00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə21/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

 
 
68 
 
 
Verilənləri çap etmək, başqa sözlə, çıxışa vermək üçün Python dilində print() 
funksiyası nəzərdə tutulub. Bu funksiya vasitəsilə eyni zamanda həm mətn, həm də 
dəyişənlərin qiymətlərini çıxışa vermək olar. 
 
  
 
Bu nümunədə print() funksiyası bütün qiymətləri bir sətirdə çıxışa verir və 
onları bir-birindən ayırmaq üçün aralarına boşluq simvolu artırır. Ancaq qiymətləri 
ayırmaq üçün başqa üsullar da vardır. Məsələn, çıxışa verilən qiymətlərin arasına 
vergül, defis kimi simvollar qoymaq olar. Ayırıcı kimi istifadə olunan simvol sep 
parametri vasitəsilə göstərilir (məsələn: sep = '-'). Əgər sep = '\n' olarsa, 
onda hər bir qiymət yeni sətirdə çap olunacaq. 
 
 
 
 
 
Bildiyiniz kimi, hər bir obyekt  müəyyən xassələrə malikdir. İnformatikada bu 
xassələrin iki növünü fərqləndirirlər: əlamət xassələri və hərəkət xassələri. Əlamət 
xassələrinə, sadəcə, obyektin xassələri, hərəkət xassələrinə isə obyektin metodları 
deyilir.  
Proqramlaşdırma dillərində hər hansı obyektin metodunu göstərmək üçün xüsusi 
yazılışdan istifadə olunur: öncə obyektin adı, sonra onun metodu yazılır, onları bir-
birindən  ayırmaq  üçünsə  aralarına  nöqtə  qoyulur  (məsələn:  s1.upper(), 
S.find(
'a'
, 5, 10)). Python dilində sətirlərə obyekt kimi baxılır və hər bir 
obyekt  kimi  onların  da  öz  metodları  olur.  Onlardan  daha  tez-tez  istifadə  olunanı 
s = 
input
() 
print
(s[2]) 
... 
 
Bu  proqram  fraqmenti  aşağıdakı  alqoritmin  ilk  iki  addımına  uyğundur.  Həmin  alqo-
ritmin qalan addımlarına uyğun operatorları da proqrama əlavə edin.    
Alqoritm 
1. Klaviaturadan hər hansı simvollar sətrini daxil edin.  
2. Daxil edilən sətrin 3-cü simvolunu çıxışa verin. 
3. Sətrin sonuncu simvolunu çıxışa verin.  
4. Sətrin ilk beş simvolunu çıxışa verin. 
5. Sətrin sonuncu iki simvolu istisna olmaqla qalan simvollarını çıxışa verin. 
6. Sətrin cüt indeksli simvollarını çıxışa verin. 
7. Sətrin tək indeksli simvollarını çıxışa verin. 
8. Sətrin uzunluğunu çıxışa verin. 
 
Araşdıraq- 
          öyrənək  


 
 

69 
 
•   IV  fəsil  •  
Proqramlaşdırma 

find  metodudur. Bu metod verilmiş sətirdə onun altsətrini tapmaq üçün nəzərdə 
tutulub. Axtarılan altsətir tapılırsa, metod altsətrin birinci dəfə rast gəlindiyi yerin 
indeksini  qaytarır.  Əgər  axtarılan  altsətir  tapılmırsa,  metod  -1  qiymətini  qaytarır. 
Məsələn:
 
 
>>>
 
S =
 
'Maraqlanıb soruşmaq bilik əldə etməyin yarısıdır.'
 
>>> 
print
(S.find(
'bilik'
)) 
20 
>>> 
print
(S.find(
'ar'
)) 

>>> 
print
(S.find(
'kitab'
)) 
-1 
find metodunun başqa parametrləri də ola bilər. S.find(T, a, b) yazılışı 
S  sətrində  T  altsətrinin  S[a:b]  kəsiyində  axtarıldığını  göstərir.  Ancaq  nəzərə 
almaq lazımdır ki, S.find(T, a, b) metodunun qaytardığı qiymət T altsətrinin 
kəsikdəki indeksi deyil, S sətrindəki indeksi olur.
  
 
>>> 
print
(S.find(
'a'
, 5, 10)) 

 
 
 
Proqramda istifadə olunacaq dəyişənlərin təsviri:  
s – daxil edilən sətir; 
soyad, ad – sətirdəki birinci və ikinci söz
k – sətirdə sözlərin arasında olan boşluq simvolunun mövqeyi. 
 
Məsələnin həll alqoritmi: 
1.  Sətir daxil edilir. 
2.  find metodu vasitəsilə boşluq simvolunun yeri müəyyən olunur. 
3.  Sətrin başlanğıcdan boşluq simvolunadək hissəsi soyad dəyişəninə 
mənimsədilir. 
4.  Sətrin boşluqdan sonrakı simvolundan sonadək hissəsi ad dəyişəninə mənim-
sədilir. 
5.  İkinci sözdən (ad) , boşluq simvolundan və birinci sözdən (soyad) ibarət 
yeni sətir yaradılır. 
6.  Yeni sətir çıxışa verilir. 
 
s = 
input
() 
p = s.find(
' '

soyad = s[:p]  
      
# birinci söz – soyad 
 
ad = s[p + 1:]  
 
# ikinci söz – ad 
s = ad + 
' '
 + soyad  
print
(s) 
Soyadınız və adınızı klaviaturadan daxil edən və onların yerlərini dəyişərək 
(yəni öncə adınızı, sonra soyadınızı) çıxışa verən proqram yazın.
 
 
 
Məsələ
 


 
 
70 
 
 
Sətir obyektinin başqa metodları da vardır ki, onlardan bəzilərinin təsviri aşağıdakı 
cədvəldə göstərilib.  
 
Metod 
Təsviri 
s1.count(s0) 
s1 sətrində s0 altsətrinə neçə dəfə rast gəlindiyini müəyyən 
edir.  Məsələn: 
>>>
 
s1 =
 
'abrakadabra' 
>>>
 
s1.count(
'ab'
)
 

s1.strip() 
Sətrin başlanğıcında və sonundakı boşluq simvolları 
uzaqlaşdırılır. Məsələn: 
>>>
 s1 = 
'    abc          '
 
>>>
 s1.strip() 
'abc' 
s1.replace(s2,s3)
Verilmiş sətrin s2 fraqmenti s3 fraqmenti ilə əvəz olunur. 
Məsələn: 
>>> 
s1 = 
'Qırğızıstan'
 
>>>
 s1.replace(
'Qırğız'

'Qazax'

'Qazaxıstan' 
s1.capitalize() 
Sətirdə birinci hərf baş (böyük) hərfə çevrilir. Məsələn:  
>>>
 s1 = 
'diqqətli olun'
 
>>>
 s1.capitalize() 
'Diqqətli olun' 
s1.upper() 
Sətirdəki bütün hərflər baş hərflərlə əvəz olunur. Məsələn: 
>>>
 s1 = 
'Qusar Quba Xaçmaz'
 
>>>
 s1.upper() 
'QUSAR QUBA XAÇMAZ' 
s1.lower() 
Sətirdəki bütün hərflər kiçik hərflərlə əvəz olunur. Məsələn: 
>>> 
s1 = 
'Abı-Sırğaçiçəyi-Sarı-Qara'
 
>>>
 s1.lower() 
'abı-sırğaçiçəyi-sarı-qara' 
 
 
  
1.  Sətir nədir? 
2.  Proqramda giriş və çıxış əməlləri nəyi bildirir və Python dilində onlar hansı funksiyalar 
vasitəsilə ifadə olunur.   
3.  Metod nədir? 
4.  Verilmiş sözün hərflərini tərs ardıcıllıqla çıxışa verən proqram tərtib edin.  
5.  Sətrin ortasındakı simvolu çıxışa verin. Əgər simvolların sayı cütdürsə, ortadakı iki 
simvolu çıxışa verin. 
 
 
 
Öyrəndiklərinizi  
yoxlayın
 


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə