00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə16/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

 
 

51 
 
•   III  fəsil  •  
Tətbiqi proqramlar 

üçün bu rejim yetərli deyil. Bunun üçün slaydların çeşid-
lənməsi  (Slide  Sorter  View)  rejimindən  istifadə  etmək 
olar. Bu rejimə keçmək üçün proqram pəncərəsinin aşağı-
sında  status  zolağında  yerləşən 
  düymələrindən 
Slide  Sorter  View  düyməsini,  yaxud  View  menyusunda 
  Slide  Sorter  düy-
məsini çıqqıldadın.
 
Bu rejimdə asanca slaydların yerini dəyişdirmək, yeni slaydlar 
əlavə etmək və slaydları uzaqlaşdırmaq olar. 
  Slaydın  yerinin  dəyişdirilməsi.  Slaydın  yerini  dəyişdirmək  üçün  siçanın 
göstəricisini onun üzərinə aparın və sol düyməsini basın. Göstəricini yeni yerə 
dartıb aparın və sonra siçanın düyməsini buraxın. 
  Slaydın uzaqlaşdırılması. Slaydı uzaqlaşdırmaq üçün onu seçdirin və 
yaxud klavişini basın.  
  Yeni slaydın artırılması. Təqdimata yeni slayd artırmaq üçün öncə onu yerləş-
dirəcəyiniz yerdən qabaqkı slaydı, sonra isə New Slide düyməsini çıqqıldadın. 
Yaradılmış slaydı redaktə etmək üçün adi rejimə keçin. 
 
 
  
 
  
1. 
Təqdimatda multimedia obyektləri dedikdə nə başa düşülür? 
2. 
Səs və video faylını slayda necə əlavə etmək olar? 
3. 
İstədiyiniz mövzuda təqdimat hazırlayın. Slaydlarda olan obyektlərə Motion Paths ef-
fektlərini tətbiq edin. 
 
 
Bildiyiniz kimi, təqdimatları daha baxımlı etmək, informasiyanı auditoriyaya hissə-
hissə  müəyyən  ardıcıllıqla  çatdırmaq  üçün  slaydın  ayrı-ayrı  obyektlərinə  animasiya 
effektləri  tətbiq olunur. OpenOffice  Impress  proqramında  bunu  necə  etməyi  ötən  il 
öyrənmisiniz. Təbii ki, bənzər  işləri  Microsoft  PowerPoint proqramında  da görmək 
mümkündür.  Animations  menyusunun 
  düyməsini  çıqqıldadın  və 
proqram  pəncərəsinin  sağ  hissəsində  yaranan  eyniadlı  paneli  araşdırın.  Yenicə 
yaratdığınız Azərbaycan şairləri adlı təqdimatın slaydlarındakı obyektlərə müxtəlif 
effektlər tətbiq edin.   
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 
• 
Slaydlar sahəsi 
• 
Aktiv slayd 
S ö z l ü k  


 
 
52 
 
 
 
E
LEKTRON CƏDVƏLLƏRLƏ İŞ   
 
 
 
Elektron  cədvəl  proqramlarında  (cədvəl  prosessorlarında)  müxtəlif  tipli  veri-
lənlərlə – simvollarla (mətnlərlə), ədədlərlə, məntiqi və tarixi göstərən verilənlərlə 
işləmək  imkanı  vardır.  Xana  üzərində  hansı  əməliyyatların  aparıla  bilməsi  həmin 
xanadakı verilənin tipindən  asılı olur. Məsələn, xanada 43248 ədədi yazılmışsa və 
mətn formatı qoyulmuşsa, onda bu ədəd 4, 3, 2, 4, 8 simvollarının ardıcıllığı kimi 
qəbul ediləcək. Əgər ədəd formatı qoyulmuşsa, onda elektron cədvəl xanada yazılanı 
ədəd kimi qəbul edəcək. Xanaya tarix formatı təyin olunmuşsa, xanadakı ədəd 28 
may 2018 tarixi kimi qəbul ediləcək (01.01.1900 tarixindən 28.05.2018 tarixinədək 
günlərin sayı 43248-ə bərabərdir).  
 
 
1.  Microsoft Excel elektron cədvəl proqramını başladın.
 
2.  Xanaların birinə hər hansı ədəd yazın, məsələn: 6723 klavişini basın. 
3.  Yenidən həmin xananı seçin. 
4.  Alətlər zolağının Number bölümündəki siyahıda 
 bəndini Date 
bəndi ilə əvəz edin və daxil etdiyiniz ədədin necə dəyişdiyinə diqqət yetirin.
 
5.  Alətlər  zolağında 
  Format 
düyməsini  çıqqıldadın  və  açılan 
menyuda Format Cells bəndini 
seçin.  Uyğun  dialoq  pəncərəsi 
açılacaq.
 
6.  Dialoq pəncərəsinin Number sə-
hifəsinə keçin. Category siyahı-
sında olan və Excel elektron cəd-
vəl  proqramında  istifadə  olunan 
verilən tiplərinə diqqət yetirin. 
7.  Siyahının  elementlərini  bir-bir 
seçməklə onlara aid verilmiş nü-
munələrlə tanış olun.   
 
Nəticəni müzakirə edək: 
– Date formatının neçə növü var? 
– Xanaya hansı ədədi daxil etmək lazımdır ki, onun formatını faizə (Persentage) 
çevirdikdə  45% göstərsin? 
 
 
F ə a l i y y ə t
 
1
12 
 Elektron cədvəllərdən nə məqsədlə istifadə olunur? 
 Elektron cədvəldə düstur necə yazılır? 
 
 


 
 

53 
 
•   III  fəsil  •  
Tətbiqi proqramlar 

Elektron cədvəlin ilk növbədə hesablamaları avtomat-
laşdırmaq  üçün  nəzərdə  tutulduğunu  və  bu  məqsədlə 
düsturlardan istifadə edildiyini bilirsiniz. Düsturda ədə-
di verilənlər, əməl işarələri, müxtəlif funksiyalar, eləcə də 
cədvəl obyektlərinin ünvanları ola bilər. Xanaların ünvan-
ları olan düsturları riyazi tənliklərlə müqayisə etmək olar: 
tənliklərdə  xanaların  ünvanlarının  yerinə  dəyişənlərdən 
istifadə edilir. 
Düsturun yazılışında xananın və ya xanalar diapazonunun ünvanı istinad vasitə-
silə  göstərilir.  İstinadlar  elektron  cədvəlin  ixtiyari  xanalarını  bir-biri  ilə  əlaqələn-
dirməyə və cədvəl verilənlərinin lazım olan emalını həyata keçirməyə imkan verir.  
Çox  zaman  eynitipli  məsələlərin  həllində  eyni  düsturlardan  istifadə  olunur. 
Müəyyən düsturu cədvəlin müxtəlif xanalarına hər dəfə yenidən daxil etməmək üçün 
onun  kopiyasından  yararlanmaq  olar.  Kopiyalama  əməliyyatını  eyni  sətir  və  ya 
sütunda olan xanalar üzərində aparmaq üçün daha əlverişli üsul vardır. Bunun üçün 
öncə  kopiyasını  köçürmək  lazım  olan  xana  seçdirilir  (bunu  xananın  ətrafında 
yaranan  qalın  qara  çərçivəyə 
görə bilmək olar). Sonra siçanın 
göstəricisini çərçivənin sağ aşağı 
küncündəki kiçik kvadrat üzərinə 
aparıb (göstərici + şəklini alacaq) 
siçanın sol düyməsini basıb sax-
lamaqla  göstərici  sətir,  yaxud 
sütun  boyunca  hərəkət  etdirilir. 
Siçanın  düyməsini  buraxdıqda  ilkin  xanadakı  düstur  seçdirilmiş  bütün  xanalara 
tətbiq  olunur. Eyni  üsulla istənilən  xananın qiymətini  başqa  xanalara rahat  və  tez 
köçürmək mümkündür. 
 
Elektron  cədvəldə  düsturu  bir  xanadan  başqasına  köçürəndə  düsturda  istifadə 
olunan xanaların ünvanları – istinadlar avtomatik olaraq dəyişir. Belə istinadlar nisbi 
istinadlar adlanır. Nisbi istinad adi formada yazılır, məsələn: F3, E7.
 
 
Bəzi hallarda düsturu bir yerdən başqa yerə köçürərkən istinadların dəyişilməsi 
tələb  olunmur.  Belə  hallarda  elektron  cədvəldə  mütləq  istinadlardan  istifadə 
olunur. Mütləq istinadda sütunun hərfinin və sətrin nömrəsinin qabağında $ simvolu 
qoyulur, məsələn: $F$3, $E$7. 
Əgər düsturda istinadın iki hissəsindən biri – ya sütunun hərfi, ya da sətrin nöm-
rəsi  dəyişilirsə,  onda qarışıq istinaddan  istifadə olunur. Bu zaman  $  simvolu  is-
tinadın yalnız dəyişilməz qalacaq hissəsinin qabağına qoyulur. Məsələn: $F3, E$7. 
 
 
 
Elektron cədvəldə nisbi və mütləq istinadlardan istifadə 
 
1.  Elektron cədvəl proqramını başladın. Boş sənəd (iş kitabı) açılacaq. 
2.  A1 xanasına 1 ABŞ dolları = ... manat mətnini daxil edin.  
 
 
 
F ə a l i y y ə t
 
2
• 
Düstur 
• 
İstinad 
• 
Nisbi istinad 
• 
Mütləq istinad
 
• 
Qarışıq istinad 
S ö z l ü k  


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə