qanunvericiliyi və ya sığorta müqaviləsinin şərtləri ilə nəzərdə 

tutulmuş digər hallarda. 

20.2.  Sığorta  ödənişinin  verilməsindən  imtina  Sığortalıya,  səbəbləri  göstərilməklə,  yazılı  şəkildə 

təqdim olunur. 

20.3.  Sığortaçının  sığorta  ödənişinin  verilməsindən  imtina  etməsi  əsasında,  Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada, məhkəmədə iddia irəli sürülə 

bilər. 


 

21. 

TƏRƏFLƏRİN MƏSULİYYƏTİ 

 

21.1.  Sığorta  müqaviləsi  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən  tərtib  edilir  və 



tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir. 

21.2.  Sığorta  müqaviləsi  üzrə  tərəflərdən  biri  müqavilədən  irəli  gələn  öhdəliklərini  yerinə 

yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə 

olan qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.  

21.3.  Sığorta müqaviləsinə əsasən tərəflərdən  heç  biri o biri tərəfin  yazılı  razılığı  olmadığı halda 

öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil. 

 

E. YEKUN MÜDDƏALAR 

 

22. 



SIĞORTALININ ZƏRƏRİN ÖDƏNİLMƏSİ ÜZRƏ TƏLƏB HÜQUQUNUN 

SIĞORTAÇIYA KEÇMƏSİ (SUBROQASİYA) 

 

22.1.  Əgər  Sığortalı  (Faydalanan  şəxs)  dəymiş  zərər  üzrə  ödənişi  zərərin  baş  verməsində  təqsirli 



olan  şəxsdən(lərdən)  alıbsa,  Sığortaçı  yalnız  sığorta  müqaviləsi  ilə  müəyyənləşdirilmiş 

məbləğin  və  üçüncü  şəxslər  tərəfindən  ödənilmiş  məbləğin  arasında  olan  fərqi  ödəməlidir. 

Sığortalı (Faydalanan şəxs) üçüncu şəxslər tərəfindən edilmiş və ya edilə biləcək ödənişlər 

barəsində dərhal Sığortaçıya xəbər verməlidir.  

22.2.  Sığorta  ödənişi  həyata  keçirildikdən  sonra  zərərin  baş  verməsində  təqsirli  olan  şəxsə(lərə) 

qarşı  Sığortalının  (Faydalanan  şəxsin)  zərərin  ödənilməsi  üzrə  tələb  hüququ,  həyata 

keçirilmiş sığorta ödənişi məbləğində Sığortaçıya keçir. 

22.3.  Sığortaçıya keçmiş üçüncü şəxslərə qarşı tələb hüququnun həyata keçirilməsi üçün Sığortalı 

(Faydalanan  şəxs)  lazımi  tədbirləri  görməli  və  tələb  olunan  sənədləri  Sığortaçıya  təqdim 

etməlidir.   

22.4.  Əgər Sığortalı (Faydalanan şəxs) Sığortaçı ilə razılaşdırmadan bu hüququndan imtina edərsə 

və  ya  bu  hüququn  həyata  keçirilməsi  Sığortalının  (Faydalanan  şəxsin)  təqsiri  üzündən 

mümkün  olmazsa,  Sığortaçı  yuxarıda  göstərilmiş  hərəkətlər  nəticəsində  ona  dəymiş  zərər 

həcmində  ödənişin  verilməsindən  azad  olunur.  Belə  hal  Sığortaçı  tərəfindən  Sığortalıya 




 

 

32 


(Faydalanan  şəxsə)  ödəniş  verdikdən  sonra  aşkar  olunarsa,  Sığortalı  (Faydalanan  şəxs) 

Sığortaçıya həmin məbləği qaytarmalıdır.  

 

23. 

SIĞORTALANMIŞ AVTONƏQLİYYAT VASİTƏSİNİN 

ÖZGƏNİNKİLƏŞDİRİLMƏSİ 

 

23.1.  Sığortalanmış avtonəqliyyat vasitəsi özgəninkiləşdirildikdə, Sığortalının (Faydalanan şəxsin) 



hüquq və vəzifələri əldə edənə keçir. 

23.2.  Əldə  edən  və  ya  özgəninkiləşdirən  tərəfindən  sığortalanmış  avtonəqliyyat  vasitəsinin 

özgəninkiləşdirilməsi  haqqında  Sığortaçıya  dərhal  məlumat  verilməlidir.  Əldə  edən  və  ya 

özgəninkiləşdirən  bu  barədə  Sığortaçıya  dərhal  məlumat  vermədikdə,  əgər  sığorta  hadisəsi 

sığortalanmış  avtonəqliyyat  vasitəsinin  özgəninkiləşdirildiyi  anından  iki  həftə  sonra  baş 

verərsə, Sığortaçı sığorta ödənişi vermək vəzifəsindən azad edilir. 

23.3.  Sığortaçı sığorta müqaviləsinin ləğvi üçün bir aylıq müddəti gözləməklə əldə edənlə sığorta 

münasibətlərinə xitam vermək hüququna malikdir.  

23.4.  Əldə  edən  sığorta  müqaviləsini  yalnız  dərhal  və  ya  sığortanın  cari  dövrünün  sonuna  yaxın 

ləğv edə bilər. Əgər əldə edən sığortalanmış avtonəqliyyat vasitəsini əldə etdikdən sonra bir 

ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, bu hüququ itirir, əldə edən 

sığortadan xəbərdar olmadıqda  isə  ləğvetmə  hüququ əldə edənin sığorta münasibətlərindən 

xəbər tutduğu andan bir ay keçənədək qüvvədə qalır. 

23.5.  Əgər  sığorta  müqaviləsinə  bu  maddənin  qaydaları  əsasında  xitam  verilmişdirsə, 

özgəninkiləşdirən  Sığortaçıya  sığorta  haqqı  ödəməlidir,  lakin  bu  haqq  onun  sığorta  dövrü 

ərzində,  müqavilənin  ləğvi  məqamı  da  daxil  olmaqla,  ödəməli  olduğundan  artıq 

olmamalıdır; bu halda əldə edən sığorta haqqının ödənilməsi üçün məsuliyyət daşımır. 

23.6.  Sığortaçı  sığortalanmış  avtonəqliyyat  vasitəsinin  özgəninkiləşdirilməsi  ilə  bağlı  baş  vermiş 

dəyişikliklərlə  əlaqədar  olaraq  riskin  qiymətləndirilməsi  üçün  zəruri  olan  məlumatları  əldə 

edəndən  tələb  edə  bilər  və  bu  cür  dəyişikliklər  riskin  artmasına  səbəb  olduqda  Sığortaçı 

əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər.  

23.7.  Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  özgəninkiləşdirilməsi  ilə  əlaqədar  Sığortaçı  sığorta 

müqaviləsinə müvafiq dəyişikliklər edir. 

 

24. 



EKSPERTİZA  

 

24.1 



Sığorta hadisəsinin  baş verməsindən sonra dəymiş zərər üzrə fikir ayrılığı mövcud olduqda 

Sığortaçı  ilə  Sığortalı  zərərin  müəyyənləşdirilməsini  ekspertlərə  həvalə  edə  bilərlər.  Bu 

halda  ekspertlərin  rəyi,  onun  mövcud  olan  şəraitlərdən  aşırı  dərəcədə  fərqlənməsi  halları 

istisna  olmaqla,  məcburi  hesab  olunur.  Sığortaçı  sığorta  ödənişinin  məbləğini  bu  rəy 

əsasında hesablayır. Qarşılıqlı razılıq əsasında zərərin baş verməsi səbəbinin və şəraitinin və 

ya sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədi ilə də ekspertiza təyin edilə bilər. 

Həm  Sığortalı,  həm  də  Sığortaçı  əks  tərəfə  müvafiq  bildirişi  göndərməklə,  ekspertizanın 

birtərəfli qaydada keçirilməsini tələb edə bilər.  

24.2.  Ekspertizanın keçirilməsi zamanı aşağıdakı qaydalara riayət olunmalıdır:  

a)  Sığortaçı və Sığortalı əks tərəfin rəqibləri, iş partnyorları və ya ailə üzvləri olan şəxsləri 

və əks tərəfin rəqiblərinə, iş partnyorlarına çalışan və ya onlarla bu kimi digər əlaqələrdə 

olan şəxsləri ekspert qismində cəlb edə bilməzlər;  




 

 

33 


b)  Əgər bir tərəf əks tərəfin təyin etdiyi ekspertin rəyi ilə razı deyilsə, o, təkrar espertizanın 

keçirilməsini və ya mübahisənin məhkəmə qaydasında həll olunmasını tələb edə bilər;  

c)  Müstəqil  ekspertizanın  keçirilməsi  üzrə  xərcləri  onun  keçirilməsini  tələb  etmiş  tərəf 

ödəyir.  Ekspertizanın  keçirilməsi  tərəflərin  qarşılıqlı  razılığı  əsasında  təyin  edilibsə  və 

sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa  xərclər  tərəflər  arasında  bərabər 

bölüşdürülür.  



 

25. 

MÜRACİƏT FORMASI  

 

 

Sığorta müqaviləsinin  bağlanmasından sonra Sığortalı (Faydalanan şəxs) tərəfindən sığorta 



hadisəsinin  baş  verməsi  ehtimalı  üzrə  vacib  məlumatın  və  ya  onun  baş  verməsindən  dəyə 

biləcək  zərərlərin  həcmi  (sığorta  riski)  barəsində  Sığortaçıya  yanlış  məlumatın  verilməsi 

aşkarlanarsa  və  sığorta  müddəti  ərzində  barəsində  yanlış  məlumatlar  verilən  hallar  ilə 

əlaqədar olan sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməməsinə və 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  893-cü  maddəsinə  və  Azərbaycan 

Respublikasının  «Sığorta  haqqında»  Qanununa  əsasən  müqavilənin  etibarsız  hesab 

edilməsinə gətirə bilər.  

 

26. 



MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI 

 

Müqavilə  tərəfləri  bir  birinə  yolladığı  bildiriş  və  xəbərdarlıqlara  dair  aşağıdakı  tələblərə 

riayət etməlidir: 

a)  Müqaviləyə  müvafiq  olaraq  göndərilən  hər  hansı  məlumat,  bildiriş,  xəbərdarlıq  və  ya 

razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer 

(çatdırma  barədə  bildiriş  ilə),  faks  və  ya  teleks  vasitəsi  ilə  müqavilədə  göstərilmiş 

ünvanlara göndərilməlidir. 

b)  Tərəflərin  ünvanları  dəyişdiyi  halda  onlar  bir-birinə  bu  barədə  əvvəlcədən  məlumat 

göndərməlidir.  Əgər  sığorta  müqaviləsi  üzrə  tərəf  digər  tərəfin  ünvanının  dəyişməsi 

barədə  məlumatlandırılmayıbsa,  keçmiş  ünvana  göndərilən  bütün  bildiriş  və 

xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar. 

 

27. 



ХЦСУСИ ШЯРТЛЯР 

 

Щазыркы  гайдаларын  ясасында  баьланылмыш  сыьорта  мцгавиляляриня  сыьорта 



ганунвериъилийиня зидд олмайан хцсуси шяртляр ялавя олуна биляр. 

 

28. 



MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ 

 

Sığorta  müqaviləsi  ilə  bağlı  bütün  məsələlər,  o  cümlədən  tərəflər  arasında  yaranan  fikir 



ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu 

ilə  nəticə  əldə  edilməzsə,  mübahisələr  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 

müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır. 

 

 



 

 

 




 

 

34 


 

Hüquqi şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası üzrə 

sığorta tariflərinin əsaslandırılması

 

 

Tarif  dərəcələri  əsaslandırılarkən  əvvəlcə  netto-dərəcələr  hesablanır.  Netto-dərəcələrin 

hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir: 

 

1)



 

Sığorta hadisəsinin baş verməsi ehtimalı              (q) - 0,03; 

2)

 

Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği  (So) - 20400 manat; 



3)

 

Bir sığorta hadisəsi üzrə orta sığorta ödənişi         (Sö) - 3000 manat; 



4)

 

Bağlanılacaq sığorta müqavilələrinin sayı              (n) - 450. 



 

Tn,Tə  və  Tr  ilə  müvafiq  olaraq  netto-dərəcəni,onun  əsas  hissəsini  və  risk  üstəliyini  işarə 

edək.  Netto-dərəcənin  əsas  hissəsi  100  manat  sığorta  məbləğinə  uyğun  olaraq  aşağıdakı  düsturla 

hesablanır: 

Tə = 10OqSö/So = 0,03.100.3000/20400 = 0,44 (manat).  

Risk  üstəliyini  hesablamaq  üçün  təminat  ehtimalını  0,98  götürək.  Bu  halda  həmin  ehtimala 

uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:  

                                      ½                                                   ½   

Tr =1,2Tə.a.((1 - q)/(nq)) = 0,44.1,2.2.((1-0,03)/(450.0,03)) = 0,28 (manat). 

Tn = Tə + Tr = 0,28 + 0,44 = 0,72 manat. 

Tarif  dərəcəsinin  strukturu:  netto-dərəcə  -  70%,  yüklənmə  -  30%.  O  cümlədən:  işlərin 

apanlması  xərcləri  -  29%,  tarif  mənfəəti  -1%.  Brutto-dərəcəni  Tb  ilə  işarə  edək.  Onda  brutto-

dərəcənin hesablanması düsturuna əsasən 

 

Tb = Tn /(1-f) = 0,72/(1 - 0,3) = 1,03 (manat). 



 

Tarif  dərəcələri  nəqliyyat  vasitəsinin  növündən  və  istifadə  tərzindən,  sığorta  risklərinin 

tərkibindən və s. amillərdən asılı olaraq diferensiallaşdırılır. Ona görə də, yekun tarif dərəcəsi 2,5% 

- 5% aralığında dəyişir. 



 

Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə