00i9az titul(1-7)



Yüklə 3,69 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix26.09.2018
ölçüsü3,69 Mb.
#70438
1   2   3   4   5   6   7   8   9   ...   32

 
 

11
 
 
 
•   I  fəsil  •  
Kodlaşdırma  

 
 
 
  
1.  Rastr nədir? 
2.  Rastr görüntüləri almaq üçün hansı qurğuları tanıyırsınız?  
3.  Rastr qrafikasının hansı üstünlükləri və çatışmazlıqları var? 
4.  Verilmiş şəkli PaintNET proqramında çəkin.  
 
 
 
 
 
 
 
Paint qrafik redaktorunda BMP formatında olan hər hansı rəngli şəkil açın. Həmin 
şəkli JPEG formatında saxlayın. Paint proqramını qapadın və hər iki faylın ölçüsünü 
(diskdə tutduğu yerin həcmini) vərəqdə qeyd edin. Sonra həmin faylları yenidən açın 
və üzərlərində müəyyən dəyişiklik aparıb (məsələn, hər hansı hissəsini silməklə) yeni 
adla saxlayın. Hər iki fayl formatı üçün onun həcminin necə dəyişdiyinə diqqət yetirin. 
Nə  üçün  BMP  formatında  faylın  həcminin  dəyişmədiyini,  JPEG  formatında  isə 
dəyişdiyini aydınlaşdırın.
 
 
Araşdıraq- 
          öyrənək  
 
Öyrəndiklərinizi  
yoxlayın
 


 
 
12 
 
 
 V
EKTOR QRAFİKASI 
 
 
 
 
 
 
Hansı düsturun hansı qrafikə uyğun olduğunu müəyyən edin.  
 
 
 
Nəticəni müzakirə edək: 
– Verilmiş düsturlar, yoxsa onlara uyğun şəkillər kompüterin yaddaşında daha çox yer 
tutar?
  
 
 
Kompüterdə qrafik informasiyanın təqdim olunması üçün iki yanaşmadan isti-
fadə edilir. Onlardan birinin – rastr qrafikasının mahiyyəti və onun çatışmazlıqları 
ilə ötən dərsdə tanış oldunuz. Rastr qrafikasında olan problemləri həll etmək üçün 
ikinci yanaşmadan – vektor qrafikasından istifadə olunur. Şəkil, sxem, çertyoj kimi 
rəsmlərdə  obyektlərin  konturlarını  yüksək  dəqiqliklə  və  aydın  göstərmək  lazım 
olduqda vektor görüntülərin üstünlüyü üzə çıxır.  
Vektor qrafikasında obyektlər ayrı-ayrı nöqtələrin (piksellərin) yığını kimi deyil, 
xətlər toplusu kimi yaradılır.
 
Xəttin forması riyazi qanunauyğunluqlar vasitəsilə təs-
vir olunur. Başqa sözlə, vektor qrafikasında ekrana, yaxud çapa çıxarılan xətlərin 
yerinin, uzunluğunun və istiqamətinin müəyyən olunması üçün riyazi düsturlardan 
istifadə  edilir.
 
Məsələn,  bildiyiniz  kimi,  düz  xətti  göstərmək  üçün  iki  parametr 
kifayətdir. Düz xəttin tənliyi y = kx + b düsturu ilə verilir. Koordinat sistemində k 
və b parametrlərini bilməklə düz xətti çəkmək mümkündür. Yəni bu halda düz xətt 
boyunca yerləşən hər bir nöqtənin yerini və rəngini göstərmək tələb olunmur. Nəticə-
də görüntünün həcmi azalır və onu heç bir təhrif olmadan böyüdüb-kiçiltmək imkanı 
yaranır.  
 
y = sinx 
y = x
2
 
y = kx 
y = x
3
 

 Riyaziyyatdan funksiyanın hansı təqdimolunma formalarını bilirsiniz? 
 
 
 
 
F ə a l i y y ə t
 
1


 
 

13
 
 
 
•   I  fəsil  •  
Kodlaşdırma  

Rastr və vektor qrafikasının müqayisəsi 
 
   
 
 
 
Bununla belə, vektor qrafikasında rənglərin arasında rəvan keçidi, səlis sərhədləri 
və xətləri təsvir etmək çətin olur. Bu elementlər fotoqrafiya və rəsm əsərlərinə xas-
dır.  Buna  görə  də  vektor  qrafikasından  çox  zaman  sxemlərin,  planların  yaradıl-
masında istifadə edilir.   
Vektor görüntülərlə  işləmək üçün çoxlu  proqramlar  işlənib  hazırlanıb. Onların 
içərisində CorelDRAWAdobe IllustratorAdobe Freehand kimi proqramlar da-
ha geniş yayılıb. İnternet üçün animasiyalar hazırlamaq məqsədilə nəzərdə tutulmuş 
Adobe Flash proqramı da vektor qrafikası prinsiplərinə əsaslanır. Göstərilən proq-
ramların hamısı kommersiya məhsullarıdır, ancaq sərbəst (ödənişsiz) yayılan proq-
ramlar da vardır. Belə proqramlara örnək olaraq InkscapeOpenOffice.org Draw
Skencil kimi proqramları göstərmək olar. 
 
 
Adobe Freehand
 
 
Adobe Flash
 
 
Inkscape
 
 
Vektor redaktorlarının hamısında rəsm və redaktə üçün əsas alətlər dəsti bir-bi-
rinə bənzərdir. Bunların içərisində seçdirmə alətləri 
çox önəmlidir.  
OpenOffice.org  Draw  proqramı  düz  xətlər,  müx-
təlif  növ  əyrilər, düzbucaqlılar, çevrələr və başqa fi-
qurlar çəkməyə imkan verir. Üçölçülü qrafika alətləri 
• 
Vektor qrafikası 
• 
Düstur 
• 
Seçdirmə alətləri 
• 
ODG formatı 
S ö z l ü k  


 
 
14 
 
 
paralelepiped,  konus,  silindr  və  bu  kimi  üçölçülü  həndəsi  cisimlər  çəkmək  üçün 
nəzərdə tutulub. Bundan başqa, bu proqramın köməyi ilə veb-səhifələr üçün müxtəlif 
idarəetmə  elementləri  (düymələr,  mətn  boksları,  radio  düymələri  və  s.)  yaratmaq 
olar. 
Yaradılmış rəsmləri proqramın öz formatında – ODG formatında saxlamaq, eləcə 
də  BMP,  GIF,  JPEG,  PNG,  TIFF  və  WMF  də  daxil  olmaqla  bütün  tanınmış 
formatlara çevirmək olar. 
 
 
1.  OpenOffice.org Draw proqramını başladın. Proqramın baş pəncərəsi açılacaq.
 
2.  Rəsm  sahəsinin  ölçülərini  və  səmtini  müəyyənləşdirmək  üçün  göstəricini  rəsm 
sahəsinə aparıb siçanın sağ düyməsini çıqqıldadın. 
Açılan qısayol menyusundan PagePageSetup 
bəndini seçin. Uyğun dialoq boksu açılacaq.    
 
3.  Paper format bölümündə kağızın formatını, onun 
yönünü  (Landscape),  qıraqlardan  boşluq  sahə-
lərini quraşdırın. 
 
4.  Rəsmdə  yüksək  dəqiqlik  üçün  çəkiləcək  fiqurları 
tora bağlamaq və toru görünən etmək üçün yenə də rəsm sahəsində qısayol menyusunu 
açın və Grid bəndində torun parametrlərini göstərən bəndləri aktivləşdirin. 
 
5.  Proqram  pəncərəsinin  aşağı  qırağı  boyunca  yerləşmiş  ellips  (Ellipse)  düyməsini 
çıqqıldadın və rəsm sahəsində uyğun fiquru çəkin. Sonra yazı (Text) düyməsini seçin 
və ellipsin içərisinə Başlanğıc sözünü yazın.
 
 
6.  Eyni  qayda  ilə  düzbucaqlı 
(Rectangle) və sonra yenə də 
ellips çəkib içərilərinə uyğun 
olaraq  Komandalar  seriyası 
və Son sözlərini yazın. 
 
7.  Line  Ends  with  Arrow düy-
məsini  çıqqıldadın  və  çəkdi-
yiniz  fiqurları  oxlarla  birləş-
dirin. Xətti alqoritmin ümumi 
blok-sxemi alındı. 
 
 
8.  Ayrı-ayrı obyektlərdən ibarət 
blok-sxemin bütövlükdə yeri-
ni dəyişmək, yaxud üzünü kö-
çürmək üçün həmin obyektləri qruplaşdırmaq lazımdır. Bunun üçün öncə bildiyiniz 
üsulların  birindən  istifadə  etməklə  obyektlərin  hamısını  seçdirin.  Sonra  göstəricini 
seçdirilmiş  sahəyə  aparıb  siçanın  sağ  düyməsini  çıqqıldadın.  Açılan  qısayol  men-
yusundan Group komandasını seçin. İndi seçdirilmiş obyektlərin hamısı bir qrupda 
birləşəcək. 
 
 
F ə a l i y y ə t
 
2


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə