Dissertasiyanin təRTİBİ



Yüklə 386,36 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix06.04.2023
ölçüsü386,36 Kb.
#104473
1   2   3   4   5   6   7   8   9   ...   13
Dissertasiyanın tərtib qaydası. aak 2019

2.9. Cədvəllər 
2.9.1. Cədvəllər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti 
səhifədə və ya əlavələrdə verilə bilər. 


 

2.9.2. Cədvəllər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat 
əqrəbi istiqamətində döndərdikdən sonra onları rahat oxumaq mümkün olsun. 
2.9.3. Dissertasiyada cədvəllər ardıcıl nömrələnir. 
2.9.4. Dissertasiyada bir cədvəl olduqda, o nömrələnmir, “Cədvəl” sözü və 
cədvəlin adı yazılır. 
2.9.5. “Cədvəl” sözü, onun nömrəsi və adı cədvəlin üstündə sağ küncdə yazılır.
“Cədvəl” sözü və cədvəlin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd 
qara rənglə yazılır və altından xətt çəkilmir. Cədvəlin nömrəsi bir-birindən nöqtə 
ilə ayrılan fəslin, paraqrafın və cədvəlin ardıcıl nömrələrindən ibarətdir. 
Məsələn, Cədvəl 1.2.3 – yəni, birinci fəslin ikinci paraqrafının üçüncü cədvəli.
2.9.6. Cədvəl iki və daha çox səhifədə yerləşdikdə, “Cədvəl” sözü, onun nömrəsi 
və adı cədvəlin üstündə yuxarı sağ hissədə bir dəfə göstərilir. Cədvəlin qalan 
hissələrinin müvafiq yerlərində “ardı” sözü yazılır. Dissertasiyada bir neçə 
cədvəl olduqda “ardı” sözünün qarşısında “Cədvəl” sözü, onun nömrəsi qeyd 
edilir. Məsələn, Cədvəl 1.2.3-ün ardı.
2.9.7. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir neçə 
səhifədə yerləşdirdikdə sətirlərdəki bütövlük gözlənilməlidir. 
2.9.8. Dissertasiyanın mətnində olan cədvəllərin hər birinə istinad edilir.
 
2.10. Qrafiklər
2.10.1. Qrafiklər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti 
səhifədə və ya əlavələrdə verilə bilər. 
2.10.2. Qrafiklər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat 
əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.
2.10.3. Dissertasiyada qrafiklər ardıcıl nömrələnir. 
2.10.4. Dissertasiyada bir qrafik olduqda, o nömrələnmir, “Qrafik” sözü və qrafikin 
adı yazılır. 
2.10.5. “Qrafik” sözü, onun nömrəsi və adı qrafikin altında yazılır. “Qrafik” 
sözü və qrafikin adı sətri hərflərlə (birinci hərf istisna olmaqla), tünd qara rənglə 
yazılır və altından xətt çəkilmir. Qrafiklərin nömrəsi bir-birindən nöqtə ilə 



ayrılan fəslin, paraqrafın və qrafikin ardıcıl nömrələrindən ibarətdir. Məsələn, 
Qrafik 1.2.3 – yəni, birinci fəslin ikinci paraqrafının üçüncü qrafiki. 
2.10.6. Dissertasiyanın mətnində olan qrafiklərin hər birinə istinad edilir.

Yüklə 386,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə