Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   ...   7   8   9   10   11   12   13   14   15

 

 

24 


18.2.  Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, əgər sığorta müqaviləsi Sığortaçının 

qoyduğu  hər  hansı  sual  Sığortalı  tərəfindən  cavabsız  qoyularaq  bağlanıbsa,  Sığortaçı  onun 

müəyyən faktlardan xəbərsiz olduğuna istinad etməklə sığorta müqaviləsinin ləğv edilməsini 

və ya onun etibarsız hesab edilməsini tələb edə bilməz. 

18.3.  Əgər  müqavilənin  bağlanmasından  sonra  riskin  dərəcəsinə  təsir  göstərə  biləcək  hallar 

barəsində Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsini  idarə etmək  hüququna  malik 

olan  şəxs)  tərəfindən  Sığortaçıya  yanlış  məlumatların  qərəzli  olaraq  bildirilməsi  sübut 

edilərsə,  Sığortaçı  müqavilənin  etibarsız  hesab  edilməsini  və  Azərbaycan  Respublikasının 

Mülki  Məcəlləsinin  893-cü  maddəsində  göstərilmiş  nəticələrin  tətbiq  edilməsini  tələb  edə 

bilər.  Sığortalının  gizlətdiyi  faktlar  aradan  qalxdığı  (yox  olduğu)  halda  Sığortaçı 

müqavilənin etibarsız hesab edilməsini tələb edə bilməz. 

18.4.  Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsini  idarə etmək hüququna  malik olan şəxs) 

sığorta müqaviləsinin müddəti ərzində sığorta obyektinin özü və onun istismar olunması ilə 

bağlı baş vermiş əhəmiyyətli və sığorta riskinin artmasına təsir göstərə biləcək dəyişikliklər 

haqqında, o cümlədən: 

 



avtonəqliyyat  vasitəsinin  və  ya  əlavə  quraşdırılmış  avdanlığın  icarəyə  (kirayəyə),  əvəzsiz 

istifadəyə verilməsi və ya girov qoyulması

;

  



 

avtonəqliyyat vasitəsinin qeydiyyat sənədlərinin itirilməsi, oğurlanması və ya dəyişdirilməsi 

 

avtonəqliyyat vasitəsinin açarlarının itirilməsi və ya oğurlanması



;

 



 

avtonəqliyyat vasitəsinin kuzovunun və ya mühərrikinin dəyişdirilməsi haqqında Sığortaçıya 

dərhal,  hər  halda  3  təqvim  günündən  gec  olmayaraq  məlumat  verməlidir.  Bu  müddəa 

Sığortalı  (Faydalanan  şəxs)  tərəfindən  müqavilənin  bağlanması  zamanı  Sığortaçıya 

bildirdiyi  məlumat  və  faktlarda  baş  vermiş  dəyişikliklərə  də  aiddir.  Bu  vəzifənin  düzgün 

yerinə yetirilməsi faktı yazılı sübut ilə təsdiq olunmalıdır. 

18.5.  Sığorta  riskinin  artmasına  səbəb  ola  biləcək  faktlar  haqqında  məlumatlandırılmış  Sığortaçı 

sığorta müqaviləsi  şərtlərinin dəyişdirilməsini  və  əlavə  sığorta haqqının ödənilməsini tələb 

edə bilər.  Əlavə sığorta haqqı aşağıda göstərilən düstura müvafiq hesablanır: 

 

ƏSH = ((SH2 - SH1) x n) / 365  

 

harada: 


ƏSH - Əlavə Sığorta Haqqı; 

SH1-  sığorta  müqaviləsi  bağlanan  zaman  mövcud  olan  sığorta  riskinin  dərəcəsi  nəzərə 

alınmaqla hesablanmış illik sığorta haqqı; 

SH2 - sığorta müqaviləsinə dəyişikliklər edilən zaman mövcud olan sığorta riskinin dərəcəsi 

nəzərə alınmaqla hesablanmış illik sığorta haqqı; 

n – sığorta müddətinin sonuna qədər qalmış günlərin sayı. 

18.6.  Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsini  idarə etmək hüququna  malik olan şəxs) 

sığorta  riskinin  artmasına  səbəb  ola  biləcək  faktlar  haqqında  Sığortaçını 

məlumatlandırmadığı  və  ya  Sığortalı  sığorta  müqaviləsinin  şərtlərinin  dəyişdirilməsinə  və 

əlavə sığorta haqqının ödənilməsinə etiraz etdiyi  halda, Sığortaçı  Azərbaycan Respublikası 

Mülki  Məcəlləsinin  20-ci  maddəsinin  4-cü  paraqrafına  əsasən  sığorta  müqaviləsinin  ləğv 

edilməsini  və  Mülki  Məcəllənin  424-cü  maddəsinə  əsasən  ləğv  edilmənin  nəticəsində 

dəymiş  zərərin  ödənilməsini  tələb  edə  bilər,  sığorta  riskinin  artmasından  sonra  baş  vermiş 

hadisə üzrə ödənişin həyata keçirilməsindən imtina edə bilər. Sığorta riskinin artması sığorta 

hadisəsinin  baş  verməsinə  və  Sığortaçının  öhdəliyinin  yerinə  yetirilməsi  həcminə  təsir 

göstərmədiyi halda Sığortaçının ödənişin həyata keçirilməsi üzrə öhdəliyi qüvvədə qalır. 




 

 

25 


18.7.  Sığorta riskinin artmasına səbəb ola biləcək faktların aradan qalxmasından (yox olmasından) 

sonra Sığortaçı heç bir halda müqavilənin ləğv edilməsini tələb edə bilməz.  

18.8.  Bu  müddəanın pozulması Sığortaçını  yalnız o halda öz öhdəliklərinin  yerinə  yetirməsindən 

azad edir ki, sığorta hadisəsi riskin artmasından sonra baş versin. 

18.9.  Sığorta  müqaviləsinin  qüvvədə  olma  müddəti  ərzində  Sığortaçı  Sığortalı  (Faydalanan  şəxs, 

avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququna  malik  olan  şəxs)  tərəfindən  təqdim  olunan 

fakt və məlumatların doğruluğunu, riskin artıb-artmamasından asılı olmayaraq avtonəqliyyat 

vasitəsinin vəziyyətini, saxlanma qaydasını və dəyərini yoxlaya bilər.  

18.10.  Sığortaçı  Sığortalıya  (avtonəqliyyat  vasitəsini  idarə  etmək  hüququna  malik  olan  şəxsə) 

sığorta riskinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə məcburi göstərişlər 

verə bilər. 

 

19. 

SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ. QİSMƏN SIĞORTA 

 

19.1.  Sığorta  ödənişi  yalnız  sığorta  müqaviləsi  ilə  nəzərdə  tutulmuş  hadisələrin  baş  verməsi 



şəraiti,  səbəbləri,  nəticələri  və  iştirakçıları,  müvafiq  hallarda  isə  dəymiş  zərərin  miqdarı, 

müəyyən edildikdən və Sığortaçı baş vermiş hadisəni sığorta hadisəsi kimi tanıdıqdan sonra, 

ödənişin  verilməsindən  imtina  üçün  əsaslar  olmadıqda  həyata  keçirilir.  Sığorta  ödənişinin 

hesablanması və verilməsi qaydası hazırkı bölmənin müddəa və şərtlərinə müvafiq müəyyən 

edilir. 

19.2.  Sığorta  ödənişi  Sığortaçı  tərəfindən  13  iş  günü  ərzində  həyata  keçirilir.  Sığorta 

müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  həmin  müddət  Sığorta  hadisəsi  barədə 

Ərizənin və hazırkı Qaydaların 17-ci bəndində göstərilmiş və Sığortaçının tələb etdiyi digər 

sənədlərin təqdim olunması günündən hesablanır.  

19.3.  Aşağıdakı hallarda Sığortaçı ödəniş müddətini uzatmaq hüququnu əldə edir: 

 

Sığortalının (Faydalanan şəxsin) sığorta ödənişini almaq hüququnun olmasında Sığortaçının 



şübhəsi  yarandığı  halda  –  Sığortalı  (Faydalanan  şəxs)  tərəfindən  lazımi  sübutların  təqdim 

olunmasına  qədər,  lakin  Ərizənin  qəbul  olunması  tarixindən  30  gün  müddətindən  gec 

olmayaraq. 

 



Sığortaçının  sığorta  hadisəsinin  doğruluğunu  sübut  edən  sənədlərin  düzgün  və  ya  etibarlı 

olmasında  şübhəsi  yarandığı  halda  –  həmin sənədlərin düzgün və  ya etibarlı olması təsdiq 

olunana qədər.  

 



Sığorta hadisəsinin baş verməsi səbəbləri ilə bağlı Sığortalıya qarşı təhqiqat, istintaq və ya 

məhkəmə  araşdırması  aparılırsa  –  istintaq  və  məhkəmə  orqanı  tərəfindən  müvafiq  qərar 

qəbul edilənədək. 

19.4.  Sığorta  müqaviləsində  başqa  hal  nəzərdə  tutulmayıbsa,  sığorta  ödənişi  Azərbaycan 

Respublikasının  valyutasında  ödənilir.  Sığorta  məbləği  xarici  valyutada  müəyyən  edilibsə, 

sığorta ödənişi Milli Bankın sığorta hadisəsinin gününə olan valyuta məzənnəsi ilə ödənilir. 

 

19.5.  Avtonəqliyyat vasitələrinin maddi zərərdən sığortası bölməsi üzrə baş vermiş hadisə ilə 

əlaqədar sığorta ödənişinin həyata keçirilməsi qaydası: 

 

19.5.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, sığortalanmış avtonəqliyyat 

vasitəsinin  zədələnməsi,  itirilməsi  və  ya  məhv  olması  anına  olan  bazar  dəyərinin  və  ya 

dəyən  zərərin  məbləğinin  odənilməsi  və  ya  avtonəqliyyat  vasitəsinin  və  ya  onun  bir 




Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə