Dissertasiyanin təRTİBİ



Yüklə 386,36 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix06.04.2023
ölçüsü386,36 Kb.
#104473
1   2   3   4   5   6   7   8   9   ...   13
Dissertasiyanın tərtib qaydası. aak 2019

2.
 
Dissertasiyanın strukturu 
Dissertasiya tərtib edilərkən onun strukturunda aşağıdakı ardıcıllıq gözlənilməlidir: 
- Titul səhifəsi; 
- Mündəricat; 
- Giriş; 
- Dissertasiyanın əsas məzmunu (fəsil, paraqraf, bənd); 
- Nəticə; 


 

- İstifadə edilmiş ədəbiyyat siyahısı; 
- Əlavələr; 
- İxtisarların və şərti işarələrin siyahısı (dissertasiyada olduqda). 
2.1. Titul səhifəsi 
Dissertasiyanın titul səhifəsi “Dissertasiya şuralarının yaradılması və fəaliyyətinin 
təşkili barədə Təlimat”ın əlavələrinə (Əlavə 1.3 və Əlavə 1.3.1) uyğun tərtib edilir.
2.2.
Mündəricat 
2.2.1. Mündəricatda “Mündəricat” sözü başlıq kimi göstərilir və nömrələnmir. 
2.2.2. Mündəricatda dissertasiyanın struktur bölmələrinin adları və onların 
başlanğıc səhifəsinin nömrələri əks olunur. 
2.2.3. Çoxcildli dissertasiyalarda mündəricat birinci cilddə verilir. 
2.2.4. Dissertasiyanın struktur bölmələrinin mündəricatdakı adları ilə mətndəki 
adları eyni olmalıdır.
 
2.3. Giriş 
2.3.1. Girişdə “Giriş” sözü başlıq kimi göstərilir və nömrələnmir. 
2.3.2. Dissertasiyanın girişində aşağıda qeyd olunan yarımbaşlıqlar tünd qara 
rənglə yazılmalı və abzasdan başlanmalıdır: 
-
Mövzunun aktuallığı və işlənmə dərəcəsi;
-
Tədqiqatın obyekti və predmeti; 
-
Tədqiqatın məqsəd və vəzifələri;
-
Tədqiqat metodları; 
-
Müdafiəyə çıxarılan əsas müddəalar; 
-
Tədqiqatın elmi yeniliyi; 
-
Tədqiqatın nəzəri və praktiki əhəmiyyəti; 
-
Aprobasiyası və tətbiqi; 
-
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı; 
-
Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi qeyd olunmaqla 
dissertasiyanın işarə ilə ümumi həcmi. 


 


Yüklə 386,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə