Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml



Yüklə 174,53 Kb.

tarix31.08.2018
ölçüsü174,53 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2   

 

Sosial-siyasi elml

ər seriyası   

 

2015 

 

 

 

 

 

        


UOT 321(091); 34(091) 

 

ƏMƏLİYYAT-AXTARIŞ FƏALİYYƏTİNDƏ MİLLİ 



TƏHLÜKƏSİZLİK, SİRR VƏ ONLARIN QORUNMASI MƏSƏLƏLƏRİ 

 

E.Q.NƏBİYEV  

Bakı Dövlət Universiteti 

nebiyevelbay@gmail.com 

 

M

əqalədə  dövlət tərəfindən sirr məsələlərinə  xüsusi diqqət verilməsindən, dövlət 

sirrinin milli t

əhlükəsizliklə bağlılığından, ƏAT-ın çox hissəsinin dövlət sirri təşkil etməsindən, 

bu f

əaliyyətlə  əldə  olunan məlumatların  məxfiliyindən,  şəxsi və  ailə  həyatına  aid  sirlərdən , 

onların qorunmasından bəhs olunur. 

 

Açar sözl

ər:  milli təhlükəsizlik,  əməliyyat-axtarış  fəaliyyəti, dövlət sirri, məlumat, 

şəxsi həyata aid sirlər, əməliyyat-axtarış tədbirləri 



 

Bütün tarixi dövrl

ərdə  açıq  informasiya  ilə  yanaşı  məxfi infor-

masiyalardan geniş istifadə olunmuşdur. Sonuncuya yayılmasına, ötürülməsinə 

qadağa  qoyulan  məlumatlar aiddir. Bu cür məlumatlar  qapalı  olmaqla  sirr 

kateqoriyasına  daxil  edilir,  onlara  sirr  statusu  verilir  və  qanunla qorunur. 

M

əlumatların qorunması onların xüsusi önəmliyini göstərən amildir.  



İnformasiyanın  məxfi  saxlanılması  və  onun mühafizəsi təhlükəsizliyi 

t

əmin etmək zərurətindən irəli gəlir. Təhlükəsizliyin təmin olunması isə təkcə 



aşkar həyata keçirilən tədbirlərdən ibarət deyil, həm də qeyri-aşkar tədbirlərdən 

geniş istifadəni şərtləndirir. 

Bu m

əsələnin  əməliyyat-axtarış  fəaliyyətinə  (bundan  sonra  ƏAF) 



birbaşa  aidiyyəti  olduğundan  bəzi mühüm məqamlara  toxunmaq  lazım  gəlir. 

ƏAF bir çox halda qeyri-aşkar  üsullarla  həyata keçirildiyindən bu fəaliyyət 

növünün m

əxfiliyi xüsusi önəm kəsb edir. Məxfi, konfidensial məlumat ona 

gör

ə  sirdir  ki,  onun  aşkarlanması  və  yayılması  ciddi  fəsadlara gətirib  çıxara 



bil

ər.  Əgər bu, dövlətlə  bağlıdırsa,  o  zaman  onun  aşkarlanması  insanların, 

c

əmiyyətin və  dövlətin təhlükəsizliyinə  (milli təhlükəsizliyə) təhdid yarada, 



onu z

əiflədə  bilər və  s. Milli təhlükəsizliyin təmin  olunmasına  xidmət edən 

informasiya il

ə bağlı (məxfi) olmaqla dövlət sirri kateqoriyasına aiddir. Bu da 

dövl

ət sirrinin milli təhlükəsizliklə  birbaşa  bağlı  olduğunu  göstərir.  Əgər 



aşkarlanan sirr insanın şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə toxunursa, o 

 

17



 


zaman insanların mənəviyyatına, imicinə zərər vurula, onların həyatının bir çox 

sirli m


əqamları  məlum  ola,  arzuolunmaz  hallara  yol  açıla,  münaqişələrin 

yaranmasına,  hətta bəzən cinayətlərin  baş  verməsinə  səbəb ola bilər. Bütün 

bunlar dövl

ət tərəfindən sirr məsələlərinə  xüsusi diqqət verilməsini,  onların 

qanunla qorunmasını şərtləndirir. 

Dövl


ət sirrini, ilk növbədə mühüm dövləti əhəmiyyət kəsb edən hərbi, 

iqtisadi v

ə  siyasi xarakterli məlumatlar təşkil  edir.  Lakin  milli  təhlükəsizliyə 

ziyan vura bil

ən digər məlumatlar da var ki, onlar da dövlət sirrinə aid edilir. 

Bu cür m


əlumatların növləri qanunla müəyyən olunur.  Belə ki, “Dövlət sirri 

haqqında”  AR Qanununun 1.0.1-ci maddəsi dövlət sirrini təşkil  edən 

m

əlumatlardan bəhs edərək bildirilir ki, “dövlət sirri -  dövlətin hərbi, xarici-



siyasi, iqtisadi, k

əşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı 

olub, dövl

ət tərəfindən mühafizə  edilən və  yayılması  Azərbaycan Respub-

likasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır”. 

Dövl


ət sirrini təşkil edən məlumatların məxfilik dərəcəsi onların yayıl-

ması  nəticəsində  təhlükəsizliyə  vurula biləcək  ziyanın  ağırlıq  dərəcəsindən 

asılıdır.  Bu  baxımdan,  məlumatlar xüsusi əhəmiyyətli, tam məxfi və  məxfi 

m

əlumatlara bölünür. Göstərilən sahələrdə  dövlət  sirrinin  yayılması  dövlətin 



t

əhlükəsizliyinə  zərər vura bilər. Odur ki, dövlət tərəfindən ciddi mühafizə 

olunur. 

Dövl


ət sirri məxfi olduğundan onun yayılmasına yol verilmir. “Dövlət 

sirrinin  yayılmasının  qarşısının  alınması  Qaydası”nın  2-ci maddəsinə  görə  

“Dövl

ət  sirrinin  yayılması  dedikdə, dövlət sirri təşkil  edən məlumatın  qeyri-



qanuni yayılması, yəni səlahiyyətli vəzifəli şəxsin icazəsi olmadan dövlət sirri 

t

əşkil  edən məlumatla  şəxsin  tanış  edilməsi  (olması),  belə  məlumatın 



açıqlanması  və  (və  ya) dövlət sirri təşkil  edən məlumat  daşıyıcısının  onun 

saxlanılmasına  məsul  olan  şəxsin nəzarətindən  çıxması  (itirilməsi), habelə 

m

əlumatın texniki kanallarla sızması nəzərdə tutulur” [7, 298]. Dövlət bu cür 



m

əlumatların və onların daşıyıcılarının mühafizəsinə təminat verir.  

  

Bu da cinay



ət qanunvericiliyində öz təsbitini tapır. Bu cür əməllərə yol 

ver


ən şəxslər cinayət məsuliyyətinə cəlb olunur və ciddi cəzalandırılır. 

Cinay


ət  qanunvericiliyi  sirr  sayılan  məlumatlara  geniş  yanaşaraq 

onların  qəsdən və  ehtiyatsızlıqdan  yayılmasına  görə  məsuliyyət nəzərdə 

tutmuşdur. Buna Cinayət Məcəlləsinin bir sıra maddələrində rast gəlmək olar. 

Bunların  bir  qismi  dövlət sirrinə  aid  olmaqla  ağır  dövləti cinayətlərlə  - 

“Dövl

ətin  konstitusiya  quruluşunun  əsasları  və  təhlükəsizliyi  əleyhinə  olan 



cinay

ətlər”lə bağlıdır (Dövlətə xəyanət - CM-nin 274, Casusluq - CM-nin 276, 

Dövl

ət sirrini yayma - CM-nin 284, Məzmununda dövləti sirri olan sənədləri 



itirm

ə  -  CM-nin 285-ci mad.). Göründüyü kimi, qanunverici bu istiqamətdə 

t

əhlükəsizliyin təmin  olunması  və  bu kateqoriya cinayətlərlə  mübarizə 



m

əsələsini önə  çəkir. Bu istiqamətdə  ƏAF-ın  vəzifəsi bu cür cinayətlərin 

qarşısının  alınmasını,  aşkarlanmasını,  açılmasını,  onları  törədənləri müəyyən 

edib m


əsuliyyətə cəlb olunmasını təmin etməkdir. 

 

18



 


        

Deyil


ənlər onu göstərir ki, hər  hansı  bir  informasiya,  ilk  növbədə 

insanların,  cəmiyyətin və  dövlətin təhlükəsizliyinə  xidmət etməlidir. Bu 

bax

ımdan,  müəyyən  informasiyanın  qapalı  saxlanılması  qanunauyğun  haldır. 



Dövl

ətin bu məsələyə xüsusi diqqət verməsini elə ondan görmək olar ki, 1998-

2005-ci ill

ər  ərzində  AR-da dövlət sirrinin mühafizəsi üzrə  xeyli sayda 

normativ hüquqi akt q

əbul  olunmuşdur.  Bunlar  aşağıdakılardır:  “Dövlət sirri 

haqqında”  AR  Qanunu  (7.IX.2004-cü il); “Məlumatların  dövlət sirrinə  aid 

edilm


əsi Qaydaları” (3.VI.2005-cü il); “Dövlət sirrinə aid edilən məlumatların 

siyahısı”(3.VI.2005-ci il); “Dövlət sirrini əks etdirən normativ hüquqi aktların 

yayılması və qüvvəyə minməsi qaydaları haqqında” Əsasnamə (27.IX.2003-cü 

il);  “İnformasiyanı  mühafizə  vasitələrinin  sertifikatlaşdırılması  haqqında” 

Əsasnamə (22.XI.1998-ci il); “Dövlət hakimiyyət orqanlarında, idarə, təşkilat 

v

ə müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması” Qaydası 



(19.I.2005-ci il); Az

ərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının, 

əssisə, idarə  və  təşkilatlarının  dövlət sirrinin mühafizəsi üzrə  struktur 



bölm

ələri  haqqında”  Nümunəvi  Əsasnamə  (17.X.2002-ci il); “Dövlət sirri 

t

əşkil  edən məlumatlarla  işləməyi istisna edən xəstəliklərinin  Siyahısı” 



(17.X.2002-ci il); “V

əzifəli şəxsin və ya vətəndaşın dövlət sirri təşkil edən mə-

lumatlarla işləməyə buraxılması və işləməyə buraxılmasının yenidən rəsmiləş-

dirilm


əsi”  Qaydası  (17.IX.2002-ci il); “Dövlət sirri təşkil  edən məlumatların 

dig


ər dövlətlərə verilməsi” Qaydası (15.III.2005-ci il); “Dövlət sirri təşkil edən 

m

əlumatlardan istifadə  ilə  bağlı  işlərin görülməsi prosesində  məlumatların 



mühafiz

əsinin  təmin edilməsi”  Qaydası  (15.III.2005-ci  il);  “Əcnəbilərin və 

v

ətəndaşlığı olmayan şəxslərin dövlət sirri ilə işləməyə buraxılması” Qaydası 



(15.III.2005-ci il); “Dövl

ət sirri təşkil  edən məlumatlardan istifadə  edilməsi

informasiyanı  mühafizə  vasitələrinin  yaradılması,  habelə  dövlət sirrinin 

mühafiz


əsi üzrə tədbirlər görülməsi və (və ya) xidmətlər göstərilməsi ilə bağlı 

işlərin  icrasına  müəssisə, idarə  və  təşkilatların  buraxılması  üçün  icazənin 

alınması”  Qaydası  (15.III.2005-ci il); “Dövlət sirri təşkil  edən məlumatın 

qeyri-


qanuni  yayılması  üzrə  ekspert rəyinin  hazırlanması  və  təsdiq edilməsi” 

Qaydası (15.III.2005-ci il); “Dövlət sirrinin yayılmasının qarşısının alınması” 

Qaydası  (15.III.2005-ci il); “Dövlət hakimiyyəti və  yerli özünüidarə  orqan-

larında,  müəssisə, idarə  və  təşkilatlarda  dövlət sirrinin mühafizəsinin təmin 

olun

masına  idarələrarası  nəzarətin həyata keçirilməsi”  Qaydalarıdır 



(15.III.2005-ci il). 

  

Sadalanan qanunlar sırasında əsas Qanun olan “Dövlər sirri haqqında” 



AR  Qanununun  preambulasında  göstərilir ki, “Bu Qanun Azərbaycan Res-

publikasının  təhlükəsizliyini təmin etmək məqsədilə  məlumatların  dövlət 

sirrin

ə aid edilməsi, mühafizə və istifadə edilməsi, onların məxfiləşdirilməsi və 



ya m

əxfiliyin açılması ilə əlaqədar yaranan münasibətləri tənzimləyir” [7, 3]. 

Qanundan göründüyü kimi, t

əhlükəsizliyin təmin olunması bir məqsəd olaraq 

xüsusi vurğulanır. 

      


Qeyd olunduğu kimi, sadalanan sahələr üzrə məlumatlar təhlükəsizliklə 

 

19



 


birbaşa bağlı olduğundan dövlət sirri sayılır və onlardan xüsusi istifadə qaydası 

n

əzərdə  tutulur.  “Dövlət  sirri  haqqında”  AR  Qanununun  5-ci maddəsində  



dövl

ət sirrini təşkil  edən məlumatların  siyahısı  verilir  və  5.4.-cü maddəsində 

k

əşfiyyat,  əks-kəşfiyyat  və  əməliyyat-axtarış  fəaliyyəti sahəsində  məlumatlar 



sadalanır: “kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və 

vasit


ələri, mənbələri,  metodları,  planları  və  nəticələri  haqqında,  habelə  bu 

f

əaliyyətin maliyyələşdırılməsinin göstəriciləri  haqqında,  əgər bu göstəricilər 



sadalan m

əlumatları açıqlayırsa” (5.4.1); “kəşfiyyat, əks-kəşfiyyat və  əməliy-

yat-

axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əmək-



daşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında” (5.4.2.); “dövlət mühafizəsi 

obyektl


ərinin təhlükəsizliyinin təmin olunmasının təşkili, qüvvə və vasitələri, 

metodları  haqqında,  habelə  bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri 

haqqında,  əgər bu göstəricilər sadalanan məlumatları  açıqlayırsa”  (5.4.3.); 

“şifrələnmiş,  o  cümlədən  kodlaşdırılmış  və  məxfiləşdirilmiş  rabitə  sistemləri 

haqqında, şifrlər, şifrlərin işlənməsi və hazırlanması, onlarla təminat, şifrələmə 

v

ə  xüsusi mühafizə  vasitələri  haqqında,  xüsusi  təyinatlı  informasiya-analitik 



sisteml

əri  haqqında”  (5.4.4.);  “məxfi məlumatların  mühafizəsi  metodları  və 

vasit

ələri  haqqında” (5.4.5.); “dövlət sirrinin mühafizəsinin təşkili  və  faktiki 



v

əziyyəti  haqqında”  (5.4.6.);  “Azərbaycan  Respublikasının  dövlət sərhədinin 

mühafiz

əsi  haqqında”  (5.4.7.);  “Azərbaycan  Respublikasında  dövlətin müda-



fi

əsinin, təhlükəsizliyinin və hüquq-mühafizə fəaliyyətinin təmin olunması ilə 

əlaqədar dövlət büdcəsinin xərcləri  haqqında”  (5.4.8.);  “dövlətin təhlükəsiz-

liyinin t

əmin olıunması məqsədilə keçirilən tədbirləri açıqlayan kadr hazırlığı 

haqqında” (5.4.9.). 

       

Bir t


ərəfdən,  ƏAF  keçirilən zaman yayılmasına  qanunla  məhdudiyyət 

qoyulan m

əlumatlar  əldə oluna bilər, digər tərəfdən isə bu fəaliyyət növünün 

h

əyata keçirilməsi özü belə  bir çox halda məxfi səciyyə  daşıyır.  Şəxsi 



informasiya, onun ail

əsinə aid informasiya konfidensial xarakter daşıya  bilər. 

ƏAF-ın  həyata keçirilməsi ilə  əlaqədar  şəxsi həyatın  toxunulmazlığına  dair 

əldə  olunan məlumatların  yayılması  qadağandır.  Məsələ  ondadlr  ki,  ƏAF 

h

əyata keçirilərkən müəyyən informasiyadan istifadə  etmək zərurəti yarana 



bil

ər. Belə  hallarda milli təhlükəsizliyin  əsas obyektlərinın  –  insanların, 

c

əmiyyətin və dövlətin təhlükəsizliyi, qanunla qorunan maraqlar əsas götürül-



m

əlidir. İnformasiya yayılarkən: birincisi, bu cür maraqlara zərər dəyə biləcək 

m

əlumatların  yayılmasına  yol  verilməməli; ikincisi, dövlət  sirri, konfidensial 



m

əlumatlar yayılmamalıdır. 

  

Milli t


əhlükəsizliyin göstərilən  əsas obyektləri barədə  məlumat  əldə 

edil


ərkən və  ondan istifadə  edilərkən son dərəcə  diqqətli və  ehtiyatlı  olmaq 

t

ələb  olunur.  Əldə  olunan hər  hansı  məlumatı  yuxarıda  göstərilən tələblər 



n

əzərə alınmadan yaymaq olmaz. Bu baxımdan müəyyən informasiyaların əldə 

olunmasına  və  yayılmasına  qanunla  müəyyən məhdudiyyətlər qoyulur və  bu, 

qanunvericilik  qaydasında  tənzimlənir. Belə  ki,  “İnformasiya  əldə  etmək 

haqqında”  AR  Qanununun  35.1-ci maddəsinə  görə  “informasiya sahibi 

 

20



 


informasiyanın  əldə  olunmasına  məhdudiyyət qoymaq yolu ilə  onu xidməti 

istifad


ə üçün nəzərdə tutulmuş hesab edə bilər.” Qeyd olunduğu kimi, dövlət 

sirl


əri ilə bağlı məlumatlar məxfi, vətəndaşların qanuni maraqlarının qorunması 

il

ə bağlı məlumatlar isə gizli (konfidensial) xarakter daşıyır. 



M

əlumdur ki, məlumatların  yayılmasında  KİV  və  İnternet  resursları 

müst

əsna  rol  oynayır.  Müasir  dövrdə  onlar  əsas  informasiya  daşıyıcısıdır. 



Dem

ək olar ki, bütün ölkələrdə geniş əhali kütləsinə informasiya əsasən KİV 

v

ə  İnternet informasiya  ehtiyatları vasitəsi ilə çatdırılır. AR Konstitusiyasının 



50-ci madd

əsində  məlumat  azadlığından  bəhs olunur və  göstərilir ki, “Hər 

k

əsin istədiyi məlumatı  qanuni  yolla  axtarmaq,  əldə  etmək, ötürmək, 



hazırlamaq və yaymaq azadlığı vardır”. 

Bununla bel

ə müəyyən kateqoriya informasiya yayımlanarkən yuxarıda 

göst


ərilən yanaşmalar və qaydalar nəzərə alınmalıdır. İlk növbədə, onun milli 

t

əhlükəsizliyə və milli maraqlara zərər vurmayacağı müəyyən olunmalıdır. Bu 



baxımdan, KİV-in və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Müharibə 

şəraitində  olan və  tez-tez  düşmən tərəfdən atəşkəsin  pozulması  ilə  təxtibatla 

rastlaşan ölkəmizdə cəbhə bölgəsində baş vermiş hadisələr barədə məlumatlar 

hazırlanarkən və  yayılarkən milli təhlükəsizlik məsələləri daim əsas götürül-

m

əlidir.  Cəbhə bölgəsindən gələn hər bir məlumata xüsusi diqqətlə yanaşmaq 



t

ələb olunur. 

       

Başqa sözlə desək, müəyyən hallarda (xüsusilə müharibə şəraitində olan 



dövl

ətlərdə)  KİV-i  maraqlandıran  informasiyanın  məhdudlaşdırılması,  milli 

t

əhlükəsizlik  baxımdan,  yalnız  işin  xeyrinə  ola bilər. Bu halda milli təhlü-



k

əsizlik  maraqları  (hərbi sirlərin  qorunması)  əsas götürülməklə  KİV-in mə-

lumat yayımı məhdudlaşdırıla bilər.  

Dövl


ət  maraqlıdır  ki,  KİV, media mənsubları  onlara  məlum olan 

t

əhlükəsizliyin təmin  olunması  ilə  bağlı  məlumatların  məxfi  qalmasına  əməl 



etsinl

ər, peşə sirlərini saxlaya bilsinlər, onların yayılmasına imkan verməsinlər. 

Bu h

əm də  “İnformasiya  əldə  etmək  haqqında”  AR  Qanununun  prinsipi və 



t

ələbidir. Belə  ki, həmin Qanunun 6.1.6-cı  bəndinə  görə  informasiya təqdim 

olunark

ən  insanların,  cəmiyyətin və  dövlətin təhlükəsizliyi  qorunmalıdır. 



Ancaq bu qaydaya heç d

ə həmişə riayət olunmur.  

Bunu konkret hadis

ələrin  timsalında  dövlət rəsmilərinin  çıxışlarından 

da sezm

ək olar. Belə  ki, 2014-cü  ilin  avqust  ayında  Ermənistan-Azərbaycan 



dövl

ət sərhədində  və  qoşunların  təmas xəttində  yaşanmış  ciddi  gərginliklə 

əlaqədar olaraq bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə  İnternet 

resurslarının  qanunvericiliyin tələblərinə  zidd və  qeyri-peşəkar fəaliyyəti, 

habel

ə  aidiyyəti dövlət  orqanlarının  informasiyanın  verilməsinə  məsul olan 



struktur bölm

ələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsi 

üz

ə çıxdı və müzakirə olundu.  



Bu m

əsələ milli təhlükəsizliklə (informasiya təhlükəsizliyi ilə) birbaşa 

bağlı  olduğundan  29  avqust  2014-cü ildə AR  Prezidenti Administrasiyasının 

r

əhbəri  yanında  keçirilmiş  dövlət  orqanlarının  informasiyanın  verilməsinə 



 

21

 




m

əsul struktur bölmələrinin və  kütləvi informasiya vasitələri rəhbərlərinin 

müşavirəsində  dövlət rəsmisi cəbhə  xəttində  vəziyyət barədə  yalnış  məlu-

matlar, h

ərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbiçilərin 

sayının  süni  şəkildə  şişirdilməsi və  bu mövzuda müxtəlif spekulyativ infor-

masiyaların  yayılması,  cəbhə  bölgəsində  yaşayan  əhali və  ölkə  ictimaiyyəti 

arasında  çaşqınlıq  yaratmaq  cəhdləri,  düşmənin  maraqlarına  xidmət edən  

m

əlumatların  sizdırılması  və  s. barədə  konkret faktlar göstərərək xəbərdarlıq 



etmişdir  ki,  dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat,  əks-kəşfiyyat  və 

əməliyyat-axtarış  fəaliyyəti ilə  bağlı,  dövlət tərəfindən mühafizə  edilən və 

yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlu-

matlar dövl

ət sirri kateqoriyasına şamil edilir və onların ictimaiyyələşdirilməsi 

qanuna müvafiq m

əsuliyyət  yaradır.  Dövlət rəsmisi  xüsusi  olaraq  vurğula-

mışdır  ki,  “formasından  və  məzmunundan  asılı  olmayaraq  Azərbaycanın 

müst

əqilliyi, suverenliyi, ərazi bütövlüyü və  konstitusiya  quruluşu  əleyhinə 



ist

ənilən qəsdə  və  ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya 

t

əhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə 



z

əruri  addımlar  atılmalıdır  və  xəbərdarlıq  edirəm  ki,  bundan  sonra  da  atıla-

caqdır” [14]. 

  

Bu m



əsələyə  dövlət  başçısı  səviyyəsində  münasibət bildirilməsi onun 

xüsusi ön

əm kəsb etdiyini və milli təhlükəsizliklə bağlı məsələlərin və məxfi 

m

əlumatların  daim  onun  şəxsi nəzarətində  olduğunu  göstərir. Belə  ki, 24 



sentyabr 2014-cü ild

ə  “Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrinin Er-

m

ənistan  Respublikası  Silahlı  Qüvvələri ilə  təmas xəttində  bəzi təhlükəsizlik 



t

ədbirləri haqqında” AR Prezidentinin Sərəncamı verildi. Sərəncam “Azərbay-

can  Respublikası  Silahlı  Qüvvələrinin Ermənistan  Respublikası  Silahlı  Qüv-

v

ələri ilə  təmas xəttinə  bitişik  ərazilərdə  təhlükəsizlik tədbirlərini güclən-



dirm

ək, milli təhlükəsizlik və  müdafiə  mülahizələrinə  görə  xüsusi  əhəmiyyət 

k

əsb edən obyektlərin  dislokasiyası,  təyinatı,  silahlı  birləşmələrin strateji, 



operativ v

ə səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, 

şəxsi heyətinin  sayı  barədə  məlumatların,  eləcə  də  “Dövlət  sirri  haqqında” 

Az

ərbaycan  Respublikasının  Qanununa  görə  dövlət sirri təşkil  edən hərbi 



sah

əyə  aid digər məlumatların  kütləvi informasiya vasitələrində  və  İnternet 

informasiya  ehtiyatlarında,  o  cümlədən  sosial  şəbəkələrdə  yayılmasının 

qarşısını almaq məqsədi ilə” qəbul olunmuşdu. 

S

ərəncamla AR Müdafiə  Nazirliyinin üzərinə  mühüm vəzifə  qoyuldu. 



Bel

ə  ki, 4.2-ci maddəsinə  görə  Nazirlik kütləvi informasiya vasitələrində  və 

internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə cəbhəboyu 

zonadakı vəziyyətlə bağlı verilən məlumatların mütəmadi monitorinqini təmin 

etm

əli və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa görə 



dövl

ət sirri təşkil  edən məlumatları  yayan  şəxsləri müəyyən  edib  onların 

qanunla mü

əyyən  edilmiş  məsuliyyətə  cəlb  olunmasını  təşkil  etməlidir [2]. 

Əlbəttə  ki,  ƏAF-ın  subyektləri də  bu istiqamətdə  öz fəaliyyətini  gücləndir-

m

əlidir. 



 

22

 




      

Göründüyü kimi, dövl

ət sirri, hərbi sirr, xidməti sirr dövlətin və cəmiy-

y

ətin təhlükəsizliyinin təmim  olunması  üçün  olduqca  vacibdir  və  qanunla 



qorunur. Bu s

əbəbdən bu cür məsələlər yalnız dar kateqoriya şəxslərə məlum 

olmalı və daim nəzarətdə olmalıdır. 

 

Göründüyü kimi, geniş mənada ictimai həyatın bütün mühüm sahələrini 



əhatə edən dövlət sirrinin bütün növləri (hərbi, kəşfiyyat, əks-kəşfiyyat və s.) 

milli t


əhlükəsizliklə  bağlıdır.  Bununla  belə, dövlət sirrinin bir növü də  sırf 

ƏAF-lə  bağlıdır.  Bu  anlamda  (dar  mənada)  əməliyyat-axtarış  qanunverici-

liyind

ə  nəzərdə  tutulmuş  ƏAF-ın  vəzifələri ilə  bağlı  və  bu vəzifələrdən irəli 



g

ələn məxfi məlumatlar (əməliyyat-axtarış tədbirlərinin (bundan sonra – ƏAT) 

t

əşkili və keçirilməsi, agentur fəaliyyət, əməliyyat məlumatlarının mənbələri və 



s.) dövl

ət sirri sayılır və onların yayılması qadağandır. 

       

ƏAF-ın xüsusiyyətlərinə toxunan Ş. Hüseynov qeyd edir ki, “...əməliy-



yat-

axtarış  tədbirlərini həyata keçirərkən,  onların  təşkili  və  taktikası,  tətbiq 

olunan qüvv

ə, vasitə və metodlar cinayəti hazırlayan və ya törədən şəxslərdən 

gizli  saxlanılır  [10,108]..  O  göstərir ki, “... qeyri-aşkar  üsullarla  əməliyyat-

axtarış  tədbirlərinin keçirilməsi  zamanı  istifadə  edilən vasitələr, metodlar, 

müt

əşəkkil cinayətkar qruplara, kriminoqen obyektlərə  daxil  edilmiş  şəxslər, 



m

əxfi  əməkdaşlar,  onlara  konfidensial  qaydada  yardım  edən digər  şəxslər, 

əməliyyat-axtarış  tədbirlərinin təşkili  və  taktikası  barədə  məlumatlar dövlət 

sirrin


ə  aid edilir və  cinayət təqibi çərçivəsində  aşkar  istifadə  etmək üçün 

(t

əhqiqatçıya, müstəntiqə və hakimə) verilə bilməz” [10, 154]. Bu da  ƏAF-lə 



m

əxfi məlumatlar arasında  sıx əlaqənin olduğunu göstərir. ƏAF yolu ilə əldə 

olunan m

əlumatlar,  ardınca  həyata keçirilən  əməliyyat-axtarış  tədbirləri, 

onların  təşkili  və  taktikası  və  bu tədbirlər həyata keçirilərkən istifadə  olunan 

qüvv


ələr, vasitələr dövlət sirri (xidməti  sirr)  sayılır  və  onların  yayılmasının 

qarşısı  alınır.  “ƏAF  haqqında”  Qanunda  ƏAF-a aid sirlərin  qorunması  bu 

z

ərurətdən irəli gəlir. 



       

ƏAF-ın  çox  hissəsinin qeyri-aşkar üsullarla həyata keçirilməsi onun 

m

əxfi olmasına dəlalət edir. Bunu “ƏAF haqqında”  Qanunun 14-cü maddəsi-



nin VIII v

ə  IX bəndlərindən də  görmək  olar.    Burada  ƏAT-lərinin təşkili  və 

h

əyata keçirilməsinin, habelə  ƏAF sahəsində  qanunvericilikdə  nəzərdə 



tutu

lmuş  digər məlumatların  dövlət sirrinin bir növü kimi müvafiq qanunla 

əyyən edilmiş qaydada mühafizə olunması, ƏAF-ı həyata keçirərkən dövlət 



sirri v

ə  xidməti  sirr  sayılan,  ƏAF-ın  təşkilinə,  əməliyyat məlumatlarının 

m

ənbəyinə, üsul və metodlarına, eləcə də vətəndaşların şəxsi və ailə həyatına 



aid olan m

əlumatların aşkarlanmaması təsbit olunur. 

       

ƏAF-ın  keçirilməsinə  gizli surətdə  yardım  göstərən  şəxslər  haqqında 



m

əlumatlar, ƏAF nəticəsində əldə edilmiş məlumatlar, onların mənbəyi və əldə 

edilm

əsi üsulları,  ƏAF-ın  subyektlərinə  məxfilik  əsasında  kömək etməyə 



razılaşan şəxslər, şəxsin cinayətkar qruplara daxil edilməsi, ştatda olan məxfi 

əməkdaşlar  barədə  məlumatlar,  gizli  qaydada  informasiyanın  alınması  məxfi 

saxlanılmalıdır. Məs. əməliyyat tədqiqində olan şəxsdən ƏAF üçün əhəmiyyətli 

 

23



 


m

əlumatı  əldə  etmək məqsədilə  müxtəlif üsullardan istifadə  etməklə  (telefon 

danışıqlarına,  yazışmalarına nəzarət etməklə,  fahişələrdən istifadə  etməklə və 

s.) onun mü

əyyən sirləri məlum ola bilər ki, bu da məxfi məlumatlara aiddir. 

Daxil  olmuş  məlumat, o cümlədən  əməliyyat məlumatı  əsasında 

qanunvericilikd

ə  nəzərdə  tutulmuş  vəzifələrin  icrasına  başlanır,  əməliyyat-

axtarış  tədbirləri keçirilir və  müxtəlif mənbələrdən yeni məlumatların  əldə 

olunması prosesi başlanır. ƏAF yolu ilə əldə olunmuş məlumat əsasında isə baş 

ver

ə  biləcək yeni cinayətin  qarşısı  alınır.  Bu  da  bu  kateqoriya  məlumatların 



ön

əmli olduğunu bir daha göstərir. Həm də qeyd etmək lazımdır ki, əməliyyat 

m

əlumatı  və  onun mənbəyi məxfi  saxlanılmalı  və  yayılmasına  imkan 



verilm

əməlidir. 

ƏAF üçün məlumatlar xüsusi əhəmiyyət kəsb etdiyindən onlara ciddi 

v

ə diqqətlə yanaşmaq olduqca vacibdir. Məs. məlumatın (orada öz əksini tapan 



faktın)  və  hadisə  yerində  tapılan  cinayətlə  əlaqəsi olan bir əşyanın  (və  ya 

əşyaların)  tutuşdurulması  cinayətin (və  ya cinayətlərin)  açılmasına,  cina-

y

ətkarın  izinə  düşməsinə  kömək etməklə  qiymətli nəticələrə  gəlməyə  imkan 



ver

ə bilər. Təbii ki, bu cür məlumatlar məxfi saxlanılır. Onların aşkarlanması 

cinay

ətlərin  aşkarlanması,  açılması  və  qarşısının  alınmasına  yönəlmiş  əmə-



liyyat t

ədbirini poza, xeyli vaxt ərzində  hazırlanan  və  keçirilən  ƏAT-ın  üs-

tünd

ən xətt çəkə  bilər ki, bu da nəticə  etibarı  ilə  təhlükəsizliyin təmin 



olunmasına,  cinayətkarlıqla  mübarizəyə  (ağır  cinayətlərin  aşkarlanmasına, 

açılmasına,  qarşısının  alınmasına,  törədənlərin müəyyən edilib məsuliyyətə 

c

əlb  olunması  və  cəzalandırılmasına),  hüquq  mühafizə  və  xüsusi xidmət 



orqanlarının nüfuzuna mənfi təsir göstərə bilər. 

B

əzən müəyyən zamana  (cinayət aşkarlana və cinayətkarlar ələ keçiri-



l

ənə) qədər  daxil  olmuş  məlumatın  məxfiliyi  qorunmalıdır,  çünki  məxfi 

m

əlumat əsasında əməliyyat tədbiri yolu ilə müəyyən obyekti (gizli törədilən 



cinay

əti aşkar etmək üçün) nəzarətə götürmək zərurəti yaranır. Məs. psixiatriya 

x

əstəxanasında    törədilən  cinayət barədə  daxil  olmuş  əməliyyat məlumatı 



əsasında  faktı  yoxlamaq  və  aşkar  etmək məqsədilə  əməliyyat tədbiri keçirilə 

bil


ər. Təbii ki, belə  hallarda  əsas məqsəd və  həyata keçirilən  ƏAT  məxfi 

saxlanılmalıdır, çünki məlumatın sızması hazırlanan və keçirilən ƏAT-ı poza, 

n

əticə  etibarı  ilə  cinayəti  aşkarlamağa  mane  ola  bilər (məs. xəstəxananın 



əməkdaşı  həmin cinayətin  iştirakçısı  ola  bilər). Düzgün təşkil  olunmuş  və 

m

əxfi saxlanılmış ƏAT nəticəsində, hətta konspirasiya qaydalarına ciddi əməl 



etm

əklə  törədilmiş  və  ya törədilən cinayət  aşkarlanır,  onu  törədənlər isə  ifşa 

olunub m

əsuliyyətə cəlb olunur. 

Göründüyü  kimi,  hazırlanan  əməliyyat tədbirinin məxfi  saxlanılması 

cinay


ətkarı  və  ya cinayətkarları  yaxalamaq  üçün  istifadə  oluna bilər. Bu cür 

m

əlumatın  aşkarlanması  isə  hazırlanan  tədbiri poza bilər. Məs. “təşkil  olun-



muş,” yəni cinayətkarı maraqlandıran nəzarət altında verilmiş informasiyadan 

v

ə  ya  dezinformasiyadan,  onları  müəyyən yerə  cəlb etməklə  pusquya  salıb 



yaxalamaq m

əqsədilə istifadə oluna bilər. Təbii ki, belə informasiyanın məxfi 

 

24

 




saxlanılması olduqca vacibdir. 

N

əzərə  almaq  lazımdır ki,  ƏAF-ın  subyektlərinin  malik  olduğu  məxfi 



informasiyaya cinay

ətkar qruplar da maraq göstərə  bilər.  Başqa  sözlə  desək,  

hüquq mühafiz

ə orqanları ilə yanaşı cinayətkar qruplar da onları maraqlandıran 

informasiya axtarışında ola bilər. İstisna deyil ki, sonuncular üçün zəruri olan 

informasiyanı onlar həmin orqanlarda xidmət edən öz adamları (informatorları) 

vasit

əsi ilə əldə etməyə çalışa bilər. Bu da informasiyanın sızmasının qarşısını 



almaq üçün z

əruri tədbirlərin görülməsini şərtləndirir. 

Bel

ə  hallarda “nəzarətli informasiya,” yəni  informasiyanın  nəzarət 



altında şüurlu surətdə ötürülməsi üsulundan istifadə etmək təklif olunur. Belə 

ki, 


əməkdaşlar  içində  informatoru (məs. cinayətkar qrupa məlumatı  ötürəni) 

tapmaq,  onu  aşkar  etmək məqsədilə  şübhələnilən  şəxslərin hər birinə  məxfi 

olaraq f

ərqli informasiya (və  ya dezinformasiya) vermək və  ya  sızdırmaq, 

sonra is

ə nəticəsini gözləmək olar. Hansı informasiya nəzərdə tutulmuş ünvana 

çatarsa (bu özünü mü

əyyən formada bildirməlidir) onu kim tərəfindən 

ötürülm

əsini müəyyən etmək  olar.  Başqa  sözlə  desək,  şüurlu  olaraq  güya 



“m

əxfi” informasiyanın (və ya dezinformasiyanın) sızdırılması təşkil olunur.    

ƏAF-də əsas məsələlərdən biri bu fəaliyyət növünün vəzifələrinə uyğun 

olaraq müxt

əlif mənbələrdən məlumatların  əldə  edilməsidir. Məs. cinayətin 

izin


ə  düşmək üçün müxtəlif mənbələrdən məlumatların  toplanması.  Bu  cür 

m

ənbələrdən biri məxfi saxlanılan informatorlardır. Onların köməyi ilə sosial 



anomal mühit

ə  nəzarət oluna bilər. Lakin hər daxil olan məlumata dərhal 

inanmaq  da  düzgün  olmazdı.  Buna  görə,  onların  verdyi  məlumatın  həqiqətə 

uyğun  olub  olmadığını  yoxlamaq  lazım  gəlir.  Bu  baxımdan,  informatorların 

sayının  çox  olması,  məlumatın  müxtəlif mənbələrdən  əldə  olunması  verilmiş 

m

əlumatın doğruluğunu müəyyən etməyə köməklik göstərə bilər. 



  

Bu  xüsusda  “ƏAF  haqqında”  Qanunda  bu  məsələyə  xüsusi diqqət 

verilm

əsi vacib məsələlərdən  biridir.  Bu  yanaşmanı  əsas götürən qanunverici 



Qanunun 6-

cı maddəsində ƏAF nəticəsində əldə edilmiş məlumatların, onların 

m

ənbələrinin və  əldə  edilməsi  üsullarının  yayılmamasını,  hər  hansı  şəxslə 



əməkdaşlığın  məxfiliyinin və  anonimliyinin təmin  olunmasını,  öz  qulluq 

mövqeyin


ə  görə  məxfi məlumatlara və  ya xüsusi icazə  tələb edən  işlərə 

buraxılan şəxslərin yoxlanılmasını tələb edir. 

Cinay

ət prosesində  də  sirr təşkil  edən məlumatlara dair xüsusi qayda 



n

əzərdə  tutulmuşdur.  Cinayət prosesində  sirlərin  konfidensiallığı  və  onların 

qorunması  məsələlərinə  toxunan F.Abbasova belə  sirlərin  üç  kateqoriyasının 

olduğunu  (şəxsi və  ailə  sirlərini, dövlət  sirrini,  peşə  və  kommersiya sirrini) 

qeyd ed

ərək göstərir  ki,  sirr  statisunda  çıxış  edən məlumat xüsusi prosessual 



qaydada 

əldə edilir, ötürülür və qiymətləndirilir [3, 389]. 

     Bel

əliklə, ƏAF-lə əhatə olunan və qanunvericilkdə nəzərdə tutulmuş ƏAT-

l

əri, eləcə də digər məlumatlar dövlət sirri sayılır və mühafizə olunur. 



      Sirl

ərin digər qismi isə  insanların  şəxsi və  ailə  həyatına  aiddir.  Hər bir 

dövl

ətin öz sirri olduğu kimi hər bir şəxsin və ailənin də öz sirləri var və bunlar 



 

25

 




f

ərdi məlumatlar  kateqoriyasına  aiddir.  Belə  sirlərə  hörmətlə  yanaşmaq  tələb 

olunur.  Bu cür m

əlumatların  toxunulmazlığı  qanunvericilklə  təmin olunur. 

Şəxsi və ailə həyatına aid məlumatların sirr olaraq qorunmasını AR Konstitu-

siyasının 32-ci maddəsindən sezmək olar.  Burada göstərildiyi kimi, hər kəsin 

şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Şəxsi həyatın qorunması 

üçün  sirr  anlayışının  qanunvericilik  sisteminə  daxil edilməsini qeyd edən 

Z.Əsgərov  yazır ki, “ sirr sadəcə olaraq şəxsi həyatla bağlı deyil, daha geniş 

anlayışdır  və  zəruri hallarda fəaliyyət və  ya  başqa  hüquqi  məsələ  ilə  bağlı 

c

əmiyyətə informasiya ötürülməsinin qarşısını alan xüsusi hüquqi institutdur” 



[9, 159]. 

İnsanın  şəxsi həyatına  aid  sirlər özündən və  bəzən  ən  yaxınlarından 

başqa  heç  kəsə  bildirmək istəmədiyi məsələlər barədə  konfidensial məlu-

matlardır. Belə məlumatlar yalnız qanunla nəzərdə tutulmuş hallarda aşkarlana 

bil

ər.  “İnsanın  həyat tərzi,  düşüncələri,  şəxsi qeydləri,  tutduğu  gündəlik, 



yazışmaları,  telefon  danışıqları,  övladlığa  götürmə  sirri  onun  şəxsi həyatının 

sirrin


ə aiddir”. Bu cür sirlər (şəxsi, dövlət, qulluq, hərbi, peşə növlərində) heç 

kim


ə  etibar olunmayan və  olduqca  şəxsi  xarakter  daşıyan  sirlərdir [6,105]. 

T

əbii ki, bu cür məlumatların  ictimailəşdirilməsi  yalnız  şəxsin  öz  razılığı  ilə 



baş tuta bilər. Qanunverilik də elə bu mövqedən çıxış edir. 

Bununla 


əlaqədar  Ş.Hüseynov  düzgün  olaraq  qeyd  edir  ki,  “şəxsi 

h

əyatın  toxunulmazlığına,  şəxsi və  ailə  sirrinə  aid  məlumatların  yayılmasına 



qoyulan  qadağa  nəinki  əməliyyat-axtarış  fəaliyyətini həyata keçirən vəzifəli 

şəxslərə, habelə hüquq-mühafizə orqanlarına, o cümlədən, gizli surətdə yardım 

ed

ən digər şəxslərə də aiddir” [10, 103-104].  



      

Konstitusiyanın  32-ci  maddəsini  inkişaf  etdirən  “ƏAF  haqqında”  

Qanunda şəxsi və ailə həyatına aid sirlərin qorunmasına xüsusi diqqət verilir. 

Bel


ə ki, Qanunun 4-cü maddəsinin 2-ci bəndində göstərilir ki, “hər hansı şəxsin 

razılığı olmadan onun şəxsi həyatının toxunulmazlığına, o cümlədən şəxsi və 

ail

ə  həyatının  sirrinə, habelə  onun  şərəf və  ləyaqətinə  dair  əldə  edilmiş 



m

əlumatları yaymaq qadağandır”.  

        

Bu m


əsələ xüsusi önəm kəsb etdiyindən bir vacib məqamı qeyd etmək 

lazımdır. Məlum olduğu kimi, insanların şəxsi həyatı onların mənəviyyatı ilə 

bağlıdır.  Fikir,  söz  və  vicdan  azadlığı  “insanın  daxili  aləminin, xüsusilə  də 

onun intellektual-m

ənəvi tərəflərinin təzahür  formalarıdır”  [9,166].  Şəxsi 

h

əyata və ailə həyatına hörmət hüququ 1950-ci il tarixli “İnsan hüquqlarının və 



əsas  azadlıqların  müdafiəsi  haqqında  Avropa  Konvensiya”sının  8-ci maddə-

sind


ə öz əksini tapmışdır. Diqqəti çəkən məqam odur ki, bir tərəfdən, insanların 

şəxsi və ailə həyatı qorunur, digər tərəfdən, istisna hallar nəzərdə tutulur. Belə 

ki, h

əmin maddənin 2-ci bəndinə  görə  “Milli təhlükəsizlik və  ictimai  asayiş, 



ölk

ənin  iqtisadi  rifah  maraqları  naminə,  iğtişaş  və  ya cinayətlərin  qarşısını 

almaq  üçün,  sağlamlığı,  yaxud  mənəviyyatı  qorumaq  üçün  və  ya digər 

şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş 

v

ə  demokratik cəmiyyətdə  zəruri olan hallar istisna olmaqla, bu hüququn 



 

26

 




h

əyata keçirilməsinə  dövlət hakimiyyəti  orqanları  tərəfindən müdaxiləyə  yol 

verilmir.”  

       


Eyni  yanaşma  sözü  gedən  Konvensiyanın  10-cu maddəsində  də 

müşahidə  olunur. Burada öz fikrini ifadə  etmək  azadlığı  hüququ  təsbit 

olunmuşdur.  “Bu  hüquqa  öz  rəyində  qalmaq  azadlığı,  dövlət hakimiyyəti 

orqanları  tərəfindən hər  hansı  maneə  olmadan və  dövlət sərhədlərindən  asılı 

olmayaraq, m

əlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.” Həmin 

madd

ənin 2-ci hissəsində  isə  bu  azadlıqların  məhdudlaşdırılması  nəzərdə 



tutulur. Bel

ə  ki,  “Bu  azadlıqların  həyata keçirilməsi milli təhlükəsizlik,  ərazi 

bütövlüyü v

ə  ya  ictimai  asayiş  maraqları  naminə,  iğtişaşın  və  ya cinayətin 

qa

rşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxs-



l

ərin nüfuzu və  ya  hüquqlarının  müdafiəsi üçün, gizli əldə  edilmiş  məlumat-

ların açıqlanmasının qarşısını alımaq üçün və ya ədalət mühakiməsinin nüfuz 

v

ə  qərəzsizliyini təmin etmək  üçün qanunla nəzərdə  tutulmuş  və  demokratik 



c

əmiyyətdə  zəruri olan müəyyən rəsmiyyətə,  şərtlərə, məhdudiyyətlərə  və  ya 

sanksiyalara m

əruz qala bilər.” 

       

Göründüyü kimi, öz f



əaliyyətinin spesifikliyinə  (qeyri-aşkar  üsullarla 

h

əyata keçirilməsi ilə  əlaqədar) görə  insanların  şəxsi və  ailə  həyatına  aid 



sirl

ərlə  daha  çox  rastlaşan  sahələr  ƏAF  və  cinayət prosesi sahələridir. Bu 

baxımdan  bu  sferalarda  qanunvericinin  göstərilən məsələyə  xüsusi diqqət 

verm


əsi, dövlət sirrini təşkil  edən məlumatlar  sırasında  ƏAF sahəsinə  aid 

m

əlumatların  yer  alması  özü  bir  qanunauyğunluqdur.  Bu  fəaliyyət növünün 



əsasən qeyri-aşkar üsullarla həyata keçirilməsi cinayətkarlıqla mübarizə zəru-

r

ətindən doğur. ƏAF çərçivəsində tətbiq olunan ƏAT, onların uğurla nəticələn-



m

əsi bu tədbirlərin məxfi saxlanılıb qəfləti həyata keçirilməsindən çox asılıdır.  

ƏAF-ın  həyata keçirilməsi prosesində  onun subyektinə  alınması 

qanunla m

əhdudlaşdırılan informasiyalar məlum ola bilər. Belə ki, ƏAF bir çox 

halda m


əxfi (qeyri-aşkar)  üsullarla  həyata keçirildiyindən  əldə  olunan 

m

əlumatlar  insanların  şəxsi və  ailə  həyatına  aid  olmaqla  gizli  (konfidensial) 



xarakter daşıyır. Bu da bir halda şəxsi və ailə sirrinə, digər halda isə peşə və 

kommersiya sirrin

ə aid ola bilər. 

      


“İnformasiya əldə etmək haqqında” AR Qanununun 6.2.-ci maddəsində 

gör


ə “əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, şəxsin onun 

x

əbəri olmadan və  ya  etirazına  baxmayaraq  kütləvi informasiya vasitələrinin 



nümay

əndələri və başqa şəxslər tərəfindən izlənilməsi, video və foto çəkilişinə, 

s

əs  yazısına  və  digər bu cür hərəkətlərə  məruz  qalması  qanunvericiliklə 



əyyən  edilmiş  məsuliyyətə  səbəb olur.”  Bu da onu göstərir ki, müəyyən 

istisnalar olmaqla şəxsin şəxsi həyatı onun öz daxili işidir və onun icazəsi və ya 

razılığı olmadan heç kəs buna müdaxilə edə bilməz.  

  

H

əmin Qanunun 38-ci maddəsində  əldə  olunmasına  məhdudiyyətlər 



qoyulan şəxsi və ailə həyatına dair məlumatlar sadalanır. Bu sırada şəxsi həyata 

dair m


əlumatlardan biri 38.2.3-cü maddəsində göstərilir. Bildirilir ki, “cinayət 

işləri və  ya digər  hüquq  pozuntularına  dair  işlər üzrə  icraatın  gedişində 

 

27

 




toplanmış  informasiyalar  –  açıq  məhkəmə  iclasınadək və  ya hüquq pozuntu-

suna dair m

əhkəmə qərarı çıxarılanadək,  yaxud insanların mənəviyyatı, şəxsi 

v

ə  ailə  həyatının  müdafiəsi,  yetkinlik  yaşına  çatmayanın,  zərərçəkənin və  ya 



şahidin  mənafeyi, yaxud ədalət mühakiməsinin həyata keçirilməsi üçün tələb 

olunan hallarda” m

əlumatlar xidməti istifadə üçün nəzərdə tutulur. 

 H

əmin Qanunun 38.5-ci maddəsində əldə olunmasına məhdudiyyətlər 



qoyulan ail

ə həyatına dair məlumatlar sadalanır. Bu sırada göstərilir ki, əgər: 

“informasiyanın əldə olunması cinayətin qarşısını almağa, cinayətkarı tutmağa 

v

ə  ya cinayət  işində  həqiqəti müəyyənləşdirməyə  mane olursa” (38.5.2.), 



“informasiya dövl

ət təhlükəsizliyi naminə  toplanıbsa”  (38.5.4)  onların 

yayılması yolverilməzdir.  

      


Lakin  müasir  şəraitdə  şəxsi və  ailə  məlumatlarının  sızması,  kənar 

şəxslərə məlum olması və onlardan qadağan olunmuş məqsədlər üçün istifadə 

olunması  təhlükəsi mövcuddur. Belə  ki, xakkerlər  internet  saytlarında  olan 

şəxsi məlumatları oğurlaya və şantaj edərək onları açıqlamaqla hədələyə bilər. 

Bu cür m

əlumatların  açıqlanması  isə  ciddi fəsadlara yol aça bilər. Hüquq 

mühafiz

ə orqanları bu istiqamətə də nəzarəti gücləndirməlidir. 



K

onstitusiyanın 32-ci  maddəsində təsbit olunmuş şəxsi toxunulmazlıq 

hüququ cinay

ət qanunvericiliyində  şəxsi hüquq və  azadlıqlara  qəsd edən 

cinay

ətlər  (yazışma,  telefon  danışıqları,  poçt,    teleqraf  və  digər məlumatların 



sirrini pozma (155-

ci  mad.),  şəxsi həyatın  toxunulmazlığını  pozma  (156-cı 

mad.) v

ə s.) kimi göstərilmişdir. CM-nin 155-ci maddəsi “təkcə şəxsi sirri və 



ail

ə  həyatının  sirrini  mühafizə  etmir, burada obyekt bir qədər  genişdir  və  o, 

yazışmaların,  telefon  danışıqlarının  və  digər məlumatların  istənilən sirrini 

mühafiz


ə altına alır” [1, 553]. 

Ail


ənin mənafelərinə  zərər vuran cinayətlərdən biri CM-nin 175-ci 

mad. il


ə nəzərdə tutulmuş övladlığa götürmə sirrini yayma cinayətidir. Bu cür 

sirl


ərin  yayılması  bir  sıra  ağır  fəsadlara gətirib  çıxara  bilər. Məs.  övladlığa 

götürülmüş  şəxs  bunu  bildıkdə  depresiyaya  düşə, psixi travma keçirə, özünə 

q

əsd edə  bilər və  s. Bununla əlaqədar,  İ.Ağayev  qeyd  edir  ki,  “bəzi hallarda 



övladlığa  götürülənə  götürmə  faktı  məlum olur (məsələn,  əgər  onun  razılığı 

t

ələb olunursa), lakin bu, həmin  faktı  üçüncü  şəxslərə  yayan  şəxsin 



m

əsuliyyətini istisna etmir. Bu hərəkətlərin ictimai təhlükəlilik xarakteri nəinki 

övladlığa  götürülənin psixi travma ala bilməsi, həm də  ailənin  ətrafında 

mühakim


ələrin, dedi-qodunun yaranması ilə əlaqədardır” [1, 565].  

Şəxsi və  ailə  sirlərinin  qorunması  da  cinayət qanunvericiliyində  də 

diqq

ət mərkəzində olan məsələlərdəndir. Bunları Kommersiya və ya bank sirri 



olan m

əlumatları qanunsuz yolla əldə etmə və ya yayma (CM-nin 202-ci mad.), 

T

əhqiqat və  ya ibtidai istintaq məlumatlarını  yayma  (CM-nin 300-cü mad.), 



Əməliyyat-axtarış  fəaliyyəti  haqqında  qanunvericiliyi  pozma  (CM-nin 302.I. 

v

ə  302.2.-ci mad.),  Cinayət prosesində  iştirak  edən  şəxslər barəsində  tətbiq 



edil

ən təhlükəsizlik tədbirləri  haqqında  məlumatları  yayma    (CM-nin 316-cı 

mad.) cinay

ətləri təşkil  edir.  Məs.  şəxsi sirlərdən biri kommersiya sirridir. 

 

28

 




“Kommersiya sirri haqqında” AR 4 dekabr 2001-ci il tarixli Qanununda (2-ci 

mad.1-ci b

əndində) göstərilir ki, kommersiya sirri – hüquqi və fiziki şəxslərin 

istehsalat, texnoloji, idar

əetmə, maliyyə  və  başqa  fəaliyyəti ilə  bağlı 

m

əlumatlardır  ki,  sahibinin  icazəsi  olmadan  açıqlanması  onların  qanuni 



maraqlarına ziyan vura bilər. 

“ƏAF haqqında” Qanuna əsasən təqdim olunan sənədlərdəki məlumat-

ların məxfiliyinin təmin olunması prokurorlara həvalə olunur. 

        


Bel

əliklə, dövlət sirrinə  geniş  və  dar mənada  yanaşmaq  olar.  Geniş 

anlamda dövl

ət sirri milli təhlükəsizliyin təmin edilməsi ilə, dar mənada isə 

ƏAF-lə  sıx  bağlıdır.  Məxfi  xarakter  daşıyan  və  təhlükəsizliklə  birbaşa  bağlı 

olan dövl

ət sirlərinə, eləcə  də  konfidensial xarakterli məlumatlara ciddi 

yanaşılmalı  və  onların  yayılmasının  qarşısı  alınmalıdır.  Bu  mühüm  vəzifənin 

yerin

ə  yetirilməsi bütün dövlət orqanlarının, ilk növbədə isə hüquq mühafizə 



v

ə  xüsusi xidmət  orqanlarının  üzərinə  qoyulur. Ancaq məlumatların 

yayımlanması  ilə  bilavasitə  məşğul  olan  qurumlar  (KİV)  bu  məsələyə  görə 

xüsusi m


əsuliyyət  daşıyırlar.  Sonuncular  əldə  etdikləri məlumatların  ilk 

növb


ədə milli təhlükəsizlik və milli maraqlar baxımdan ölçüb biçməli, müvafiq 

qanunların  tələblərini rəhbər  tutmalı  və  yalnız  bundan  sonra  nə  cür və  hansı 

formada yayımlanmasına qərar verməlidir. Vətəndaşların şəxsi və ailə sirlərinə 

d

ə  ciddi, ehtiyatla və  məsuliyyətlə  yanaşmaq  tələb olunur. Bu zaman onlar 



ciddi m

əsuliyyət daşıdığını unutmamalıdır.  

Ancaq bu, h

əm də hüquq mühafizə və xüsusi xidmət orqanlarının daim 

ayıq-sayıq  olmasının  vacibliyini  şərtləndirir.  Bu  baxımdan  ƏAF-ın  bir  neçə 

funksiyası  diqqəti çəkir:  1.Onlar  “ƏAF  haqqında”  Qanunla  nəzərdə  tutulmuş 

ümumi v

əzifələri çərçivəsində cinayət sayılan dövlət sirlərinin və konfidensial 



m

əlumatların yayılmasının qarşısını almalı, bu növ cinayətləri vaxtında aşkar-

lamalı, açılması üçün zəruri tədbirləri həyata keçirməli və törədənləri müəyyən 

etm


əlidir. 2.  Öz təbiətinə  görə ƏAF-ın  spesifik (qeyri-aşkar və bu səbəbdən 

m

əxfi) fəaliyyət növünü həyata keçirməsi özü belə, bir halda dövlət  və xidməti 



sirdir  (ƏAT-ın  təşkili  və  həyata keçirilməsi,  informasiyanın  və  onun 

m

ənbələrinin məxfiliyi,  ƏAF-ın  subyektləri  ilə  məxfilik  əsasında  əməkdaşlıq 



ed

ən  şəxslər və  s.), digər halda isə  şəxsi və  ailə  sirləri ilə  rastlaşdığından 

onların  yayılmasına imkan verməməlidir. Bu xüsusda qeyd etmək lazımdır ki, 

yuxarıda  göstərilən  qanunvericilik  aktlarının,  o  cümlədən  “ƏAF  haqqında” 

Qanunun m

əzmunundan belə nəticəyə gəlmək olar ki, qanunvericilik əməliy-

yat-

axtarış  fəaliyyətində  iştirak  edən    şəxslərin  hüquqlarının  təminatçısı  kimi 



çıxış edir. 

 

ƏDƏBİYYAT 

1.

 

Ağayev İ. Azərbaycan Respublikasının Cinayət hüququ. Dərslik. Bakı, 2010, 832 s. 



2.

 

“Az



ərbaycan” qəzeti, 2014, 25 sentyabr. 

3.

 



Abbasova F. Cinay

ət prosesi (Ümumi hissə). Dərslik (yenidən  işlənmiş  2-ci nəşr). 

Bakı: “Zərdabi LTD” MMC, 2015, 412 s. 

4.

 



AR Cinay

ət Məcəlləsi. Bakı: Hüquq ədəbiyyatı, 2000, 350 s. 

 

29

 




5.

 

AR Konstitusiyası. Bakı, 2009, 71 s. 



6.

 

C



əfərov İ. Azərbaycan Respublikası Konstitusiyasının şərhi. Bakı: Hüquq ədəbiyyatı, 

2004, 552 s. 

7.

 

 “Dövl



ət sirrinin mühafizəsi üzrə normativ hüquqi aktlar.” Bakı: Vətən, 2005, 312 s.  

8.

 



“Əməliyyat-axtarış faəliyyəti  haqqında” 28.X.1999-cu il 728-1Q saylı AR Qanunu 

9.

 



Əsgərov Z. Konstitusiya hüququ. (Dərslik). Yenidən  işlənmiş  və  əlavələr  edilmiş 

ikinci n


əşri. Bakı: BDU, 2011, 760 s. 

10.


 

Hüseynov  Ş.  Əməliyyat-axtarış  fəaliyyətinin  əsasları.  Mühazirələr toplusu  (Dərs 

v

əsaiti) Bakı: Mütərcim, 2008, 372 s. 



11.

 

“İnformasiya əldə etmək haqqında” 30.IX 2005-ci il 1024-IIQ saylı AR Qanunu 



12.

 

“İnsan  hüquqlarının  və  əsas  azadlıqlarının  müdafiəsi  haqqında”  1950-ci il 



Konvensiyası. 

13.


 

 “Milli t

əhlükəsizlik haqqında” 29.VI. 2004-cü il 712-IIQ saylı AR Qanunu 

14.


 

“Yeni Az


ərbaycan” qəzeti 2014, 30 avqust. 

 

ВОПРОСЫ НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ, ТАЙНЫ И ИХ ОХРАНА  



В ОПEРАТИВНО-РОЗЫСКНОЙ ДЕЯТЕЛЬНОСТИ 

 

Э.Г.НАБИЕВ 

 

РЕЗЮМЕ 

 

 

В статье рассматриваются вопросы связанные с охраной государственной тайны, 

говорится  о  непосредственной  связи  государственной  тайны  с  национальной 

безопасностью,  о  том,  что  большая  часть  ОРД  представляет  собой  государственную 

тайну,  о  секретности  информации  полученной  путем  ОРД,  о  тайне  личной  и  семейной 

жизни и их охране. 

 

 

Ключевые  слова:  национальная  безопасность,  опeративно-розыскная  деятель-



ность,  государственная  тайна,  информация,  секреты  личной  жизни,  опeративно-

розыскные мероприятия. 



 

 

 

NATIONAL SECURITY, SECRET AND THEIR PROTECTION ISSUES IN 

OPERATIVE-SEARCH ACTIVITY 

 

E.G.NABIYEV 

 

SUMMARY 

 

 

The article deals with the protection of state secrets, commitment of state secrets with 



national security, confidentiality of the information obtained from this activity, secrets related 

to personal and family lives and their protection. 

 

 

Key words: national security, operative-search  activity, state secret, information, 



secrets related to personal life, operative-search events. 

 

 

 

30



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə