Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   ...   7   8   9   10   11   12   13   14   15

 

 

22 


Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs) 

zədələnmiş avtonəqliyyat vasitəsinin təmir olunması  və  ya əlavə quraşdırılmış avadaqlığın 

avtonəqliyyat vasitəsindən sökülməsi (demontaj olunması) ilə bağlı işlərə aşağıdakı hallarda 

başlaya  bilər:  sürücü  və  sərnişinlərin  təhlükəsizliyinin  təmin  edilməsi  üçün  və  ya  dövlət 

orqanlarının tələbi ilə; 

17.1.8. Avtonəqliyyat vasitəsinin  məhv olması halında onu daxili  işlər orqanlarından qeydiyyatdan 

çıxarmaq,  qeydiyyat  sənədlərini  və  orijinal  açarlarının  tam  komplektini  Sığortaçıya  təhvil 

vermək,  və  əgər  Sığortaçı  tələb  edərsə  avtonəqliyyat  vasitəsinə  və  ya  onun  qalıqlarına 

mülkiyyət hüququnun Sığortaçıya və ya Sığortaçı tərəfindən təyin edilmiş şəxsə verilməsini 

təmin etmək; 

17.1.9. Hadisə  baş  verdiyi  andan  hadisə  ilə  əlaqədar  Sığortaçıya  məlumat  verənədək  və,  müvafiq 

hallarda, hadisə zamanı sürücünün sərxoş olub-olmamasının müəyyən edilməsi məqsədi ilə 

Sığortaçı  ekspertizanın  keçirilməsini  zəruri  hesab  edərsə,  ekspertiza  keçirilənədək  spirtli 

içkilər, narkotik və ya toksik maddələr qəbul etməmək; 

17.1.10.Sığortaçı  tərəfindən  aparılan  araşdırmalar  zamanı  onunla  əməkdaşlıq  etmək,  bütün  zəruri 

məlumatları  təqdim  etmək,  hadisə  ilə  bağlı  məlumatların  toplanılması,  zədələnmiş  sığorta 

obyektinə  baxışın keçirilməsi  və onun  müayinə edilməsi üçün Sığortaçıya şərait  yaratmaq, 

dəymiş  zərərin  miqdarının  və  səbəblərinin  müəyyən  edilməsində  Sığortaçının  iştirakını 

təmin etmək; 

17.1.11.Avtonəqliyyat  vasitəsinin  istifadə  olunması  nəticəsində  üçüncü  şəxslərin  və  sərnişinlərin 

həyatına, sağlamlığına və ya əmlakına zərər dəydikdə: 

 



üçüncü  şəxslər  və  sərnişinlər  tərəfindən  irəli  sürülmüş  tələb  və  iddialar,  onlara  dəymiş  

zərərin  əvəzinin  ödənilməsini  Sığortalının  öhdəliyinə  qoyan  məhkəmə  qərarları,  hadisə  ilə 

bağlı  digər  sənədləri  Sığortaçıya  təqdim  etmək.  Sığortalı  Sığortaçının  razılığı  olmadan 

hadisə  ilə  bağlı  irəli  sürülmüş  iddia  və  tələbləri  heç  bir  halda  (tam  və  ya  qismən)  təmin 

etməməlidir  və  ya  təmin  olunmasına  razılıq  verməməlidir,  hadisə  ilə  bağlı  üzərinə  heç  bir 

öhdəlik götürməməlidir; 

 

Sığorta  hadisəsi  ilə  əlaqədar  Sığortalının  maraqlarının  təmsil  edilməsi  və  hüquqlarının 



müdafiə olunması üçün Sığortaçıya tələb olunan qaydada tərtib olunmuş  yazılı  etibarnamə 

vermək və ya verilməsini təmin etmək; 

 

ona qarşı irəli sürülmüş tələb və iddiaların xitam olunmasını və ya məbləğinin azaldılmasını 



tələb  etmək  iqtidarındadırsa,  Sığortaçıya  bu  barədə  məlumat  verərək  tələb  və  iddiaların 

xitam olunması və ya məbləğinin azaldılması üçün mümkün olan tədbirləri görmək; 

17.1.12.Sürücü və sərnişinlərin həyatına və sağlamlığına bədbəxt hadisə nəticəsində zərər dəydikdə, 

Sığortaçının tələbi ilə onun tərəfindən təyin edilmiş həkimdə sığorta olunmuş şəxslərin tibbi 

müayinədən keçməsini təmin etmək; 

17.1.13.Avtonəqliyyat  vasitəsinin  talan  olunması  (qaçırılması)  halında  sığorta  ödənişinin  alınması 

üçün  Sığortaçı  ilə  avtonəqliyyat  vasitəsinin  mülkiyyətçisi  arasında  hazırkı  Qaydaların 

19.5.11.  bəndində  göstərilən  tələblərə  müvafiq  olaraq  müqavilənin  bağlanmasını  təmin 

etmək. 

17.2.  Hadisənin sığorta hadisəsi olub-olmamasının müəyyən edilməsi və sığorta ödənişinin həyata 



keçirilməsi üçün Sığortalı (Faydalanan şəxs) baş vermiş hadisə haqqında Sığortaçıya yazılı 

ərizə  verməlidir.  Sığortalı  (Faydalanan  şəxs)  ərizə  ilə  yanaşı  sığorta  müqaviləsini, 

avtonəqliyyat  vasitəsinin  talanması  və  ya  qaçırılması  halında  -  orijinal  açarların  tam 

komplektini  və  baş  vermiş  hadisənin  səbəblərini,  xüsusiyyətlərini,  dəymiş  zərərin  həcmini 




 

 

23 


müəyyən  etmək  üçün  zəruri  olan  və  ya  sığorta  hadisəsi  ilə  əlaqədar  tələb  olunan  bütün 

sənədləri Sığortaçıya təqdim etməlidir. O cümlədən: 

 

baş  vermiş  hadisə  ilə  bağlı  müvafiq  dövlət  orqanları  (hüquq-mühafizə  orqanları,  yanğın 



nəzarəti orqanları və s.) tərəfindən verilmiş sənədlər; 

 



sığortalanmış avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi; 

 



sürücülük vəsiqəsi; 

 



sığortalanmış  avtonəqliyyat  vasitəsi  Azərbaycan  Respublikasının  ərazisinə  müvəqqəti 

gətirildiyi halda, gömrük bəyannaməsi; 

 

notariat qaydasında təsdiq edilmiş etibarnamə və ya Sığortalanmış avtonəqliyyat vasitəsinin 



sahibi tərəfindən verilmiş və müvafiq qaydada təsdiq edilmiş yol vərəqəsi; 

 



və ya avtonəqliyyat vasitəsinə sahiblik, ondan istifadə etmək və ona dair sərəncam vermək 

hüququnun olmasını təsdiqləyən digər sənəd (müqavilə); 

 

sığortalanmış  avtonəqliyyat  vasitəsinin  alınmasına  dair  bağlanmış  alqı-satqı  müqaviləsi  və 



ya onun dəyərini təsdiqləyən hesab (qəbz); 

 



dövlət texniki baxış talonu; 

 



şəxsiyyət vəsiqəsi; 

 



əmək qabiliyyətinin daimi olaraq tam  itirilməsi  faktının  müəyyən edilməsi üçün  -   Tibbi-

Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən verilmiş şəhadətnamə;

 



 



Sığorta  olunan  şəxsin  ölməsi  halında  –  ölüm  haqqında  şəhadətnamənin,  ölümün  səbəbi 

haqqında tibbi rəyin və vərəsənin şəxsiyyətini və vərəsəlik hüququnu təsdiq edən sənədlərin 

əsli; 



 



sığorta  ödənişinin  həyata  keçirilməsi  üzrə  qərarın  qəbul  edilməsi  üçün  tələb  olunan  digər 

sənəd və məlumatlar. 

17.3.  Sığortaçı  tərəfindən  tələb  olunan  sənədlərin  təqdim  olunmaması  Sığortaçıya,  zərərin  belə 

sənədlərlə  sübut  olunmamış  hissəsi  üzrə  ödənişin  həyata  keçirilməsindən  imtina  etmək 

hüququnu verir. 

17.4.  Sığorta  hadisəsi  avtonəqliyyat  vasitəsinin  yalnız  şüşələrinin,  faralarının,  işıqlandırma 

qurğularının,  bamperlərinin,  güzgü  və  moldinqlərinin  zədələnməsi  və  ya  avtonəqliyyat 

vasitəsinin  kuzovunun  bir  elementinin  yüngül  zədələnməsi  (elementin  digəri  ilə  əvəz 

olunmasını tələb etməyən zədə) ilə nəticələnərsə səlahiyyətli orqanlardan sənədlərin təqdim 

olunması tələb olunmur. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, səlahiyyətli 

orqanlardan  sənədlər  təqdim  olunmadan  avtonəqliyyat  vasitəsinin  kuzovunun  bir 

elementinin yüngül zədələnməsi üzrə ödəniş sığorta müddəti ərzində yalnız bir dəfə həyata 

keçirilir. 

Hazırkı Qaydaların 17.1.1.-17.1.12. və 17.2. bəndlərində göstərilən Sığortalının (Faydalanan şəxsin) 

vəzifələri  eyni  zamanda  avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququna  malik  olan  şəxslərə  də 

aiddir. 


 

18. 

SIĞORTA  RİSKİNƏ  TƏSİR  EDƏN  AMİLLƏR.  SIĞORTA  RİSKİNİN  ARTMASI 

HAQQINDA MƏLUMAT VERMƏ VƏZİFƏSİ 

 

18.1 


Sığorta müqaviləsinin bağlanmasından əvvəl Sığortalı (Faydalanan şəxs) ona məlum olan və 

sığorta  hadisəsinin  baş  vermə  ehtimalına  təsir  göstərə  biləcək  faktlar  və  hadisənin  baş 

verməsindən dəyə  biləcək zərər haqqında  məlumatı Sığortaçıya təqdim etməli  və Sığortaçı 

tərəfindən  verilmiş  sualları  cavablandırmalıdır.  Bu  qayda  sığortalanan  avtonəqliyyat 

vasitəsinə baxışın keçirilməsi zamanı da tətbiq edilir. 



Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə