Təcrübənin təşkili şöbəsi Təcrübə obyekti tərəfindən təyin edilmiş təcrübə rəhbərinin vəzifələri



Yüklə 6,59 Kb.
tarix17.11.2018
ölçüsü6,59 Kb.
növüTədris planı

Əlavə 6

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

Təcrübənin təşkili şöbəsi

Təcrübə obyekti tərəfindən təyin edilmiş təcrübə rəhbərinin vəzifələri

1. Müəssisə təcrübə rəhbəri tədris planına əsasən tələbələrin ixtisaslarına uyğun istehsalat təcrübəsi keçmələri üçün işgüzar şərait yaradır.

2. Hər bir iş yerində tələbələri təhlükəsiz iş şəraiti ilə təmin edir, əməyin mühafizəsi üzrə zəruri olan təlimatlandırmanı həyata keçirir və təcrübəçi tələbələri təhlükəsizlik qaydaları ilə tanış edir.

3. Tələbələrin istehsalat təcrübəsi proqramında nəzərdə tutulmayan və onların ixtisasına uyğun olmayan işlərdə istifadə olunmasına yol vermir.

4. Təcrübə keçən tələbələrin təşkilatın müvafiq bölmələrində, istehsalat təcrübəsi proqramına uyğun sənədlərlə (məxfi sənədlər istisna olmaqla) tanış olmalarına və zəruri texniki avadanlıqlardan istifadə etmələrinə şərait yaradır.

5. UNEC tərəfindən təyin edilmiş təcrübə rəhbərlərinə, müəssisə ilə razılaşdırılmış davamiyyət qrafiki əsasında tələbələrə təcrübə proqramına uyğun mütodik göstərişlər vermələrinə şərait yaradır.

6. Təcrübəşi tələbələrin təcrübəyə davamiyyətinə və müəssisənin daxili nizam-intizam qaydalarına riayət etməsinə nəzarət edir və bununla bağlı UNEC təcrübə rəhbərini mütəmadi olaraq məlumatlandırır.

7. İstehsalat təcrübəsi başa çatdıqdan sonra hər bir təcrübəçi tələbənin, təcrübə gündəliyində tələbənin təcrübə dövründəki fəaliyyətini, təcrübənin təşkili və gedişi qaydalarının 8-ci bəndinə uyğun olaraq qiymətləndirir.



Təcrübənin təşkili şöbəsi


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə