Ödəniş xidmətləri üzrə yeni qanunvericilik çərçivəsi və atılacaq addımlar



Yüklə 362,69 Kb.
səhifə19/24
tarix21.10.2023
ölçüsü362,69 Kb.
#130432
1   ...   16   17   18   19   20   21   22   23   24
Seminar 30 avqust

Lisenziyaya dair sənədlər
  • ödəniş sisteminə dair qaydalar;
  • əsas avadanlıq və proqram təminatlarının siyahısı, onlar arasında əlaqə üzrə topoloji diaqram;
  • hesablaşma agentinin adı, hüquqi ünvanı və hesablaşma agenti ilə razılaşdırılmış inteqrasiyaya dair açıqlama (operator özü hesablaşma agenti olmadıqda);
  • inteqrasiya olunmuş ödəniş sistemləri haqqında məlumat və inteqrasiya sxemi;
  • təşkilati struktur, idarəetmə orqanları, Mərkəzi Bankın müəyyən etdiyi formada iştirakçılar arasındakı münasibətlər.

Hesablaşma agenti
  • hesablaşma agenti olaraq Mərkəzi Bank, yerli bank, xarici bankın yerli filialı çıxış edə bilər;
  • ödəniş sistemində yerli banklar, xarici bankın yerli filialları və (və ya) poçt rabitəsi milli operatoru arasında manatla olan hesablaşmalar üzrə hesablaşma agenti funksiyasını yalnız Mərkəzi Bank həyata keçirir;
  • hesablaşma agenti tərəfindən ödəniş sərəncamları üzrə hesablaşmalar iştirakçıların müxbir və ya cari hesabları üzərindən aparılır;
  • hesablaşma agenti klirinq üzrə ödəniş sistemində hesablaşmaların başa çatdırılmasını ödəniş sistemi iştirakçılarının müxbir və ya cari hesabları üzrə tələblər müəyyən etməklə, habelə nağd pul, dövlət istiqrazları və ya Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızların girovu mexanizmlərini tətbiq etməklə təmin edə bilər;
  • bu cür girov maliyyə girovu hesab olunur və bu vəsaitin girovuna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1078-23.19-cu maddəsi şamil edilir və ödəniş sistemində hesablaşmalar başa çatdırılanadək həmin vəsaitə üçüncü şəxslərin tələbləri üzrə tutma yönəldilə bilməz.

Nəzarət və tənzimləmə
08
Nəzarət və tənzimləmə
  • Mərkəzi Bank ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarətlə bağlı aşağıdakıları həyata keçirir:
  • ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş əməliyyatlarının aparılması qaydalarını, ödəniş alətlərinə dair, habelə nəzarət subyektləri tərəfindən informasiyanın mühafizəsinin təmin edilməsinə dair tələbləri, həmçinin bu Qanuna uyğun olaraq digər normativ xarakterli aktları qəbul edir;
  • nəzarət subyektlərinə lisenziya verir və bu Qanunda nəzərdə tutulmuş hallarda nəzarət subyektlərini reyestrə daxil edir;
  • nəzarət subyektlərinin fəaliyyətinə dair hesabatları və sənədləri, o cümlədən ödəniş xidməti istifadəçilərinin əməliyyatları barədə məlumatları, həmçinin sənədləri alır və təhlil edir;
  • nəzarət subyektlərində və ödəniş agentlərində yoxlamalar aparır;
  • qanunda nəzərdə tutulmuş təshih tədbirlərini tətbiq edir, verilmiş lisenziyanı ləğv edir;
  • ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması üçün tədbirlər görür;
  • bu Qanuna, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq digər tənzimləmə və nəzarət tədbirlərini həyata keçirir.


Yüklə 362,69 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə