Ödəniş xidmətləri üzrə yeni qanunvericilik çərçivəsi və atılacaq addımlar



Yüklə 362,69 Kb.
səhifə21/24
tarix21.10.2023
ölçüsü362,69 Kb.
#130432
1   ...   16   17   18   19   20   21   22   23   24
Seminar 30 avqust

Unikal eyniləşdirici
  • ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş xidməti istifadəçisi üçün müəyyən edilən və ödəniş əməliyyatının həyata keçirilməsi zamanı ödəniş xidməti istifadəçisinin və (vəya) ödəniş hesabının eyniləşdirilməsi üçün istifadə edilən hərf, rəqəm və ya simvolların kombinasiyasıdır.
  • unikal eyniləşdirici əsasında aparılan ödəniş əməliyyatları unikal eyniləşdirici ilə müəyyən edilmiş vəsait alanın xeyrinə icra olunmuş hesab edilir;
  • ödəniş xidməti istifadəçisi tərəfindən təqdim edilmiş unikal eyniləşdirici düzgün olmadıqda, ödəniş xidməti təchizatçısı bu səbəblə icra olunmamış və ya səhv icra edilmiş ödəniş əməliyyatlarına görə məsuliyyət daşımır;
  • ödəniş xidməti istifadəçisi ödəniş sərəncamı üzrə unikal eyniləşdiricidən başqa əlavə məlumatlar təqdim etdikdə, ödəniş xidməti təchizatçısı ödəniş əməliyyatının yalnız unikal eyniləşdiriciyə puyğun olaraq icra edilməsinə görə məsuliyyət daşıyır.

Gücləndirilmiş müştəri autentifikasiyası
Autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və birinin pozulması ilə digərlərinin etibarlılığını istisna etməyən, yalnız istifadəçinin bildiyi, istifadəçiyə məxsus olan və istifadəçinin sahib olduğu elementlərdən iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiyadır.
  • Tətbiqi:
  • ödəniş hesabına məsafədən (internet, telefon və digər kommunikasiya kanalları vasitəsilə) daxil olduqda;
  • ödəniş əməliyyatı elektron formada aparıldıqda;
  • ödəniş hesabına məsafədən giriş yarada bilən kanallar vasitəsilə fırıldaqçılıq və digər sui-istifadə halları ilə bağlı risklərə səbəb ola biləcək istənilən fəaliyyəti həyata keçirdikdə.
  • ödəniş əməliyyatlarının elektron formada məsafədən həyata keçirilməsi zamanı ödəniş xidməti təchizatçısı tərəfindən əməliyyatın məbləğinə və vəsait alana dinamik bağlı olan elementlərdən ibarət gücləndirilmiş müştəri autentifikasiyasını tətbiq edilir;
  • gücləndirilmiş müştəri autentifikasiyası ilə bağlı tələblərin Mərkəzi Bank tərəfindən müəyyən edilir.


Yüklə 362,69 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə