Dissertasiyanin təRTİBİ



Yüklə 386,36 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix06.04.2023
ölçüsü386,36 Kb.
#104473
  1   2   3   4   5   6   7   8   9   ...   13
Dissertasiyanın tərtib qaydası. aak 2019



 

Azərbaycan Respublikasının Prezidenti 
yanında Ali Attestasiya Komissiyası 
Rəyasət Heyətinin 29 oktyabr 2019-cu il 
tarixli qərarı ilə təsdiq edilmişdir. 
 
 
DİSSERTASİYANIN TƏRTİBİ
Q A Y D A S I 
 
1.
 
Ümumi müddəalar 
1.1.
“Dissertasiyanın tərtibi Qaydası” (bundan sonra - Qayda) Azərbaycan 
Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə 
təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 3.13-cü 
bəndinə uyğun hazırlanmışdır.
1.2.
Dissertasiyanın mətni A4 formatında, səhifədə soldan – 30 mm, sağdan – 10 
mm, yuxarı və aşağıdan – 20 mm boş sahə saxlanılmaqla, Azərbaycan dilində latın, 
rus dilində kiril və ingilis dilində ingilis (ABŞ) əlifbası, “Times New Roman” 14 
şrifti ilə 1,5 sətirarası intervalla qara rənglə yazılır.
1.3.
Dissertasiyanın struktur bölmələrinin adları böyük hərflərlə, tünd qara rənglə 
yazılır. 
1.4.
Dissertasiyada şəkillər, cədvəllər, qrafiklər rəngli, A3 (297 mm x 420 mm) 
formatında verilə bilər və hər bir A3 formatlı səhifə
bir səhifə kimi qəbul edilir. 
1.5.
Dissertasiyanın titul səhifəsi nömrələnmir, növbəti səhifəsi “2” rəqəmindən 
başlayaraq, digər bütün səhifələri (dissertasiyanın struktur bölmələri, o cümlədən 
istifadə olunmuş ədəbiyyat siyahısı, əlavələr) ərəb rəqəmləri ilə ardıcıl nömrələnir. 
1.6.
Dissertasiya səhifələrinin sıra nömrəsi hər bir səhifənin aşağı hissəsində, boş 
sahənin sağında yazılır. 
1.7.
Dissertasiya çoxcildli olduqda hər bir cildin ayrıca titul səhifəsi olmalı və 
digər səhifələri bu Qaydanın 1.5-ci bəndinin tələblərinə uyğun nömrələnməlidir. 


 

1.8.
Fəlsəfə doktoru dissertasiyası A4 formatında, həcmi iki yüz – iki yüz qırx 
min işarə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna 
edilməklə), elmlər doktoru dissertasiyası A4 formatında, həcmi dörd yüz – dörd 
yüz qırx min işarə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı 
istisna edilməklə) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi iyirmi 
faizədək artıq, dəqiq və təbiət elmləri üzrə iyirmi faizədək az ola bilər. 
1.9.
Dissertasiyanın bir səhifəsində yazılan işarələrin sayını kompüter vasitəsilə 
dəqiq müəyyən etmək mümkün olmadıqda, bir səhifədə yazılan mətn iki min 
işarəyə bərabər tutulur. 
1.10.
Dissertasiyada istifadə edilən iqtibaslar (sitatlar) dırnaq işarəsindən istifadə 
edilməklə kursivlə verilir. 
1.11.
Dissertasiyanın yazılışı zamanı iddiaçı istifadə etdiyi materialların 
mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir. Mətndəki istinaddan sonra 
kvadrat mötərizədə əsərin ədəbiyyat siyahısındakı nömrəsi, cild (çoxcildli əsərlər 
üçün) və müvafiq səhifə(lər) verilir. Məsələn, [54, s.162], [155, c.2, s.82-83], [54, 
s.162; s.23], və s. 
1.12.
Dissertasiyanın mətnində iddiaçı tərəfindən alınmış hər bir nəticənin onun 
hansı əsərində çap olunduğuna dair istinad verilməsi tövsiyə olunur. 
1.13.
Dissertasiyanın mətni 80 qr/m
2
A4 (210 mm x 297 mm) formatında ağ 
kağızın bir üzündə çap edilir. 
1.14.
Dissertasiyanın mətnindəki bütün məlumatlar aydın görünməlidir. 
1.15.
Dissertasiya işi tikilir və qalın üz qabığında təqdim edilir. 

Yüklə 386,36 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə