Mühazirə 0- saat Sığorta statistikası Plan



Yüklə 171,5 Kb.
tarix12.02.2023
ölçüsü171,5 Kb.
#100712
növüMühazirə
mühazirə sigorta


Mühazirə 10- 2 saat
Sığorta statistikası
Plan:
Sığorta anlayışı və sıgorta statistikasının predmeti.
Sıgorta statistikasının göstəricilər sistemi.
Sıgorta məbləğlərinin orta göstəriciləri.

Maliyyə sisteminin mühüm tərkib hissəsi sığorta bazarıdır. Sığortalama təsərrüfat subyektlərinin və əhalinin əmlak və qeyri-əmlak mənafeyinin müdafiəsi üzrə iqtisadi münasibətlərdir. Bu məqsədlə sığorta hadisələri baş verərkən dəyən zərəri ödəmək və sığorta məbləğini vermək məqsədi ilə pul fondları yaradılır.


Sığortanın iqtisadi əsasını müəssisələrin, idarələrin, təşkiltaların və habelə əhalinin ödənişləri hesabına yaradılan pul fondları təşkil edir.
Sığorta işində adətən iki tərəf iştirak edir: sığorta edən – sığorta fondunu yaradan və istifadə edən xüsusi təşkilatlar və sığorta olunan – sığorta fonduna müəyyən haqq ödəyən hüquqi və fiziki şəxslər. Sığorta təşkilatları öz fondlarından iki növ: əmlak, şəxsi və sosial sığortası üzrə ehtiyat (rezerv) yaradırlar.
Sığorta bazarı - pul münasibətlərinin sosial-iqtisadi sferası olmaqla burada alqı-satqı obyekti sığorta müdafiəsidir ki, bu da ona olan tələb-təklifin nisbətindən asılıdır. Sığorta bazarının inkişafı zərərçəkənlərə pulla köməklik etməklə istehsal proseslərinin fasiləsiz olmasını təmin edir.
Sığorta bazarı - əmlak, şəxsi, sosial və məsuliyyət sığortası sahələrinə ayrılır. Sığorta – icbari və könüllü ola bilər.
Əmlak sığortası – obyekti müəssisə və təşkilatların əsas və dövriyyə fondları, habelə əhalinin ev əmlakı olan sığorta növüdür.
Şəxsi sığorta - obyekti əhalinin həyatı, sağlamlığı və əmək qabiliyyəti ilə əlaqədar olan maraqlardır.
Məsuliyyət sığortası – obyekti sığorta edilənlərin müqavilə şərtlərini yerinə yetirməkdən və yaxud dəyən maddi zərəri ödəmək üzrə məsuliyyətdən ibarət olan sığorta növüdür.
Sosial sığorta - obyekti xəstəlik, bədbəxt hadisələr, uşağın doğulması və başqa hadisələrlə əlaqədar olaraq əhalinin əmək qabiliyyətini itirməsi hallarında maddi cəhətdən təmin etməkdən ibarətdir.
Əmlak sığortasının göstəricilərinə aiddir: sığorta sahəsi (Nmax), sığortalanmış obyektlərin sayı (N), sığorta hallarının sayı (ns), zərərçəkən obyektlərin sayı (Nn) sığortalanmış əmlakın sığorta məbləği (S), zərərçəkən obyetklərin sığorta məbləği (Sn), daxil olan ödənişlərin məbləği (V) və zərərin ödənilən məbləği (W).
Mütləq göstəricilərə əsasən nisbi və orta göstəricilər hesablanır.
Obyektlərin könüllü sığorta ilə əhatə olunma dərəcəsi - bağlanmış müqavilələrin sayının sığorta sahəsinə nisbəti ilə hesablanır: d=Ni : Nmak.
Zərərçəkən obyetlərin hissəsi - belə obyetklərin sayının sığortalanmış obyektlərin sayına nisbəti ilə hesablanır: d=nn:N.
Sığorta hallarının tezliyi hər 100 sığortalanmış obyektə neçə sığorta hallarırın düşdüyünü göstərir və sığorta halları sayının sığortalanmış obyetklərin sayına nisbəti ilə hesablanır: d=ns:N.
Orta göstəriilərə aiddir:
1) Sığortalanmış obyektlərin orta sığorta məbləği:

2) Zərərçəkən obyektlərin orta sığorta məbləği:
3) Verilən sığorta ödənişlərinin orta həcmi:
Sığorta haqqının orta həcmi:
burada V – daxil olan sığorta haqqının orta həcmidir.
Şəxsi sığorta göstəricilərinə aiddir: yaşama və ölüm hallarının sığortalanması, sığorta ödənişlərinin həcmi və tərkibi, sığorta məbləğlərin ödənişi. Məsuliyyət və sosial sığortalama göstəricilərinə aiddir: əhalinin sosial müdafiəsi fondunun gəlirləri və xərcləri, onların qurluşu və dinamikası, gəlirlərin yaranma mənbələri və xərclərin istiqamətəri və b.
2006-cı ilin əvvəlində respublikada fəaliyyət göstərən sığortaçıların ümumi sayı 29, onlardan milli sığortaçılar 23, birgə sığortaçılar isə 6 olmuşdur. Onların məcmu kapitalı 36 milyon manat, yəni 1997-ci ildəkindən 3,85 dəfə çox olmuşdur. 2005-ci ildə sığorta haqlarının ümumi məbləği 82560 min manat, sığorta ödənişləri isə 19110 min manat təşkil etmişdir.
Bağlanılan sığorta müqavilələrinin ümumi sayı 796,3 min, o cümlədən könüllü sığortaçıların sayı 502,3, icbari sığortaların sayı isə 294,0 minə yaxın olmuşdur. Ölkənin ÜDM-da sığorta mükafatlarının payı 1997-ci ildə 0,34 %, 2005-ci ildə isə 0,70% olmaqla iki dəfədən çox artmışdır.
Misal: Vətəndaşların könüllü sığortasına dair aşağıdakı məlumat vardır:
Sığorta sahəsi ….. ……………….372400,
nn- 3900
Bağlanmış müqavilələrin sayı ………. ……..168000
Sığortalanmış əmlakın dəyəri (S) min man. ……354800
Sığorta haqları daxil olub (V), min man…. ……5520
Sığorta ödənişləri (W), min man. ………………3600
Zərərçəkən obyektlərin sayı (nn) ………………. 1950
Sığorta təşkilatlarının fəaliyyətini xarakterizə edən göstəriciləri hesablayaq.
Həlli:

  1. Sığorta sahəsinin əhatə dərəcəsi:



Həmin əmsal nə qədər aşağı olarsa, deməli təşkilatın maliyyə vəziyyəti bir o qədər möhkəmdir.
Yüklə 171,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə