Ödəniş xidmətləri üzrə yeni qanunvericilik çərçivəsi və atılacaq addımlar


Məlumatlar Fərdiləşdirilmiş təhlükəsizlik məlumatları



Yüklə 362,69 Kb.
səhifə22/24
tarix21.10.2023
ölçüsü362,69 Kb.
#130432
1   ...   16   17   18   19   20   21   22   23   24
Seminar 30 avqust

Məlumatlar
Fərdiləşdirilmiş təhlükəsizlik məlumatları – autentifikasiya məqsədilə ödəniş xidməti təchizatçısı tərəfindən ödəniş xidməti istifadəçisinə təqdim edilən fərdiləşdirilmiş məlumatlar;
Həssas ödəniş məlumatları – fırıldaqçılıq əməliyyatının aparılması üçün istifadə edilə bilən, fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının da daxil olduğu məlumatlar (iki ödəniş xidməti üzrə ödəniş xidməti istifadəçisinin adı və hesab nömrəsi haqqında məlumat istisna olmaqla);
İnsidentlər
  • ödəniş xidməti təchizatçısı Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat və ya təhlükəsizlik insidentləri barədə Mərkəzi Banka məlumat verməlidir.
  • baş vermiş insidentin ödəniş xidməti istifadəçisi üçün maliyyə itkiləri ilə nəticələnə biləcəyi halda, ödəniş xidməti təchizatçısı ödəniş xidməti istifadəçilərini insident və onun qarşısının alınması üçün onların həyata keçirə biləcəkləri tədbirlərlə bağlı dərhal məlumatlandırmalıdır.

Məlumatların qorunması
  • ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ödəniş əməliyyatları barədə məlumatlara bu Qanunun tələbləri nəzərə alınmaqla bank sirrinin qorunması qaydaları şamil edilir;
  • ödəniş xidməti təchizatçısının ödəniş xidmətini göstərdiyi zaman ödəniş əməliyyatının icrası üçün zəruri olan məlumatla məhdudlaşmaqla ödəniş xidməti istifadəçisi haqqında məlumatları vəsait alana və ödəniş əməliyyatının icrasında iştirak edən digər şəxslərə ötürməsi bank sirrinin qorunması qaydalarının pozulması hesab edilmir;
  • ödəniş xidməti təchizatçıları, ödəniş xidmətlərinin göstərilməsinə cəlb olunan digər şəxslər, həmin şəxslərin idarəetmə orqanlarının mövcud və keçmiş üzvləri, habelə digər mövcud və keçmiş əməkdaşları tərəfindən ödəniş xidməti təchizatçılarının idarə edilməsi və ya xidmət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar ödəniş xidməti istifadəçiləri, ödəniş hesabları və ya ödəniş əməliyyatları barədə onlara məlum olan məlumatların qeyri-qanuni açıqlanması qadağandır;
  • ödəniş xidməti təchizatçıları ödəniş əməliyyatlarının aparılmasına cəlb etdiyi şəxslərlə bağladığı müqavilədə məlumatlaırn qorunmasına dair tələblərin əks olunmasını təmin etməlidir.


Yüklə 362,69 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə