Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

 

 

16 


müddətinin  başlanğıc  tarixi  kimi  əvvəlki  müqavilə  üzrə  sığorta  müddətinin  bitmə  tarixi 

göstərilir. 

 

10. 

SIĞORTA TƏMİNATININ ЪОЬРАФИ ƏHATƏ ƏRAZİSİ 

 

10.1.  Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ъоьрафи ərazidə qüvvədədir. 

10.2.  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  avtonəqliyyat  vasitəsi  tikinti 

sahəsinin  ərazisində,  hava  limanının  təyyarə  meydanında,  uçuş-enmə  zolağında  və  ya  bu 

kimi yerlərin hər hansı bir hissəsində olduğu zaman sığorta təminatı ilə əhatə olunmur və baş 

vermiş hadisələr üzrə heç bir ödəniş həyata keçirilmir. 

10.3.  Sığorta  müqaviləsinin  qüvvədə  oluğu  müddət  ərzində  hər  hansı  inzibati-ərazi  vahidinin  və 

ya  rayonun  ərazisində  hərbi  əməliyyatlar  aparılarsa  (müharibənin  elan  edilib-

edilməməsindən asılı olmayaraq) sığorta təminatı həmin ərazilərdə qüvvəsini itirir. 

10.4.  Avtonəqliyyat  vasitəsi  sığorta  təminatının  qüvvədə  olduğu  ъоьрафи  ərazini  tərk  etdikdə 

sığorta müqaviləsi üzrə verilən təminat qüvvəsini itirir. 

 

11. 



SIĞORTA HAQQI 

 

11.1 



Sığorta  haqqı  Sığortalı  tərəfindən  təqdim  edilmiş  məlumat  əsasında  Sığortaçı  tərəfindən 

hesablanır  və  Sığorta  Şəhadətnaməsində  və  ya  sığorta  müqaviləsinə  qəbul  edilmiş 

Əlavələrdə göstərilir. 

11.2.  Sığorta  haqqı  Sığortalı  tərəfindən  Sığortaçının  təqdim  etdiyi  hesab  və  ya  sığorta  haqqının 

məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəd alındıqdan sonra 

ödənilir. Sığorta haqqı birdəfəlik və ya, tərəflərin razılaşmasına əsasən, hissə-hissə, Sığorta 

Şəhadətnaməsində  və  ya  Sığorta  Müqaviləsinə  qəbul  edilmiş  Əlavələrdə  qeyd  olunan 

ödənişlər cədvəlinə müvafiq olaraq ödənilə bilər. 

11.3.  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  nağdsız  haqq-hesab  zamanı  sığorta 

haqqı  Sığortalı  tərəfindən  tam  məbləğdə,  sığorta  haqqı  hissə-hissə  ödənilirsə  sığorta 

haqqının  birinci  ödənişi  Sığortaçının  təqdim  etdiyi  hesabın  şərtlərinə  müvafiq  olaraq 

Sığortaçının bank hesabına köçürülməsi yoli ilə ödənilir.  

11.4.  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  nağd  haqq-hesab  zamanı  sığorta 

haqqı  Sığortalı  tərəfindən  tam  məbləğdə,  sığorta  haqqı  hissə-hissə  ödənilirsə  sığorta 

haqqının  birinci  ödənişi  Sığortaçının  təqdim  etdiyi  qəbzin  şərtlərinə  müvafiq  olaraq 

Sığortaçının kassasına və ya nümayəndəsinə verilməsi yoli ilə ödənilir. 

11.5.  Sığorta haqqının ödənilməsi günü aşağıdakılar hesab olunur: 

 



nağdsız haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının hesabına daxil olması günü; 

 



nağd  haqq-hesab  zamanı  –  pul  vəsaitlərinin  Sığortaçının  kassasına  və  ya  nümayəndəsinə 

verilməsi günü. 

11.6.  Sığorta haqqı və ya onun birinci hissəsi Sığortaçı tərəfindən təqdim olunmuş hesabda və ya 

sığorta  haqqının  məbləği  və  ödənilmə  qaydası  barədə  məlumatı  özündə  əks  edən  digər 

sənəddə göstərilmiş müddət ərzində ödənilmədikdə, Sığortaçı sığorta müqaviləsindən imtina 

etmək  və  ya  Sığortalı  üçün  əlavə  ödəmə  müddətini  təyin  etmək  hüququna  malikdir.  Əgər 

sığorta  hadisəsinin  baş  verməsi  günü  sığorta  haqqı  və  ya  onun  birinci  hissəsi  müqavilənin 

şərtlərinə uyğun hələ də ödənilməyibsə, Sığortaçı öz öhdəliklərindən azad edilir.  

11.7.  Hissə-hissə ödənilən sığorta haqqının növbəti ödənişi ödənilmədiyi, vaxtından gec və ya az 

məbləğdə ödənildyi halda, Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta haqqının 




 

 

17 


ödənilməli  gündən  sonrakı  növbəti  15  təqvim  günü  ərzində  qüvvədə  qalır  və  sığorta 

ödənişinin  həyata  keçirilməsi  zamanı  sığorta  haqqının  gecikdirilmiş  (natamam  həcmdə 

ödənilmiş) hissəsi Sığortaçı tərəfindən ödənişdən tutula bilər. Əgər həmin borc müqavilə ilə 

sığorta haqqının ödənilməsi günü kimi şərtləşdirilmiş gündən sonra 15 təqvim günü ərzində 

ödənilməyibsə Sığortaçı sığorta müqaviləsində göstərilən sığorta hadisələri üzrə məsuliyyət 

daşımır. 

Sığortaçının məsuliyyəti borcun, yəni gecikdirilmiş (natamam həcmdə ödənilmiş)  ödənişin, 

ödənildiyi  gün  gündüz  saat  12:00-dan  bərpa  olunur  və  Sığortaçının  məsuliyyəti  bərpa 

olunduqdan sonra baş vermiş, sığorta müqaviləsində şərtləşdirilmiş sığorta hadisələrini əhatə 

edir.  


11.8.  Sığortalının  sığorta  haqqını  ödəməməsi  səbəbindən  Sığortaçı  tərəfindən  sığorta 

müqaviləsinin  ləğv edilməsi, Sığortalını Sığortaçıya, onun öz öhdəliklərini  yerinə  yetirdiyi 

müddət üzrə, sığorta haqqının ödənilməli olan hissəsini ödəməsindən azad etmir. 

 

12. 



GÜZƏŞTLƏR VƏ YÜKLƏMƏLƏR 

 

Sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  başa  çatdıqdan  sonra  sığorta  müqaviləsi 



növbəti il üçün bağlanarkən, başa çatmış Sığorta ilinin nəticələrindən asılı olaraq, Sığortaçı 

tərəfindən Sığortalıya ilkin (orijinal) sığorta tarifinə güzəştlər və ya yükləmələr tətbiq edilə 

bilər.  

 

13. 



SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ 

 

13.1.  Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 

13.1.1. sığorta predmeti Sığortaçının razılığı olmadan özgəninkiləşdirildikdə. Bu halda Sığortaçı ilə 

Sığortalı  və  ya  sığorta  predmeti  xeyrinə  özgəninkiləşdirilən  şəxs  arasında  yeni  sığorta 

müqaviləsi bağlanıla bilər; 

13.1.2. sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə; 

13.1.3. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə; 

13.1.4. Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə; 

13.1.5. Sığortalı vəfat etdikdə (o halda ki vərəsəsi olmasın); 

13.1.6. Sığortalının 

fəaliyyət 

qabiliyyəti 

məhdudlaşdırıldıqda 

(fəaliyyət 

qabiliyyətinin 

məhdudlaşdırılması barədə qərarın çıxarılması anından); 

13.1.7. məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə; 

13.1.8. sığorta obyektinin mövcudluğu bitdikdə (yox olduqda); 

13.1.9. qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortaçı ləğv edildikdə; 

13.1.10.sığorta müqaviləsinin və hazırkı Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə; 

13.1.11.tərəflərin razılaşmasına əsasən; 

13.1.12.qanunvericiliklə və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda. 

13.2.  Sığorta  hadisənin  baş  vermə  ehtimalı  itdikdə  və  sığorta  riskinin  mövcudluğu  sığorta 

hadisəsindən  fərqli  digər  səbəblər  ücbatından  bitdiyi  halda  sığorta  müqaviləsi  dərhal 

qüvvədən düşür. Sığorta müqaviləsinin bu bənddə göstərilmiş səbəblər ücbatından vaxtından 

əvvəl  qüvvədən  düşməsi  halında  Sığortaçı,  sığortanın  qüvvədə  olması  müddəti  üzrə, 

proporsional surətdə hesablanmış sığorta haqqının hissəsini özündə saxlaya və ya tələb edə 

bilər. 



Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə