00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

 
 

71 
 
•   IV  fəsil  •  
Proqramlaşdırma 

 
S
İYAHILAR  
 
 
 
 
 
s = 0 
for 

in 
range
(1, 101): 
    s = s + i 
print
(s) 
 
Nəticəni müzakirə edək: 
– Verilmiş proqram fraqmentinin icrasının nəticəsi nə olacaq? 
– Bu fraqmentdə hansı alqoritmik strukturdan istifadə olunub? 

 range
() funksiyası nə edir? 
 
Çoxlu  sayda  verilənləri  bir  yerdə  saxlamaq  üçün  Python  dilində  siyahılardan 
geniş istifadə olunur. Siyahı nizamlı şəkildə saxlanılan obyektlər yığınıdır. Siyahını 
təşkil  edən  obyektlərə  onun  elementləri  deyilir.  Siyahıda  ədədlər,  sətirlər,  başqa 
siyahılar, yaxud bunların hamısını eyni zamanda saxlamaq olar. Siyahının hər bir 
elementinə bir nömrə (indeks) uyğundur ki, ona həmin nömrə vasitəsilə müraciət 
etmək olar. İstənilən an siyahının elementlərini dəyiş-
mək, ona yeni elementlər  əlavə etmək, yaxud hansısa 
elementləri  siyahıdan  uzaqlaşdırmaq  olar.  Python 
dilində  siyahının  elementləri  kvadrat  mötərizədə 
yazılar və onlar bir-birindən vergüllə ayrılır. Məsələn, 
aşağıda  lst  dəyişənində  saxlanılan  və  elementləri 
həftənin günləri olan siyahı örnək olaraq verilmişdir. 
 
>>>
  lst = [
'Bazar ertəsi'

'Çərşənbə axşamı'
,  
'Çərşənbə'

'Cümə axşamı'

'Cümə'

'Şənbə'

'Bazar'

 
Python dilində siyahının elementləri sıfırdan başlayaraq nömrələnir. Yuxarıdakı 
nümunədə 'Bazar ertəsi'
 
elementinin nömrəsi (indeksi) 0-a bərabərdir. lst 
siyahısının i indeksli elementinə müraciət etmək üçün, sadəcə, lst[i] göstərmək 
lazımdır.
 
 
>>>
  lst[2]
 
'Çərşənbə' 
 
 
 
F ə a l i y y ə t
 
1
16 
 Mətn redaktorunda nişanlanmış və nömrələnmiş siyahılar necə yaradılır? 
 Siyahı şəklində göstərilmiş bu suallar onun hansı növünə aiddir? 
 
 
• 
Siyahı 
• 
Siyahının elementləri 
• 
İndeks 
• 
Kəsik
 
• 
Dövr 
S ö z l ü k  


 
 
72 
 
 
Mövcud siyahının hər hansı elementini çox asanca dəyişmək olur. Bunun üçün 
siyahının uyğun indeksli elementinə, sadəcə, yeni qiyməti mənimsətmək lazımdır.    
lst[i] = x yazılışı lst siyahısının i indeksli elementinin x qiyməti ilə əvəz-
lənməsini bildirir. Məsələn, lst[3] = 
'4-cü gün' 
komandasının icrasından 
sonra həftənin günləri ilə bağlı siyahının 4-cü (3 indeksli) elementi dəyişəcək.  
 
>>>
  lst[3] = 
'4-cü gün' 
>>>
  lst
 
['Bazar ertəsi', 'Çərşənbə axşamı', 'Çərşənbə', '4-cü gün', 
'Cümə', 'Şənbə', 'Bazar'] 
 
Bəzən  bütövlükdə  siyahıdan  deyil,  onun  hər  hansı  kəsiyindən  (alt  siyahıdan) 
istifadə etmək lazım gəlir. Məsələn, əgər bizə lst siyahısının yalnız i indeksindən 
j indeksinədək elementləri lazımdırsa, onda bunu lst[i:j] kimi göstərmək olar. 
(Nəzərə alın ki, i indeksli element yekun siyahıya daxildir, j indeksli element isə 
daxil deyil.)  
 
>>>
  lst[1:3] 
['Çərşənbə axşamı', 'Çərşənbə']
 
 
Siz  istər  ALPLogo,  istərsə  də  Python  mühitində    dövrlərlə  tanış  olmuşsunuz. 
Proqramlaşdırmada,  xüsusən  siyahılarla  (bir  çox  dillərdə  massivlərlə)  iş  zamanı 
dövrlərdən istifadə olunması çox əlverişli olur. Məsələn,   
 
lst = [
'Bazar ertəsi'

'Çərşənbə axşamı'
,  
'Çərşənbə'

'Cümə axşamı'

'Cümə'

'Şənbə'

'Bazar'

for 

in 
lst: 
    print
(s) 
 
proqram  fraqmentinin  icrasından  sonra  həftənin  günləri  aşağıdakı  şəkildə  çıxışa 
veriləcək: 
 
Bazar ertəsi 
Çərşənbə axşamı 
Çərşənbə 
Cümə axşamı 
Cümə 
Şənbə 
Bazar 
 
Yalnız ədədlərdən ibarət olan siyahılar üçün xüsusi funksiyalar vardır. Məsələn, 
sum() funksiyası siyahının elementlərinin cəmini hesablayır: 
>>> 
mas = [1, 2, 3, 4] 
>>> 
sum
(mas) 
10 


 
 

73 
 
•   IV  fəsil  •  
Proqramlaşdırma 

Siyahılarla bağlı əsas funksiyalar (əməllər) və onların təsviri aşağıdakı cədvəldə 
göstərilib. 
Funksiya və ya əməl
Təsviri 
len
(lst)
 
Siyahının elementlərinin sayı müəyyən olunur. Məsələn: 
>>>
 lst = [1, 2, 3] 
>>>
 len
(lst) 
3
  
lst1 + lst2
 
lst2  siyahısının  elementləri  lst1  siyahısının  sonuna 
əlavə olunur. Məsələn: 
>>>
 lst1 = [1, 2, 3] 
>>>
 lst2 = [
'bir'

'iki'

'üç'

>>>
 lst1 + lst2 
[1, 2, 3, 'bir', 'iki', 'üç']
 
min(lst)
 
Qiyməti ən kiçik olan element müəyyən edilir. Məsələn: 
>>> 
lst1 = [1, 2, 3, 85, -42, 33, 84] 
>>> 
min
(lst1) 
-42 
Sətir tipli kəmiyyətlərdə əlifba sırası əsas götürülür.
 
>>> 
lst2 = [
'əlli'

'altmış'

'yetmiş'

>>> 
min
(lst2) 
'altmış' 
max(lst)
 
Qiyməti ən böyük olan element müəyyən edilir.
  
Məsələn:
 
>>> 
lst = [1, 2, 3, 85, -42, 33, 84] 
>>> 
max
(lst) 
85
 
del lst[i]
 
Siyahıdan i nömrəli element uzaqlaşdırılır.
 
Məsələn:
 
>>> 
lst = [1, 2, 3, 
'bir'

'iki'

'üç'

>>>
 del
 lst[2] 
>>>
 lst 
[1, 2, 'bir', 'iki', 'üç'] 


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə