00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə29/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   24   25   26   27   28   29   30   31   32

 
 
94 
 
 
 
 
 
1  təpəsinin  dərəcəsi  6  olduğundan  (Arif  altı  görüş  keçirdiyindən)  bu  təpə  qalan 
təpələrin hamısı ilə birləşmiş olacaq. 7 təpəsinin dərəcəsi isə 1 olduğundan onun qon-
şu təpəsi yalnız 1 təpəsi olacaq.  
{2,  3,  4,  5,  6}  təpələr  çoxluğundan  yaranan  H
1
  altqrafına  baxaq.  Bu  altqraf  G 
qrafından 1, 7 təpələrini və onlardan çıxan tilləri uzaqlaşdırmaqla alınır. Ona görə də 
5 təpəsi olan H
1
 qrafında təpələrin dərəcələri belə olacaq:  
d(2) = 4, d(3) = d(4) = 2, d(5) = d(6) = 1. 
H
1
 qrafında 2 təpəsi bütün təpələrlə, 5 və 6 təpələri isə yalnız 2 təpəsi ilə qonşudur. 
İndi {3, 4} təpələr çoxluğundan yaranan H
2
 altqrafına baxaq. Bu qraf H
1
 qrafından 2, 
5, 6 təpələrini və onlardan çıxan tilləri uzaqlaşdırmaqla alınır.  
H
2
 qrafında d(3) = d(4) = 1, yəni bu qraf aşağıdakı şəkildədir: 
 
 
 
 
Uzaqlaşdırılmış 2, 5, 6 təpələrini geri qaytarsaqH
1
 qrafını alaraq: 
 
 
 
 
İndi isə uzaqlaşdırılmış 1 və 7 təpələrini geri qaytarsaq, tələb olunan G qrafını alarıq: 
 
 
 
Bu qraf məktəblilərin yarışda görüşlərini təsvir edir. 
Beləliklə, Ceyhun (qrafın 3 təpəsi) 1, 2 və 4 təpələrinə uyğun olan Arif, Bəkir və 
Dadaş ilə görüş keçirib. Aydındır ki, bu qraf əsasında başqa məktəblilərin də kimlərlə 
görüşdüyü ilə bağlı suala asanlıqla cavab vermək olar.   
 
 
 


 
 

95 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları 

  
 
1. 
Hər bir tilinə müəyyən ədəd uyğun olan qraf necə adlanır? 
2.  Çəki  matrisi  baş  diaqonala  nəzərən  simmetrik  olmayan  qrafda  hansı  xassələr  mütləq 
olmalıdır: dövrəsi var; çəkilidir; yönəldilmişdir, dövrəsizdir, əlaqəlidir? 
3. Verilmiş çəki matrisinə uyğun qrafın neçə tili var? A və E təpələrini birləşdirən tilin çəkisi 
nəyə bərabərdir? 
 
 
 
 
4. Verilmiş çəki matrisindəki ədədlər qonşu məntəqələr arasındakı məsafəni bildirirsə, A–B–
D–E yolunun uzunluğu nəyə bərabərdir? 
5. Şəkildə A, B, C, D, E, F, G şəhərlərini birləşdirən yolların sxemi verilmişdir. Hər bir yolla 
yalnız göstərilən istiqamətə hərəkət etmək olar. A şəhərindən G şəhərinə neçə müxtəlif 
yolla getmək olar? 
 
 
 
Öyrəndiklərinizi  
yoxlayın
 
F
D
A
C
G
B
E


 
 
96 
 
 
 
K
OMPÜTER ŞƏBƏKƏLƏRİ 
 
 
 
 
 
 
Məktəbinizdəki kompüter şəbəkəsinə uyğun qraf qurun. Bunun üçün hər bir kompüteri 
qrafın təpələri olaraq qeyd edin. Əgər şəbəkə yoxdursa, hesab edin ki, sinfinizdə hər bir 
şagirdin qarşısında kompüter var və onlar arasında kabel bağlantısı qurulub. 
 
Nəticəni müzakirə edək: 
–  Kompüter  şəbəkəsinin  sxemində  hansı  növ  qrafdan  istifadə  etdiniz:  adi,  yoxsa 
yönləndirilmiş qrafdan? Səbəbini izah edin. 
– Əgər çəkdiyiniz qrafda hər hansı tili silsəniz (yəni iki kompüter arasındakı bağlantını 
kəssəniz), bunun kompüter şəbəkəsinin işinə necə təsiri olacaq?
 
 
Bildiyiniz kimi, kompüter şəbəkələri bir neçə kompüterdən də təşkil oluna bilər, 
yüz milyonlarla kompüteri də birləşdirə bilər. Miqyasına görə kompüter şəbəkələrini 
bir neçə növə ayırırlar, ancaq onların içərisində yerli şəbəkələr (lokal şəbəkələr) və 
genişmiqyaslı şəbəkələr (qlobal şəbəkələr) daha geniş yayılmışdır. Mütəxəssislər, 
adətən, LAN (Local Area Networks) və WAN (Wide Area Networks) qısaltmalarına 
üstünlük verirlər. Adlarından da göründüyü kimi, lokal şəbəkələr əsasən məhdud, 
qlobal şəbəkələr isə daha geniş coğrafi ərazini əhatə edir. 
Yerli şəbəkələrin müxtəlif növləri olsa da, onlardan ikisindən daha çox istifadə 
olunur: “müştəri–qulluqçu və “tay-tuşlar şəbəkəsi. 
 
 
 
“Tay-tuşlar” şəbəkəsi 
 
 
“Müştəri–qulluqçu” şəbəkəsi 
 
 
F ə a l i y y ə t
 
 
21 
 Kompüter şəbəkəsi nədir? 
 Lokal şəbəkə dedikdə nə nəzərdə tutulur?  
 
 
Server


 
 

97 
 
•  V  fəsil  •  
İnformasiya texnologiyaları 

 “Müştəri–qulluqçu”,  yaxud  “müştəri–
server” şəbəkəsi (client-server network).  Bu 
növ yerli şəbəkədə iş stansiyalarının və serverin 
imkanlarından maksimum istifadə etmək məq-
sədilə  idarəetmə  onlar  arasında  paylanır.  Bu 
arxitekturada  tətbiqi  proqramın  emalı  müştəri 
və  server  kompüterləri  arasında  bölüşdürülür. 
Adətən, server olaraq daha güclü kompüterdən 
istifadə  edilir.  Server  müştəriyə  çoxistifadəçi 
mühitində  işləməyin  ənənəvi  üstünlüklərini  –  verilənlərin  idarə  edilməsi,  infor-
masiya  ilə  kollektiv  işləmək,  verilənlərin  şəbəkə  inzibatçılığı  və  onların  qorunma 
imkanlarını verir. 
“Tay-tuşlar” şəbəkəsi (peer to peer network). Bu növ arxitekturalı şəbəkədə 
bütün kompüterlər eyni dərəcəlidir. Burada heç bir kompüter server kimi ayrılmır. 
Şəbəkədə  olan  istifadəçilər  kompüterlərində  olan  fayllardan  hansılarını  digər  isti-
fadəçilərlə paylaşmalarını özləri müəyyənləşdirir. Bu növ şəbəkələri quraşdırmaq və 
idarə etmək çox asandır. Kiçik ofislər, adətən, “tay-tuşlar” şəbəkəsinə üstünlük verir. 
Kompüter şəbəkəsini qurarkən topologiyanın, yəni şəbəkə qurğularının və kabel 
infrastrukturunun quraşdırılması sxeminin əhəmiyyəti çox böyükdür. Elə topologiya 
seçmək  lazımdır  ki,  şəbəkə  etibarlı  və  səmərəli  işləsin,  şəbəkədə  verilənlər  selini 
rahat  idarə  etmək  mümkün  olsun.  Şəbəkələrin  əksəriyyəti  üç  təməl  topologiyaya 
əsaslanır:
 
1.  Şin  topologiyası.  Bu  topologiyada  bütün  kompüterlər  bir-biriylə  bir  kabellə 
birləşdirilir. Belə şəbəkəyə göndərilən verilənlər şəbəkədəki bütün kompüter-
lərə ötürülür. Hər bir kompüter məlumatın ona ünvanlanıb-ünvanlanmadığını 
yoxlayır. Əgər ona ünvanlanıbsa, onda kompüter məlumatı qəbul edərək emal 
edir. Şin topologiyasına xətti topologiya da deyilir. Bu topologiya çox sadədir 
və ucuz başa gəlir (az kabel sərf olunur), ancaq onun bir sıra çatışmazlıqları var. 
Belə  şəbəkənin  hansısa  hissəsinin  sıradan  çıxması  bütün  şəbəkənin  işini 
dayandırır. Məhz  həmin  çatışmazlıqlar səbəbindən  vaxtilə çox  populyar  olan 
şin topologiyalı şəbəkələrdən indi, demək olar ki, istifadə edilmir.
 
 
 
 
2.  Halqa topologiyası. Bu topologiyada hər bir kompüter başqa iki kompüterlə 
elə  birləşir  ki,  onların  birindən  informasiyanı  alıb  başqasına  verə  bilsin. 
• 
Lokal şəbəkə 
• 
Genişmiqyaslı şəbəkə 
• 
"Müştəri-qulluqçu" şəbəkəsi 
• 
"Tay-tuşlar" şəbəkəsi 
• 
Topologiya
 
• 
Şin topologiyası
 
• 
Halqa topologiyası
 
• 
Ulduz topologiysı 
S ö z l ü k  


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə