00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə17/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

 
 
54 
 
 
3.  A2 xanasına ABŞ dollarının cari kursunu yazın (məsələn: 1,5). 
4.  Qalan xanaları nümunəyə uyğun doldurun. 
 
 
5.  F4 xanasına =D4*E4 düsturunu daxil edib  klavişini basın. Xanada düsturun 
nəticəsi olan 400 qiyməti görünəcək, kursor isə qonşu xanaya keçəcək. 
6.  Yenidən  F4  xanasına  keçin.  Xana  qalın  qara  çərçivəyə  alınacaq 
.  Excel 
proqramında  aktiv  xanalar  belə  seçdirilir.  Siçanın  göstəricisini  çərçivənin  sağ  aşağı 
küncündəki  kiçik  kvadratdan  üzərinə  aparın.  Göstərici  +  şəklini  alacaq.  Siçanın  sol 
düyməsini basıb saxlamaqla göstəricini 9-cu sətrədək aşağı "dartın".   
7.  F4 xanasındakı düstur F5:F9 xanalar diapazonuna köçəcək. Düsturlar hesablanacaq və 
nəticələr xanalarda əks olunacaq. Həmin xanalara keçib düsturlardakı istinadların necə 
dəyişilməsinə diqqət yetirin.
 
8.  G4 xanasına =F4*$A$2  düsturunu yazın. Xanada "sistem bloku"nun manatla məbləği 
əks  olunacaq.  6-cı  addımdakı  üsuldan  istifadə  edərək  düsturu  G5:G9  xanalar 
diapazonuna köçürün.  
9.  Qurğuların  yekun  məbləğini  ABŞ  dolları  ilə  hesablamaq  üçün
 
F4:F10
 
xanalar 
diapazonunu  seçdirin.  Alətlər  zolağındakı 
  düyməsini,  yaxud  Formulas 
menyusundakı  uyğun  düyməni  çıqqıldadın.  F10  xanasında  bütün  malların  yekun 
məbləği hesablanıb əks olunacaq. 
 
 
10.  Malların manatla yekun məbləğini eyni qayda ilə hesablayın. 
11.  A2  xanasında  ABŞ  dollarının  manata  nəzərən  məzənnəsini  dəyişin  və  xanalardakı 
dəyişikliklərə diqqət yetirin. 
12.  Faylı uyğun ad altında saxlayın. 
 


 
 

55 
 
•   III  fəsil  •  
Tətbiqi proqramlar 

Bəzən hesablamalarda müxtəlif standart funksiyalardan (riyazı, məntiqi,  ma-
liyyə, statistik və s.) istifadə olunur. Bu funksiyalarla düstur zolağında  
  düymə-
sini çıqqıldadıb açılan dialoq pəncərəsində tanış olmaq mümkündür.  
 
 
  
 
 
 
1.  Elektron cədvəl proqramlarında hansı tip verilənlərdən istifadə olunur? 
2.  Düsturlarda mütləq ünvanlama nədir və onlar necə işarə olunur?  
3.  Aşağıdakı nümunəyə uyğun cədvəl yaradın.  
a)  A1 xanasında cari ili göstərin.  
b)  Dostlarınızın soyad, ad və doğum illərini cədvəlin uyğun xanalarına yazın.  
c)  Siyahıdakı birinci dostunuzun yaşını hesablamaq üçün D4 xanasına uyğun düstur 
yazın. Həmin düsturu D sütununun qalan xanalarına da köçürün.  
 
 
 
4.  A2 xanasında avtomobilin sürətini, B2 xanasında onun yola sərf etdiyi zamanı göstərin. 
C2 xanasında düstur vasitəsilə  avtomobilin getdiyi  yolu  hesablayın (s=vt).  Sürət  (A2 
xanasındakı qiyməti) və zamanı (B2 xanasındakı qiyməti) dəyişməklə gedilən yolun (C2 
xanasının qiymətinin) necə dəyişdiyini izləyin. 
5.  Elektron cədvəlin bir fraqmenti verilib. C1 xanasındakı düsturu C2 və C3 xanalarına 
köçürdükdə həmin xanalarda hansı qiymətlər olacaq?
 
 
 
Excel proqramında |
x|  ABS , √x  SQRT , sin   SIN  , cos   COS  riyazi funksiya-
larının yazılışı ilə tanış olun. Elektron cədvəlin A sütununu arqument (x),  B – E sü-
tunlarını  isə  uyğun  funksiyalar  üçün  ayırın.  Arqumentin  10  müxtəlif  qiymətində 
funksiyaların qiymətlərini hesablayın. 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 
56 
 
 
  
E
LEKTRON CƏDVƏLDƏ DİAQRAMLAR 
 
 
 
 
 
 
1.  Microsoft Excel elektron cədvəl proqramını başladın.
 
2.  Azərbaycan Respublikasının əhalisi ilə bağlı aşağıdakı cədvəli qurun. Cədvəlin baş-
lığını A1 xanasına yazın, cədvəlin özünü isə A3:J5 xanalar diapazonuna yerləşdirin. 
 
Əhalinin yaş qrupları üzrə bölgüsü (2015-ci ilin əvvəlinə) 
 
0-9
 
10-19
 
20-29
 
30-39
 
40-49
 
50-59
 
60-69
 
70 və 
yuxarı 
Cəmi
 
əhali 
Əhalinin sayı 
(min nəfərlə) 
1489,1  1427,5  1866,5 
1465,1  1305,9  1170,7  473,1 
395,1
 
9593,0
 
Əhalinin sayı 
(faizlə) 
15,6 
14,9 
19,4 
15,3 
13,6 
12,2 
4,9 
4,1 
100 
 
3.  Fayla uyğun ad (məsələn: Azərbaycan əhalisi) verib saxlayın. 
 
Nəticəni müzakirə edək: 
– Ölkəmizdə 50 yaşadək nə qədər əhali var? 
Bu cədvəli sütunlu, yoxsa dairəvi diaqramla göstərmək daha əlverişli olar? 
 
Elektron cədvəllər, əsasən, böyük həcmdə eynitipli ədədi verilənlərin tez və key-
fiyyətlə emalı üçün nəzərdə tutulsa da, onları qrafik şəkildə göstərməklə daha əyani 
və anlaşıqlı edir. Cədvəl verilənlərinin qrafik təqdim edilməsi üçün başlıca vasitə 
diaqramlardır.  
Diaqram verilənləri qrafik formada əyani təqdim etmək üçün nəzərdə tutulub. 
Diaqramlar verilənləri daha yaxşı təhlil etməyə, onları müqayisə etməklə cədvəldə 
gözə çarpmayan qanunauyğunluqları aşkarlamağa imkan verir.  
Elektron cədvəl proqramlarında xətti, dairəvi, sütunlu və başqa növ diaqramlar 
qurmaq mümkündür. 
 
 
Xətti diaqram 
 
Dairəvi diaqram 
 
Histoqram 
 
 
F ə a l i y y ə t
 
1
13 
 Mətn redaktorunda diaqramlar necə qurulur? 
 Diaqramların hansı növləri ilə tanış olmuşsunuz? 
 
 


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə