00i9az titul(1-7)


        Səs informasiyasının kompüterdə necə saxlanması (kodlaşdırılması) ilə tanış oldu- nuz



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

 
 
24 
 
 
 
Səs informasiyasının kompüterdə necə saxlanması (kodlaşdırılması) ilə tanış oldu-
nuz.  Ancaq  səsi  necə  yazıb  saxlamaq  və  gələcək  nəsillərə  ötürmək  üzərində 
insanlar daha öncədən düşünmüşlər. Məlumdur ki, titrəyən (sürətlə irəli-geri hərəkət 
edən)  əşya  səs  çıxardır.  Məsələn,  təbilə  zərbə  endirdikdə  o  titrəməyə  (vibrasiya 
etməyə) başlayır və ətrafdakı havanın zərrəciklərini də tərpənməyə (rəqs etməyə) 
məcbur edir. Yaranan səs dalğaları havada yayılır və qulaq onu qəbul edir. 
1876-cı ildə telefon ixtira olundu. Burada səs vibrasiyaları nazik və elastik lövhə 
– membran tərəfindən qəbul edilirdi. Görkəmli ixtiraçı Tomas Edisonu belə bir sual 
düşündürürdü: lövhənin titrəyişlərini hansısa yolla yazmaq olarmı?  
Edison  telefonun  səs  borusunu  götürdü  və  membrana  iynə  birləşdirdi.  O, 
borunun  içərisinə  nə  isə  deyəndə  membran  ilə  birlikdə  iynə  də  titrəyirdi  və  onun 
altında hərəkət edən kağız zolağını cızırdı. Beləliklə, səsi yazmaq mümkün oldu, 
ancaq onu necə səsləndirmək məsələsi qalırdı. Edisonun ağlına daha bir böyük fikir 
gəldi:  adi  kağızın  əvəzinə  qalaydan  olan  folqadan  istifadə  etmək.  İynəni  silindrin 
üzərinə çəkilmiş folqaya yaxınlaşdırdıqda o, folqada şırım açırdı. İynənin titrəyişin-
dən asılı olaraq bu şırımın dərinliyi dəyişirdi. Edisonun beynində yeni bir fikir oyandı: 
axı bu prosesi dala da qaytarmaq olar!  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əgər iynənin ucu yazılmış şırıma sürtülərək hərəkət etdirilsə, o, səsin yazılışında 
olduğu kimi, membranı titrəməyə məcbur edəcək!  
Edison  aparatın  eskizini  çəkib  laboratoriyasının  işçisinə  verdi.  Aparat  hazır 
olduqda Edison onu sınaqdan keçirtdi. Silindri fırladaraq o, səs borusuna (rupora) 
"Merinin bir quzusu vardı" məşhur uşaq şeirini dedi. İynə silindr üzərində şırım açdı. 
Edison  iynənin  ucunu  şırımın  başlanğıcına  yerləşdirdi  və  barabanı  fırladaraq  səs 
borusundan çox böyük sevinclə öz yazılmış səsini eşitdi. 
Beləliklə,  səsi  yazmaq  üçün  dünyada  ilk  qurğu  –  fonoqraf  yarandı.  Onun 
sonrakı  inkişafı  qrammofon  və  patefonun  yaranmasına  səbəb  oldu.  XX  əsrin 
ortalarında elektrofon – patefonun elektriklə işləyən analoqu meydana çıxdı.
 
İlk fonoqrafın sxemi 


 
 

25
 
 
 
•   I  fəsil  •  
Kodlaşdırma  

Bu əsas musiqi formatlarından savayı, çoxlu başqa formatlar da vardır, məsələn: 
au və aiff
Səslərin  yazılışı,  eləcə  də  faylların  bir  formatdan  başqasına  çevrilməsi  xüsusi 
proqram  təminatının  köməyi  ilə  həyata  keçirilir.  Belə  proqram  təminatlarını 
İnternetdə  tapmaq  üçün  www.google.com  saytında  "sound  conversion  software
sözlərinə görə axtarış aparmaq olar. 
Video informasiyanın kodlaşdırılması zamanı həm görüntülər (kadrlar) ardıcıl-
lığını,  həm  də  səsi  yazmaq  tələb  olunur.  Bu  halda  verilənlərin  ümumi  həcmini 
azaltmaq üçün müxtəlif üsullardan istifadə edilir; məsələn, iki qonşu kadr arasında 
yalnız fərqlər yazılır.
     
 
 
 
 
  
1.
 
ADC və DAC qurğuları hansı funksiyaları yerinə yetirir? 
2. Tərkibində "fon" sözü olan daha hansı qurğuların adlarını eşitmisiniz? 
3. Kompüterdə səs informasiyası necə kodlaşdırılır? 
4. Səs fayllarının hansı növləri var? 
5. Fonoqraf nədir və necə işləyir?  
Eyni  bir  informasiyanın,  məsələn,  Məhəmmədhüseyn  Şəhriyarın  "Heydərbabaya  sa-
lam" poemasının bir neçə formatda (mətn, səs və video) faylını İnternetdən tapıb kom-
püterinizə  köçürün.  Həmin  faylların  həcmini  müqayisə  edin.  Hansı  formatlı  faylın 
həcmi ən az, hansında ən çoxdur? Səbəbini izah etməyə çalışın.
 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 
26 
 
 
 
 
 
 
1. Rastr və vektor görüntülərin təqdim olunmasında fərq nədədir? 
 
2. Vektor qrafikasının hansı üstün və çatışmayan cəhətləri var? 
 
3. Qrafik informasiyanın həcmi hansı düsturla hesablanır? 
 
4. Qrafik görüntü üçün "rəng dərinliyi"  nə deməkdir? 
 
5. Uyğunluğu müəyyən edin. 
 
a) Rastr qrafik redaktoru                1) .bmp 
b) Vektor qrafik redaktoru             2) .odg 
c) Rastr formatı                              3)  PaintNET 
d) Vektor formatı                           4) OpenOffice Draw 
 
6.  Rastr redaktorunda şəklin hazırlanmasında 1025 müxtəlif rəngdən istifadə 
olunmuşdur. Rəngləri kodlaşdırmaq üçün ən azı neçə bit lazımdır? 
 
7.  Rastr ağ-qara görüntünün ölçüsü 640 
 320 piksel təşkil edir. Faylın 
informasiya həcmi nə qədərdir? 
 
8.  Kompüterin yaddaşında hansı fayl daha çox yer tutar: Unicode 
kodlaşdırmasında verilmiş 2056 simvoldan ibarət mətn, yoxsa 10 
 10 
piksel ölçüsündə olan 4-rəngli rastr görüntü?  
 
9. Kompüterdə səs kartının funksiyası nədən ibarətdir? 
 
10. Müasir mobil telefonlarda hansı səs faylı formatlarına rast gəlmisiniz? 
 
  
ÜMUMİLƏŞDİRİCİ SUAL VƏ TAPŞIRIQLAR 


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə