Azərbaycan respublikasinin təHSİl naziRLİYİ



Yüklə 15,47 Kb.
tarix08.12.2017
ölçüsü15,47 Kb.

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ

TƏHSİL SEKTORUNUN İNKİŞAFI LAYİHƏSİ
Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) arasında 19 sentyabr 2003-cü ildə imzalanmış 3769-AZ nömrəli Kredit Sazişinə uyğun olaraq, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafi Layihəsinin “Kurrikulum islahatı” alt-komponenti çərçivəsində Ümumi təhsil sistemi üzrə məktəb kurrikulumlarının hazırlanması ilə bağlı milli məsləhətçilərin seçilməsinə dair
MÜSABİQƏ ELAN EDİR:
I. İbtidai təhsil sahəsində:

  1. Ana dili” fənni üzrə kurrikulum;

  2. Riyaziyyat” fənni üzrə kurrikulum;

  3. Əmək hazırlığı” fənni üzrə kurrikulum;

  4. Fiziki tərbiyə” fənni üzrə kurrikulum;

  5. Təsviri incəsənət” fənni üzrə kurrikulum;

  6. Musiqi” fənni üzrə kurrikulum;

  7. Həyat bilgisi” fənni üzrə kurrikulum.


Qeyd olunan fənlər üzrə ixtisas tələbləri aşağıdakılardır:

  • İbtidai təhsil üzrə ali pedaqoji təhsil;

  • İbtidai təhsil sahəsində azı beş (5) illik pedaqoji iş təcrübəsi;

  • İbtidai təhsilin məqsəd və vəzifələrinə dərindən bələdlik;

  • Konkret fənnin məzmununu müəyyən edən sənədlərin hazırlanması sahəsində iş təcrübəsi;

  • Azərbaycan dilini mükəmməl bilməsi;

  • Kompüterdən (PC) istifadə etmə bacarıqları;

  • İngilis dilini işçi səviyyəsində bilməsi;

  • Əvvəllər kurrikulumun və fənn proqramlarının hazırlanması üzrə layihələrdə iştirak etməsi.


II. Orta təhsil sahəsində:

  1. Qeyri-Azərbaycan dilli məktəblərdə “Azərbaycan dili” fənni üzrə kurrikulum;

  2. Ana dili” fənni üzrə kurrikulum;

  3. Ədəbiyyat” fənni üzrə kurrikulum;

  4. Ana dili kimi “Rus dili” fənni üzrə kurrikulum;

  5. Rus bölməsində “Ədəbiyyat” fənni üzrə kurrikulum;

  6. Ərəb dili” fənni üzrə kurrikulum;

  7. Fars dili” fənni üzrə kurrikulum;

  8. Fransız dili” fənni üzrə kurrikulum;

  9. Alman dili” fənni üzrə kurrikulum;

  10. Rus dili” fənni üzrə kurrikulum;

  11. İngilis dili” fənni üzrə kurrikulum;

  12. Riyaziyyat” fənni üzrə kurrikulum;

  13. İKT” fənni üzrə kurrikulum;

  14. Tarix” fənni üzrə kurrikulum;

  15. Azərbaycan tarixi” fənni üzrə kurrikulum;

  16. Coğrafiya” fənni üzrə kurrikulum;

  17. Fizika” fənni üzrə kurrikulum;

  18. Kimya” fənni üzrə kurrikulum;

  19. Biologiya” fənni üzrə kurrikulum;

  20. Həyat bilgisi” fənni üzrə kurrikulum;

  21. Oğlanlar üçün “Fiziki tərbiyə” fənni üzrə kurrikulum;

  22. Qızlar üçün “Fiziki tərbiyə” fənni üzrə kurrikulum;

  23. Gənclərin Çağırışaqədərki hazırlığı” fənni üzrə kurrikulum;

  24. Texnologiya” fənni üzrə kurrikulum;

  25. Musiqi” fənni üzrə kurrikulum;

  26. Təsviri incəsənət” fənni üzrə kurrikulum.



Qeyd olunan fənlər üzrə ixtisas tələbləri aşağıdakılardır:

  • İxtisas üzrə ali pedaqoji təhsil;

  • İxtisas üzrə azı beş (5) illik pedaqoji iş təcrübəsi;

  • Ümumi təhsilin məzmununu müəyyən edən sənədlərin hazırlanması sahəsində iş təcrübəsi;

  • Əsas və orta təhsilin məqsəd və vəzifələrinə dərindən bələdlik;

  • Azərbaycan və/ya rus dilini mükəmməl bilməsi;

  • Kompüterdən (PC) istifadə etmə bacarıqları;

  • İngilis dilini işçi səviyyəsində bilməsi;

  • Əvvəllər kurrikulumun və fənn proqramlarının hazırlanması üzrə layihələrdə iştirak etməsi.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:



  • Tərcümeyi-hal (elektron və çap variantı);

  • Diplomun surəti;

  • Müvafiq konfrans və seminarlarda, treninqlərdə verilmiş sertifikatların surəti;

  • Ərizə.

Sənədlər aşağıdakı ünvana 20 dekabr 2005-ci il saat 1800 -dək təqdim olunmalıdır:


AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti,49,

Azərbaycan Respublikasının Təhsil Nazirliyi,

Təhsil Sektorunun İnkişafı Layihəsi, Layihənin Əlaqələndirmə Qrupu.

Əlaqələndirici şəxs: Sevil Məsimova



Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-37-61.

Email: smasimova@edu.gov.az


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə