00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə19/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   15   16   17   18   19   20   21   22   ...   32

 
 
 
 
 
 
 
 
 
 
 
 
PROQRAMLAŞDIRMA 
 
14. Ədədlərlə iş 
15. Sətirlər 
16. Siyahılar 
17. Funksiya 
18. Proqramlaşdırma dillərinin 
təsnifatı 
 
 
4


 
 
62 
 
 
 
 
 
 
 
Ə
DƏDLƏRLƏ İŞ 
 
 
 
 
Python dilində verilmiş aşağıdakı proqram fraqmentini diqqətlə gözdən keçirin və onun 
nəyi yerinə yetirdiyini araşdırın. Kompüterdə icra etmədən proqramın sonunda i dəyişəni-
nin qiymətini müəyyən edin.  
i = 1 
while
 
i <= 10: 
      
print
 
(i*i) 
      i = i + 1 
Nəticəni müzakirə edək: 
Nə üçün 
print
 operatoru 
while
 operatoru ilə eyni səviyyədə (sütunda) yazılmayıb? 
– Sonuncu i = i + 1 sətri
 
while
 operatoru ilə eyni səviyyədə olsa idi, sonda i 
dəyişəninin qiyməti nə olardı? 
 
Python proqramlaşdırma dilində proqram kodu adi mətn faylı olur. Bu fayl hərf 
və  rəqəmlərdən,  boşluq,  durğu  və  başqa  simvollardan  ibarətdir.  Mətn  sətirlərə 
bölünür. Hər bir Python operatoru bir neçə sətirdə yazıla bilər. Bir operatoru bir neçə 
sətirdə yazmaq üçün "\" simvolundan istifadə olunur. 
Yazdığınız proqrama müəyyən müddətdən sonra qayıtmalı olsanız, qəribə olsa 
da, çox şeyi unutmuş olduğunuzu görəcəksiniz. Ona görə də həm özünüzün xatırla-
mağınız, həm də başqalarının anlaması üçün proqramın müəyyən yerlərinə şərhlər 
vermək yaxşı olardı. Adından da göründüyü kimi, şərhlər proqramın mətnini oxuyan 
şəxs üçün qeyddir. Şərhlərdən proqramın nə məqsədlə yaradıldığı, onun yaradıcısı 
haqqında məlumatı, proqramın son dəyişdirilmə tarixini, proqramdakı dəyişənlərin, 
funksiyaların təyinatını göstərmək üçün istifadə edilə bilər.  
Python dilində şərhlər "#" simvolundan sonra yazılır. Proqram maşın koduna 
çevrilərkən şərhlər nəzərə alınmır. Ona görə də bəzən proqramın hansısa hissəsini 
müvəqqəti olaraq "dondurmaq" üçün həmin hissə şərh kimi qeyd edilir. 
 
 
F ə a l i y y ə t
 
1
14 
 Proqram nədir? 
 Python proqramlaşdırma dilinin hansı operatorlarını tanıyırsınız? 
 
 
PROQRAMLAŞDIRMA 
 
4


 
 

63 
 
•   IV  fəsil  •  
Proqramlaşdırma 

Python dilində proqramın strukturu və onun iş məntiqi 
üçün sətirlərin başlanğıcındakı girintilərin (boşluq simvol-
larının)  əhəmiyyəti  böyükdür,  çünki  operatorların  qrup-
laşdırılması onlardan asılıdır. Hər hansı operatorlar qrupu 
başqa  qrupun  daxilində  ola  bilər.  Bu  halda  daxilolma 
səviyyəsi nə qədər böyük olarsa, girintinin kəmiyyəti də o 
qədər  böyük  olur.  Ancaq  nəzərə  almaq  lazımdır  ki,  bir  qrup  çərçivəsində  girinti 
kəmiyyəti eyni olmalıdır.  
Siz Python dilində ədəd tipli kəmiyyətlərlə və onlar üzərində əsas hesab əməlləri 
ilə tanışsınız. Onları bir daha xatırlayaq. 
 
Əməl 
Təsviri 
x + y
 
Toplama (x və y ədədlərinin cəmi) 
x − y
 
Çıxma (x və y ədədlərinin fərqi) 
x * y
 
Vurma (x və y ədədlərinin hasili) 
x / y
 
x-in y-ə bölünməsi (qismət) 
x // y
 
Tam ədədi bölmə (nəticə tam ədəd olur) 
x % y
 
x-in y-ə tam ədədi bölünməsindən alınan qalıq 
x ** y 
Qüvvətə yüksəltmə (x üstü y) 
−x  
Ədədin əksi 
 
Proqramlarda şərti göstərmək üçün müqayisə işarələrindən istifadə olunur. Aşa-
ğıdakı cədvəldə bu işarələrin ALPLogo və Python dillərində yazılışı göstərilib. Bu-
rada "bərabərdir" və "fərqlidir" işarələrinə xüsusi diqqət yetirin, çünki onların düz-
gün istifadə olunmaması proqram xətasına səbəb olur.  
 
ALPLogo 
Python 
Təsviri 
= == 
Bərabərdir 
<> != 
Fərqlidir (bərabər deyil) 
> > 
Böyükdür 
< < 
Kiçikdir 
>= >= 
Böyükdür və ya bərabərdir 
<= <= 
Kiçikdir və ya bərabərdir 
 
Ədədin  rəqəmlərə  ayrılması.
 
Bildiyiniz  kimi,  hər  hansı  ədədi  10-a  böldükdə 
alınan  qalıq  həmin  ədədin  sonuncu  rəqəminə,  yəni  təklik  mərtəbəsindəki  rəqəmə 
bərabər olur. Məsələn, n ədədinin təklik rəqəmi a-dırsa, onda 
a = n % 10 
Aydındır  ki,  ədədin  sonuncu  rəqəmini  atsaq,  onda  alınan  yeni  ədədin  sonuncu 
rəqəmi  ilkin  ədədin  onluq  mərtəbəsindəki  rəqəm  olacaq.  Yuxarıdakı  operator  vasi-
təsilə bu yeni ədədin sonuncu rəqəmini ayırmaqla ilkin ədədin onluq mərtəbəsindəki 
rəqəmi almış olarıq. Bu qayda ilə istənilən ədədi öz rəqəmlərinə ayırmaq olar. Ədədin 
sonuncu rəqəmini (mərtəbəsini) atmaq üçünsə onu 10-a bölüb tam hissəni götürmək, 
• 
Şərhlər 
• 
Girinti 
• 
Hesab əməlləri 
• 
Müqayisə işarələri 
S ö z l ü k  


 
 
64 
 
 
yəni tam ədədi bölmə əməlindən (
//
) istifadə etmək lazımdır. Məsələn, əgər n ədə-
dinin sonuncu rəqəmini atdıqdan sonra alınan ədəd m-dirsə, onda
 
m = n // 10 
 
 
Aşağıdakı proqramı Python mühitində yazıb icra edin. 
 
n = 
input
(
'İkirəqəmli müsbət tam ədəd daxil edin: '

n = 
int
(n) 
 
if
 n > 9 
and
 n < 100: 
   a = n % 10 
 
 
# Ədədin təkliyi
 
   b = n // 10 
 
 
# Ədədin onluq rəqəmi 
   s = a + b   
   p = a * b 
   
print
(
'Rəqəmlərin cəmi ='
, s) 
   
print
(
'Rəqəmlərin hasili ='
, p) 
else

   
print
(
'Düzgün ədəd daxil edilməyib!'

Nəticəni müzakirə edək: 
– Bu proqram nə edir? Müxtəlif ədədlər daxil etməklə proqramın düzgünlüyünü yoxla-
yın. 
print
 operatorlarını 
if 
operatoru ilə eyni səviyyədə (sütunda) yazıb nəticənin 
necə dəyişdiyini izləyin.
 
 
 
Həlli. Verilmiş ədədi n, onun rəqəmlərinin cəmini cem, rəqəmlərinin hasilini isə 
hasil dəyişəni ilə göstərək. Onda məsələnin həll alqoritmini belə ifadə etmək olar: 
 
Alqoritm 
1.  cem dəyişəninə başlanğıc 0 qiymətini mənimsətmək. 
2.  hasil dəyişəninə başlanğıc 1 qiymətini mənimsətmək.
 
3.  Nə qədər ki n sıfırdan böyükdür 
 n ədədinin 10-a bölünməsindən alınan qalığı (yəni ədədin sonuncu rəqəmini) 
tapmaq, onu cəmə əlavə etmək və hasili artırmaq; 
 n ədədinin sonuncu rəqəmini (mərtəbəsini) atmaq üçün onu 10-a tam bölmək. 
  
n = 
input
(
'Ədədi daxil edin: '

n = 
int
(n) 
cem = 0 
hasil = 1 
while
 n > 0: 
    q = n % 10     
    cem = cem + q 
 
 
F ə a l i y y ə t
 
2
Ədədin rəqəmlərinin  cəminin və  hasilinin  tapılması. Hər  hansı 
müsbət tam ədəd verilib. Onun rəqəmlərinin cəmini və hasilini tapın.
 
 
 
Məsələ


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə