00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   24   25   26   27   28   29   30   31   32

 
 
98 
 
 
Sonuncu kompüter birinci kompüterə birləşdirilir və beləliklə də halqa qapanır. 
Bu topologiyanın da çatışmazlıqları  üstünlüklərindən çoxdur.  Məsələn, şəbə-
kədəki nasazlıqların axtarışı mürəkkəbdir. Kompüterin birinin sıradan çıxması 
ona  birləşmiş  kompüterlərin  və  nəhayət,  bütün  şəbəkənin  işinə  təsir  göstərir. 
Buna görə də bir zamanlar populyar olan halqavarı şəbəkələrə indi çox az rast 
gəlinir. 
 
 
3.  Ulduz topologiyası. Hesablama texnikasının ilk çağlarından meydana çıxan bu 
topologiyada  şəbəkədə  olan  bütün  istifadəçilər  güclü  mərkəzi  kompüterə  qo-
şulur. Belə konfiqurasiyada bütün verilənlər seli yalnız mərkəzi kompüterdən 
keçməklə ötürülür; şəbəkənin bütün hissələri arasındakı informasiya mübadi-
ləsinin idarə olunmasına da məhz mərkəzi kompüter cavabdehdir. 
 
 
 
 


 
 

99 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları 

 
 
 
  
 
1. Kompüter şəbəkələri miqyaslarına görə hansı növlərə bölünür?  
2. “Müştəri–qulluqcu” və "tay-tuşlar" adları haradan qaynaqlanır? 
3. Topologiya nədir və kompüter şəbəkələrində hansı topologiyalardan istifadə olunur? 
4. Məktəbinizdə kompüter şəbəkəsi varsa, həmin şəbəkənin hansı topologiya ilə qurulduğunu 
müəyyən edin.  
5. Bütün növ şəbəkə topologiyaları qrafdırmı? 
 
 
 
 
Aşağıdakı qrafların hansı şəbəkə topologiyalarına uyğun olduğunu müəyyənləşdirin.   
 
 
 
 
 
"Fəaliyyət"  bölümündə  qurduğunuz  qraf  bu  qrafların  hansına  bənzəyir?  Qurduğunuz 
qraflar üçün hər bir tilin çəkisinin onun uzunluğu olduğunu qəbul edərək çəki matrisi 
yaradın. 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 
100 
 
 
  
İ
NFORMASİYANIN ÖTÜRÜLMƏSİ  
 
 
 
 
 
 
Aşağıdakı şəkillərin tarix baxımından ardıcıllığını müəyyən edin. Onların əsasında in-
formasiyanın ötürülmə üsullarını təsvir edin.
  
 
 
Nəticəni müzakirə edək: 
– Bu vasitələrin hər biri ilə hansı növ informasiya ötürülür?
 
– Sizcə, informasiyanın ötürülməsinin daha hansı üsulları cəmiyyətin inkişafında böyük 
əhəmiyyət kəsb etmişdir?
 
 
İnsan cəmiyyətində informasiya mübadiləsi olmasa idi, ümumiyyətlə, cəmiyyət 
inkişaf  etməzdi.  Toplanmış  informasiyaların,  əldə  olunmuş  biliklərin  insanlar 
arasında  yayılması,  bir  nəsildən  başqa  nəslə  ötürülməsi  bəşəriyyətin  inkişafının 
başlıca amili olmuşdur. 
İnformasiyanın ötürülməsi ilə bağlı istənilən prosesi aşağıdakı çox sadə sxemlə 
göstərmək olar. 
 
İnformasiya 
mənbəyi
Rabitə kanalı
İnformasiya 
qəbuledicisi
 
 
F ə a l i y y ə t
 
 
22 
 Adi və mobil telefonlarla danışıq zamanı informasiyanın keçdiyi yolu necə 
təsəvvür edirsiniz? 

İnternet vasitəsilə informasiya necə ötürülür?
 
 


 
 

101 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları 

İnformasiya  mənbəyindən  çıxan  informasiya  rabitə  kanalından  keçərək 
informasiya qəbuledicisinə çatır. Bu sxemdəki üç hissənin hər birinin öz xassələri
başqa sözlə, parametrləri var və ötürülmənin keyfiyyəti bu parametrlərdən asılı olur. 
İnformasiyanın ötürülməsinin yuxarıda göstərilən sxemi sadələşdirilmiş sxemdir. 
Əslində isə həmin proses aşağıdakı şəkildə baş verir. 
 
 
 
İnformasiya mənbəyi canlı varlıq, yaxud texniki qurğu (məsələn, kompüter) ola 
bilər. İnformasiya oradan kodlaşdırıcı qurğuya (məsələn: modemə) daxil olur. Bu 
qurğu ona daxil olan informasiyanı ötürmək üçün əlverişli formaya çevirir. Rabitə 
kanalından (məsələn, telefon xəttindən) keçən informasiya dekodlaşdırıcı qurğuya 
(məsələn, modemə) düşür ki, bu qurğu kodlaşdırılmış məlumatı qəbuledicinin başa 
düşdüyü formaya çevirir.
 
Verilənləri bir kompüterdən başqasına ötürmək üçün həmin verilənləri daşıyan 
müəyyən növ aralıq bağlayıcıya ehtiyac var. Bu bağlayıcı rabitə kanalı adlanır. Belə 
kanala nümunə kimi bu gün həyatımızda mühüm rol oynayan telefon şəbəkəsini gös-
tərmək olar. Telefon sistemi dünyadakı bütün telefon şəbəkələrinin – yerli, uzaqmə-
safəli, mobil və peyk rabitəsi şəbəkələrinin toplusudur. Telefon şəbəkəsi səs rabitəsi 
üçün nəzərdə tutulsa da, indi ondan verilənlərin (faks, e-poçt, canlı audio və video) 
ötürülməsi məqsədilə də istifadə olunur. 
Verilənləri kanal vasitəsilə göndərmək üçün istər fiziki, istərsə də simsiz rabitə 
vasitələri lazım olur. 
 
Fiziki vasitələr. Verilənləri daşımaq üçün fiziki vasitələrin bir neçə növü var: 

 
Sarınmış cütlük kabeli. Telefon sistemlərinin əksəriyyətində istifadə olunan bu 
kabel çox ucuzdur. Bu kabel bir-birinə sarınmış iki ayrıca izolyasiya olunmuş na-
qildən  ibarətdir.  Naqillərdən  biri  siqnalı daşıyır, o biri naqil isə yerlə əlaqələn-
dirilir. Yerlə əlaqələndirilmiş (ucu torpağa bağ-
lanmış)  naqil  radiomaneələri  “udur”  və  bu-
nunla da o biri naqillə ötürülən siqnalı qoruyur. 

 
Koaksial kabelƏsasən televiziya sənayesində 
istifadə olunan bu növ kabellər kompüter şəbə-
kələrində  də  geniş  yayılıb.  Koaksial  kabel  iki 
naqildən:  silindrik  formalı  ekrandan  və  onun 
içərisində  izolə  edilmiş  mərkəzi  teldən  ibarət 
olur.  Bu  izolyasiyaya  görə  koaksial  kabeldən 
İnformasiya 
mənbəyi
Kodlaşdırıcı 
qurğu
Rabitə kanalı
Dekodlaşdırıcı 
qurğu
İnformasiya 
qəbuledicisi

Fiziki vasitələr
• 
Simsiz vasitələr
 
• 
Sarınmış cütlük kabeli
 
• 
Koaksial kabel
 
• 
Fiber-optik kabel
 
• 
Radiosiqnallar
 
• 
Mikrodalğalar
 
• 
Peyk rabitəsi vasitələri 
S ö z l ü k  


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə