00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

 
 

65 
 
•   IV  fəsil  •  
Proqramlaşdırma 

      hasil = hasil * q 
      n = n // 10 
  print
(
'Rəqəmlərin cəmi ='
, cem) 
  print
(
'Rəqəmlərin hasili ='
, hasil) 
 
 
 
  
 
1. 
Python proqramlaşdırma dilində şərhlər necə göstərilir? 
2. 
İkirəqəmli tam ədəd verilib. Bu ədədin öncə soldakı rəqəmini (onluqları), sonra isə 2 
boşluq simvolundan sonra sağdakı rəqəmini (təklikləri) çıxışa verin.  
3. 
Verilmiş natural ədədin sağdan üçüncü rəqəmini çıxışa verin. 
4. 
Verilmiş ədədin 3-ə bölünüb-bölünmədiyini müəyyənləşdirən proqram yazın. 
5. 
Aşağıda sözlərlə verilmiş alqoritmi Python dilində proqrama çevirin. 
  Hər hansı ikirəqəmli müsbət ədəd daxil edin. 
  Həmin ədədi özünə vurun. 
  Alınan ədədin üzərinə seçdiyiniz ədədin 4 mislini gəlin. 
  Nəticənin üzərinə 3 ədədini əlavə edin. 
  Alınan nəticəni seçdiyiniz ədəddən 3 vahid böyük ədədə bölün. 
  Seçdiyiniz ədədi qismətdən çıxın. 
  Cavabı ekrana çıxarın. 
Aşağıdakı proqram kodunu araşdırın və onun nə etdiyini aydınlaşdırın. İkinci sətirdəki 
abs() funksiyası ədədin mütləq qiymətini hesablayır. Riyaziyyatdan bildiyiniz kimi, 
ədədin mütləq qiyməti onun işarəsiz kəmiyyətidir, məsələn:  
abs(4) = 4, abs(-4) = 4. 
m =
 int
(
input
(
'Üçrəqəmli tam ədəd daxil edin: '
)) 
n = 
abs
(m) 
 
a = (n // 100) % 10 
b = (n // 10) % 10 
c = n % 10 
k = 100 * c + 10 * b + a 
 
if
 m < 0: 
   
print
(-k) 
else

   
print
(k) 
 
Proqramın düzgün işləyib-işləmədiyini müxtəlif mənfi və müsbət üçrəqəmli ədədlər  
üzərində yoxlayın. 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 
66 
 
 
 
S
ƏTİRLƏR 
 
 
 
 
Aşağıdakı proqramı Python mühitində yazıb icra edin. 
 
s1 = 
'a'
 
s2 = 
'l'
 
s3 = 
'p'
 
print
 (s1 + s2 + s3) 
print 
(
"a"

"l"

"p"

 
Nəticəni müzakirə edək: 
– Proqramda hansı növ kəmiyyətdən istifadə olunub? 
Hər iki 
print
 operatorunun nəticəsi eynidirmi? Fərqlidirsə, nə etmək lazımdır ki, 
onlar eyni olsun?
 
 
Python dilində geniş istifadə olunan kəmiyyətlərdən 
biri də sətirlərdir. Sətir hər hansı simvollar ardıcıllığıdır. 
Sətirlər, adətən, tək dırnaq (') işarələri arasında yazılır, 
ancaq bu məqsədlə adi dırnaq (") işarəsindən də istifadə 
olunur, məsələn: 'Bu bir örnəkdir.', "Maraq-
lanıb soruşmaq bilik əldə etməyin ya-
rısıdır.".  Sətir  hərflərdən,  ədədlərdən,  başqa 
simvollardan, o cümlədən boşluq simvolundan ibarət ola bilər. Sətirləri dəyişənlərə 
mənimsətmək də olar, məsələn:  
a = 'Azərbaycan ', b = 'Cümhuriyyəti'. 
Ədədlərlə  olduğu  kimi,  sətirlər  üzərində  də  müəyyən  əməliyyatlar  aparılır. 
Məsələn,  iki  sətrin  cəmi  onların  bir-birinə  "yapışdırılmasından"  əmələ  gələn  yeni 
sətir olur. 
 
 
 
 
  
Sətirdə  hər  bir  simvolun  durduğu  mövqedən  asılı  olaraq  öz  nömrəsi  olur.  Bu 
nömrədən həmin simvolun tapılması, yaxud sətirdən kəsilib ayrılması üçün istifadə 
etmək olar. Sətirdə simvolların nömrələnməsi Python dilində 0-dan başlanır. İkinci 
 
 
F ə a l i y y ə t
 
 
15 

Proqramlaşdırmada sətir nədir? 

Python dilində rəqəmlərdən ibarət sətir ədəddən necə fərqləndirilir?  
 
 
• 
Sətir 
• 
Boş sətir 
• 
İndeks 
• 
Sətrin uzunluğu
 
• 
Metod 
S ö z l ü k  


 
 

67 
 
•   IV  fəsil  •  
Proqramlaşdırma 

simvolun nömrəsi 1, üçüncünün 2 və beləcə davam 
edir.  Proqramlaşdırmada  bu  nömrəyə  indeks 
deyilir.  İndeksə  görə  sətirdə  konkret  simvolu 
bilmək olar. Məsələn: 
 
   
 
 
İki indeksdən istifadə etməklə sətrin bir hissəsini ayırmaq olar. Ona kəsik deyilir. 
 
  
 
Diqqət  edin  ki,  ikinci  indeks  olaraq  4  göstərilsə  də,  həmin  mövqedəki  simvol 
kəsilib ayrılmış sətirdə yoxdur. Başqa sözlə, ikinci indeksin mövqeyində olan simvol 
kəsiyə daxil edilmir. Bu indekslərdən hər hansı birini göstərməmək də olar. Əgər 
birinci indeks buraxılmışsa, Python avtomatik olaraq kəsiyə 0-cı simvoldan başlayır, 
ikinci indeks buraxılmışsa, sonadək bütün simvolları götürür.    
 
 
 
Sətirdə boşluq simvolları da daxil olmaqla bütün simvolların sayına sətrin uzunluğu 
deyilir. Xüsusi len() funksiyasının köməyi ilə sətrin uzunluğunu bilmək olar. 
 
    
 
Bildiyiniz kimi, proqram işləyərkən istifadə olunan bütün verilənlər kompüterin 
operativ  yaddaşında  saxlanır.  Proqram  başqa  qaynaqlarda  yerləşmiş  verilənlərə 
xarici verilənlər kimi baxır. Verilənlərin xarici mənbələrdən alınması əməliyyatına 
giriş və ya daxiletmə, verilməsinə isə çıxış deyilir. Sətir tipli kəmiyyətləri də ədədi 
verilənlər kimi klaviaturadan proqrama daxil etmək üçün input()funksiyasından 
istifadə olunur. Bu funksiya daxil edilən kəmiyyəti sətir kimi qəbul edir. Məsələn, a 
=  input()komandasının  icrası  zamanı  klaviaturada  123  ədədini  yığıb   
klavişini basdıqdan sonra a dəyişəni 123 qiymətini deyil, '123' qiymətini alır: 
a = '123'. Ona görə də bəzən kəmiyyətləri bir tipdən başqasına çevirmək lazım 
gəlir. 
Başqa proqramlaşdırma dillərində olduğu kimi, Python dilində də kəmiyyətləri 
bir  tipdən  başqasına  çevirmək  üçün  funksiyalar  vardır.  Məsələn,  ədədi  sətrə 
çevirmək  üçün  str()  funksiyasından,  sətri  ədədə  çevirmək  üçünsə  int() 
funksiyasından istifadə olunur.
 
 
                                                  
 
 
Python dilinin 
yaradıcısı 
Qvido  
van Rossum  
(1956) 


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə