00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   24   25   26   27   28   29   30   31   32

 
 
102 
 
 
keçən siqnallar qonşu keçiricilərə, digər elektrik qurğularının yaratdığı maneələr 
isə koaksial kabeldən keçən siqnallara təsir etmir. Göstərilən üstünlüklərinə görə 
bu kabellər sarınmış cütlük kabellərinə nisbətən bahadır

 
Fiber-optik kabelFiber-optik kabel (optik lif kabeli) nazik, elastik şüşə boru-
cuqlardan hazırlanır. Bu kabellərin ənənəvi metal rabitə xətlərindən bir sıra üstün-
lükləri var. Buraxılış zolağının eni çox böyük olduğundan o daha çox verilənləri 
daşıya bilir; metal naqillərə nisbətən daha yüngüldür və maneələrə daha az həs-
sasdır. Fiber-optik kabellərin əsas çatışmazlığı onların kövrək və baha olmasıdır. 
 
Verilənlərin ötürülməsi üçün fiziki vasitələr
 
Sarınmış cutluk kabeli 
 
Koaksial kabel 
 
Fiber-optik kabel 
 
Hazırda verilənləri daşımaq üçün fiziki vasitələrlə yanaşı, simsiz vasitələrdən də 
geniş istifadə olunur. 
•  Radiosiqnallar. Radiosiqnallar vasitəsilə ötürülmə zamanı ötürücü və qəbuledici 
antenalar arasında görünüş xəttinin olması vacibdir; belə ki, siqnal bir mənbədən 
o  birisinə  düz  xətt  boyunca  ötürülür.  Radioveriliş  üçün  siqnalları  göndərən 
radioötürücü aparatın və siqnalları qəbul edən radioqəbuledicinin olması lazımdır. 
•  Mikrodalğalar. Mikrodalğalı siqnallar fəzada elektromaqnit dalğaları formasında 
yayılır. Onlar da radiosiqnallar kimi, bir mikrodalğa stansiyasından digərinə düz 
xətt  üzrə  göndərilir.  Maneələrin  təsirindən  qaçmaq  üçün  mikrodalğa  stansi-
yalarının əksəriyyəti yüksəkliklərdə, yaxud hündür binaların başında quraşdırılır. 
•  Peyk  rabitəsi  vasitələri.  Rabitə  peykləri  orbitdə  Yerin  səthindən  on  minlərlə 
kilometr məsafədə hərəkət edir. Belə yüksəklik peykə Yerlə eyni sürətlə fırlan-
maqla  Yer  səthindəki  bir  nöqtə  üzərində  sabit  mövqe  saxlamağa  imkan  verir. 
Peykdəki avadanlıqlar Yerdən göndərilən siqnalları gücləndirir və onları yenidən 
Yerə qaytarır. 
Şəbəkə qurarkən bu rabitə vasitələrindən hər hansı birini seçmək üçün bir neçə 
amili  –  şəbəkənin  növünü,  ölçüsünü  (miqyasını)  və  onun  maya  dəyərini  nəzərə 
almaq lazımdır. 
 
 
 


 
 

103 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları 

Verilənlərin ötürülməsi üçün simsiz vasitələr 
 
            
 
 
                  Mikrodalğa qüllələri                                                    Peyk rabitəsi 
 
 
 
 
 
  
 
1. Verilənlərin ötürülməsinin ümumi sxemi necədir?  
2. Rabitə kanalı nədir və onları necə təsnif etmək olar? 
3. Verilənlərin ötürülməsi üçün hansı simsiz rabitə vasitələrindən istifadə olunur? 
4. Məktəbinizin kompüter şəbəkəsində hansı növ kabeldən istifadə olunub? 
5. Sizcə, mobil telefonlarda informasiya hansı siqnallar şəklində ötürülür?  
Wi-Fi və Wi-Max texnologiyaları haqqında İnternetdən məlumat toplayın.  
Bu texnologiyalarda informasiyanın ötürülməsinin maksimal sürəti nə qədərdir? Onla-
rın hansı üstünlükləri və çatışmazlıqları var? 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 
104 
 
 
  
V
EB-SAYTLARIN YARADILMASI
 
   
 
 
 
 
 
1.  Hər hansı brauzer proqramını başladın.  
2.  informatika.edu.az saytını açın. 
3.  Ümumi menyusunun Layihə haqqında bəndinə daxil olub saytın məqsədi ilə tanış 
olun. 
4.  Məsələlər menyusunun Ümumi siyahı bəndinə daxil olun. Bir neçə məsələnin şərti 
ilə  tanış  olun.  Sonra  Statistika  bəndinə  daxil  olun.  Diaqramlarla  yaxından  tanış 
olun.  
5.  İstifadəçilər menyusunun Reytinq bəndinə daxil olun. Birinci yerdəki istifadəçinin 
adını çıqqıldadın və açılan səhifədə onun nəticələri ilə tanış olun. 
 
 
 
Nəticəni müzakirə edək: 
– Saytın istifadəçiləri arasında hansı proqramlaşdırma dili daha populyardır? 
İstifadəçilərin neçə faizi proqramlarını Python dilində yazır?  
– Sadə məsələ – tam ədədlər – A50 məsələsini neçə nəfər düzgün həll edib? 
 
 
 
F ə a l i y y ə t
 
 
23 
 Veb-səhifə nədir və onu veb-saytdan nə fərqləndirir? 
 Veb-səhifələri nümayiş etdirmək üçün proqramlar necə adlanır? 
 
 


 
 

105 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları 

Kompüterlərin İnternetə çıxışı çox zaman telefon şəbəkəsi 
vasitəsilə həyata keçirilir. Təəssüf ki, informasiyanın telefon 
şəbəkəsi ilə ötürülmə sürəti elə də böyük deyil. Buna görə də 
vahid zamanda göndərilən simvolların miqdarını, başqa söz-
lə, trafiki azaltmaq üçün İnternetdə sənədin özü deyil, onun 
xüsusi dildə təsviri göndərilir.  HTML (HyperText Markup 
Language,  hipermətn  nişanlama  dili)  adlı  bu  dil  veb-sənədləri  təsvir  etmək  üçün 
nəzərdə tutulub (HTML "eyç-ti-em-el", yaxud "haş-ti-em-el" kimi tələffüz olunur). 
Sənədin  bu dildə  yazılmış  təsvirini  alan  brauzer  mətni  formalaşdırmaqla  və  illüs-
trasiyaları  uyğun  yerlərə  qoymaqla  sənədi  yenidən  yaradır.  Hər  dəfə  veb-səhifəni 
açarkən,  əslində,  HTML  dilində  yazılmış  sənəd  açılmış  olur.  Bütün  veb-sənədlər 
HTML dilinin köməyi ilə formatlanmışdır.  
İnformasiyanı  ekrana  necə  çıxartmağı  brauzerə,  yaxud  başqa  proqrama  gös-
tərmək üçün HTML dilində teqlər toplusundan istifadə olunur. Teqlər mətnin bra-
uzerdə əksolunma qaydasını müəyyənləşdirən göstərişlərdir. Teq həmişə açan künc 
mötərizə (< işarəsi) ilə başlayır və bağlayan künc mötərizə (> işarəsi) ilə bitir.
 
Teq-
lərin  köməyi  ilə  sənəddə  bölümlər,  abzaslar,  siyahılar,  rəsmlər,  cədvəllər,  kolon-
titullar və başqa obyektlər təyin oluna bilər. Hər 
bir blokun daxilində şrifti, simvolların ölçüsünü, 
mətnin  rəngini  dəyişmək,  mətni  kursivlə  seç-
dirmək, yaxud onu qalın etmək olar. HTML-in 
yaradıcısı  Tim  Berners-Li  (Tim  Berners-Lee) 
hesab olunur. 
 
 
 
 
 
• 
Veb-sayt 
• 
Veb-səhifə 
• 
HTML 
• 
Teq 
• 
Baş səhifə 
S ö z l ü k  
 
Tim Berners-Li 
(1955)  


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə