Hüquqi ŞƏxsləRƏ və HÜquqi ŞƏxs yaratmadan sahibkarliq fəALİYYƏTİ İLƏ MƏŞĞul olan fiZİKİ ŞƏxsləRƏ MƏxsus avtonəQLİyyat vasiTƏLƏRİNİn siğortasi qaydalari



Yüklə 392,95 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix29.10.2017
ölçüsü392,95 Kb.
#7364
1   ...   7   8   9   10   11   12   13   14   15

 

 

26 


hissəsinin bərpa və ya eyni tipli ehtiyyat hissələri  (avtonəqliyyat vasitəsi ilə əvəz edilməsi 

yolu  ilə həyata keçirilir  köhnəlməyə görə  müvafiq  məbləğin  və əgər sığorta müqaviləsi  ilə 

şərtləşdirilibsə, azadolma məbləğinin çıxılması şərti ilə). Bu qayda avtonəqliyyat vasitəsinə 

əlavə  quraşdırılmış  avadanlıqların  zədələnməsi,  itirilməsi  və  ya  məhv  olması  nəticəsində 

dəymiş zərərin əvəzinin ödənilməsi halında da tətbiq edilir.   

19.5.2  Sığorta  hadisəsi  baş  verdiyi  halda  sığortalanmış  avtonəqliyyat  vasitəsinə  (əlavə 

quraşdırılmış avadanlıqlara) dəymiş  zərərin əvəzinin ödənilməsi üzrə Sığortaçının öhdəliyi 

aşağıda göstərilən həddlərdən artıq ola bilməz: 

a) 

Sığorta  obyektinin  tam  məhv  olması  və  ya  itirilməsi  halında  –  sığorta  müqaviləsində 



göstərilmiş  sığorta  məbləğindən  və  ya  hadisə  zamanı  sığorta  obyektinin  bazar  dəyərindən 

(hər halda daha kiçik  məbləğ tətbiq olunur). Sığorta obyektinin təmir olunması üçün tələb 

olunan xərclər hadisə zamanı sığorta obyektinin bazar dəyərinin 75 və daha çox faizini təşkil 

etdiyi halda sığorta obyekti tam məhv olmuş hesab olunur. 

b) 

Sığorta  obyektinin  zədələnməsi  halında  (qismən  zərərin  dəyməsi  halında)  –  sığorta 



obyektinin sığorta hadisəsinin  baş  verməsindən əvvəl  mövcüd olan  vəziyyətinə gətirilməsi 

üçün tələb olunan xərclərdən. 

c) 

Hər halda bu  bəndin  «a»  və «b»  yarımbəndlərində göstərilən  hallar üzrə sığorta ödənişləri 



eyni sığorta müddəti ərzində əvvəllər baş vermiş sığorta hadisəsi(ləri) üzrə həyata keçirilmiş 

sığorta  ödənişləri  məbləğində  azalmış  və  Sığortalı  tərəfindən  əlavə  sığorta  haqqının 

ödənilməsi yolu ilə bərpa olunmamış sığorta məbləğinin qalıq hissəsindən çox ola bilməz. 

19.5.3. Hazırkı  Qaydaların  19.5.2  «a»  bəndinin  birinci  cümləsi  ilə  nəzərdə  tutulan  Sığortaçının 

öhdəliyinin  həddlərinə  aid  müddəalar  avtosalonlardan  alınmış  təzə  (sürülməmiş)  və 

alındıqdan  sonra  12  ay  ərzində  sığorta  hadisəsi  nəticəsində  məhv  olmuş  avtonəqliyyat 

vasitələrinə  aid  edilmir  və  həmin  avtonəqliyyat  vasitələrinin  məhv  olması  üzrə  sığorta 

ödənişi sığorta məbləği həcmində həyata keçirilir. 

19.5.4  Sığorta  hadisəsinin  baş  verdiyi  yerdə,  sığorta  obyektinin  bilavasitə  sığorta  hadisəsinin  baş 

verməsindən  əvvəl  mövcud  olan  vəziyyətinə  gətirilməsi  üçün  tələb  olunan  xərclər  bərpa 

xərcləri kimi başa düşülür.  

 

Aşağıdakılar bərpa xərclərinə daxil edilir: 



 

Təmir (bərpa) üçün tələb olunan materialların, ehtiyyat hissələrinin, detalların, aqreqatların 



və avadanlıqların alınması üzrə xərclər; 

 



təmir işlərinin ödənilməsi üçün tələb olunan xərclər. 

19.5.5. Sığortalanmış  avtonəqliyyat  vasitəsinin  və  əlavə  quraşdırılmış  avadanlıqların  tam  məhv 

olması halında Sığortalı (Faydalanan şəxs) onların satış üçün yararlı olan qalıqlarını özündə 

saxlamaq  hüququna  malikdir.  Bu  halda  sığorta  ödənişi  qalıqların  dəyəri  çıxılmaqla  həyata 

keçirilir. Əgər Sığortalı (Faydalanan şəxs) sığortalanmış avtonəqliyyat vasitəsinin  və əlavə 

quraşdırılmış  avadanlıqların  satış  üçün  yararlı  olan  qalıqlarından  imtina  edərsə,  sığorta 

ödənişi  tam  məbləğdə  (qalıqların  dəyəri  çıxılmadan)  həyata  keçirilir.  Bu  halda  Sığortalı 

(Faydalanan şəxs) avtonəqliyyat vasitəsinin və əlavə quraşdırılmış avadanlıqların satış üçün 

yararlı  olan  qalıqlarına  mülkiyyət  hüququnu  Sığortaçıya  və  ya  Sığortaçı  tərəfindən  təyin 

edilmiş şəxsə verməlidir və ya verilməsini təmin etməlidir.  

19.5.6. Tam  məhv  olma  üzrə  ödəniş  sığorta  obyektinin  sığorta  hadisəsi  ilə  bağlı  olmayan  hadisə 

nəticəsində zədələnmiş və ya hadisə zamanı sığorta obyektinin üzərində olmayan detalların, 

mexanizmlərin, qurğuların, cihaz və avadanlıqların dəyəri çıxılmaqla həyata keçirilir. 

19.5.7. Sığorta  hadisəsinin  baş  verdiyi  məqamda  sığorta  məbləği  sığorta  predmetinin  sığorta 

dəyərindən  az  olarsa,  bu  halda  sığorta  ödənişinin  məbləği  sığorta  məbləği  ilə  sığorta 



 

 

27 


dəyərinin  nisbətinə  müvafiq  surətdə  azaldılır  və  sığorta  ödənişi  aşağıda  göstərilən  düstura 

müvafiq həyata keçirilir:  

 

SÖ = SM / SD x DZ 

 

Harada: 



SÖ – Sığorta ödənişi; 

SM – Sığorta məbləği; 

SD  –  avtonəqliyyat  vasitəsinin  sığorta  dəyəri  (sığorta  hadisəsi  baş  verdiyi  gün  onun  bazar 

qiyməti); 

DZ – avtonəqliyyat vasitəsinə dəyən zərər. 

19.5.8. Əgər  sığorta  müqaviləsində  və  ya  sığorta  müqaviləsinə  qəbul  edilmiş  müvafiq  Əlavələrdə 

şərtsiz  azadolma,  yəni  sığorta  hadisəsi  baş  verdiyi  halda  Sığortaçı  tərəfindən  ödənilməyən 

Sığortalının  xərclərinin  bir  hissəsi  müəyyən  edilmişdirsə,  sığorta  ödənişi  azadolma 

məbləği(ləri) çıxılmaqla həyata keçirilir. 

Azadolma  məbləği(ləri), hər  bir  hadisə üzrə,  yalnız  hazırkı Qaydalar  ilə  müəyyən olunmuş 

Natamam  Sığorta  haqqında  şərtin  tətbiq  olunmasından  sonra,  sığorta  ödənişinin 

məbləğindən aşağıda göstərilən düstura müvafiq çıxılır: 

 

SÖ = (SM / SD x DZ) - AM 

 

Harada: 



SÖ – Sığorta ödənişi; 

SM – Sığorta məbləği; 

SD  –  avtonəqliyyat  vasitəsinin  sığorta  dəyəri  (sığorta  hadisəsi  baş  verdiyi  gün  onun  bazar 

qiyməti) ; 

DZ – avtonəqliyyat vasitəsinə dəyən zərər 

AM  –  Sığorta  müqaviləsində  və/və  ya  sığorta  müqaviləsinə  qəbul  edilmiş  Əlavələrdə 

göstərilən azadolma məbləği(ləri). 

19.5.9  Dəymiş  zərərin  səbəbi  və  miqdarı  Sığortaçının  ekspertləri  tərəfindən  zədələnmiş 

avtonəqliyyat  vasitəsinə  və  əlavə  quraşdırılmış  avadanlıqlara  baxışın  keçirilməsi  yolu  ilə 

müəyyən edilir. 

19.5.10.Sığortalı  Sığortaçının  ekspertləri  tərəfindən  müəyyən  edilmiş  zərərin  səbəbi  və/və  ya 

miqdarı  ilə  razılaşmadığı  halda,  o  müstəqil  ekspertizanın  keçirilməsini  tələb  etmək 

hüququna malikdir. Ekspertizanın təyin edilməsi və keçirilməsi qaydası hazırkı Qaydaların 

31-ci bəndi ilə müəyyən edilir. 

19.5.11.Sığorta  predmetinin  talan  olunması  (qaçırılması)  halında  sığorta  ödənişi  yalnız  aşağıda 

göstərilən müqavilələrdən birinin bağlanılmasından sonra verilə bilər: 

 

Sığortaçı  və  avtonəqliyyat  vasitəsinin  mülkiyətçisi  arasında  bağlanan  müqavilə,  hansının 



şərtlərinə müvafiq olaraq avtonəqliyyat vasitəsinin mülkiyyətçisi talan olunmuş (qaçırılmış) 

sığorta  obyekti  tapıldığı  halda,  ona  məxsus  mülkiyyət  hüququnu  Sığortaçıya  vermək 

öhdəliyini öz üzərinə götürür; 

 



Sığortaçı  və  Sığortalı  arasında  bağlanan  müqavilə,  hansının  şərtlərinə  müvafiq  olaraq 

Sığortalı talan olunmuş (qaçırılmış) sığorta obyekti tapıldığı  halda, aldığı sığorta ödənişini 

inflyasiyanı  nəzərə  alaraq  Sığortaçıya  qaytarmaq  öhdəliyini  öz  üzərinə  götürür.  Bu  halda 

Sığortaçı sığorta obyektinə talan olunma (qaçırılma) hadisəsi  nəticəsində dəymiş zərərlərin 

əvəzini hazırkı bölmənin şərtlərinə müvafiq olaraq təmin edir. 



Yüklə 392,95 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə