00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

 
 

83 
 
•   IV  fəsil  •  
Proqramlaşdırma 

4.  İşgüzar verilənlərin emalı: COBOL, RPG.  
5.  Süni intellekt və məntiqi cəhətdən aşırı çətin məsələlər: LISP və Prolog. 
6.  Sətirlərlə və ssenarilərlə iş: SNOBOL, REXX, Awk, Perl, Python, VBSCRIPT, 
JavaScript. 
 
 
 
 
  
1. 
Ən yaxşı proqramlaşdırma dili hansıdır? 
2. 
Python xüsusi, yoxsa ümumi təyinatlı proqramlaşdırma dilidir? 
3. 
Python dili nə vaxt və kim tərəfindən yaradılıb?  
4. 
Riyazi hesablamalar üçün əsasən hansı dillərdən istifadə olunur? 
5. 
Hansı proqramlaşdırma dillərini xüsusi dillər kateqoriyasına aid etmək olar? 
 
 
 
 
 
 
 
Bəzi proqramlaşdırma dilləri qeyri-adi məqsədlər üçün hazırlanıb. Məsələn, Piet dilində 
yazılmış proqram mücərrəd şəkil kimi görünür. Aşağıdakı şəkil bu dildə yazılmış "Hello 
World!" ("Salam, dünya!") proqramıdır. 
 
 
 
Bu dilin adının haradan qaynaqlandığını öyrənin. ChefOok!Malbolge kimi başqa 
ekzotik proqramlaşdırma dilləri haqqında məlumat toplayın. 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 
84 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1. // və % simvolları hansı riyazi əməlləri ifadə edir? 
 
2. Proqram fraqmenti yerinə yetirildikdən sonra x və y tam tipli 
dəyişənlərinin qiymətləri nə olacaq? 
 
x = 823 
y = 4 
x = x // y 
y = x % y 
 
3. Verilmiş tam ədədin 4-ə bölünüb-bölünmədiyini müəyyən edən proqram 
yazın. 
 
4. "Fikirdən iti gedən şey yoxdur" atalar sözünü klaviaturadan  qəbul edən və 
aşağıdakıları çıxışa verən proqram yazın: 
a) "iti" sözünü 
b) bütün "ə" hərflərinin sayını 
c) atalar sözünün bütün hərflərini baş hərflərlə 
 
5. Siyahıdan verilmiş  elementi silmək üçün hansı metoddan istifadə olunur? 
 
6. Verilmiş cümlədəki sözləri əks ardıcıllıqla çıxışa verən proqram yazın. 
 
7. Cümlədə ən qısa sözün uzunluğunu necə tapmaq olar? Alqoritmi söyləyin. 
 
8. Bu proqram nə edir? 
s = input() 
l = len(s) 
n = int(input("Cümlədə sözün nömrəsini daxil edin: ")) 
s = s.split(' ') 
 
print(s[n-1]) 
 
9. Altproqramlardan hansı məqsədlər üçün istifadə olunur? 
ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR 


 
 
 
 
İNFORMASİYA TEXNOLOGİYALARI 
19. Qraf informasiya modeli 
20. Qraflarla bağlı məsələlər 
21. Kompüter şəbəkələri 
22. İnformasiyanın ötürülməsi 
23. Veb-saytların yaradılması 
24. İnformasiya cəmiyyətinə aid 
saytın hazırlanması 
25. İnternetdə ünvanlama
 
5


 
 
86 
 
 
 
 
 
 
 
 
 
 
 
 Q
RAF İNFORMASİYA MODELİ 
 
 
 
 
Verilmiş strukturun göstərilən elementlərinin adlarını qeyd edin. 
 
 
 
Nəticəni müzakirə edək: 
– Bu struktur informasiya modelinin hansı növünə aiddir? 
– Yol nədir və bu strukturda hər hansı iki təpə arasında neçə yol var? 
 
 
Siz  7-ci  sinifdə  informasiya  modelinin  cədvəl,  8-ci 
sinifdə isə ağac növü ilə tanış olmuşsunuz. İndi isə daha bir 
növlə – qraf və ya şəbəkə informasiya modeli ilə tanış ola-
caqsınız.  
Təqdim olunmuş xəritə fraqmentində Azərbaycanın bir 
bölgəsinin  rayon  mərkəzləri  arasındakı  avtomobil  yolu 
göstərilib. Rayon mərkəzlərini böyük nöqtələr (və ya kiçik 
dairələr),  onları  birləşdirən  yolları  isə  düz  xətlərlə  bir-
ləşdirsək, uyğun sxem alınar.     
 
 
F ə a l i y y ə t
 
 
19 
 İnformasiya modeli nədir? 
 Bir obyektin bir neçə növ informasiya modeli ola bilərmi? 
 
 
• 
Qraf 
• 
Təpə 
• 
Til 
• 
Qonşuluq siyahısı
 
• 
Qonşuluq matrisi
 
• 
Əlaqəli qraf
 
• 
Yönəldilmiş qraf 
S ö z l ü k  
İNFORMASİYA 
TEXNOLOGİYALARI 
5


 
 

87 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları 

         
 
 
Öz aralarında ixtiyari qaydada birləşmiş müəyyən sayda obyektdən ibarət olan 
struktura qraf deyilir. Proqramlaşdırmada bəzən “qraf” termininin əvəzinə “şəbəkə”   
terminlərindən  istifadə  olunur.  Qrafı  təşkil 
edən obyektlər təpələr, onları birləşdirən xət-
lər isə tillər adlanır. Qrafın hər hansı iki təpəsi 
tillə birləşdirilməyə də bilər. Çox zaman qra-
fın təpələri ardıcıl nömrələnir, yaxud hərflərlə 
işarələnir. 
 
Qraflar  nəzəriyyəsinin  yaranmasına  səbəb  görkəmli  riyaziyyatçı 
Leonard  Eylerin  1736-cı  ildə  Köniqsberq  (indiki  Kalininqrad) 
şəhərində olarkən həll etdiyi bir əyləncəli məsələ olub.   
Şəhərdən keçən çay onu dörd hissəyə bölürdü və bu his-
sələr  yeddi  körpü  vasitəsilə  birləşirdi.  Şəhərin  sadələş-
dirilmiş planında körpülər rəqəmlərlə, şəhərin hissələri isə 
hərflərlə işarə olunub.   
  
                                     
 
 
 
Həmin dövrdə məşhur olan məsələ isə belə idi: hər körpüdə yalnız bir dəfə olmaqla bütün 
körpülərdən necə keçmək olar?    
Eyler bu məsələni həll etməyin mümkün olmadığını müəyyənləşdirdi. O, şəhərin hissə-
lərini uyğun olaraq A, B, C və D nöqtələri ilə, körpüləri isə bu nöqtələri birləşdirən xətlər 
vasitəsilə göstərdi. Beləliklə, qoyulmuş məsələ belə bir məsələyə ekvivalent olur: qələmi 
kağızdan ayırmadan və hər xətdən yalnız bir dəfə keçməklə bu fiquru çəkmək olarmı? 
 
Adətən, qraflar iki üsulla təqdim edilir: qonşuluq siyahısı və qonşuluq matrisi
Qonşuluq siyahısında hər bir təpə üçün ona bitişik təpələr sadalanır. Bu formada 
Oğuz 
Qəbələ 
Ağdaş
Ucar 
Ağsu  Qobustan 
Şamaxı 
İsmayıllı 
Kürdəmir 
Göyçay 
Adi qraf
Təpə
Til
C
A

B
1
3
2
4



1
2
3
4
5
6
7
A
D
C
B
Leonard  
Eyler  
(1707-1783) 


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə