Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   2   3   4   5   6   7   8   9   10   ...   15

 

 

14 


7.1.11.

 

Sığortaçı ilə razılaşdırılmış hallardan başqa, Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsində 



göstərilmiş  avtonəqliyyat  vasitəsinin  yedəyə  alınması,  digər  avtonəqliyyat  vasitəsinə 

yüklənilməsi, ondan boşaldılması və ya hər hansı digər avtonəqliyyat vasitəsi ilə daşınması 

nəticəsində baş vermiş hadisələr; 

7.1.12.


 

Sığorta Şəhadətnaməsinə qəbul edilmiş Əlavələrdə göstərilmiş avtonəqliyyat vasitəsi: 

 

avtonəqliyyat vasitəsinin növünə aid qüvvədə olan sürücülük vəsiqəsi olmayan; 



 

Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  sahibi  tərəfindən  verilmiş  və  müvafiq  qaydada 



təsdiq edilmiş etibarnamə və ya yol vərəqəsi olmayan; 

 



spirtli içkilərin, narkotik və ya toksik maddələrin, istifadə olunmasından sonra avtonəqliyyat 

vasitəsinin  idarə  olunmasına  qadağa  qoyulmuş  (diqqəti  və  çevikliyi  azaldan)  dərmanların 

təsiri altında olan şəxs tərəfindən idarə olunduğu halda baş vermiş hadisələr; 

7.1.13.


 

Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  sürət,  davamlılıq  və  digər  sınaqlardan  keçirilməsi, 

yarışlarda,  rallilərdə,  avtoyürüşlərdə,  sürət  müsabiqələrində  və  ya  təlim  məqsədləri  üçün 

istifadə olunması nəticəsində baş vermiş hadisələr; 

7.1.14.

 

Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  təyinatından  kənar,  yaxud  Sığortalının  bəyan 



etdiyindən fərqli məqsədlər üçün istifadə olunması; 

7.1.15.


 

Sığortalanmış avtonəqliyyat vasitəsi nasaz və ya zədələnmiş vəziyyətdə olduğu halda onun 

istifadə  olunması  nəticəsində  baş  vermiş  hadisələr  (sığortalanmış  avtonəqliyyat  vasitəsinin 

bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəl hərəkət etdiyi zaman qəflətən əmələ gəlmiş, 

qarşısını avtonəqliyyat vasitəsini  idarə edən şəxsin ala  bilmədiyi, aradan qaldırılması üçün 

zəruri  vaxta  malik  olmadığı,  yaxud  ona  məlum  olmayan  və  sığorta  hadisəsinin  baş 

verməsinə səbəb olan nasazlıq və zədələrdən başqa);  

7.1.16.


 

Sığortalanmış avtonəqliyyat vasitəsinin təmir olunması nəticəsində dəymiş zərərlər; 

7.1.17.

 

Avtonəqliyyat  vasitəsini  idarə  edən  şəxsin  ruhi-əsəb  xəstəliyi,  əsəb  sarsıntısı,  epileptik 



tutma,  insult  və  ya  infarkt  keçirməsi  nəticəsində  baş  vermiş  hadisələr,  bir  şərtlə  ki,  həmin 

şəxsdə hadisənin baş verməsi anına qədər qeyd olunan xəstəliklər aşkar olunmuş olsun; 

7.1.18.

 

Sığortalanmış avtonəqliyyat vasitəsini idarə edən şəxsin özünə qəsd etməsi və ya buna cəhd 



göstərməsi nəticəsində baş vermiş hadisələr;  

7.1.19.


 

Sığortalının  Sığortaçı  ilə  razılaşdırdığı  müddət  ərzində  sığorta  riskinin  baş  verməsi 

ehtimalını artıran amillərin aradan qaldırmaması nəticəsində baş vermiş hadisələr; 

 

7.2. 



Sığortaçı  bilavasitə və ya dolayı  olaraq aşağıda göstərilənlərin nəticəsində baş vermiş 

hadisələr üzrə heç bir məsuliyyət daşımır: 

 

7.2.1.  Nüvə partlayışının, ionlaşdırıcı radiasiya şüalarının, radioaktiv elementlərin, qeyri-radiasiya 



tərkibli  nüvə  yanacağının,  yanmış nüvə  yanacağının, partlayıcı  nüvə tərkibli elementlərdən 

və  ya  onların  komponentlərindən  ibarət  təhlükəli  radioaktiv,  zəhərli,  partlayıcı  və  digər 

maddələrin təsiri; 

7.2.2.  Toksik və kimyəvi maddələrin təsiri; 

7.2.3.  Ətraf mühitin çirklənməsi və zəhərlənməsi; 

7.2.4.  Müharibə  (elan  edilib-edilməməsindən  asılı  olmayaraq),  vətəndaş  müharibəsi,  hərbi 

əməliyyatlar, təcavüz, istila, işğal, düşmənçilik aktları, xarici düşmənlərin aksiyaları, üsyan, 

qiyam, tətil, inqilab, ictimai ixtişaşlar, xalq hərəkatı, çevriliş, silahlı yolla hakimiyyətin qəsb 

edilməsi, terrorizm, sabotaj və bunların nəticələri; 



 

 

15 


7.2.5.  Dövlət  orqanlarının  sərəncamı  ilə  və  ya  hərbi  ya  da  mülki  hakimiyyət  və  siyasi  təşkilatlar 

tərəfindən  siyasi  tədbirlərin  görülməsi  nəticəsində  sığortalanmış  avtonəqliyyat  vasitəsinin 

müsadirə,  rekvizisiya,  həbs,  məhv  edilməsi  və  ya  milliləşdirilməsi  nəticəsində  baş  vermiş 

hadisələr. 



 

C. SIĞORTA MÜQAVİLƏSİ 

 

Sığorta  müqaviləsi  Sığortaçı  ilə  Sığortalı  arasında  yazılı  formada  bağlanan,  Sığortalının  ödədiyi 

müvafiq  sığorta  haqqı  müqabilində  sığorta  obyektinin  məruz  qala  bildiyi  müəyyən  risklərin  baş 

verməsi  nəticəsində, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən çox olmaması şərti  ilə, 

dəyən  zərərin  əvəzinin  və  ya  müəyyən  bir  hadisənin  baş  verməsi  ilə  hər  hansı  pul  məbləğinin 

Sığortaçı tərəfindən Sığortalıya (Faydalanan şəxsə) ödənilməsini nəzərdə tutan sazişdir. 

 

8. 

SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI 

 

8.1. 


Sığorta  müqaviləsi  müqavilə  üzrə  tərəflərin  sayından  asılı  olaraq  tələb  olunan  sayda, 

Azərbaycan  dilində  və  sığorta  müqaviləsinin  hər  tərəfi  üçün  bir  nüsxədə  tərtib  olunur. 

Nüsxələr  eyni  hüquqi  qüvvəyə  malikdir.  Sığorta  müqaviləsi  hər  hansı  xarici  dilə  tərcümə 

olunduğu  halda  onun  mətninin  təfsir  edilməsi  üçün  Azərbaycan  dilindəki  mətn  əsas 

götürülməlidir. 

8.2. 


Sığorta  müqaviləsi  (Sığorta  Şəhadətnaməsi  və  ya  Sığorta  Şəhadətnaməsinin  müvafiq 

Əlavəsi) Sığortalı tərəfindən itirilərsə, Sığortalının müraciətinə əsasən Sığortaçı müqavilənin 

(Sığorta  Şəhadətnaməsinin  və  ya  Sığorta  Şəhadətnaməsinin  müvafiq  Əlavəsinin)  yeni 

nüsxəsini  (dublikatını)  ona  təqdim  edə  bilər.  Sığorta  müqaviləsinin  (Sığorta 

Şəhadətnaməsinin və/və ya Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsinin) yeni nüsxəsinin 

(dublikatının)  verilməsinə  görə  rüsum  ödənilmir.  Sığorta  müqaviləsinin  (Sığorta 

Şəhadətnaməsinin  və  ya  Sığorta  Şəhadətnaməsinin  müvafiq  Əlavəsinin)  yeni  nüsxəsinin 

(dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi və ya 

Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsi) etibarsız hesab olunur. 

 

9. 

SIĞORTA MÜQAVİLƏSİNİN MÜDDƏTİ (SIĞORTA MÜDDƏTİ) 

 

9.1. 


Sığorta  təminatının  qüvvədə  olma  müddəti  tərəflərin  razılığı  ilə  sığorta  müqaviləsində 

müəyyənləşdirilir və «sığorta müddəti» adlandırılır.  

9.2. 

Sığorta  muqaviləsi  (sığorta  təminatı)  Sığorta  Şəhadətnaməsinin  müvafiq  Əlavəsində 



göstərilmiş  sığortanın  qüvvəyə  minmə  tarixində  Bakı  vaxtı  ilə  gündüz  saat  12:00-da 

qüvvəyə  minir  və  Sığorta  Şəhadətnaməsinin  müvafiq  Əlavəsində  göstərilmiş  sığorta 

təminatının  qüvvədən  düşmə  tarixində  Bakı  vaxtı  ilə  gündüz  saat  12:00-da  qüvvədən 

düşmüş hesab edilir.  

9.3. 

Sığorta müddəti bitdikdən sonra sığorta təminatının arası kəsilmədən sığorta müqaviləsinin 



yeni müddətə bağlanılması üçün Sığortalıya 10 gün ərzində güzəştli müddət verilir. 

9.4. 


Güzəştli  müddət  ərzində  baş  vermiş  hadisə  Sığortalının  hadisə  baş  verməzdən  əvvəl 

Sığortaçıya  sığorta  müqaviləsinin  yeni  müddətə  bağlanılması  ilə  bağlı  müraciət  etməsi  və 

sonradan (hadisədən sonra, lakin güzəştli müddət bitənədək) yeni müddət üçün hesablanmış 

sığorta haqqını ödəməsi şərti ilə təmin olunur. 

9.5. 

Güzəştli  müddət  ərzində  Sığortalı  Sığortaçıya  sığorta  müqaviləsinin  yeni  müddətə 



bağlanılması  ilə  bağlı  müraciət  etdikdə  yeni  bağlanılan  sığorta  müqaviləsi  üzrə  sığorta 


Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə